Azərbaycan filmi Qazaxıstanda mükafatlandırıldı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 27 Ekim, 2008

Qırğızıstanın paytaxtı Bişkekdə 2-ci İssıq-Göl beynəlxalq kinofestivalı başa çatıb. Çingiz Aytmatovun xatirəsinə həsr olunmuş festivalın müsabiqəsinə on dörd ölkənin istehsalı olan qırxa qədər film iştirak edib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.

Məlumata görə, festivalın açılışında böyük ədibin “Əlvida, Gülsarı” romanı əsasında Qazaxıstanda çəkilmiş film nümayiş etdirilib.

Azərbaycan isə festivalda “Dua” sənədli filmi ilə təmsil olunub. Bu ekran işi “Sülh mövzusunun ən yaxşı əksinə görə” mükafatına layiq görülüb.

Qeyd edək ki, Xocalı soyqırımı qurbanlarına həsr olunmuş bu film “Salnamə” studiyasında rejissor Ziya Şıxlınski tərəfindən çəkilib. Yusif Şeyxovun ssenari müəllifi olduğu “Dua”ya bu il fevralın 26-da dünyanın onlarla ölkəsindəki səfirlik və diaspora təşkilatları tərəfindən beynəlxalq təqdimat keçirilib. // Olaylar

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın