Bakıda rus dili və ədəbiyyatı həftəsi başlayıb
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Ekim, 2008Bakı Slavyan Universitetinə Rusiyanın 7 nəşriyyatında çap olunmuş 100-dən artıq adda kitab hədiyyə ediləcək. Bunu “Bakıda rus dili və ədəbiyyatı həftəsi”nin başlanmasına həsr olunmuş mətbuat konfransında Rusiya nümayəndə heyətinin rəhbəri Antonina Kuteynikova deyib.
O bildirib ki, həftəni keçirməkdə məqsəd rus dilini təbliğ etmək, keçmiş SSRİ respublikaları arasında dostluq, əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir. Oktyabrın 24-nə qədər davam edəcək həftə çərçivəsində “Azərbaycan Respublikasında rus dili və ədəbiyyatın öyrənilməsi və tədrisi: problemlər, reallıqlar və perspektivlər” adlı konfrans, Rusiya nəşriyyatlarında çap olunmuş kitabların sərgisi, Azərbaycanda rus dilində kitabların əldə olunması imkanları mövzusunda dəyirmi masa, rus dili müəllimləri üçün master-klasslar təşkil olunacaq. // APA





Yüklənir...