Qaynar xəbər portalı

Kitab dünyası


2008-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb: 68 yaşlı fransız yazıçısı Jan-Mari Qustav Leklezio (Jean-Marie Gustave Le Clezio).
Bu gün İsveç Akademiyasının yaydığı press-relizdə bildirilir ki, Leklezio yeni istiqamətlər, poetik macəralar haqda yazır və o, sivilizasiyadan kənar varlığın tədqiqatçısıdır.
Leklezio 1963-cü ildə dərc etdirdiyi «Protokol» romanı ilə tanınıb. Onun bu əsəri Qonqor və Renodo mükafatlarına layiq görülüb.
Müəllifin «Səhra», «Qızıl balıq», «Dieqo və Frida» romanları və «Səma sakinləri» toplusu rusca nəşr olunub.
Nobel mükafatı 10 milyonluq İsveç kronu (1,4 milyon dollar) ilə birgə bu il dekabrın 10-da yazıçıya təqdim olunacaq.
İsveç Akademiyasının ədəbiyyat üzrə Nobel laureatının adını açıqlamasına bir neçə saat qalmış Britaniyanın «Ledbrouks» bukmeker kontoru ən çox pul qoyuluşunun italyan yazıçı Klaudio Maqrisin xeyrinə edildiyini bildirmişdi. Pul qoyuluşu siyahısında suriyalı şair Adonis ikinci, israilli yazıçı Amos Oz üçüncü yerdə idi. «Ledbrouks»a pul qoyuluşunda birinci yerin sahibi indiyəcən iki dəfə – 2003 və 2006-cı illərdə lauerat olub.
Nobel həftəsi oktyabrın 6-da start götürüb. Həmin gün tibb, ertəsi gün fizika, oktyabrın 8-də isə kimya üzrə laureatların adı bəlli olub. Oktyabrın 10-da Nobel sülh mükafatını kimin və ya kimlərin aldığı bilinəcək. Nobel həftəsinin son günü - oktyabrın 13-də iqtisadiyyat üzrə mükafatın qalibi elan ediləcək. // Media Forum






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Oktyabr 9th, 2008 tarixində 16:44 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. nobel adlı istifadəçi, Oktyabr 11, 2008 tarixində, saat 20:20 yazıb:

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: