Qaynar xəbər portalı

Kitab dünyası


Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq Fakültəsi yeni qəbul müsabiqəsi elan edir.
Fakültənin məqsədi gənclərin bədii-estetik, intellektual səviyyəsini artırmaq, yaradıcılıq potensialını aşkarlamaq, on­ların püxtələşməsinə və ədəbi mühitin formalaşmasına təkan verməkdir.

Fakültə üç bölmə (poeziya, nəsr və ədəbi tənqid) üzrə fəaliyyət göstərir.
Dinləyicilərə iki il ərzində mədəniyyət tarixi, ədəbi texnologiyalar, poetika və ritorika, ədəbi cərəyanlar, müasir təhlil metodları və digər sahələr üzrə mühazirələr və xüsusi kurslar oxunur. Azərbaycanın tanınmış yazarları tərəfindən poeziya, nəsr, ədəbi tənqid üzrə sənətkarlarlıq dərsləri keçirilir.

Məşğələlər təsdiq olunmuş tədris planına və dərs cədvəlinə uyğun keçirilir. Dinləyicilər universitetin elmi toplantılarında iştirak etmək, müasir texniki avadanlıqla (kompüter və interaktiv lövhə) təchiz olunmuş tədris laboratoriyalarından, internet mərkəzindən, elmi və bədii ədəbiyyat fondundan, nəşriyyat-poliqrafiya mərkə­zindən istifadə etmək imkanına malikdir.

Müsabiqəyə sənəd qəbulu oktyabr ayının 14-ə kimi davam edəcək.
Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
1. Yaradıcılıq nümunələri(nəşr və ya əlyazma variantı)
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Qısa yaradıcılıq bioqrafiyası

Müsabiqə 16 oktyabr saat 11:00-da Bakı Slavyan Universitetinin əsas binasında keçiriləcək.
Əlaqə telefonu (050) 557 03 59






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: