“Azərbaycanın kölgə və işıqları” sərgisi
Yazar: Kənan Məcidov | Bölmə: Foto | Tarix: 15 Ekim, 2008Ötən gün Fransız Mədəniyyət Mərkəzində “Azərbaycanın kölgə və işıqları” adlı sərginin açılışı keçirildi. Gənc fotoqraf Şamil Talıbovun müxtəlif illərdə çəkdiyi foto şəkillərdən ibarət bu sərgidə müəllifin 30-a yaxın əsəri nümayiş etdirilir. Ötən il keçirilmiş “Mobiloqrafiya” müsabiqəsində həvəsləndirici mükafat əldə edən Ş.Talıbov, eyni zamanda “Avropa mədəni irs günləri” çərcivəsində keçirilmiş “Mənim doğma vətənim” foto-müsabiqəsində 2-ci yerə layiq görülmüşdür.
Xatırladım ki, Füzuli küç. 67 ünvanında yerləşən Fransız Mədəniyyət Mərkəzində keçirilən bu sərgi 31 oktyabr tarixinə qədər açıq olacaq.






Yüklənir...
bu yaxinlarda her hansi bir foto musabiqe ya sergi gozlenilirmi?
xahish edirem melumat veresiz. istirak etmek istredim