Sevinc Çılğın. Şeirlər

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 23 Ekim, 2008

Zamanın unutmaq fəsli

Aramızdakı zaman
qocaldıqca
sevinirəm
yoxluğuna uduzmadığıma
ölmədiyimə

İnsanlardan daha çox
asıldıqca
boğulmağa başlayır adam
daha çox adam
daha çox itirə bilir səni
daha çox zaman

Əslində itirmək qorxusudur
adamı məğlub edən
və dünəni silə bilməmək
özünə və sevə bilmədiklərinə
xəyanət yıxır adamı
ruhun məsum olsa belə
ömrünə bir gələni
bir daha silib
ata bilməmək ağrısı var
zamanın unutmaq fəslini yaşasan da
qoyub getdiklərindən
özünü ala bilməmək
və ardından
özünü ələ ala bilməmək
dəhşətidir
kürəyinə xəncər yerinə saplanan
bir də dahi ola bilmək
arzusudur
həyatdan baş götürüb qaçmaq
yəni unutmağın başqa adıdır
NAMAZ!

Mən də elə

Səni itirmək bahasına
başa gəldi bu dünya –
bir dünyaya bədəlmişsən
itirincə anladım…
mən də elə hamı kimi…

Ayrılıqlar qovğasına
tuş gəlincə həyatım
sən durdun astanada
əl yelləmək düşdü mənə…
mən də elə hamı kimi…

İztirablar yolladın
arxanca
gündən-günə
həsrət vurdu kəllə-çarxa
gözlərinə baxa-baxa
unutmaq olmazmış səni…
mən də elə hamı kimi…

Qırdığın ümidlərini
sabahlara daşıyınca
inamlar itmirmiş, demə.
Qalxa-qalxa,
çökə-çökə
həyat dolur gözlərinə…
mən də elə hamı kimi…

Eh, əzizim,
kim demiş ki, “sənsiz olmur”?!
Yaşadıqca yaşanırmış…
Qovduğun arzularını
Bağrına basmağın varmış.
Adam insan olmaq üçün
bir deyil,
min deyil,
bəlkə milyon kərə doğularmış.
Sən də tanımadın məni.
elə mən də…
mən də elə hamı kimi…

Özünə YOX de

Toxunma
əl vurma
istəmə
yalvarma
ağlama
unutmağı bacar
uduzmağı öyrən
bu eqoistliyin də bir sonu olmalı…

Gözəlliyindən söz etdiyin yetər
sındır daha güzgüləri
özünə heyran
özünə qurban qız,
bir az da başqalarına bax
və yaşa…

yadlarçun da yaşamaq olar
tanımadıqlarını sevmək
bilmədiklərini tanımaq olar
adam kimi yaşamaq üçün
özündən qaç
lazımsa
özünə yox deməyi sına…

daha göz yaşlarına baxan olmayacaq
nazlanmağın yeri yox daha
süpür keçmişini
üflə hisslərinin tozunu
yaşamağa davam!
yaşamağa davam!

Son günlərin istəyi

Səni istəməkdən
başımı qaşımağa
vaxt tapa bilməmişəm
son günlər.
Bu gecənin də ətəyindən tutub
çırpınıram sabaha.
Səhər çözüləcək düyünlər
sabah oxuyacağam əfsanəmi.
Sənə baxıb
məhəbbət yollayacağam sənə
tutub atarsan mənə.

Eşq təqib edir

Hansını açsam içindən sən çıxacaqsan
Hansını oxusam sən danışacaqsan
Bunlar
Bu kitablar unutdurmayacaq səni məncə…

Heç rəhmin yoxmu?
Çıx get
Nolar çıx get bu məmləkətdən
Bir bəhanə tap get
De ki, sistem səni sıxır
De ki, təqibdəsən
De ki, siyasi qaçqınsan
Nə bilim mən
Nəsə de
Get
Nolar get

Yazdıqlarını oxuyuram
Etdiklərini görürəm
Səni
Bir sətrini
Minindən seçirəm
Səni tanıyıram
Səni bilirəm
Qaçmağım gəlir
Ama qaça bilmirəm
Hər addımdasansa…

Üzünə baxmağa üz yox
Yanında mənə yer yox
Adın dilimə yasaq…

Onda izn ver mən gedim
Arxamca tüpür

Sən bu torpağın üstünü seç
Mən oraları

Oynamıram

Sən cığalsan
oynamıram
mən daha yummayacağam.
Necə olur? –
iki xəyanətinə
göz yummuşam bu oyun.
Zəhmət çək
bu dəfə sən YUM!

Qar adam

Səni elə bil
bəmbəyaz qardan düzəltdim,
mənim qar oyuncağım!
Və günəş doğanda
gözlərimin önündəcə
əridin.
Ağladım hönkür-hönkür,
yox oldun gilə-gilə.
Soyuq yanvar axşamında
anamın qara şalına
büründüm
həzin-həzin
dizlərimi titrədirdi nəfəsim,
bir də çayımın buxarı
kiridirdi…
intizar
gözlərimin içində
aylara boylanırdı
bir də qış gələcəkmiş…
Bir də qar yağarsa mən…
daha qar adam
düzəltməyəcəyəm.

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 2,33 ilə 5 arası)
Loading ... Loading ...

53 Şərh var
Şərh yazın »

  1. eşitmişəm nişanlanmısınız sevinc xanım. ama söz versəniz də məni xınayaxdıya çağırmadınız. sizi təbrik edirəm. xoşbəxt olun! Bu münasibətlə şeirlərinizi də tərifləyirəm. əla idi.

  2. Nisnalanmaga hazirlasiram daha dogrusu, insallah uzumuze gelen ay. Xinayaxdiya hele var narahat olmayin sizi devet edeceyik))) O ki qaldi terife eger layiq deilse etmeyin))) Tesekkurler

  3. Tebrikler, Sevinc!

    Gozel sheirlerdir. En baslicasi heyatimizin icinden suzulen misralardir.

    “yadlarçun da yaşamaq olar
    tanımadıqlarını sevmək
    bilmədiklərini tanımaq olar
    adam kimi yaşamaq üçün
    özündən qaç
    lazımsa
    özünə yox deməyi sına…”

    Biz hamimiz ozumuze yox demish adamlariq- BUNU COX GOZEL TAPMISAN!

    “Çıx get
    Nolar çıx get bu məmləkətdən
    Bir bəhanə tap get
    De ki, sistem səni sıxır
    De ki, təqibdəsən
    De ki, siyasi qaçqınsan
    Nə bilim mən
    Nəsə de
    Get
    Nolar get”

    Sen ele bilirsen getmeye qoyurlar? )))

  4. Tewekkurler, pragmatik!

  5. “Oynamıram”!-)

    Sevinc, şeirlərinin də üzü bu tərəf dönüb artıq…)
    Bütün yeniliklər münasibətilə təb-rik-lər!

  6. hansi teref?))))tewekkurler jale)))

  7. Gozel xeberdi, men de tebrik edirem…

    Sheir, ne sheir, hansi sheir..? -))

  8. EEE))) amaravati, sene ne deyim))) qoymadun ki, adamlar weirlere munasibet bildirsinler))) Novarq, sene de sagol))) subaylarcun olsun)))

  9. p.s. bes admini now tebrik elemirsuz? kuser e suzden, daha werhlerivizi yayimlamaz)))

  10. Bele dee… -))

  11. Eşq olsun Adminə!!! Görün nə qədər demokratik bir insandır ki, indiyə qədər Sevinc xanımın yazıları haqqında yazılan tənqidi şərhlərin heç birini verməkdən imtina eləmiyib… Mən şəxsən bunu bacarmazdım… )))
    Sevinc xanım şeirləriniz haqqında sabah yazacam… Bu gün nəsə söhbət yayındı…

  12. Özünə YOX de, son gunlerin isteyi, oynamiram, qar adam yaxshidirlar… esas bu deyil eeee…. esas TEBRIKDI!!! Xosbext olun!!!

  13. Mənsə gələn il bu vaxtı həm bibi, həm də xala olmaq istəyirəm…di hadi iş başına, uşaqlar…-yəni, nikah masasına…-))

  14. Hörmətli Rəbiqə, Əziz Ryabina!!! İnşallah təbriklər nişan günü “osobu” olajax… Ancax gərək qavaxcadan bizə xavar eliyəsiniz… Doğrudan da çox sevindirici bi xəbər oldu bu… Sevinc də, Zahir də bu xoşbəxtliyə layiq insanlardır!!!

  15. Haaamiya tewekkurler))) cox sagolun))) inwallah yeqin ki coxunuz xeyir iwimizde iwtirak edeceksiniz)) scorpion, siz bilsez ki, men ne qeder eseb serf etmiwem siz dediyiniz meqamlara))) tesevvur edin ki, men de bacarmazdim, ama Zairdi de))) oz prinsiplerine gore menden de kecer)))
    Amma nolar 3 cumleden hec olmasa birinde weire de munasibet bildirin dee))) bilirsiz, men bu deq awib-dawiram xowbextlikden, ona gore de ne yazdigimi, ne dediyimi de wawiriram)) kusurum varsa, nezere alin da)))

  16. Bir de ki Novarq, biz bu wekli bura qoyanda fikirlewirdik ki, sen “Sevinc hansidi?” – deye sual vereceksen))) ne eceb demedin?)))

  17. Xosbext olun Zahir ve Sevinc! Bu qerardan sonra Zahir gerek hemishe SEVINCLI ola, SEVINC ISE CILGINLIGIN DASHIN ATA…

    Toyda dava dushse mene gore olacaq 100%… Yaradiciliq Fakultesinden kimi cagirsaniz besdir… Davadan qorxub meni cagirmasaniz eger, onda tamadani yixib-surumek mene borc olsun )))

  18. Tewekkurler, Qamchi! Amma menim en sebirsizlikle gozlediyim meqamlardan biri – senin weirlere munasibetin harda qaldi?

  19. Sevinc, butun muqeddeslere and ichirem, dunen yazdim, sonra xetrinize deyer deye pozdum..-)) Amma etiraf eleyirem, Cavidan’la danishsaydim, bu shekil barede bir az zarafat edecekdim onunla..-))

    Meni indi daha chox media maqnatinin nezaret elediyi sehm paketinin bir aydan sonraki taleyi maraqlandirir.. -))

    Sevinc, niye bir-iki sheir qoymursan sayta, oxuyaq fikrimizi yazaq… -))

  20. Bezen atilan addima donen sevgi yazilan sheirden daha semimi olur…

    SHeiriyyet texnikasni eladir-”zamanin qocalmasi”, “heyatin gozlere dolmasi” yaxsi tebirlerdir.

    itirmek qorxusunun arxasinda YIYELENMEK DUYGUSUnu bariz gostere bilmisen. Bu da sheirin ugurudur.

    Tebii olaraq mene en dogma gelen ifade

    “Sən bu torpağın üstünü seç
    Mən oraları”

  21. Qamchi, mersi!
    Novarq, indi sen demek istiyirsen ki, bular weir deil?))

  22. “bunlar sheir deyil..” – Maraqlidir, Cavidan, sen ne dushunursen bu barede..?

  23. görürsünüzmü dünyada şeir yazmaqdan maraqlı işlər çoxdu. məsələn, nəsr yazmaq, ümumiyyətlə yazmamaq… Ya da ki, belə – nişanlanmaq!
    bir daha tebriklər!
    alman kimi soyuqqnlı zhirə bir balaca çılğınlıq, sevincə isə əzəmət arzu edirəm.

  24. Təbriklər!

    Həm yeni şeirlər, həm də xeyir iş münasibətilə.

    “Mən də elə” şeiri xüsusi təsir etdi. Hamı kimi olmayın, hamıdan daha yaxşı olun..))

    Uğurlar, həm yaradıcılıqda, həm də şəxsi həyatda.

  25. Cavidan, yuxaridaki sualima cavab verende bu muhum xususati da nezere al, xususen boyuk herflerle sechdiyim hisseni, gor Sevinc ne yazib:

    “Bir de ki Novarq, BIZ BU WEKLI BURA QOYANDA FIKIRLEWIRDIK ki, sen “Sevinc hansidi?” – deye sual vereceksen))) ne eceb demedin?)))”

    Nece yani, BIZ bu shekli bura qoyanda..? Dedimmi sene bu gun, heyf kultaz’dan..? Dogrusu, bir ishin ichine ki qadin emeli girdi, heyf o ishden, heyf o zehmetden, mehv edecek o qadin o ishi… -))

  26. Shems,tewekkurler, senincun olsun))
    Novarg, belke sen evvelce Zairle taniw olasan? Cunki mence bele bir fikre duwmezden evvel gerek Zairi taniyasan, yoxsa aglina cox wey gele biler-)))

  27. İndi reklamlara bağlanırıq!)))

    1200 ilə yaxındır ki Babəkin canlanmasını gözləyən gizli xürrəm təşkilatı!

    Yəhudilərin kabala inancına və mason örgütünə, italyanların karbonari təşkilatına, ABŞ-da ata və oğul Buşların üzvü olduqları “Sümük və kəllə” qurumuna dəng gələn mistik, konspirativ, tarixə yön verən Azərbaycan lojası!

    “Qan və üz” adlanan həmin lojada Mirzə Fətəli Axundov, Fətəli xan Xoylu, Üzeyir Hacıbəyov, Əbülfəz Elçibəy kimi tarixi şəxsiyyətlərin rolu ilə bağlı ilginc faktlar!

    Lojanın idarə edən 22 nəfərlik Əsl Yolçular Məclisinin re-enkernasiya etmiş Babək saydığı Azin Kürəçi!

    Azin Kürəçinin Bərdədə, Ağdaşda, Şəkidə, Qəbələdə, Laçında, Təbrizdə, Kəleyberdə, Ermənistandakı Tatev kilsəsində, Türkiyənin Kütahya şəhərində, Yunanıstandakı Delfi tapınağında axtardığı sirrlər!

    Azin Kürəçinin fəaliyyətini izləyən mistik təşkilatların və xüsusi xidmət orqanlarının gəldiyi nəticələr!

    Re-enkernasiya etmiş Babəkin Bəz qalasına yenidən dönüşü !

    Babək hərəkatına Xürrəmlərlə Skandinaviya vikinqləri arasında paralellər aparmaqla ortaya qoyulan yeni tarixi baxış!

    Azərbaycanın qədim heterodoks təlimi olan xürrəmliyi dünyadakı “New age” dini axını ilə birləşdirən ilk konsepsiya!

    Azərbaycanın iqtisadi, sosial, siyasi, mədəni problemlərinə xaos nəzəriyyəsindən və kürəsəlləşmə açısından fərqli yanaşma!

    Qeyri-adi sujet xətti, mükəmməl dil, post-modernist üslub!

    Bütün bunlar Taleh Şahsuvarlının «Babəkin canlanması » romanında !

    Artıq mətbəədə !!!

    Tezliklə satışda !

    Əlaqə telefonu: 055 880 33 50

  28. “həzin-həzin
    dizlərimi titrədirdi nəfəsim,
    bir də çayımın buxarı
    kiridirdi…”

    lütfən bu sözlərun nə demək olduğuna başa salın mənə.
    əzab çəkirəm vallah…

  29. “Soyuq yanvar axşamında
    anamın qara şalına
    büründüm
    həzin-həzin.
    dizlərimi titrədirdi nəfəsim,
    bir də çayımın buxarın
    kiridirdi…”
    bir de bele oxuyun zehmet olmasa. “n” herfi duwmeyib

  30. Əzizim Zahir
    (Kultazın admini kimi Səndən xoşum gəlməsə də),

    əzizim Sevinc

    (belə görünür, Sən Zahiri xoşbəxt eləmək qərarına gəlmisən və elə buna görə də mənim Sənə «əzizim» deməyim tamamilə təbiidir),

    hər ikinizi təbrik edirəm.

    Xoşbəxtlik arzulayiram.

  31. Mən Zairin də yerinə, öz yerimə də Sizə təşəkkür edirəm, Rasət bəy! Mənim xoşbəxt olacağıma inanmaq olar, amma Zair bir bəladı da başına açıb, görək axırı nolur)))

  32. Sevinc, eslinde sizin isiniz asandir, sen Zahiri harda itirsen Kiltaz-dan cixacaq, Zahir de seni axtarsa kultazdan tapacaq. Ona gore de, admini ya men ya kultaz secimi qarsinda qoyma, lutfen.

  33. Yoo, men bilirem ki, o kultazi secer, ona gore de bele bir wey soz konusu olamaz!!! Cunki men de en azindan Zair qeder kultazi sevirem. kultaz bizim hamimizin internet ocagimizdi, evimizdi)))

  34. Eziz Sevinc,sheirlerini 4 yashli oglum demish “o qeder sevirem,o qeder sevirem”,sevgisinden sevgi,erkoyunluyunden xosh ovqat yayilir,hetta kederinde de bir rahatliq var.O ki,qaldi xeyir ishe,her ikinizi tebrik edirem,choxlu balaca adminler ve chilginlar arzu edirem.

  35. Cooox sagolun Bahar xanim, uzum guldu. Arzu edirem 4 yawli oglunuz da Sizin hemiwe uzunuzu guldursun)))

  36. Sevinc…bilmirem ne deyim..)) biz senle 4 il bir universitetde bir qrupda oxuduq.Hetta bir partada da oturduq.Tevafuq,ele alindi ki,indi de bir shirketde ishleyirik.Yazdiqlarini hemise birinci oxuyanlardan olmusam.taa universitet vaxtinnan))) eeladi tebrik eleyirem.Hetta gozlerim doldu…))bu yaxinlarda nishan merasimin olacaq…o balaca qiz ere gedir…bes men hara gedim???))) gorursen?? men de yaza bilirem.))) tebrikler….)))

  37. Hə, əhvalımız düzəlməyən bu payız nəhayət şad xəbər eşitdik! Çox sevindim, nəhayət bizim küçədə də bayram oldu! Sevinc xanım, Zahir bəy, təbrik edirəm! Xoşbəxt olun, bir-birinizin qədrini bilin, bütün çətinliklərə birlikdə sinə gərin! Yaxşı gündə də, yaman gündə də birlikdə olun! Toyunuzda yaddan çıxarmayın! Bütün kultaz-çıların bir yerə yığışacağı toy necə də maraqlı olar!
    Sevinc xanım, fikrin nədi, belə gündə Sizə başqa nə yazmalıyıq? Hər şey əladı!

  38. İşdi…deyirəm, şər deməsən, xeyir gəlməz..mən nişana gələ bilməyəcəyimi dəqiq bilirəm..amma birdən toya da gələ bilməsəm…
    1.Toyun diskini mütləq indidən sifariş etmək istəyirəm…
    2.Toydan uzun-uzadı bir fotolent görmək istəyirəm saytda…
    3.Mənim xətrimə toyun virtual variantını da edin, nolar…-))
    Aydınxan demişkən, bir e-toy istəyirəm e olsun kultazda..mədəniyyətimiz, ədəbiyyatımız virtual, online bir kultaztoyda əksini tapsın…
    Olarmı…?

    p.s.demişəm, daha qonorarsız heç nə yazmayayacam, həvəsdi, bəsdi..bu isə son havayı ideyamdı…-))
    reklam və pr nı daha cəlbedici qurmaq istəyənlərə N sayda ideyalar təqdim edə bilərəm. amma xərci olacaq …-))

  39. Aslan beye de, Iqrara da, Cavidana da tewekkurler!!!
    P.S. Zair, meni hamiya cavab vermekde qinayirsan, ozun reaksiya vermirsen. bes men neyniyim, axi hami tebrik edir, weire munasibet bildirseydiler sen deyen)))

  40. -))

  41. Sevinc xanım, mən də təbrik edirəm sizi)))))))

  42. Zair bey, gecikmisiz, men uje niwani gelmemiw qaytarmaq istiyirem)))

  43. Müdaxiləyə görə üzr istəyirəm, amma neçə gündü fikirləşirəm ki, Sevinc xanım bizim adminin adını niyə düz yazmır axı?-)
    Heç admin də etiraz eləmir…

  44. Jale, neter deyerler, admin biler men bilerem)))

  45. Sevinc, men daha seni yazilarina sherh yazmayacam )))

  46. NIye?

  47. Sevinc təbrik edirəm.Xoşbəxt olun!

  48. Sagol Elnare!

  49. Sevinc seirlərini oxuyub təsirlənmişdim hətta xırdalkıqlara qədər cavab yazmaq istəyirdim amma bu xoş xəbər fikrimdən daşındırdı. Axırki Bu gün yaxınlaşır. Mən bir adamla sizin evlənəcəyiniz barədə mərcə girmişdim. Ən azından udduğuma sevinirəm. Zahir Sevinc ikinizidə təbrik edirəm. Sağ əliniz başıma. Yaman evlənmək həvəsindəyəm. Yeri gəlmişkən şeirlərdə çox əla idi. Şad xəbər bu sözü axıra saxladı neynim.

  50. Sagolun Gunay))) Ama bilmedim e siz hansi Gunaysiz))

  51. Mən sadəcə ədəbiyyatı kənardan izləyən , həmişə içinizdə olan amma görünməyən bəlkə də yadına düşmərəm. Belə qalmağı xoşlayıram eybi yox.

  52. Eziz Sevinc xanim,size kitab bagishlamaq isteyirem,nece elaqe saxlaya bilerem?

  53. Nece istesez. Boyuk memnuniyyetle. Ya Xezer tv-ye gelin, ya Alma qezetinin redaksiyasinda, yaxud siz harda desez. elaqe telefonumu tebii ki burda yaza bilmerem, ama mail-adresimi yazim, orda daniwaq: chilginsevinc@gmail.com

Şərh yazın