Taleh ŞAHSUVARLI. CƏRGƏ
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Ekim, 2008
“Babəkin canlanması” romanının ikinci fəsli
Quşbaşı qar yağırdı. Quş kimi yüngülləşmişdim. Qurtulurdum artıq. “Qumbara” kafesində oturmuşduq. Baş leytenant Qubalı, baş leytenant Quliyev, gizir Qubadov, gizir Qurbanov və gizir Qunduzovla birgə ordudan tərxis olunmağım haqqında müdafiə nazirinin verdiyi əmri yuyurduq. Gizir Qulamov gecə bölük üzrə cavabdeh qaldığına görə, günortadan evə getmişdi. Bölük komandiri, kapitan Quluncovun hərbi hissədə işi vardı, yubanırdı. Gələn kimi “Qumbara” kafesinin divarlarına vurulmuş yarıçılpaq estrada ulduzlarına baxacaq, Natadan danışacaqdı. Rusiyada hərbi məktəbdə oxuduğu illərdə onun məşuqəsi Nata ilə yaşadığı intim həyatın bütün detallarını bilirdik, min dəfə eşitmişdik, minbirinci gecənin nağılına qulaq asmağa həvəs olmadığından, gecikməyi ürəyimcəydi. Həm də ona görə ürəyimcəydi ki, baş leytenant Qubalının mənimsədiyi NATO zabiti şərəfi, hərbi subardinasiya və nizam-intizam məsələləri onun Natayla macəralarını gizirlərin içində danışmasını qəbul etmirdi. Gəlsə, stolda zabit-gizir ayrıseçkiliyi yaranacaqdı. Hərçənd bizim bölükdəki gizirlərdən biri, lap dəqiqi, Qurbanov hərbi hissədəki yeganə qadın zabitlə evlənmişdi. Söz-sözə gələndə “mən evdə zabit… əstəğfürullah” deyərək arxasını yerə vermirdi. Baxmayaraq ki, gizir Qurbanovun qonşuluğunda yaşayan hərbi qulluqçular leytenant xanımın gecələr verdiyi “farağat” komandasından səksəkəyə düşmüşdülər. O komandanın kimə, yoxsa nəyə verilməsi hərbi hissədə əsas lağlağı mövzularındanıydı. Gecələr yalnız farağat komandasının verilib, “azad” komandasının verilməməsi də məsxərəyə qoyulardı. Bayağı lağlağılar, məsxərələr eşitməyəcəkdim daha. İki həftədir yolunu gözlədiyim göyçək əmr hərbi hissəyə günortaya yaxın yetişmişdi. Vaxt itirmədən təhvil-təslimə başlamış, qaiməni axşamacan əksər rəislərə imzalatdırmışdım. İlk imzanı atdıran təki kazarmaya qayıtmışdım. Kürkümü əynimdən çıxardıb gün nöbvətçisinə vermiş, günlüyümü qonşu bölükdəki ehtiyyatdan çağırılmış leytenanta, toqqamı “dembel”lərdən birinə bağışlamışdım. Paqonlarımı “kapitorşik”ə əmanət edərək, hədiyyəmi yerimə gələn tağım komandirinə çatdırmasını, məzələnməyini xahiş etmişdim. Çəkməmi və hərbi qış formamı gizir Qurbanov istəmişdi.
Əlimə pul gələcəyini bildiyindən hərbi şəhərcikdəki kafenin Qubadlıdan qaçqın düşmüş sahibi Hüseyn dayı qulağı bizdə ola-ola oğluna göstəriş verir, stolun üstünü bir ucdan quzu ətiylə, qutabla, kotletlə, salatla, spirtli və spirtsiz içkilərlərlə doldurtdururdu. Həmişə olduğu kimi, gizir Qurbanov ilk qədəhdən keflənmişdi. Qunduzov arağı çappa stəkanla içsə də, üzündə sərxoşluq əlaməti hələ gözə dəymirdi. “Can qardaş”- ləzgi olduğundan öz aramızda ona belə deyərdik- yekə baş soğan doğratdırıb qabağına qoymuş, üstünə nar sıxdırmışdı, Hüseyn dayının tərifləyə-tərifləyə masaya qoydurtduğu soyutma tikələri, kotletləri içəri ötürürdü. Baş leytenant Qubalı içdiyi hər qədəhdən sonra siqaret alışdırır, bir-iki qullab vuraraq quyruğunu qaldırıb belinin tirinə qoyur, bizi tüstüyə verirdi. Quliyev tez-tez “çort”a gedirdi. Həmişə bəxtindən gileylənən və özündən şübhəli olan gənc zabit canımı qurtardığıma görə mənə bəxtəvərçilik verirdi. Gizir olmasına baxmayaraq, hörmətinə görə kiçik zabitlərlə bir tutulan Qubadov hissəyə gəldiyim ilk günləri xatırlayır, tabor komandirinin tapşırığıyla “cavabdeh”lik prosesini, günün nizam qaydalarını öyrənmək üçün onunla növbədə qaldığım gün məni xamlayaraq cərgəyə qoyduğunu, bölüklə birgə otuzdurub-qaldırdığını danışır, gülürdük. Ertəsi gün əhvalat bütün tabora yayılmışdı, tabor komandiri, mayor Aranlının da qulağına çatmışdı, “zabitlə məzələnmək” gizir Qubadova baha başa gəlmişdi, üç dəfə cavabdeh qaldıqdan sonra günorta evə buraxılmamışdı. Elə həmin gün tabor komandiri məni yanına çağıraraq hərbi mühitin bir para prinsiplərini izah eləmiş, qısa zamanda hərbi hissənin ən yaxşı zabitlərindən olacağıma inandığını söyləmişdi. Yola-yolağaya bələd olanda mən özüm də Qubadovdan “qisas”ımı almışdım, birgə qarovula çıxdığımızda “ustav” olub giziri normadan artıq yatmağa qoymamış, əlinə nizamnamə verib şəxsi heyətə oxutmuşdum. Yalanın, kələyin norma olduğu o mühitdə dürüstlüyünü xeyli dərəcədə qoruyub saxladığından yoldaşlığımız tutmuşdu.
“Hə, Fateh Yazıçı, – gizir Qubadov sağlıq dedi:
- Cərgədə heç kimin yeri boş qalmır, amma dolmur da…. Zarafat edirəm, – o, yerində qurcalanıb ciddiləşdi- biz orduya təkcə canımızı yox, həm də adımızı qoyub gedirik. Bəzilərinin gözündə sən orduya leytenant gəlib, leytenant getdin; mənim nəzərimdə kişi kimi gəlib, kişi kimi gedənlərdən oldun”- sözünün o biri ucu onun tağım komandiri, rütbə üçün sinov gedən baş leytenan Qubalını tuturdu.
Qədəhlərimizi boşaltdıq. Hüseyn dayı ortalığa təzə araq qoydu: “Bu da məndən!”. Bizə qoşularaq sağlığıma iki badə də o vurdu. “Baho, bölük kef edir, heç gör rota komandirini gözləyən varmı”- arxam qapıya sarı olduğundan içəri girən bölük komandirimizin, kapitan Quluncovun üzünü görmədim, səsini eşitdim: “gedən tağım komandiri nə “slujba”da quyruq ələ verdi, nə də “drujba”da, görək təzə tağım komandiri kollektivə necə girəcək? Deyəsən, qayınanası çox istəyir, yeməyin üstünə gəlib çıxıb…” Yerimə gələn tağım komandirini görmək, kadr yoxsa ehtiyyatdan gələn zabit olduğunu bilmək marağıyla çevrilib arxaya baxdım. Qurudum qaldım. Gözlərimə inanmadım, sərxoş olduğumu düşündüm, kipriklərimi sıxıb-açdım, məni qara basmadığına əmin olmaq istədim. Kor-kor, gör-gör, qarşımda Azin Kürəçi durmuşdu. Ayağa qalxıb görüşdüm. Bizim tanış çıxmağımız, qonşu kəndlərdən olmağımız, hətta paralel siniflərdə oxumağımız maraqlı təsadüf sayılaraq stolda çox danışıldı. Təzə tağım komandirini “kollektivə salanda” Azinin süfrədə liderliyi ələ almasına dərhal şərait yaradaraq qulluq elədiyim ilyarımda xarakterinə yaxşı bələd olduğum kapitan Quluncovun quluncunu sındırdım.
Biz kafedən çıxanda artıq gec idi. Gec olduğundan şəhərcikdə məskunlaşan qaçqın taksi sürücüləri NBM-in qabağında müştəri gözləməyib evlərinə dağılmışdılar. Cib telefonuna zəng edərək Adışirin dayını çağırdım. Adışirin dayı ilə sözüm-söhbətim tuturdu, o olan yerdə başqasının maşınına minməzdim. Maşına dörd nəfər oturduq. Kapitan Quluncov tabor üzrə cavabdeh qaldığından bizimlə getmədi, bizimlə gedən digər hərbi qulluqçular isə yaxınlıqdakı qəsəbədə düşdülər. Yaranmış fürsətdən istifadə edib Azinə bayaqdan bəri ürəyimi deşən “sən hara, buralar hara” sualını verdim. O, başına gələnləri qısaca nəql elədi. Parlament seçkilərində “Azadlıq” blokunun 94 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədi olduğunu, səsvermədə qalib gəldiyini, iqtidarın onun vətənə Milli Məclisdə yox, hərbi hissədə xidmət etməsini münasib gördüyünü bildirdi. İstehza etməyə haqqı vardı, əlbəttə. İqtidarın başını ağrıdan jurnalistləri, siyasətçiləri, QHT fəallarının orduya yollaması birinci hal deyildi. Özü də onların çoxunu ön cəbhəyə, səngərə salırdılar, adətən. Görünür, Azini arxa cəbhəyə, paytaxtın yaxınlığında yerləşən hərbi hissəyə göndərməklə iqtidar öz rəqiblərinin reytinqini qaldırmaq, cəfakeş və qəhrəman obrazlarını yaratmaq istəməmiş, əksinə, ordunun “cəzaçəkmə müəssisəsi” olmadığını sərgiləməyə cəhd göstərmişdi.
Hərbi hissəyə günortaya qalmış gəldim və çatan kimi Azini tapdım. Birlikdə tabor komandirinin tərbiyəvi işlər üzrə müavini, mayor Nadir Hüseynovun yanına getdik. Mayor Hüseynov ağıllı, güclü və insansevər adamıydı. Onun sağlığına içəndə həmişə rus yazıçısı Anton Çexovdan sitat gətirərdim: “insansevərlik istedaddır”! Gətirdiyim sitatı belə izah edərdim ki, insanların bu və ya digər sahələrdəki uğurlarının əsasında talant amili nə qədər ciddi rol oynayırsa, cəmiyyətdə ehtiram qazanmasında da insansevərlik istedadı eyni önəmə malik olur. Mayor Hüseynov “eqo”ların sındırıldığı, sınmış “mən”lərin qisas almağa məqam, rütbə gözlədiyi ortamda haqq-nahaqq bölgüsü aparan adamıydı. Çox kasıbın balasını qorumuşdu, umacaqsız-filansız düzü əyrinin ayağına verməmişdi. Qurdalasan, onun yolunda ölümə gedən, heç olmasa, bir əsgər çıxardı hər çağırışdan. Mənə də çox köməyi dəymişdi. Xahişlərimi yerə salmaz, içindən “zibil” çıxmaq ehtimalı olan işlərdən məni uzaqda saxlamağa çalışardı. Aradakı bütün yaş, rütbə, mövqe fərqini qırağa qoyub dostlaşmışdıq. Hərdən evinə aparar, mənə qonaqlıq verərdi. Özü içməsə də, içən qonaqlara həmişə soyuducuda meyvə arağı saxlayardı. Mənim meyvə arağından vuraraq bala-bala sərxoş olmağımı seyr edər, yüzü adlayıb fəlsəfədən, ədəbiyyatdan, sivil dünyadan danışmağıma ləzzətlə qulaq asar, söhbət hərlənib Azərbaycanın üstünə gəlincə, başını bulayardı. O, başını bulayaraq iki şeyə etiraz edirdi. Yalana və yenilgiyə! Yalana və yenilgiyə nifrət etmək bizim ortaq cəhətimiziydi. Mayor Hüseynov Qarabağ uğrunda döyüşmüş, yaralanmış, qar altında qalmış, təsadüf sonucunda ölümdən xilas edilmişdi. Hərbi sahədə təhsil almasa da, yenilgini içinə sindirmədiyindən ordudan getməmişdi. Orduda qalmasına peşiman deyildi, peşiman olmasa da, məmnun da sayılmazdı, səbirsizliklə istefaya çıxacağı günü gözləyirdi.
Mayor Hüseynovun kazarmadakı otağının açarı çox zaman məndə olardı. Bölüyə cavabdeh qalanda, yaxud hansısa səbəbdən hərbi hissədə gecələyəndə otaqdakı stulları yan-yana düzər, üstünə uzanıb gözümün çimirini alardım. İçəri tək girəndə heç zaman qapını döyməz, hərbi subardinasiya qaydalarına ancaq yanımda adam olanda əməl edərdim. Ənənəni ilk dəfə pozub qapını taqqıldatmadan açdım. Bu, həm də “Azin mənə çox yaxın adamdır” demək idi.
Mayor Hüseynov masasının arxasında oturmuşdu, tağım komandirlərinin humanitar hazırlıq konspektlərini yoxlayırdı. Məni mülki geyimdə birinci dəfə görməsə də, məzələnməyə ipucu tapmaq üçün üst-başımı xeyli süzdü:
- Bəs qalstuk niyə vurmamısan, Fateh Yazıçı?
- Mənə qalstuk hədiyyə edəcəyinizi eşitdim, qəsdən taxmadım ki, fikrinizi dəyişməyəsiniz!
- Məndən olsa heç qalstuk taxmarsan, şair hara, qalstuk hara… Gedəndə sənə dəbilqə hədiyyə etmək istəyirəm ki, başını salamat saxlaya biləsən. Dəbilqə yaxşı şeydir, daş dəyəndə, başını yarılmağa qoymaz…
- Qoy o dəbilqə Azin Kürəçiyə qalsın, təki onun başına bir iş gəlməsin burada.
Belə “ciddi zarafat”dan sonra Azin Kürəçini yerli-yataqlı təqdim etdim mayor Hüseynova. “Zampolit” sərraf adamıydı. Quşu qanadından, adamı gözündən tanıyanlardan idi, Azini ona çox tərifləməyim yersiziydi, bir yana baxanda. Kürəçi bütün hallarda orduda baş çıxaracaq, barmaqla göstərilən zabitlərdən olacaqdı. Bunu bilirdim. Bilsəm də, ürəyim durmurdu. Uşaqlıqdan tanıdığım, xatirini çox istədiyim və mülki həyatdan gəlmiş dostumun orduda uyğunlaşma mərhələsini mümkün qədər tez adlamasını arzulayırdım. Mayor Hüseynovla dostlaşarsa, özünü hərbi hissədə tənha, adamlardan uzaq hiss etməyəcəyini düşünürdüm. O acını mən yaşamışdım və insanın bütün keyfiyyətlərinin heçə sayılıb, sadəcə, saya gələn, sıraya düzülən, cərgəyə qoyulan varlığa dönüşünün nə qədər çətin olduğunu bilirdim. Onu da bilirdim ki, mayor Hüseynovun “zampolit” olduğu tabora təsadüfən salmayıblar Azini. Əgər başına hərbi xidmət dövründə bir iş gəlməsini istəmirdilərsə, onu professional şəkildə xətadan-bəladan qoruyacaq ən bacarıqlı zabit məhz mayor Hüseynov idi; əgər ortada daha betər cəzalandırmaq niyyəti varsa, Azinin gözünə qatılıb vurulacaq adam, belə demək mümkündürsə, “qurunun oduna yandırılacaq yaş” yenə “zampolit” olacaqdı. Təmizliyi, peşəkarlığı və ötkəmliyi ona qarşı çoxlarında, o cümlədən, üst düzeydəki zabitlərdə bəzən qıcıq yaradırdı. Bunu yaxşı başa düşən mayor Hüseynov siyirməsindən “tabor komandirinin tərbiyəvi işlər üzrə müavinin tağim komandirləri ilə fərdi söhbət dəftəri”ni çıxartdı, mənə uzadaraq son tapşırığını verdi: “yoldaş zabitlə bağlı qeydlər apar!”- fərdi söhbət dəftərinin belə tez yada düşməsi o demək idi ki, mayor Hüseynova Azin Kürəçi haqqında hələ söz deyilməyib; deyilərsə, onda işini ehtiyyatlı tutan “zampolit” susaraq başını aşağı salmayacaq.
Məzuniyyətdə, yaxud hospitalda olanda, Mayor Hüseynovun vəzifəsini daxili əmrlə mən icra etdiyimdən, onun işinin incəliklərini yaxşıca mənimsəmişdim. Uzadılan dəftəri alaraq Azin Kürəciylə “dərin məzmunlu” fərdi söhbət apardım, ona düşmən tapdağı altında qalmış Qarabağdan, əsir düşmüş qız-gəlinlərdən, silahlı qüvvələrin səbirsizliklə Ali Baş Komandanın döyüş əmrini gözlədiyindən, ordu quruculuğunun günbəgün genişləndiyindən danışdım, yeni tağım komandirini içdiyi hərbi anda sadiq zabit kimi xarakterizə etdim. Heç olmazdı onun içdiyi anddan… Azin Kürəçi rütbə almamışdan qabaq and yerinə BDU-nun hərbi hazırlıq kafedrasının müəllimləri ilə sərin NZS pivəsi içmişdi. Pivə almağa üstündə pulu olmadığından yataqxanaya gəlmiş, məndən borc istəmişdi. Onun hərbi and əvəzinə bir balon pivə içməsini bildiyimdən söhbətin o hissəsini xüsusi pafosla yazdım və dəftəri imzalamaq üçün əvvəlcə Azinə, sonra mayor Hüseynova verdim.
İmzalanma mərasimi bitəndə mayor Hüseynov öz “qızıl qanunu”nu Azinə xırdaladı:
- Yoldaş leytenant, mən o adama dəstək verərəm ki, verilən tapşırığı icra eləyən zaman müəyyən çətinliklərlə qarşılaşsın. O adamı himayə edərəm ki, zəif, aciz və sadəlövh olsun, başına qapaz vurub, çörəyini əlindən almaq istəsinlər. O adama hörmət edirəm ki, vicdanlı və mərd olsun. Mən sənə hörmətlə yanaşacağımı hiss edirəm. Sənə dəstək verməyə də həmişə hazıram, bu, mənim vəzifə borcumdur. Sən zəif adam deyilsən və görünən budur ki, vurulsa, başına qapazdan daha yekə zərbə vurulacaq. Elə zərbə ki, onun özü səni öldürərsə, küləyi məni, yaxud tabor komandiri Aranlını türməyə ata bilər. Dünyanın istənilən ölkəsinin ordusunda iki cür nizam var.Bu nizamın birini yazılmış qanunlar yaradır, digərini yazılmamış. Qorxaqlar yazılmış qanunlara tabe olur, səfehlər yazılmamışlara. Ruslarda belə bir söz var, deyirlər, “ustav- eto ne doqma”. Bir zabitin ordunun yazılmamış qanunlarını, o cümlədən insaniyyəti tamam gözardı edib, dünyaya yalnızca nizamnamə tələblərindən baxması ona şərəf qazandırmaz. Eyni zamanda, nizamnamənin tələblərini kobudcasına pozmaq da onu risq altına qoyar. Mən sənə üç maddə söyləyəcəm, bu maddələr hərbi sistemin bütün yazılmış və yazılmamış qanunları qarşısında səni müdafiə edəcək. Birinci maddə: ilk zərbəni sən vurma! İkinci maddə: rüşvəti nə al, nə də ver! Sonuncusu, cərgəyə gecikmə!
Mayor Hüseynov sözünü tamamlayıb məndən otağının açarını istədi. Ona uzatdığım açarı əlimdən alaraq Azinə verdi. Yeni tağım komandirinə günorta fasiləsi zamanı orada dincələ, gecə hərbi hissədə qalası olsa, mənim kimi stulları düzüb üstündə yata biləcəyini söylədi. Otaqdan çıxanda mayor Hüseynovun maddələrini Azinə izah elədim:
- Burada vurulmaqdan qorxmaq yolverilməzdir. Əl qaldırmağa meylli olanlar yalnız fiziki cəhətdən özlərindən zəif olanların üstünə yeriyirlər. Əgər elə bir parabeyinlə münaqişədən qaça bilməsən, “əzişdirmək” üçün onu özünün güclü olduğun müstəviyə çək. Əzələsinə arxayın olanlar hüquqlarına güvənənlərdən it kimi qorxurlar. Qorxduqları adamı, yeri gələndə, şantaj eləməkdən çəkinmirlər. Kimsənin qarşısında gözükölgəli olmamalı, buna əsas verməməlisən. Düzülüşlərə gecikmədin, cərgəyə vaxtlı-vaxtında durdun, üzərinə diqqət cəmləmədinsə, başını salamat qurtara biləcəksən buradan.
