Qaynar xəbər portalı

Kitab dünyası


Türkiyədə çəkilən yeni film aranı qarışdırdı

Baş rolunu məşhur türk aktyoru Ata Dəmirərin ifa etdiyi “Osmanlı Cümhuriyyəti” filminin giriş səhnəsində Mustafa Kamal Atatürk bir çəməndə qarğaları qovlayarkən ölür.
“Əgər Türkiyə Cümhuriyyəti qurulmasaydı, Osmanlı səltənəti davam etsəydi, nə olardı?!” sualı üzərində qurulan, ssenarisi Gani Müjde tərəfindən yazılan bu film nümayişə çıxmadan mübahisələrə və dartışmalara səbəb olub.
Filmi ən sərt tənqid edən ölkənin məşhur ziyalılarından biri, atatürkçü professor Toktamış Ateş olub.
“Atatürkün qarğa qovlarkən ölməsi səhnəsini fövqəladə dərəcədə yaramazlıq, böyük Mustafa Kamal Paşanın ruhuna hörmətsizlik və mədəniyyətsizlik sayıram”, - Ateş deyib.
Gani Müjde isə bu səhnəni “qayçılamayacağını” deyib: “Film Atatürkün uşaqlığının keçdiyi Saloniki şəhərində başlayır. 7-8 yaşlı Atatürkün qarğa qovlarkən ölməsini mövzu seçmişik. Bunun yanlış anlaşılacağını düşünmürəm, çünki səhnə əslində böyük millət və dövlətin faciəli dramının başlanmasına işarədir. Çünki biz sonradan dəyişən tarixi mühakimə edirik, ələ salmaq və ya təhqirlə məşğul olmuruq.

KultAz






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: