köhnə paltarlarda həyat əlaməti var.saçları havaya dağılmış
əlləri ilə donunun ətəyini dizləri arasında zorla saxlayan və
azca yığılaraq geriyə qanrılmış gözəl qadın kimi görünür
külək.külək öncə səsdi - eşidirsən.səs öncə sükut – dinləyə
bilirsən o musiqini. Davamı…

Okt
12
Əli Şirin Şükürlü. Köhnə Paltar
Bölmə: Ədəbiyyat | ≅ 2 şərh var
Okt
12
Xalq yazıçısı, millət vəkili Əkrəm Əylisli yazdığı yeni romanını çap etdirmək istəmir. Bu barədə APA-ya açıqlama verən Ə.Əylisli yazdığı əsəri çap etdirib yalnız dost-tanışa paylamaq istəmədiyini, onun normal satışını təşkil etmək haqqında düşündüyünü deyib. Davamı…
Okt
12
“Bizdə rejissorun azadlığı yoxdur”
Bölmə: Kino | ≅ Şərh yazın
Ramiz Əzizbəyli: “Mən yaxşı aktyorun arxasında gizlənən rejissor deyiləm”
Xalq artisti Ramiz Əzizbəylini təqdim etməyə ehtiyac yoxdur. Onun adı da siması kimi Azərbaycanda çox məşhurdur və istedadına hər birimiz bələdik: həm bir çox filmlərdə özünü müğənni kimi sınayıb, həm də xeyli yaddaqalan obraz yaradıb. Eyni zamanda, özünü rejissor kimi sınayan xalq artisti bir neçə filmə ekran həyatı da verib. Kifayət qədər uğurlu hesab olunan filmlər sırasında “Bəxt üzüyü”nü xüsusi qeyd etmək olar. Elə Ramiz Əzizbəyli özü də rejissorluğundan razı qaldığını etiraf edir: “Çəkdiyim filmlərin sayı az da olsa, uğurlu olub. Davamı…
Okt
12
Atatürk qarğa qovlayıb ölərsə…
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Türkiyədə çəkilən yeni film aranı qarışdırdı
Baş rolunu məşhur türk aktyoru Ata Dəmirərin ifa etdiyi “Osmanlı Cümhuriyyəti” filminin giriş səhnəsində Mustafa Kamal Atatürk bir çəməndə qarğaları qovlayarkən ölür.
“Əgər Türkiyə Cümhuriyyəti qurulmasaydı, Osmanlı səltənəti davam etsəydi, nə olardı?!” sualı üzərində qurulan, ssenarisi Gani Müjde tərəfindən yazılan bu film nümayişə çıxmadan mübahisələrə və dartışmalara səbəb olub. Davamı…
Okt
12
Hollandiyanın azərbaycanlı yazıçısı beynəlxalq ədəbi müsabiqənin qalibi olub
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Hollandiyada yaşayan azərbaycanlı hüquqşünas alim və yazıçı, bir sıra maraqlı bədii əsərlərin müəllifi və ictimai xadim kimi tanıdığımız Gülşən Lətifxan “Mənim ailəmin tarixçəsi” adlı beynəlxalq ədəbi müsabiqənin qalibi olub. Bu müsabiqə Rusiya hökumətinin, Rusiyanın ədəbi və informasiya xidmətlərinin dəstəyi ilə keçirilirdi və tədbirə bu günlərdə yekun vuruldu. Qeyd edək ki, yazıçı öz bədii əsərlərini rus dilində qələmə almışdır. Davamı…