Kazarmanın qabağında ayrıldıq. Azin əşya anbarından hərbi forma almağa getdi, mən ştaba təhvil-təslim qaiməsinə axırıncı qolları çəkdirməyə girdim. İncəvara, lazım olan adamların hamısını yerində tapdım, qaiməni imzalatdım, sonuncu qol üçün hərbi hissə komandirinin yanına qalxdım. Komandir qaiməni qollayıb mülki həyatımda mənə uğurlar dilədi:
- Deyirlər, yerinə gələn tağım komandiri qohumundur…
- Xeyr, yoldaş polkovnik,- komandir əslində polkovnik- leytenant olsa da, hərbi hissənin bütün zabit və gizirləri rütbəsini bir pillə qaldırmaqla ona kompliment deyərdilər- qohumum deyil, qonşu kənddəndir, çoxdan tanıyıram, savadlı və mübariz insandır.
- Deyirsən yəni müxalifətin adamıdır? – komandir aşkarca məndən söz alırdı.
- Mən biləni, o heç bir siyasi partiyanın üzvü deyil, hərbi xidmətə gələnə qədər QHT sədri olub. Sadəcə, “Azadlıq” bloku cəmiyyətdə tanınan və hörmət bəslənən demokratik fikirli gənc kimi son parlament seçkilərində onun namizədlyini dəstəkləyib.
- Sən dost kimi, yerli kimi onu başa salarsan ki, ordu siyasətdən kənarda durur. Onun mülkü həyatındakı siyasi baxışlarının mənə dəxli yoxdur, hərbi hissə komandiri olaraq mən ondan yaxşı xidmət tələb edəcəm. Görüm vaxt tapsam, çağırıb özünə də deyərəm.
Komandir köhnə qurduydu. Daim quyruğu paçasında gəzir və məhz qurnazlığı sayəsində paytaxtın həndəvərində yerləşən hərbi hissəyə illərdir komandirlik edirdi. Barmağımı dişlədim, onun belə danışmasının səbəbi olmamış deyildi. Görəsən, nə idi onu quyruqda qoyan?- sualın cavabını çox gözləyəsi olmadım. O, masasının üzərindəki qəzeti götürüb mənə uzatdı:
- Oxu, gör burada yazılanlar düzdürmü?
Qəzetdə göstərilən kiçik məqaləni o qədər hövsələsiz oxudum ki, nəşrin adına da fikir vermədim. Məqalədə yazılırdı: “Azin Kürəçi universitetdə “boz kardinal”ın oğlu ilə birgə təhsil alıb. O zaman tələbə yoldaşının evinə get-gəl edib və atasının hörmətini qazanıb. Görünür, onu gələcəkdə müxalifət düşərgəsinin liderlərindən birinə çevirmək istəyir iqtidar. Kürəçini hərbi xidmətə yollamaqda iqtidarın məqsədi odur ki, orduda olmaması gələcəkdə ona irad tutulmasın. Əgər hökumət onu cəzalandırmaq istəsəydi, cəbhə xəttinə göndərərdi. Göndərməyibsə, deməli, onu qoruyan məmur var”.
İnformasiya başdan-ayağa “dez” idi, Azin Kürəçinin qrup və fakültə yoldaşları arasında nəinki “boz kardinal”in oğlu, heç hansısa icra başçısının qızı da oxumurdu. Yadıma komandirin mənə nahaq yerə qubbaq verməsi düşdü. Onu dolamaq və yazılan dezinformasiyaya inandıraraq qarşıdakı on səkkiz ay ərzində müxalif kimliyindən dolayı Azinin xırda-para məsələlərdə “günah keçisi” elan edilməsinə yol verməmək qərarına gəldim:
- Yoldaş polkovnik, Sizə bir söz deyəcəm, amma çox xahiş edirəm, bunu məndən eşitməmiş olasınız- komandirin çuğullara güvəndiyini bilirdim.
- Narahat olma de, ikimiz də cayıl oğlanıq!
- Bilirsiniz, yoldaş polkovnik, yerlim olduğuna görə düz çıxmır deməyim…
- De, de! Yerlin guya çox bilir qədrini…
- Bilirsiniz, yoldaş polkovnik, Azin Kürəçi “boz kardinal”ın adamı olmaqdan əlavə, həm də general Quzanlınskinin qızını sevir.
- Dogrudan?- Müdafiə Nazirliyinin yüksək çinli qulluqçusunun adını eşidən polkovnik qulaqlarını şəklədi.
- Amma çox xahiş edirəm…
- Bir daş altda, bir daş üstdə- sözümü kəsdi.
***
Anbardan Azinə hərbi forma və çəkmə vermişdilər, tabor komandirindən icazə alaraq şəhərə, mağazadan zabit toqqası və günlüyü almağa gedirdi, sabahdan xidmətə başlayacaqdı. Mən artıq mülki vətəndaş idim, hərbi hissəyə birdəfəlik “əlvida” deyirdim. Belə bir günü qeyd eləməyə dəyərdi. Özümüzü Hüseyn dayının kafesinə verdik. Hüseyn dayının kafesindən lül dəm çıxanda tabor komandiri İlkin Aranlı ilə qabaqlaşdıq.
Mayor Aranlı öz sahəsi üzrə bilikli kadr idi. Xüsusən, hərbi taktikanı dərindən bilir, təlim toplanışlarında həmişə yüksək bal yığaraq hissənin üzünü ağardırdı. Mülkidən gələn zabitlərə xüsusi diqqət göstərər, onlardan ağıllıca yararlanaraq “taborun səviyyəsi”ni qaldırardı. Dediyinə görə, istənilən qərarı verəndə gözünün qabağına həmişə “şərəf məhkəməsi” gəlirdi. Avtomil xidmət rəisi kimi yaltaq, üzlü və çoxüzlü “çiynində paqon gəzdirənlər”in quyruğunu bulaya-bulaya şərəf məhkəmələrinin keçirildiyi kluba girməsini, söz alıb ona “moizə” oxumasını Aranlı özünə sığışdırmırdı. Başqa tabor komandirlərindən fərqli olaraq, tabeliyindəki zabit-gizirlərlə Hüseyn dayının kafesində “ətirlənməz”, həftədə bir kərə mobil telefonunu dəyişməzdi. Aranlının “Siemens” markalı mobil telefonu o qədər köhnəlmişdi ki, birdən zəng çalardı, birdən yox. Həmişə nasaz vəziyyətdə olan “Jiquli”sini hərbi şəhərcikdəki evinin qabağında saxlayar, məhz maşınını düzəltdirmək ümüdi ilə oynadığı “Ailə sevinci” loterayasına pul düşməməsini Allahın onu görməmək üçün göyün yeddinci qatında gizlənməsi ilə bağlayardı. Allah Aranlı görməsə də, Aranlı Allahı həmişə başının üstündə görürdü. Tabeliyindəki zabit-gizirlərin hamısının sorunlarını və sorumsuzluqlarını bilirdi. Bizi görəndə lopa bığları tərpəndi:
- Mən ölüm bax ey, mən bunu kepka dalınca göndərmişəm, bu da gəlib mülki vətəndaşla Hüseynin kafesində “ətirlənir”- Mayor Aranlı mənə göz vurub Azinə “kombat” xoxu gəldi.
- Qoy içsin, sabahdan kefi istəyəndə “ətir”lənə bilməyəcək. Aranlı araq içməyə “ətirlənmək” dediyindən ona öz jarqonu ilə cavab verdim.
- Əsas məsələ “ətir”lənmək deyil, hərdən yola vermək olar belə şeyləri- üzünü Azinə tutub ona öz “qızıl maddə”sini başa saldı, mayor Hüseynovdan fərqli olaraq, onun cəmi bircə maddəsi vardı:
-Mənə heç vaxt “kəf” gəlmə!
***
Hərbi xidmətdən qayıtdığım iki ay idi. Yuxudan oyansam da, yatağımdan qalxmamışdım. Arabir zəngləşdiyim Azinə “qıcıq mesajı” yazdım: “Yoldaş leytenant, elə indicə səni yuxuda görüb oyandım. Özündən muğayat ol”. Çox keçməmiş cavab gəldi: “Hacı Zeynalabdin Tağıyev qəsəbəsində patrul rəisiyəm. Qaydaları pozan hərbi qulluqçuların qarşısını kəsəsiyəm. Düzünü bilmək istəyirsənsə, məni qaydaların pozulması yox, yazılması narahat edir…” Yazılanın şeir olub-olmadığını SMS variantında oxuyanda bəlirləmək mümkün deyildi. Əslində, bunu bəlirləməyə həvəsim də yoxuydu. Məni narahat edən patrul rəisinin hərbi mühitə alışıb-alışmamasıydı. Yataqda uzanmağa daha səbrim çatmadı, yerimdən qalxıb əynimi geyindim, Tağıyev qəsəbəsinə, leytenant Kürəçinin partul xidmətində olduğu parka getdim.
Mən parka çatanda Azin öz köhnə hərbi mundirində gəzməyi xoşlayan yaşlı bir rus proporşiki söhbətə çəkmiş, çənəsinin altına salıb nostalji hisslərini oyatmışdı. O, ağzının suyunu sıçrada-sıçrada keçirdiyi gözəl günlərdən danışırdı. Həftəsonları düzənlənən rəqs axşamlarından, qadınlarla məcəralarından, o zamankı qayda-qanundan, səliqə-səhmandan, proporşiklərin gül kimi yaşamasından ağız dolusu dəm vururdu. Parkdan azca aralıda təzə tikilən villaların hündür hasarlara alınmasını anlamırdı, başa düşmürdü heç cür.
Azin qoca proporşiki haqsız saymır, ona qıy verirdi. Azərbaycanda insanların özlərini gizləmək, qapatmaq meyllərinin getdikcə gücləndiyindən, adamların yad baxışlardan, gözlərdən qorxduğundan, sərbəst yaşaya, sərbəst gəzə, sərbəst əylənə bilmədiyindən təngə gəldiyini deyir, restoranlarda müştərilərin kabinetdə yeyib-içməyi üstün tutmasına, oturuşunu, yeyişini, gülüşünü, lap elə öpüşünü başqalarından gizlətməsinə qarşı çıxır, həmsöhbətini qızışdırırdı. “Düz deyir dyadya Vanya, “birdən görərlər, pis baxarlar” fobiyası imkan vermir camaata həyatda xoş gün görə. Elə deyil Fateh?- verdiyi sualı ürəkdən təsdiqləyib onu sabiq proporşikdən araladım. Parkın içinə doğru addımladıq.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində əvvəllər, əsasən, rus hərbçiləri yaşayıb. Tək-tük hallarda adamın qabağına çıxan, cavanlıqlarının parlaq keçdiyi dodaqlarındakı boyalardan bilinən “babulyalar”ı və gödək, seyrək taxtalarla çəpərlənmiş xudmani evləri çıxmaq şərti ilə burada rus izlərinə rast gəlmək mümkünsüzdür artıq. Heykəllər adamlardan çoxdur bu parkda. Vladimir İliç Leninin bütün Azərbaycandan yığışdırılmış büstlərindən birinə nədənsə burada toxunan olmayıb. Lenindən o tərəfdəki abidə 20 yanvar 1990-cı ildə Bakıya yeridilən rus qoşunlarının qırdığı soydaşlarımızın anısını əbədiləşdirmək üçün qoyulub, yörəsinə çiçəklər əkilib. İyirmicə addım aralıda qəsəbəyə adı verilmiş, 20-ci əsrin başlanğıcında yaşamış neft milyonçusu Hacı Zeynalabdin Tağıyevə anıt yonulub. Başqa bir heykəl qəsəbə sakinlərinin Ulu Öndərə sevgisini əks etdirir. Həmçinin, ağacların arasına basdırılmış lövhələrə qırmızı hərflərlə Ulu Öndərin aforizmləri yazılıb. O aforizmlərdən biri belədir: “Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin dünyada özünə məxsus yeri vardır!”
Patrullara verilən nahar fasiləsinin zamanı çatmışdı. Birgə nahar etmək üçün parkdan çıxmağı təklif etdim. Bazarın yan-yörəsində Nuh əyyamından qalan pitixana tapıb oturduq. Qəsəbənin ən təmiz iaşə obyekti sayılan pitixananın pəncərəsindən sallanan, üstünə “Xaş” yazılmış karton kağız havanın qabağını kəsirdi, içəridəki stol və stullar qırıqdı, masadakı qənd qablarının hərəsinə iki ədəd konfet atılmışdı. Konfetlərin kağızında əl qalınlıqda kir vardı. Piştaxtanın küncündəki göstərməyən, ancaq səsi çıxan köhnə sovet televizoruna “radio” demək daha düzüydü. Xidmətçi protez dişli yaşlı kişiydi, ağlına verəndə qablamasını çıxardıb cibinə qoyur, ürəyi istəyəndə cibindən çıxardıb ağzına salırdı; deyəsən pitixananın sahibi də elə özüydü. Daimi müştərilərindən biriylə qabaq-qabağa oturub çay içirdi. Danışıqlarından belə çıxırdı ki, daimi müştəri cavanlığında hərbçi olub, ətrafdakı hissələrin birində proporşiklik edib. Proporşik qabaqkı komandirlərin şəxsi heyətə etdiyi zülmlərdən, “kombriq”dən, “kombat”dan, “zampolit”dən it kimi qorxmağın vacibliyindən və evinə daşıdığı kartof taylarından, dondurulmuş balıq yeşiklərindən, yağ qutularından danışırdı. Ürəyimdən keçənləri Azindən saxlamadım:
- Kim bilir, bəlkə bizim bu proporşik elə bayaqkı rusla eyni hərbi hissədə xidmət eləyib. Rus proporşiki xatirələrində ədaləti yaşadır, azərbaycanlı həmkarı zülmü. Birincisi komandirlərindən eşitdiyi təriflərlə, verilən ödüllərlə öyünür, ikincisi üzünə edilən söyüşlər, aldığı cəzalarla. Rus hərbçi halal qazancı ilə təşkil olunan rəqs gecələrində əylənəndə, onun azəri həmkarı oğurluğunun üstünün açılmasından qorxaraq yuxusunu qarışdırırmış yüz faiz. Onların ikisi də eyni məbləğdə məvacib alıblar. Belədə, nədən biri gözü tox, vicdanlı və bu cür demək yerinə düşürsə, səmərəli yaşayıb, bu birisi tamahkarlıq, oğurluq və ziyankarlıq etməkdən özünü saxlaya bilməyib?
- Bizim xalq əsrlər boyu əsarətdə yaşayıb, özünü vətəninin sahibi hiss etməyib çox zaman. Sahibkar özünə ziyan vurmur, nökər isə “ağa”dan oğurlamağa çalışır. Pis olan budur ki, vərdişini hələ tərgidə bilmir nökərlər- Kürəçi belə fikirləşirdi.
Əsgərlərə də, özümüzə də xaş sifariş verdik. Əsgərlərdən birinin adı Alqayıt Abışov, digərininki Əli Ələsgərov idi. Alqayıt millətçiydi, laçınlıydı, məcburi köçkün düşərək Sumqayıtda məskunlaşmış qohumlarından birinin qızını sevirdi, əsgərliyini bitirən kimi evlənəcəkdi. Əli dindarıydı. Ən böyük arzusu bir səhər yuxudan oyananda başının üstündə baş leytenant Qubalını görməməkdi. Hərbi təhsilini Türkiyədə almış Qubalı “əsgərin Allahı yox, komandiri olur” deyə-deyə Ələsgərovun gününü göy əskiyə bürümüşdü. Hər dəfə yanından keçəndə əsgərə irad tuturdu. Gənc tağım komandiri istəsə şalbana tutmağa da irad tapardı, anda qala, Ələsgərov tağımın dirəklərindən deyildi.
Nəhayət, xaş qazanı qızdı. Xidmətçi dayı paylarımızı çəkib gətirdi. Ələsgərov “bismillah” deyərək əlini çörəyə uzadanda azyaşlı oğlunun əlindən yapışmış yeni müştəri girdi içəri. Oğlan çox sevimliydi, ağıllı cocuğa bənzəyirdi. Atanın saçı dağınıq, sifəti tüklü, geyimi nimdaşdı, əziyyət çəkən və içən adam olması dərhal sezilirdi. Stola oturan kimi qablamadiş kişi onların qabağına bir qab yemək və “çubuş” araq şüşəsi qoydu. Ata-bala çörəklərini bir kasa xaşa batırıb yeyirdilər. Ata “çubuş”dan az-az süzür, stəkanı qaldırıb oğlunun burnuna vurur, balasının sağlığına içirdi. İçdikcə gözünə, oğluna baxdıqca üzünə işıq gəlirdi. Qulağımız çaldı ki, o bir kasa xaş və “çubuş” ata ilə balanın ilk birgə qazancıdır. Xaş boğazından getmədi Azinin.
- Azərbaycandan nə qədər ağıllı, zəkalı uşaq var. O ağıllı və zəkallı uşaqların arasından yaxşı vətəndaşlar, vicdanlı kadrlar, böyük alimlər çıxa bilər. Di gəl, kimin vecinədir o uşaqlar? Bir yandan valideynlərin güzəranı, bir yandan təhsil sisteminin yarıtmazlığı onları erkən yaşlarından əməyə sövq edir. Qeyri-leqal əmək bazarında qul kimi işlədilir Azərbaycan cocuqları. Döyülürlər, söyülürlər, aldadılırlar, ac saxlanırlar, pis yola salınırlar, öz uşaqlıqlarını yaşamadıqlarından psixopata çevrilirlər onlar.
- Axı sən niyə qələbəni qoruya bilmədin, Azin Kürəçi? Hirsimi deputatlığa namizəd olmuş patrul rəisinin üstünə boşaltdım:
- Xidmətimi başa vurandan sonra hərbi komissarlıqda qeydiyyata düşmək üçün rayona gedəndə təhsil aldığımız orta məktəbə uğradım. Mənə ana dili və ədəbiyyatdan dərs demiş Yeganə müəlliməylə görüşmək istəyirdim. Dərs dediyi sinifin qapısını döydüm. Şagirdlər seyrək idi, birindən savayı, hamısı oğlanıydı. Yeganə müəllimə şagirdlərinin dərsə gəlməməsindən şikayətləndi. “Oğlanlar dana saxlayırlar,- dedi,- rayondakı topdansatış mərkəzlərində hamballıq edirlər. Qızları ərə veriblər. Sovet hakimiyyəti illərində Azərbaycanda formalaşan məktəb ənənələri məhv olur. Kimin ağzı nəydi o zamanlar şagird qızı ərə versin? Bəlkə də, ölkənin hansısa dağ rayonunda, ucqar kənddə belə hala hərdən rast gəlmək olardı, Bərdədə əsla! Problemin kökünü başa düşməyənlər bəzən günahı müstəqilliyin üstünə yıxırlar: “Suverenliyin bizə gətirdiyi inkişafa bax”. Bax, Azin, bax, 1990-cı ildə Bərdədə mənə “dərsdənkənar vəsait” kimi “Azadlıq” qəzetini oxutduran müəllimə, tutalım, Cəfər Cabbarlının “Od gəlini” pyesini keçməyə qız şagird tapmır. Hansısa nadürüst Urusetdən beş-on manat pulla gəlib qapısına inək bağladığı, altına maşın qoyduğu kimi, yatağına bir məktəbli qız salır; hər gün o qızın ruhunu, gələcəyini zorlayır, ondan “arvad” düzəldir. İstismar olunan bədənlərindən, zorlanmış ruhlarından doğulan uşaqları o arvadlar nə cür tərbiyə edəcək, azad fərd, ləyaqətli vətəndaş böyüdəcəklər?
- Orta əsrlərə dönürük. Orta əsrlərin əlamətləri getdikcə çoxalır Azərbaycanda- hasarlar, təhkimçilik, din…
***
“N” saylı hərbi hissəyə məxsus qapalı şəhərcikdəkı evlərin çoxuna qaçqınlar yığışıb. Qışının soyuğu sərt, yayının istisi kəskin olan Külkeşpirə qəsəbəsində yerləşən şəhərcikdə hərbçilər yüngülvari sivilləşib, sivillər azacıq hərbiləşib. Qəsəbənin kəsməyən küləyi saatları qabağına qatıb qovur, adamları hızlandırır, sözləri tələsdirir elə bil. Saatlar da, adamlar da, sözlər də yeyinləşir Külkeşpirədə. Əqrəblər itələşir, addımlar itiləşir, adamlar itidilləşirlər. Müddətli hərbi qulluqçular, müvəqqəti məcburi köçkünlər, köçəri zabit-gizirlər özlərini daimi sakin saymırlar burada. İşğal altında qalan torpaqlarını geri qaytaracağına inanaraq sevdikləri əsgərlər, gizirlər və zabitlər qaçqın qızların ürəyini qıraraq tərk edirlər şəhərciyi. Hərbiçilər ürəklərini qırıblar, işğal altındakı torpaqları geri qaytaracaq qəhrəmanlar sevmək romantikasından məhrum ediblər qaçqın qızları. Ürəklərində qubarlayan yurd sevgisi bir əsgərin, bir gizirin, bir zabitin həsrətinə qarışıb, dalınca ağlayanda, göz yaşı kimi şəhərciyin yayda tozanaq, qışda palçıq olan qumsal torpağına tökülüb. Hərbçilər çirkli çəkmələriylə o torpaqları ayaqlayaraq qaçqın qızların göz yaşlarının cücərməsinə imkan verməyiblər. Uniformalar və rütbələr öz cazibəsini itirib köçkün qızların nəzərində. “Vətən” və “igid” anlayışlarının hərəsi bir damla yaş kimi yerə diyirlənib gözlərindən, şoranlaşıb, şitləşib. Əsgərə inanmaq, gizirə üz vermək, zabitlə görüşmək yasağa çevrilib o şəhərcikdə. Qəhrəmanlığa inamını itirmiş ərgən qızlar gözünü Rusiyaya hamballığa, göy satmağa gedən qohum oğlanlara dikiblər. Qohum oğlanların gözü oradakı sadəlövh rus qızlarından doyandan sonra gəlib onlara elçi göndərəcəyi, toy çaldıracağı günü gözləyirlər. Sevgiyə yadırğayıblar tamam. Sevgiyə yadırğamış o qızların biri də göyərçin qanadlarının üzərində yaşayan Şərafət idi. Şərafətin göyərçin qanadlarının üzərində yaşamasını təkcə leytenant Qaytaranov duymuşdu; ondan savayı heç kim fərqinə varmamışdı qızın göyərçin qanadlarının üzərində yaşadığını. Quşlara quşu qonanlar binanın zirzəmisindəki qəfəsə baxmışdılar, Şərafətə bənd olanlar birinci qatın eyvanına boylanmışdılar. Quşları quşqulandırmayan, quralları qurcalandırmayan bir sevgi yaşanırdı hərbi şəhərcikdə…
Qulac-qulac saçları, qap-qara gözləri, şirin və cingiltili səsi, dayanılmaz dərəcədə cazibədar olan ayaqları vardı. İlıq havalarda qırmızı idman forması geyinər, qardaşının təzəcə yeriyən oğlunu şəhərcikdə gəzdirərdi. Şəhərcikdəki məktəbdə coğrafiya dərsi deyirdi. Qaçqın idilər. Tabor komandirinin maddi-texniki təhcizat üzrə müavini kapitan Qusarlının qonşuluğunda yaşayırdılar. Ha fikirləşdi, onunla başqa cür ünsiyyət qurmağa yol tapmadı. Əlacsız qalıb kapitan Qusarlının yanına getdi. Qızın kimliyini öyrəndi və münasib yolla nömrəsini tapıb ona verməsini xahiş etdi. Axşam kapitan Qusarlı zəng edərək həyat yoldaşı vasitəsi ilə əldə etdiyi nömrəsini ona verdi Şərafətin. O gecə Şərafətə ilk mesajını yazdı leytenant Qaytaranov…
Hər gün ona bir neçə ismarıc yazır, axşamlar evə gələndə internetə girir, web-mesaj yollayırdı. Bir gün gələn zəng telefonunun ekranına Şərafətin adını yazdı. Şərafət yazdığı gözəl SMS-lərə görə zabitə təşəkkür etdi və kimliyi ilə maraqlandı. Demədi. “Yazdıqlarım gerçəkdən xoşuna gəlibsə, görüşək, məni lap yaxından tanı”- vurulduğu qızı qəhvə içməyə dəvət etdi gənc zabit.
Şərafət görən kimi tanıdı leytenant Qaytaranovu. Mesajları ona Qaytaranovun göndərdiyini heç vəchlə ağlına gətirə bilməyəcəyini vurğuladı dönə-dönə. Hərbi şəhərcikdə haqqında yüksək rəy olduğunu söyləyərək, zabitdən dəfələrlə adlarına xələl gətirəcək hərəkətlərə yol verməməyi xahiş etdi. “Lazım gəlsə, özüm xəbər edəcəm”- deyə hərdənbir görüşməyə razılıq verdi.
Ayda iki dəfə ancaq görüşürdülər. Görüşəndə “Vətən” kinoteatrına gedir, bir-birinə sarılır, öpüşürdülər. Bir gün evə dəvət etdi. Şərafət nəm-nüm etsə də, Qaytaranovun təklifini yerə salmadı: “lazım olsa, gələrəm…”
Bazar günü idi. Verilən “farağat” komandasına yuxudan dik atıldım. Televizorda hərbi-vətənpərvərlik proqramı gedirdi. Hərbi çəkməsinin quncundan çılpaq ayaqları görsənən qısa yubkalı jurnalist qız əlinə aldığı flamastrla faragatda dayanan əsgərlərin alnına döyüş yazırdı. O qızdan yaman kəsirdim. Əlimə keçsə, hərbi xidmətdə olduğum dövrdə onun hissəyə gəlməsi ucbatından başımıza gətirilən oyunların hamısının əvəzini çıxardım. Elə leytenant Qaytaranovun bu dörd otaqlı mənzilində…
Axşam o qədər içmişdik ki, gecə evə qayıda bilməmiş, yıxılıb Qaytaranovgildə yatmışdım. Məni sürüyüb yataqdan yerə saldı. “Dur, cəhənnəmə ol, qonağım gələcək”- eşitmişdim ki, qonaq qonağı istəməz, ev yiyəsi heç birini… Paxmel olduğumdan atalar sözünün niyə birinci hissəsinin düz, ikinci hissəsinin yanlış çıxdığını başa düşmədim.
Tör-tökünük mənzilə baxanda yığışdırmaqdan canımı yaxşı qurtardığıma sevindim. Başım uğuldaya-uğuldaya əkildim. Liftin qabağında qarşıma çıxan qulac saçlı qızı görəndə ayıldım. Hə, Fateh Yazıçı- öz-özümə dedim- bax, bu qulac saçlı qız leytenant Qaytaranovun mənzilini yaxşıca silib-süpürəcək, yatağının ağlarını dəyişəcək, hamama keçib yuyunacaq, üzündəki kosmetikanı silərək otağa qayıdacaq. Divanda yanaşı oturacaqlar. Leytenant Qaytaranov qızın əllərindən tutacaq, saçlarını oxşayacaq. Onu özünə sıxaraq dodaqlarından öpəcək. Çox öpüşəcəklər. Saatlarla bir-birlərinin ciyərlərindən nəfəs alacaqlar…
Mən leytenant Qaytaranovu tərxis olunandan sonra gördüm birdə. Gözaydınlığı verdim. Ordudan sağ-salamat qayıtmasını qeyd eləmək bəhanəsiylə gedib “İnqilab” küçəsindəki “Tonqal” restoranında oturduq. Təbrik və təşəkkür sağlıqlarını deməyə qoymadı. “Məni çox istəyirsənsə, bu hekayəni qələmə al”-dedi:
- Bu günə gəlib çıxmağımda ən böyük rol Şərafətin olub. Cazibəsinə salmaqla, özünü sevdirməklə mənim ruhumu azad saxlayıb, sıxılmağa qoymayıb. Bütün düzülüşlərdə onu düşünmüş, səhra təlimlərində boş zaman tapanda cib telefonuna mesaj atmışam. Özümü qapalı mühitin nizamlarından, qorxularından və harizmalarından qorumuşam onun sayəsində. İstəyirəm ki, sən onun sevgisini əbədiləşdirəsən- hərbi xidmətdən qayıdan adamlar öz məhəbbətlərini əfsanələşdirməyə meylli olurlar. Elə bildim o da həmin mərəzə mübtəla olub, amma başqa şey danışdı:
- Hərbi hissədə səhər düzülüşü yenicə yekunlaşmışdı. SMS gəldi. Şərafət vacib işi olduğunu yazırdı. Nəyin bahasına olursa-olsun, günorta onunla görüşməyimi xahiş edirdi. Zampolitin yardımıyla hərbi hissə komandirindən icazə alıb evə getdim. Onu gözləməyə başladım. Qapını açıq qoyduğumdan birbaşa içəri girdi. Problemini soruşdum. “Ərə getmək istəyirəm”- cavabı məni güldürdü.
- Belə şeylər mənə keçmir, gözəl. Mən o adamlardan deyiləm ki, “axşam mənə elçi gəlmişdilər. Valideynlərim deyirlər ki, istədiyin oğlanın elçiləri tezliklə qapıya gəlməsə, səni verəcəyik” qəbilindən olan ənənəvi bəhanələrə önəm verəm.
- Mən sənə bəhanə deməyə gəlməmişəm!
- Bəs nəyə gəlmisən, xeyir-dua almağa? Qoy çırağı gətirim, səni başına fırlayım…
- Yaxşı ideyadır, get gətir!– zarafat elədi və durub tumuşunu soyunaraq yatağa uzandı. Əvvəllər imkan verməmişdi özüm çıxaram əynindən…
O bakirə deyildi… Səhər onu qaçırmaq istəyən vardı. Əgər kömək etsəm, Şərafət ərə gedəcək, xoşbəxt olacaqdı. Məndən başqa kimsəyə öz sirrini etibar etmir, ürək qızdırmırdı. Onu ginekoloqa apardım, həkimlər əməliyyatla bakirəliyini bərpa etdilər. Evlərinə yola salanda mənə qızlığının tarixçəsini danışdı.
Sən demə, Şərafət dörd ay əsirlikdə qalıbmış. Bakirəliyini də on dörd yaşında başına gələn o faciə zamanı itiribmiş. O, başına gələnləri çox sakit xatırlayırdı artıq:
- Bizim kəndimiz Ermənistanla sərhəddə idi. Rayonumuzu işğal etmək istəyən ermənilər ilk hücumu bizim kəndə elədilər. Vəziyyət ağır olduğundan çoxları öncədən tərk eləmişdi kəndi. Biz də çıxmışdıq, əslində, qonşu kənddə, dayımgildə olurduq. Həmin gün evimizi yığışdırmağa gəlmişdim. Kəndə hücum edən düşmən əsgərləri məni tutdular. Əllərimi və ayaqlarımı bağlayıb Ermənistana apardılar. Hərbi hissənin həyətində çuval kimi yerə atdılar BTR-in üstündən. Dillərini bilməsəm də, başa düşürdüm ki, əsgərlər məni zorlamaq istəyirlər, lakin, qənimətin ilk sahibini müəyyənləşdirə bilmirlər. Onlardan biri hirslə qolumdan tutaraq məni özünə tərəf dartdı. Əl-qolum bağlı halda aparıb qaranlıq hücrəyə saldı, qapısını qıfıllayaraq getdi. İki gün ac qaldım orada. Qapı açılanda aclıqdan və qorxudan gözüm tor görürdü. Kimsə üzümə baxıb gülümsünürdü. Qorxumdan küncə sıxıldım. Amma hara qaçacaqdım? Erməni hərbiçisi məni hücrədən çıxardaraq özüylə apardı. Gecə yarısı bir kənd evinə çatdıq. Üstümüzə cuman itlər onun səsini eşidib sakitləşdilər. Erməni döyüşçüsü məni tövləyə saldı, üstümə atılıb zorladı. Sübhəcən sakitləşmədi. Camaat yuxudan oyananda gedib ailə üzvlərini tövləyə gətirdi, məni göstərdi. Dörd ay həmən tövlədə yatdım. Axşamacan qabaqlarında qul işləyirdim. Döyməsələr də, hər gün söyür, danlayırdılar. Yeməyi onlarla birlikdə yeyirdim. Bircə Armendən xoş üz görürdüm. Evə qayıtdığı gecələrdə yanıma gəlir, sevişirdik. Bəli, sevişirdik! Mən sevməyə başlamışdım onu. Ata-anasının ilişgimizdən xəbər tutmaması üçün hamiləlikdən qoruyurdu məni. Yavaş-yavaş ermənicə öyrəndim. Onda bildim ki, Armenin qardaşı əsir düşüb və məni evlərinə onunla dəyişməyə gətirib. Dörd ay keçdi, məni dəyişdilər. İntəhası, Armenin qardaşı ilə yox, başqa əsirlə. Məni dəyişməyə aparanda Armen dedi ki, o, qardaşının sağ olmadığını bilirmiş. Döyüş yoldaşları qardaşının meyitini çıxarda bilməyiblərmiş güllənin altından. Armen valideynlərinə qardaşının öldüyünü yox, əsir düşdüyünü söyləyib, məni isə evlərinə girovun dəyişdiriləcəyinə ümid kimi gətirib. O, on dörd yaşlı azərbaycanlı qızı zorlayaraq qardaşının qısasını alırdı. Mən isə onu xilaskar kimi sevirdim, canımı əsgərlərin kütləvi şəkildə zorlamasından, döyməsindən, ac və hamilə qalmaqdan qurtardığı üçün çox razıydım Armendən. Həm də sənə oxşayırdı…
Leytenant Qaytaranovla sevişəndə Şərafət erməni hərbçisini düşünürmüş, sən demə…”– Azin kağıza çıxartdığım hekayəsini oxuyub özümə qaytardı və dalğınlaşdı:
- Əladır, özüm ölüm, zirzəmidəki göyərçinlərin quğultusu gəldi qulağıma…
***
Gecə Əli zəng vurdu. “Dembel”lərin sabah tərxis olunacağını və evlərinə yola düşməzdən öncə avtovağzala yaxın bir yerdə ziyafət təşkil edəcəklərini bildirdi. Bölükdən leytenant Kürəçini və gizir Qubadovu dəvət etmişdilər, sağ olsunlar, məni də unutmamış, öz aralarında görmək istəmişdilər. Avtobusa minəndə hərbi hissədən çixmaq üzrə olduqlarını telefon açaraq mənə xəbər verəcəkdilər. Dedikləri vaxtda zəng etdilər. Onlar hərbi hissədən avtobusla çıxanda, mən də evi tərk etdim. Metronun qabağında görüşdük.
Tərxis olunan əsgərlərdən kimisi çoxdan həsrətini çəkdiyi mülki paltar geymiş, kimisi də hərbi formasının qırağına ağ zehlər tikmişdi. Özlərini yoldan keçən qızlara göstərir, göz-qaş edirdilər. Hərbi hissədə daim üst-başı kirli gəzən və buna görə üzünün danlanmadığı gün olmayan əsgər Cabbarov formasını hamıdan çox ağ parça ilə bəzəmiş, DŞK-nın lüləsinə dəyib sınan qabaq dişlərinin yeri mırıq qalmasına baxmayaraq, dayanacaqda özünə “civi” tutmuşdu. “Dembel”lərin dediyinə görə, qız gözəliymiş və əsgər Cabbarov eləsini hətta postda kəfləmə atanda belə xəyal edə bilməzmiş.
Əsgər Cabbarov qaravula çıxmaqdan ötrü ölürdü. Hər dəfə postdan qayıdanda üzü gülərdi. “O şimdi asger” şarkısını oxuyan türk pop ulduzu Tuğba Əkinçiylə “vışka”da canı istədiyini edərdi. Hər posta gedəndə qumqumasını ağzınacan su ilə doldurar, sabun götürərdi. Xidməti yoxlayan vəzifəli şəxslər gigiyena əşyalarının içində sabunların sayının əskik gəlməsini həmişə irad tutardılar qaravul rəisinə onun sayəsində. Sabun cilişdirməyinin üstündə gizir Qubadov itin sözünü deyərdi əsgərə. İndi Cabbarovla gizir Qubadov qabaqda yanaşı gedir, münasib kafe axtarırdılar. Azin hələ gəlib çıxmamışdı, yoldaydı. Mən Əliylə söhbət edirdim. Əli Azinin ona göstərdiyi qayğıdan danışırdı:
- Günorta idi. Mən qüsl alaraq kluba namaz qılmağa getdim. Ulu Öndərin guşəsindəki xalçanın üstündə namaza başladım. Namazın birinci rükətində əsgər Cabbarov gəldi, bölük komandirinin cərgəni düzdüyünü, məni sıraya çağırdığını söylədi. Namazdan qalxmadım. Bir azdan kapitan Quluncov özünü yetirdi, var gücü ilə dümbəyimə təpik vuraraq boynumdan yapışdı. “Sən bura əsgərliyə gəlmisən, ya mollalığa” deyərək Allahı da, Quranı da söydü. Məni aparıb cərgəyə qoydu. Əsgərlər hadisəni nahar fasiləsindən kazarmaya qayıdan leytenant Kürəçiyə danışdılar. O, bölük komandirinin yanına getdi.
Söhbətin arxasını bölüyün mirzəsi Səlimov- yeri gəlmişkən, o, bölük komandirinin çuğulu hesab edilirdi- davam etdirdi:
- Mən “kapitorka”da oturub tağım komandirlərinin konspektlərini yazırdım. Onların söhbətini axıracan eşitdim. Leytenant Kürəçi bölük komandirinə dedi ki, “mən Allaha inanan adam deyiləm, dinə qarşı fikirlərim olduqca tənqididir. Eyni zamanda, o fikirdəyəm ki, heç bir insanı inancına görə təhqir etmək və ibadətdən ayırmaq olmaz. Əsgər ibadət etməlidir, etməli deyil? Bu, tamam ayrı söhbətin mövzusudur. Mənim fikrimi soruşsan deyərəm ki, Azərbaycanda “alternativ hərbi xidmət haqqında” qanun qəbul olunmalı, dindarlar döyüş hazırlığına cəlb edilməməlidirlər. Madam belə qanunumuz yoxdur, o zaman komandir özü dindar əsgərlə dil tapmalıdır, onun nə zaman Allaha, nə zaman vətənə xidmət edəcəyini başa salmalıdır. Məndən olsa, sən Ələsgərovu çağırıb üzr istəyərsən. Yoxsa iş böyüsə, havayı yerdən başın ağrıyacaq. Allahı, Quranı söyməyinə söz deyən olmasa da, əsgərə təpik vurmağına görə səni rütbədən məhrum edərlər”.
“Leytenant Kürəçi kapitan Quluncovu nətəhər danlamışdısa, məni çağırıb üzr istədi”- Ələsgərov kafirdən daha çox zırrama olan bölük komandirinin üzr istəməsinə hələ də inana bilmirdi. Yazıq uşaq ona da inana bilmirdi ki, o qədər yaxşı adam niyə islamı qəbul eləmir? Heyrətini ifadə etmək üçün mənə bir əhvalat danışdı:
- Bir gün poliqona getmişdik. Gecə idi. Zabit- gizirlərin hamısı içmişdilər. Leytenant Kürəçinin də kefi kökəlmişdi. Kənara çəkilib sevdiyi qıza mesaj yazırdı. Mesajını yazıb qurtardı, məni yanına çağırdı: “bilirsən, şərab içməməklə hansı həzzdən məhrum olmusan? İnsan şərab içində özünü yaradan hiss edir. Özünü yaradan hiss edən insan Allaha inanmaq istəməz. Bax, indi çox gözəl mesaj yazdım…” Mən etiraz eləmək, öz dəlillərimi söyləmək istədim. İmkan vermədi. “Bu dünyada ən mənasız mübahisə inananla inanmayanın dartışmasıdır”- dedi. Mənim hərbi hissədə ən çox nəyə nifrət etdiyimlə maraqlandı. Cərgədə durmaqdan, sıraya düzülməkdən acığım gəldiyini bildirdim. Üstəlik, düzülüşlərin çoxluğundan gileyləndim.
- Sən məndən yaxşı bilərsən, əsgərlər daha nələrə nifrət edirlər?- komandir məndən soruşdu.
- Məlum, səhərin gözü açılmamış “qalx” komandası verilməsi çoxlarının yuxusuna haram qatır” onun sualını belə cavablandırdım. Cavabımla razılaşdığını başı ilə təsdiqləyərək başqa sual da verdi:
- Səncə, niyə insanlar hərbi mühitdə yalançı, riyakar, kələkbaz olurlar?
- Mənə elə gəlir ki, əsas səbəb insanların hərbi mühitdə öz iradəsinə sahib olmaması, komandalarla idarə edilməsidir. Hər şeyi komandanlıq həll edir, sistem yuxarıdan aşağı idarə olunur, altda qalanın canı çıxır, canı çıxan yalana əl ataraq özünü qoruyur.
O zaman leytenant Kürəçi hərbi nizamla biz dindarların ən böyük dəlillərindən biri olan ilahi düzəni müqayisə etdi:
- Bu dünyada hər şeydən şübhələnmək lazımdır. Allahın varlığına da, yoxluğuna da. Allahın varlığına inanıb bir həqiqətlə yaşamaq olar, inanmayıb başqa gerçəklərlə. Özün çox gözəl bilirsən ki, baş leytenant Quliyev mənəvi böhran keçirir. Hərbi mühit getdikcə onun mənliyini sındırır, arzularını puça çıxardır. Quliyevin sevilməyə, dəyərləndirilməyə, dəstəklənməyə ehtiyacı var. Belə zamanda sən ona din təbliğ edirsən. Ilk baxışdan ona yardım edirsən, doğru yola çəkirsən, cənnətə istiqəmətləndirirsən. Baş leytenant Quliyevin durumuna bir də mənim gözümlə bax. Quliyev dindar olmamışdan öncə, gündə dörd dəfə hərbi hissə komandirinin düzülüşə çıxırdı, indi beş dəfə də Allahın cərgəsində durur. İstirahət günlərində pis-yaxşı dincəlirdi, indi bayramda-bazarda da eynən hərbi sistemdə olduğu kimi, sübh tezdən oyadır, gün ərzində dəfələrlə cərgəyə qoşulur, sıra baxışından keçir, xidmətə çıxır. Hərbi nizam onu “düşünmə, dinlə, əməl elə” quralı ilə yaşamağa məhkum edir, azadlığa can atmasını əngəlləyir, qulluq tələb edir. Eyni şeyləri inandirdığın din də tələb edir ondan. Niyə mənəvi böhrana yuvarlanıb Quliyev? Səbəb sadədir, o, başqaları kimi özünü axırıncı yola qoya bilmir. Yalanın içində olmamaq, fərqlənmək, kənarda durmaq, vicdanlı şəxsiyyət olmağa can atmaq qəzəb yaradır “cərgə”də. Azmı görmüsən kapitan Quluncovun əsgərlərdən hansınısa sırada görməyəndə qəzəbləndiyini, hikkəylə onun üstünə cumduğunu, “qubbağ”a salmaq üçün raport dalınca raport yazdığını? Niyə belə edir kapitan Quluncov? Çünki kapitan Quluncov sırada olmayan, sıradan olmayan adamlardan qorxur. Öz aqressiv davranışı ilə, əslində, özünü müdafiə edir, öz qorxaqlığını pərdələyir. Quliyev qabaqlar özündən qorxmurdu, mühitdən iyrənirdi. İndi özündən də qorxur, mühitdən də.
