Qaynar xəbər portalı

Seymur Baycan

Heç nə yaza bilmirəm, heç nə
Ağ vərəqlər üzərində gəzişir qarışqalar

S.B.

Bu iki misranı Qaxda yazmışdım. İkinci kitabı yazanda birdən dayandım. Heç nə yaza bilmədim. Siqaret çəkdim, su içdim. Heç nə alınmadı. Mənim rayon səfərim bazara ziyarətlə başlayır. Alma, heyva, nar, fındıq, qoz ləpəsi (mövsümə uyğun meyvələr) alıb düzürəm masanın üstünə. Yaza-yaza yeyirəm. Həm əlim işləyir, həm də ağzım. Yemək və yaradıcılıq mənim üçün çox yaxın, doğma anlayışlardır. Davamı…


«İnsan danışır. Ayıq olanda da, yuxuda da. Biz bir kəlmə söz tələffüz etmədən, dinləyəndə və mütaliə edəndə, işləyəndə və istirahət edəndə də danışırıq. Hər necə olur-olsun…danışırıq. Ona görə danışırıq ki, bu bizim üçün təbii xassədir. İnsan dili təbiətdən alıb. Belə bir təlim var ki, heyvanlardan və bitkilərdən fərqli olaraq, insan danışan varlıqdır. İnsanı insan edən də dildir….» (Haydeger).

Məşhur filosofun fikrinə dəstək kimi, deyə bilərik ki, dil… həm də insanı dəyişdirir, onu üz-gözü öyrəşən dünyadan qaçmağa məcbur edir. Dil «qurtaran» kimi, insan ölür (Haydeger: dil həm də dərin uçurumdur). Bəs yazmaq necə, onun insanın yaşamasına və ölümünə - həyatına münasibəti necədir? Davamı…


Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq Fakültəsi yeni qəbul müsabiqəsi elan edir.
Fakültənin məqsədi gənclərin bədii-estetik, intellektual səviyyəsini artırmaq, yaradıcılıq potensialını aşkarlamaq, on­ların püxtələşməsinə və ədəbi mühitin formalaşmasına təkan verməkdir. Davamı…