Sevinc MÜRVƏTQIZI. «Ölümqabağı düşüncələr» silsiləsindən
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 27 Ekim, 2008Mənim yaşamağa gücüm çatmır,
Ölümün mənə,
Arxamca ölüm sürünür…
Yalan söyləməyə dilim yatmır,
Amma doğrunu deyəndə elə dağlanmışam
Gerçəyin dəmi gələndə
Ağzımda dilim sürünür…
Sərf elədim kömürümü,
Boş qazanlarmış qaynayan,
Özümü unudub, közümü görmədim
Ayaqda külüm sürünür
Daha bağlı qapıları döyməyə qalxmır,
Yapışıb qələmin boynundan
Kağızda əlim sürünür…
Bircə məndə olsaydı sürünmək dərdi
Olmazdı dərdim,
Asılıb zamanın buyruğundan
Zavallı elim sürünür…
Ölüm şərqisi
Ölüm elə bir yuxudur,
Ömür boyu yada gəlməz.
Uzaq ölüm adasından
Bu tərəfə səda gəlməz
Ölüm ömürün astarı,
Biri olsa, biri olmaz,
Dirilər ölür həmişə,
Ölü heç vaxt diri olmaz
Ölüm bilinməyən cığır,
Gələn gəlib hara gedir?
Kimi Tanrı hüzuruna,
Kimi dərin gora gedir.
Ölüm elə şirindimi-
Dadan dadıb geri dönmür?!
Hamı gedir sirli-sirli,
Heç olmasa biri dönmür?!
Ömür bizim əsirimiz,
Özümüz ölümə əsir.
Ölümündən qaça-qaça
Hamı ölümə tələsir.
Bu yol mənim yolumdumu?
Daha gülən çağım deyil,
Həyat ağını çıxardı…
Bu ağ mənim ağım deyil,
Bu sağ məni çox yanıltdı,
Bu sağ mənim sağım deyil…
Usanmışam öz-özümdən,
Bezdim yazdığım sözümdən,
Düşmüşəmsə öz gözümdən
Düşdüyüm yol kimə gərək?
Bu yol mənim yolumdumu?
Sevgim göydən yağıb gəlmiş,
Nə deyib göyə üz tutum?
Sözüm ağzımda buz tutub…
Qurd tək göyə ulayımmı?
Mən həyatın quluyammı?
Ölüm mənim qulumdumu?
Tez qocaldım, uşaq oldum,
İçim çölümə ağ oldu.
Nə zaman qol-budaq oldum?
Budaqlarım qırıq-qırıq,
Bu qol mənim qolumdumu?
Çatdım yolun ayrıcına,
Bu oxlar nəyə işarə-
Bu da qara, o da qara?
Ölümdümü, olumdumu?
Hansına dönüm bilmirəm,
Bu yol mənim yolumdumu?






Yüklənir...
sevinc xanim, sheirleriniz eladi, indiyedek niye kultaza yazmirdiniz,
“Dirilər ölür həmişə,
Ölü heç vaxt diri olmaz”
Dehshet… Bedenim urpeshdi, Sevinc, sen bu melum heqiqeti ele edebi-bedii dille chatdirmisan, ele obrazli shekilde ifade etmisen ki, Allah seni inandirsin, donub qalmisham, fikirlerimi ifade ede bilmirem… -))
Shair nece demishdir, “…Dirilər ölür həmişə, Ölü heç vaxt diri olmaz” -))
Ölüm ömürün astarı,
Biri olsa, biri olmaz,
Dirilər ölür həmişə,
Ölü heç vaxt diri olmaz
- Astar ve uz eyni maddeye mexsusdur, IKI SEY DEYIL KI BIRI OLA, BIRI OLMAYA… UGURSUZDUR!
- “OLU HEC VAXT DIRI OLMAZ”- fikir cumleye oturmayib, olu ona gore oludur ki, diri deyil, diri de ona gore diridir ki, olu deyil! – UGURSUZDUR ve HEYRETLENDIRMIR!
- Ayrica, Qesem Necefzade deyir ki, olu dirilir, agac olur ve adamin uzune gulur )))
- demirem )))
qızım sənin nə yaşın var belə ölümdən yazırsan, nə ağlarsan nə bozlarsan?
Ugursuz seirlerdir.
Gizim, sen seir yazma, aile qurmamisansa aile qur, ovladlarin olsun.
Ve onlara Cirtdanin, Girmizipapagin nagillarini danish…
Calish bir az diri ol.
Shair nece demishdir:
…Dirilər ölür həmişə
Ölü heç vaxt diri olmaz.
Emel ele, qizim, emel ele…
tebii ki bu yasda olumle ugrasmak zamanin getirdiyi bir moral amma
sevinc xanim cox kicik xatalari caxmagla yazmak imkaninz boyuk ve dusunce terziniz tam yeni olmasa da bir cox seyleri xatirlatsa da maraglidir OLU DIDI OLMAZ deyilmez mence OLU DIRILMEZ deyilir bax bu kimi xatalar goze deyir seirlerde her halda bu bir sayt gehis yazmaga imkan yox davam edin
Sevic,sən maraqlı yazirsan,düşündürücü yazırsan.Düşünmə bacarığı olan insanlar səni mütləq başa düşəcəklər.UĞURLAR
Ölüm elə şirindimi-
Dadan dadıb geri dönmür?!