- Bəs sən necə düşünürsən? – Əlidən soruşdum.
- Mən dünyanı Allahsız təsəvvür etmədiyimdən onun dedikləri haqda heç düşünmədim, doğrusu. Bircə ona təəssüflənirəm ki, belə yaxşı adam- əlini gələn zabitə sarı uzatdı- cəhənnəm odunda yanacaq.
- Ay yoldaş leytenant, gəl çıx da, bayaqdan qurdun qulağını burub uladırıq. Tərs kimi rəngi də bozdur ulatdığımız qurdun, bu dəqiqə Alqayıt bizi aparıb Altay dağlarına çıxaracaq – Azinə səsləndim.
Heç şübhəsiz, yoldaş leytenant söhbətinin üstünə çıxan adamlara “qurd de, qulağını bur” deyildiyini bilirdi. Odur ki, zarafata zarafatla cavab verdi:
- Qulağı burulan qurd olmaqdandırsa, qurbanlıq qoyun olmaq yaxşıdır.
- Harası yaxşıdır ey, bizim kənddə qəssab Əpinin başını hara gəldi tutaraq üzdüyü biçarə heyvanlarla, Məkkədə kəsilən quzu arasında fərq qoymur o qurban olduğum. Gənə birini cənnətin, birini cəhənnəmin odunda qızartsaydı, kabablarının tamında fərq olardı, heç olmasa.
Ofisant kababları gətirdi. Ələsgərovdan və baş leytenant Quliyevdən başqa hamıya araq süzdü. Köhnə tağım komandirləri olaraq məclisi mən açdım və təkilf gözləmədən tamadalığı öz boynuma götürdüm. “Xoş gördük” sağlığını içərək badələri yenidən doldurduq. İlk sözü Azinə verdim. Azin möhtəşəm sağlıq dedi:
– Həyatının ən çılğın dövründə gənclərin zorla orduya aparılmasını mən düzgün saymıram. Məcburi hərbi qulluğu “vətənə xidmət” adlandıraraq öyənləri riyakar hesab edirəm. İnsan özünə, toplumuna, vətəninə və dünyasına xidmət etməlidir, mən razı. Bu xidmət insanın ən yaxşı bacardığı şəkildə, sahədə və əlbəttə, könüllü olmalıdır. Mən kütləvi yalana qoşulub heç birinizi vətən qarşısındakı müqəddəs borcunuzdan çıxmağınız münasibəti ilə təbrik etmirəm. Onun borcdan çox, töycü, biyar olduğunu hər biriniz gözəl başa düşürsünüz. Bununla belə, güman edirəm ki, hamınızın içində vətən sevgisi var, doğulduğunuz ölkəyə faydalı olmağı hər biriniz arzulayırsınız. Amalınız vətənə xidmət ola-ola qulluq etdiyiniz dönəmdə çox haqsızlıqla, qəddarlıqla, şərəfsizliklə qarşılaşmış, hərbi qaydalardan cana doymuş, azadlığınızı sıxışdıran nizam-intizamdan tədirgin olmusunuz. Bütün olanlar içinizdə vətənə qarşı etiraz yaradıb, “vətən belə olmamalıdır!”, “vətən mənə belə yanaşmamalıdır” nidalarını qopardıb. Mən sizə bundan sonrakı bütün həyatınızda vətənə etirazınızı qorumağı, inkişaf etdirməyi, onu böyük üsyana çevirməyinizi arzu edirəm. Gəlin içək vətənə etirazımızın sağlığına!
Qonaqlıq çox şən keçdi və yaxşı yekunlaşdı. Hətta bölüyün mirzəsi Səlimov indiyə qədər əsgər yoldaşlarından saxladığı sirri açıqladı. Sən demə, Səlimov günlərin birində kapitan Quluncovu “kapitorka”ya salıb və sıravi Əhmədov sudan gəlincəyə qədər möhkəm döyübmüş. Bu dünyada suya gedən bütün eşşəklərin qayıtmaq ehtimalı vardı, əsgər Əhmədovun qumqumasını doldurmağa getdiyi bulaq quruduğundan, o, sudan qayıtmazdı, hasarı keçər, su dalınca uzaqlara, çox uzaqlara gedərdi…
***
Avtobusla Ayna Sultanova heykəlinin yanına gəldik. Oradan parkın içindəki “Büllur” kafesinə- zarafatla “Hayd Park” adlandırdığımız məkana getmək, çay içmək istəyirdik. Yolu adlayan zaman qabağımızdan iki qız keçdi. Elə gözəliydilər ki, laqeyd qala bilmədim. Həm onların yaratdığı duyguları canımdan çıxartmaq, həm də Azinə sataşmaq üçün replika atdım:
- Bəriki əsl millət vəkilinə layiq gözəldi…
- O birisi də lap ilham pərisidir- dostum atmacamı cavabsız qoymadı.
Sən canı, işə bax, Azin, deyirəm bu fani dünyada… Sözüm ağzımda qaldı. Yolun o biri üzündə dayanan “Lexus” siqnal verdi. Qızlar arabanın sürücüsünə əl elədilər. Azin, görürsən, deyirəm bu fani dünyada… Dalını gətirə bilmədim. Sürücü başını pəncərədən çıxardaraq qızlardan birinin üstünə qışqırdı: “Aazz, harda qalmısan, gəl çıx da bəə…” Deyirəm bu fani dünyada…
Yox ey, nə yerlibazlıq, deyirəm bu fani dünyada… yaxşı ki, “Büllur” varmış. Zeytun ağacının altında boş masa tapıb oturduq. Əlimi yelləyib Eyvaza çay sifariş etdim. Bayaqkı qonaqlıqda Azin Kürəçi bir söz qaçırmışdı ağzından. İşğal altındakı torpaqları geri qaytarmağın yolunu cihadda görən Ələsgərova Dağ Qarabağı xaosun xilas edəcəyini söyləmişdi. Onun mülahizəsi qafama taxıldığından çay gələnəcən dostumdan xaosun Qarabağı necə xilas edəcəyini soruşdum. O, mənim “Lexus və Zeytun ağacı”nı oxuyub-oxumadığımla maraqlandı. Başımı buladım. Adını çəkdiyi kitabı mütləq tapıb oxumağımı məsləhət gördü:
- Kitabın yazarı “New York Times” qəzetinin müxbiri Tomas Freydməndir. Müəllif qəzet üçün material hazırlamaq üçün Yaponiyaya gedir, orada “Lexus” avtomobil zavoduna baş çəkir. Hər gün üç yüz maşın qayıran zavodda cəmi altmış adamın və üç yüz on robotun çalışdığını, fəhlələrin yalnızca keyfiyyətə göz qoyduğunu görür. Müxbirin gözünün qabağına vaxtilə yaşadığı Beyrutda və Qüdsdə insanların zeytun ağacının üstündə qırğına çıxmaları gəlir. Kitab bütövlükdə kürəsəlləşməyə həsr olunub, lakin mən indi o əsəri başqa məqsədlə yada salıram. “Lexus”un hər gün cəmi altmış adamın və üç yüz on robotun çalışmasıyla Azərbaycanın və Ermənistanın birgə dövlət büdcəsindən daha çox sərmayayə sahib olduğu çağda bizim Qarabağ uğrunda savaşmağımız zeytun ağacı üstündə dalaşmaqla eyni şeydir. Bu savaş Qarabağın kimin olmasından, kimdə olduğundan və kimə qismət olacağından asılı qalmadan hər iki xalqın inkişafina böyük zərbə vurur. Tomas Freydmən “Lexus və Zeytun ağacı” kitabında iddia edir ki, kürəsəlləşmə soyuq savaşın yerinə keçmiş yeni sistemdir. Çox pakizə, bəs nədən Azərbaycan və Ermənistan o sistemə daxil ola bilmir? Çünkü Qarabağ münaqişəsinin timsalında “Soyuq Savaş” bitməyib. Qafqaz kimi olduqca strateji regionda Rusiya etnik qarşıdurmalar yaratmaqla kürəsəlləşməyə dirəniş göstərir. Quzey qonşumuz, belə demək olarsa, suyu yenidən öz bostanına axıtmaq iddiasıyla dəhnənin başında türklərlə erməniləri bir-birinə qırdırır. Topxanadakı cır armud ağacının altında kimin yatması Qərbin vecinə deyil, onlara vacib olan barışa nail olmaq və Rusiyanın əlinin dalını Qafqazda yerə qoymaqdır. Dünyanın indiki düzəni və o düzəndəki mövcud tarazlıqlar elədir ki, nə Qərb Rusiyanın dirənişini qıra bilir, nə də Rusiya Qərbi bölgədən geri itələməyi bacarır. Deməli, bölgəyə yeni düzən lazımdır, düzən isə xaosdan yaranır. Qarabağ o xalqın olacaq ki, onun cəmiyyəti xaosa daha tez yuvarlanacaq, sabitliyə daha çabuq son qoyacaq, bir toplum olaraq təlatümlərdən keçəcək, indiki miskin halından uzaqlaşacaq. Bəli, zeytun hər baxımdan xeyirli ağacdır, bu ağaca kimin sahib olduğunu birdəfəlik bildirən razılaşma yoxdursa, o zaman başqalarını onun altından qovmağa və ya məhv etməyə zərurət yaranır. Necə ki, ermənilər bizi həm Ermənistandan, həm də Qarabağdan qaçaq salıb, biz də qısas duyğusu ilə alışıb yanaraq onları qabağımıza qatıb qovmağı arzulayırıq. Bax, bu məqamda “zeytun ağacı” bizi dünyadan geri qoyur, de-kürəsəlləşdirir. “Lexus” isə adamları eşşəkdən düşürüb arabaya mindirir, tərkinə iki gözəl qız oturdur, kefə aparır.
- Sənin dediklərini bayaq başını “Lexus”un pəncərəsindən çıxardıb qızlara acıqlanan eloğlumuz eşitsə, qeyzə gəlib yerə düşər və yaxandan yapışıb soruşar ki, köpəyin oğlu, əgər indiki sabitlik olmasaydı, mən bu “Lexus”u necə sürərdim? İki göyçək qızı yanıma alıb restoranlarda kef edə bilərdimmi?
