Lənkəran teatrında yeni tamaşanın premyerası olub
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 28 Ekim, 2008Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Elçinin “Mənim sevimli dəlim” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub.
Səhnə əsərinin quruluşçu rejissoru Adil Zeynalov, quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatı Təranə Fərəcovanındır.
Tamaşada əsas rolları aparıcı aktyorlardan Eynəli Nurullayev, Miraslan Ağayev, Sucəddin Mirzəyev, Niftulla Əsgərov və başqaları ifa ediblər.
Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, yaradıcı kollektiv ilin sonuna kimi Hidayətin “Məni qınamayın” və gürcü dramaturqu Otia İosialeninin “Altı qarımış qız və bir kişi” əsərlərinin tamaşalarını da sənətsevərlərə təqdim edəcək. // APA





Yüklənir...