Burada “şirindimi” sozu eslinde “şirindi ki” olmalidir yoxsa sondaki sual-nida ishareleri ozlerini dogrultmurlar. “Dadan dadıb” deyimi de daha cox yaniltmaci xatirladir.
Dirilər ölür həmişə,
Ölü heç vaxt diri olmaz
Burada yeni ne felsefe var, ne de ki fergli deyim terzi. Sevincin bu misralari da 525-de AYO-cularin garasina dediyi fikirler geder besitdir. Geribe olan burasidir ki, Ramiz Rovshen kimi sen de ashig sheirinden gopa bilmediyin halda serbest sheir yazmaga iddialisan.
bir deli quyuya dash atdi,min o deliye benzeyen ”agilli” o dashdan yapisib.serhlerin bezilerine baxanda onlarin qerezle yazildigi melum olur. sonuncu sherde menbe de aydindir. onun ”525”-de Ramiz Rovsanla bagli yazisini oxumusam. lazimi adrese tutarli cavab verib.kininizi bir qiraga qoyub onun ilk sherinin son misrasini oxusaniz Sevincin istedadli shaire oldugunu gore bilersiniz ya da ki, etiraziniza sebeb olan seirin axirinci misralari da hemcinin. davam edin, Sevinc, qerezli munasibetden sinmayin
EŞQ OLSUN GÖZƏL ŞAİRƏMİZƏ!!!!!!!!!!!!!
SEVİNC XANIM
SİZİ ŞƏXSƏN TANIMASAMDA YAZILARINIZI HƏR ZAMAN SEVƏ-SEVƏ OXUMUŞAM.
BƏZƏN YAZILARINIZI SİZDƏN XƏBƏRSİZ MÜXTƏLİF QƏZETLƏRƏ GÖNDƏRİRDİK.
TƏLƏBƏLİK İLLƏRİMİZİN ƏN SEVİMLİ ŞAİRLƏRİ SIRASINDA SİZDƏ VARDINIZ. TƏBİİ Kİ LİSTENİN ƏVVƏLİNDƏ VÜSAL HİCRAN, BƏXTİYAR ELCAN VƏ ELMƏDDİN NİCAT YER ALIRDI.
5 İLDİR Kİ, SİZİ QİYABİ OLARAQ TANIYIRAM.
ƏLİMƏ KEÇƏN BÜTÜN ŞEİRLƏRİNİZİ OXUMUŞAM, YAZILARINIZI DA İZLƏYİRƏM. SİZİN YARADICILIĞINIZA BÖYÜK İNAMIM VƏ SEVGİM VAR.
ANCAQ BİR İRADIM VAR. ƏGƏR SÜNİ ŞÖHRƏT, MÜVƏQQƏTİ AD-SAN SİZİ BU O QƏDƏR DƏ MARAQLANDIRMIRSA SIRANIZI VƏ CƏBHƏNİZİ BİR DAHA ARAŞDIRIN.
OLDUĞUNUZ CƏBHƏDƏ 1-2 NƏFƏRİ ÇIXMAQ ŞƏRTİ İLƏ BİR NƏFƏR DƏ İSTEDADLI İNSAN YOXDUR.
İSTEDADINIZI BU QƏDƏR MƏHV ETMƏYƏ İXTİYARINIZ YOXDUR.
YARADICILIĞINIZA DİQQƏTLƏ YANAŞIN.
Çatdım yolun ayrıcına,
Bu oxlar nəyə işarə-
Bu da qara, o da qara?
Ölümdümü, olumdumu?
Hansına dönüm bilmirəm,
Bu yol mənim yolumdumu?
ÇOX ZƏİFLƏYİRSƏN SEVİN XANIM.
DİGƏR ŞEİRLƏRİNİZDƏ BU QƏBİLDƏN.
BU YOL SƏNİN YOLUNDURMU?
SİZƏ BİR DAHA UĞURLAR VƏ SAYĞILAR
salam gəcliyin səsi,mən köhnə adımla xəyalə dalğınam,ama səni tanımadım,yəqin cəlilsən hə?
Oxucu iradları şair üçün təbii qarşılanmalıdır. Elə şair və ya şairələr var ki, oxucuya “sən nə deyirsən, de, onsuz da mən yazacam” deyir. Bu, hörmətsizliyin ən son həddidir…
O ki qaldı yuxarıdakı şeirlərə, ruhu oxşayan üslubu var. Məncə, hərdən tərəddüd edib; qafiyədən sərbəstə keçmək istəyib. “Kultaz” saytında həddindən çox sərbəst şeirlə yer alıb. Bu “sərbəst şeir” deyilən varlıq nə olan şeydi axı? Söhbət şeirdən gedirsə, axıcılıq, musiqi, ruhu oxşayan misralar (“İnci üzə çıxarmı, çalxalanmasa ümman?”) və s. olmalıdır…
Sevinc xanımın gələcəyi hələ irəlidədi. İnanıram ki, onun parlaq gələcəyi olacaq. Uğurlar!
söz oyunundan başqa bir şey deyil,qurban sənə,bunu Ramiz R.Salam S.Böyükxan P.Əlizadə N. və sair şairlər sizdənöncə etdilər,sizdən də qat-qat uğurlu nəticəylə.Siz sadəcə danışmağınızda sərf etdiyiniz enerjinin 3 də 1indən istifadə etsəniz,sizdə nəsə alınar,hələ ki alınmayıb,uğurlar.