Qaynar xəbər portalı

Bu gün Azərbaycanın xalq şairi Məmməd Arazın anadan olmasının 75 illiyi qeyd olunub. Ədəbiyyat və mədəniyyət xadimləri, doğmaları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Zakir Fəxri M. Arazın Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətlərindən söz açıblar. Davamı…


Bu il bir daha və… sonuncu dəfə ədəbiyyat haqqında

İndi jurnalistikaya hər yerdən və hər cür gəlməkdən danışmaq bir az yersizdir! Ancaq jurnalistikaya girişin belə sadələşməsinə görə bu tendensiya ədəbi yaradıcılığın da bütün dəlmə-deşiklərini əhatələyib. Qısası, indi:
- «Qabağıma çıxan «luboyunun» ağzını cıraram» iddiasıyla da gəlirlər – əlbəyaxa ədəbiyyat buna deyirlər;
- kiminsə ölməyini gözləmək həsrətində qalıb sevinəcəyi xəbəri eşitmək arzusuyla da gələnlər var – buna yasxana ədəbiyyatı da demək olar; Davamı…


gözlərim baxa-baxa
dəfn etdilər
sənin ayaq izlərini
küçəmizə
asfalt döşəməklə… Davamı…


Mən onu dəlicəsinə sevirdim. Biz niyə sevirik? Bu boyda dünyada yalnız bir nəfəri görmək, beynində yalnız bir fikrin olması, ürəyində bir istəyin olması və dilində yalnız bir adın olması qəribə deyilmi? Bu ad bulaqdan su sızar kimi daim ürəyinin içindən dodaqlarına qalxır, sən onu dua kimi həmişə, hər yerdə, durmadan təkrarlayırsan, pıçıldayırsan. Davamı…