Qaynar xəbər portalı

Kitab dünyası


Xalq yazıçısı, millət vəkili Əkrəm Əylisli yazdığı yeni romanını çap etdirmək istəmir. Bu barədə APA-ya açıqlama verən Ə.Əylisli yazdığı əsəri çap etdirib yalnız dost-tanışa paylamaq istəmədiyini, onun normal satışını təşkil etmək haqqında düşündüyünü deyib.
“Yazdığım əsəri nəşr edəcək nəşriyyat satışı öz üzərinə götürərsə, buna razı olaram. Yoxsa kitab çap olunandan sonra bütün tirajı ona-buna paylamaq fikrim yoxdur. Yazıçı yazdığı əsərlə ailəsini dolandırmalıdır”- deyə ədib bildirib.
Ə.Əylisli sovet dövründə yazıçıların əsərlərinin böyük tirajla çap edildiyini və onların həmin kitablardan kifayət qədər məbləğdə qonorar aldığını xatırladıb: “Mənim Moskvada 275 min tirajla kitabım çap olunub. İllər boyu ailəmi yazdığım əsərlərdən aldığım qonorarla dolandırmışam”.
Ə.Əylisi “Daş yuxular” adlanan yeni əsərinin ədalətsizliyə qarşı çıxan bir nəfərin döyülərək komaya düşməsindən və komada olarkən bütün həyatını xatırlamasından bəhs etdiyini deyib. Üzvü olduğu Milli Məclisdən bəhs edən bir əsər yazmağa gəlincə isə Ə.Əylisli belə deyib: “Mən həmişə insanların iç dünyasından yazmışam. Adamlarını içini görməsəm, yaza bilmərəm. Milli Məclisdə isə adamların içi görünmür”. // APA






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 3.5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Oktyabr 12th, 2008 tarixində 11:13 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. nazile adlı istifadəçi, Noyabr 8, 2008 tarixində, saat 01:32 yazıb:

    Ekrem muellim eserinizi bir oxucu kimi boyuk sebirsizlikle gozleyirem.Amma icini gore bilmediyiniz insanlarin icinde sizin ne ishiniz var onu anlamadim.Ora qeder gedib cixmishken Milli Meclisde kitablarin tebligatinin aparilmasini,bu kanallarda shoudan bir az qiraga cixaraq bu sahede mariflendirme aparmalari meselesini gundeme getirseniz yaxshi olar.bizi “Dash yuxu”lara coxda intizarda qoymayin.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: