Rafiq Tağı AYO-nun başqanı oldu
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 21 Ekim, 2008
KultAz: Bazar günü Azad Yazarlar Ocağının (AYO) növbəti toplantısı keçirilib. AYO-nun 10 üzvünün iştirak etdiyi tədbirdə yeni başqan seçimləri gerçəkləşib. Başqanlığa iki iddialı olub; yazıçı Rafiq Tağı və şair-tərcüməçi Azad Yaşar. Rafiq Tağı səs çoxluğu qazanaraq AYO başqanı seçilib.
R.Tağı quruma rotasiya qaydasında bir il başçılıq edəcək: «Bu müddəti özümüz belə azaltdıq ki, sədrlik edən adamlar tez-tez dəyişsin, hər dəfə quruma yenilik gətirilsin. Əgər bir rəhbər növbəti il üçün rəhbər seçilmək istəsə, yenə də namizədliyi verilə bilər».
Ocağın gələcək strategiyasını açıqlayan R.Tağı deyib ki, AYO-nun fəaliyyətini daha da genişləndirəcək: ”Lakin bu, qətiyyən təşkilatımızın qapılarını axıra qədər açmaq deyil. İstedadlı yazarlar isə həmişə diqqətimizdə olacaq”.
Azad Yazarlar Ocağında yalnız yaradıcı disskusiyaların, müzakirələrin aparılması üçün bir araya toplaşdıqlarını deyən R.Tağı qurumun əvvəlki başqanı Rasim Qaracanın «Alatoran» jurnalına bundan sonra da rəhbərlik edəcəyini vurğulayıb.
Xatırladaq ki, AYO 2001-ci ildə Həmid Herisçi, Murad Köhnəqala, Azad Yaşar və Rasim Qaraca tərəfindən təsis edilib. Qurulandan indiyə qədər təşkilata Rasim Qaraca rəhbəlik edib. AYO-nun “Alatoran” adlı ədəbi jurnalı nəşr olunur, indiyə qədər 30-a yaxın kitab nəşr etdirilib.





Yüklənir...
tebrikler!
Rafiq bəyə uğurlar!!!
Təbrik edirəm…və uğurlar …
Gözəl seçim oldu.
Uğurlar…
Olmadi ki… Gerek Nermin Kamal olaydi AYO’nun bashqani, Rafiq bey AYO’nu bilmirem hara dashiyacaq, amma Nermin her ay en azi 3-4 AYO uzvunu xarice gondererdi, xaricden bura qonaqlar chagirib konfrasnlar teshkil eleyerdi, Sheytan bilir, belke lap Umberto Eko’nun ozunu de getirerdi bura… Heyf, amma yene de ugurlar…
Tebrik edirem!
Tebrik edirem !
Mene ele gelir Rafiq Taginin secilmesi cox maraqli olacaq.Baxmayaraq Rasim Qaracani da cox beyenirem ve en deyer verdiyim muasir azeri edebiyyatcilarindan en ondegedenlerdendir.
Ugurlar!
Tebii ki, Rafiq beyi tebrik edirem. Butun iwlerinde ugurlar! Qeribedir ki, AYO-da istenilen qerar ayocularin ancaq bir nece uzvunun fikri ile verilirse de, adamin buna etiraz etmeyi gelmir))) Umumiyyetle, hec AYO-ya uzv kimi qebul olunanda da avtomatik olursan ve etiraz etmeyin gelmir))) Ugurlarimiz bol olsun!!!