İlham Əliyev Yazıçılar Birliyində oldu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Ekim, 2008

KultAz: Prezident İlham Əliyev oktyabrın 28-də Yazıçılar Birliyinin əsaslı təmir və yenidənqurma işləri aparılmış binası ilə tanış olub.
1915-ci ildə tikilmiş və paytaxtın memarlıq abidələrindən olan bu bina indiyədək heç vaxt əsaslı təmir edilməmişdi. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, 2007-ci ilin martında burada əsaslı təmir işlərinə başlanılmışdı. Təmir və yenidənqurma işləri zamanı binanın klassik memarlıq üslubu və daxili quruluşu tamamilə qorunub saxlanılmışdır. Gecələr binanın fasadını işıqlandırmaq üçün xüsusi işıqlandırma sistemi quraşdırılmışdır.

“Kultaz”-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Yazıçılar Birliyinin sədri Anar təmir və yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Dövlətimizin başçısı binanın əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə, mərhum prezident Heydər Əliyevin foyedə qoyulmuş abidəsinə baxıb. Sonra Prezident İlham Əliyev Yazıçılar Birliyinin ayrı-ayrı iş otaqları, yaradılan şəraitlə tanış olub.

Ümumi sahəsi 1915 kvadratmetr olan üçmərtəbəli binada 50-dək otaq və geniş iclas salonu var. Bir sıra ədəbi nəşrlərin redaksiyaları da burada yerləşir. Dövlət başçısı vaxtilə xalq şairi Səməd Vurğunun işlədiyi otağa da baxıb.
Prezident İlham Əliyev binanın lazımi avadanlıqla təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın