Əkrəm Əylisli: “TƏSADÜFİ KİTABLAR HƏDDƏN ARTIQ ÇOX ÇAP EDİLİR”

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 18 Ekim, 2008

Mehriban Vəzir: “Hazırda Azərbaycan oxucusunun oxu mədəniyyətinin daha da artırılmasının vacib olmasını düşünürəm”

“Hazırda ölkədə kitab nəşri xaotik şəkildə aparılır”. Bu barədə danışan millət vəkili Əkrəm Əylisli bildirib ki, Azərbaycanda bu sahədə müəyyən qarışıqlıq mövcuddur: “SSRİ dağılandan sonra bizdə kitab nəşri məsələsi hələ də yerini tapa bilmir. Ona görə də təsadüfi kitablar həddən artıq çox çap edilir. Düzdür, sovet dövründə kitablar daha çox ideologiyaya xidmət göstərirdi. Ancaq insanlar həmin kitabları alıb oxuyurdular. İndiki kitabların isə nəyə və kimə xidmət etməsi məlum deyil”.

    Millət vəkilinin fikrincə, əvvəllər nəşr sistemində müəyyən yetkinlik var idi: “Bəzən belə fikirlər səslənir ki, o zaman dilimiz əlimizdən getmişdi. Bunlar hamısı yanlış məsələlərdir. Hər il ana dilimizdə minlərlə kitab çap olunurdu. O vaxt bizim dilimizdə çıxan jurnalların tirajı indi az qala təxminən ölkədə cəmi mətbu orqanlarının tirajına bərabər idi”.

    “Dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilən dəyərli nümunələrinin sayı yetərli deyil. Tərcümə edilən əsərlərin çoxluğu – mədəniyyət, xalqın təhsili və təlim-tərbiyəsi deməkdir”. Publisist Mehriban Vəzir isə belə düşünür. Bu proseslərin dövlətin himayəsində olmasının vacibliyini vurğulayan M.Vəzir bu istiqamətdə görülən işləri də yetərsiz hesab edir: “Dünyanın yaradıcı insanlarının əsərlərinin kütləvi şəkildə ana dilinə tərcüməsi vacibdir. “Hazırda Azərbaycan oxucusunun oxu mədəniyyətinin daha da artırılmasının vacib olmasını düşünürəm”.

    Rus dilində mütaliə olunacaq əsərlərin çoxluğu ucbatından ana dilimizin sıxışdırılmasının tərəfdarı olmayanlara gəlincə, M.Vəzir deyir ki, bu dil geniş bir məkanda işlənsə də, artıq öz dövrünü bitirib və sabahı yoxdur: “Bir az Rusiyanın, eləcə də rusdilli təbəqənin təsiri ilə bu dili yenidən diriltmək istəyənlər olsa da, bu mümkün deyil. İndiki gənclik rus dilini bilməsə də, ingilis dilini daha yaxşı öyrənir. Bu isə onların dünyanın istər elmi, istərsə də bədii ədəbiyyatına çıxmasına kifayət edir”.

    M.Vəzir hesab edir ki, Qərb ədəbiyyatından rus dilinə tərcümə edilən əsərlərin sayı kifayət qədər olmadığından bu dili bilənlərin Qərb ədəbiyyatına yol tapması da mümkün deyil. Onun sözlərinə görə, indi dünya Qərbə üz tutur ki, bu da Avropanın bir çox sahələrdə inkişafı ilə yanaşı, normal yaşayışın beşiyi olmasından irəli gəlir: “İngilis dilini bilən insan bütün Qərb ədəbiyyatı nümunələri, eləcə də bəşəriyyətin gözəl əsərləri ilə tanış olmaq imkanı qazanır”.

    Xatun

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

8 Şərh var
Şərh yazın »

  1. Tesadufi kitablar chap edilecek de, heresi qoyub dizinin ustune bir noutbook’u, aglina geleni yazir, 10-15 cizmaqara oldumu, ne var onlari 300 nusxede chap elemeye, olsa-olsa 600-700 manat xerci chixar, mashallah, tenqidchiden de chox tenqidchi, iki ecnebi soz oyrenib istenilen yazarin butun yaradiciligini tehlil elemek olar…

    Mence bu gun shou biznesdeki veziyyetin eynisi edebiyyatdadir, sadece, shou biznesdekiler xalqla mezelenib pul qazanirlar, edebiyyatdakilar sozle mezelenib Sheytan bilir, ne qazanirlar…

    Turali da deyir camaat kitab oxumur… Ne oxusunlar..?

  2. Yazici Ekrem Eylisli haqlidir, millet vekili Ekrem Eylisli primitivdir… Mehriban Vezire salamlar…

  3. Sən ondan da primitivsən.

  4. O dahi Vusal Rahimov sizsiniz? Ne xosh tesaduf… Bele bir dahiden primitiv yarligi almaq ne qeder gozel… Ey ulu, ey evezedilmez, ey fovqelinsan salamlar sene…

  5. Yene de kohne problem– niye bizde kitab oxumurlar? Bunun sebebini ozum ucun coxdan mueyyenleshdirdiyimden bir daha tekrarlayiram. Cunki bizde kitaba meyilli, inlelektual seviyyesi ile secilen orta tebe yoxdu. Ona gore edebiyyatimiz 150-200 neferin (eksetiyyetide diletant olan shexslerin) didishme meydanina cevrilib. Buna gore de hec vaxt keyfiyyet deyshikliyi bash vermeyecek. Ele yerimizde sayacaqiq…

  6. Qamçı, sən qıyya çəkəndə (tarıma çəkiləndə) yer-yerdən görünürsən. Məsələnin ən maraqlı cəhəti bu!

  7. Söz ki, jitabdab düşdü, “Ağ saç, qara saç”da (deyəsən son sözdə) çırpıdırmalar gördüm. “Ölülər”də deyildiyi kimi – budur KİTAB!

  8. Ey ulu shexsiyyet, ey ober dahi, ey fovqelinsan, ey bizim guneshimiz!

    Siz olmasaydiniz biz ne ederdik?

    Siz bu dunyani xilas etmek ucun geldiniz!

    Siz bizi isiqli gunlere cixardirsiniz!

    Siz ebedisiniz!

    Olmezsiniz!

    Daim qelbimizde yasayacaqsiniz!

    Biz ne kareyik sizin qarsinizda?

    Siz titanik shexsiyyetiniz, mudrik kelamlariniz gelecek nesillere teblig olunmalidir!

    Men bunu duyurmaq ucun qiyya cekmeye hemise haziram!!!

    Men heyatimin qalan hissesini de sizin meta and post- fizik shexsiyyetinize qurban vermeye haziram!!!

Şərh yazın