- “Lexus” sürmək imtiyaz və şans deyil, haqqdır.
- Axı onun da haqqıdır!
- Ədalətli rəqabətin mövcud olduğu ortamda insanlar öz bacarığı və zəhməti ilə pul qazanır. Gəl köməkləşək, mənim yaxamdan tutan o eloğlumuzun kürəyini yerə vuraq, sinəsinə çöküb soruşaq: sənin altındakı araba hansı pulla alınıb? Soruşsaq məlum olacaq ki, onun valideynləri, yaxın qohumları, bəlkə elə şəxsən özü ölkəni çapıb-talayan məmurlardan biridir, yaxud o məmurlardan hansınınsa qəbilə-tayfa münasibətləri zəminində himayə etdiyi iş adamıdır. Oysa, həmin iş adamı, ədalətli rəqabət mühitində, sərbəst bazar şəraitində, böyük biznesmen olmaq nədir, heç kiçik ticarət idarə edə bilməz. “Lexus” o iqtisadi sistemin məhsulu və markasıdır ki, orada iki əsas suala ədalətli cavab tapılıb. Dövlət ondan “mən pul qazanmaq üçün neyləyim” sualına cavab soruşan vətəndaşa tam sərbəstlik verir, deyir, get, bacardığın işin qulpundan yapış! “Necə edim” sualı ortaya çıxanda isə şərtləri açıqlayır: “başqalarının həyatına, azadlığına və mülkiyyətinə təhlükə törətmə, bildiyini elə!”
- Axı onlar da bildiyini edərək qazanıblar o pulu?
- Bəli!.. Başqalarının həyatına, azadlığına və mülkiyyətinə qarşı əllərindən gələni etməklə! Məmurlar biznes sahələrini inhisarda saxladığından “nə etməli” sualının qabağında yüz əngəl var. İndi o qardaş mənim yaxamdan tutmaqla, əngimə bir-iki yumruq ilişdirməklə deyir ki, sən sakit otur, sabitlik pozulmasın, mən ölkəni talayım, “Lexus”da gəzim, villalarda yaşayım; sən dilini dinməz yerinə qoy, mən gözəl qızlarla əylənim. Çünkü talan bitsə, ölkədə sərbəst piyasa yaransa, sənin də “Lexus”un olsa, o qızlar da “Lexus” sürsə, onda məni niyə əzizləsinlər ki? Qulağın məndə olsun, təkrar etməyəcəm, “Lexus” Azərbaycanda iki iş görür. Bir tərəfdən rejimi möhkəmlədir, sabitliyi bərkidir, o biri tərəfdən də xaosu şiddətləndirir. Çünki hər düzənsizlik bir düzən yaratdığı kimi, hər düzən də bir düzənsizlik yaradır.
- Necə yaranır axı o düzənsizlik?
- Fikir ver, addımbaşı Azərbaycanda tükürpədən skandallar baş verir. Nazirlər həbs edilir, icra başçıları döyülür, polis rəisləri güllələnir, deputatlar rayondan qovulur, insanlar lokal aksiyalar keçirərək öz haqlarını tələb edirlər. Çünki sabitlik təbii şəkildə öz xaosunu yaradır, buna mane olmaq mümkün deyil.
- Bəs xaosun Qarabağın aqibətinə təsiri nədən ibarət olacaq?
- Çində qanadlarını yellədən bir kəpənək, ABŞ- da fırtınaya səbəb olursa, küləyin ağacdan qoparıb yerə saldığı portağal da gün gələcək Azərbaycanda və Ermənistanda məxməri inqilab yaradacaq, hər iki ölkəni demokratikləşdirəcək. Almaniya Fransa ilə orta əsrlərdə yüz illərlə müharibə aparmışdı, hətta ötən yüzildə Hitler fransızların torpaqlarını tutmuşdu. Yüzillərin düşmənçiliyinə demokratiyanın inkişafı son qoydu, onları etnik qarşudurmadan uzaqlaşdırıb, ortaq dəyərləri və maraqları müdafiə etməyə sürüklədi. Baltikyanı ölkələr məhz inteqrasiya və qarşılıqlı əməkdaşlıq sayəsində Avropa Birliyi ailəsində yerlərini möhkəmlədirlər.
- Xaos nəzəriyyəsindəki “Kəpənək effekti”nə inansaq, belə çıxır ki, ATƏT- in vasitəçiliyi ilə aparılan danışıqları uğurlu sonluqla bitməyə qoymayan əsgər Cabbarovun postda kəfləmə atmasıymış…
***
Hərbi hissədə Əzrayılı it yerinə qoyan yoxuydu, əksinə, Cəbrayılın adı gələndə əsgərləri titrətmə tutar, gizirlərin dodağı uçuqlayar, zabitlərin dili-ağızı quruyardı. Soyadı Əmrullayev, ləqəbi “Kobra”, rütbəsi polkovnik idi Cəbrayılın. “Kobra”nın kəsdiyi başa sorğu-sual olmazdı, qabağına çıxan əsgər bir həftə, zabit üç sutka haupvaxtda yatardı. Yoxladığı qaravulun rəisi naryaddan çıxarılar, naryaddan çıxarılan zabitin paqonu rütbəyə həsrət qalardı. Deyilənə görə, hərbi hissəyə nə vaxtsa qaravula çıxarılmaq üçün təlim görmüş it veriblərmiş. “Kobra” o itə də üç sutka həbs elan edibmiş. Polkovnik Əmrullayev təkcə cəza vermirdi, həm də mükafat və rütbə paylayırdı. Təqvimin az qala hər ayına düşən çoxsaylı bayram günlərində hərbi hissəyə gəlir, yuxarı komandanlığın salam və təbriklərini şəxsi heyətə çatdırır, döyüş və humanitar hazırlıqda “fərqlənənlər”i ödülləndirirdi. Nədənsə, ödüllənənlər həp eyni adamlar, həmin adamlar isə aşağılara zülm, yuxarılara yaltaqlıq edənlər olardı. Onların ümumi əqidəsi beləydi ki, “hərbidə “qoyan” hörmət qazanır”. Avtomobil xidmət rəisi onun ləqəbini də “qoymaq” feliylə əlaqələndirirdi. Guya, Qarabağ müharibəsi zamanı Cəbrayıl Əmrullayev qoburasında əqrəb gəzdirərmiş, əqrəbi əsir tutduğu ermənilərin üstünə buraxırmış. O, iddia edirdi ki, “qobura” tər-təmiz türk sözüdür və “qoy bura”- əlini dalına atardı- deməkdir. Avtomobil xidmət rəisi qələt edirdi. Polkovnik öz ləqəbinı ona görə qazanmışdı ki, həm “zəhər”i tündüydü, həm də sifəti eynən ilana oxşayırdı. Şəxsi heyət o ilanabənzər varlıqdan qorxurdu və o qorxu pərəstişə çevrilmişdi. “Kobra”dan qorxmayan, qorxusu pərəstişə çevrilməyən tək-tük adamlardan biri mayor Aranlıydı. Azin Kürəçi məzuniyyətdə olanda mayor Aranlı “Kobra”nın dişinə keçmiş, işi şərəf məhkəməsinəcən uzanmışdı. “Kobra”nın mayor Aranlıyla ləj düşməsinin səbəbi elə Azinin məzuniyyətə buraxılması olmuşdu. Azin bir dəfə qarşısına çıxan “Kobra”ya hərbi salam vermiş, polkovnik almamışdı. Qayıdan baş onlar yenidən rastlaşmış və leytenant hərbi salam verməmişdi. “Kobra” Azinə həbs elan etmiş və tabor komandiri onu haupvaxta yollamamışdı. Qaravula göndərmiş, qaravuldan çıxan kimi ərizəsinin üstünü yazıb məzuniyyətə çıxartmışdı. “Kobra” bir qırağa yazmışdı mayor Aranlının bu hərəkətini…
Qorxduğu iş başına gəldi mayor Aranlının. Avtomobil xidmət rəisi dalını bulaya-bulaya klubun qabağına çatdı, siqaret yandıraraq o yan-bu yana var gəl elədi, yandırdığı papirosu axıracan çəkmədən yerə atdı, içəri keçdi. İçəridə mayor Aranlının şərəf məhkəməsi keçirilirdi. Məhkəmə başladı. Hərbi hissənin “zampolit”i hadisə barədə məlumat verdi:
- “Yuxarı rəhbərlik tərəfindən göndərilən komissiya “N” saylı hərbi hissənin zabitlərinin fiziki hazırlığını yoxlayarkən, polkovnik Əmirullayev tabor komandiri, mayor Aranlıya turnikdə hərəkət etməyə başlaması üçün “alətə” komandasını vermiş, əmr yerinə yetirilməmişdir. Əmri yerinə yetirməmək nizamnaməyə zidd olduğundan, eyni zamanda, mövcud halda cinayət tərkibi sayılmadığından mayor Aranlının zabit şərəf məhkəməsinə cəlb olunması qərara alınmışdır. İlk söz polkovnik Əmirullayevə verilir”.
- Yoldaş zabitlər,- polkovnik Əmirullayev mətləbə gendən gəldi- indi 1992-1993-cü illər deyil ki, hərə əlinə bir avtomat ala, hərbi forma geyinə, özünə rütbə verə. Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük işlər görülmüş, onun layiqli varisi, cənab ali baş komandanın əmrinə müntəzir silahlı qüvvələr formalaşmışdır. Ordumuza göstərilən böyük qayğı və diqqət bizdən- hər bir zabitdən öz fiziki hazırlığını gücləndirməyi tələb edir. Verilmiş əmr əsasında mən “N” saylı hərbi hissənin zabit heyətinin fiziki hazırlığını yoxlayan zaman, mayor Aranlı “alətə” komandasını yerinə yetirmədi və bunu fiziki hazırlıqsızlığı ilə izah etdi. Bütün hallarda, əmr yerinə yetirilməli, yəni Aranlı alətə çıxmalıydı, əgər o, alətdə hərəkət etməyi bacarmırsa, bu, əmrə itaət edildikdən sonra məlum olmalıydı. Zabit şərəfinə yaraşmayan hərəkət etdiyindən və həmçinin tələb olunan fiziki hazırlığa malik olmadığından, məncə, mayor Aranlının rütbəsi əlindən alınmalı, o, daha aşağı vəzifəyə keçirilməlidir”
Söz mayor Aranlıya verildi. Tabor komandiri kürsüyə çıxdı. Paqonlarını çıxardıb tribunaya qoydu və dedi:
- Heç kim mənə ağıl, təsəlli, baş sağlığı verməsin. Mən rütbəmə də, vəzifəmə də bir dəqiqəlik sükut elan edirəm! Mənim Azərbaycanı sevməkdən böyük cəzam yoxdur!
Hamı susdu. Heç kimin onun əleyhinə deməyə sözü yox idi. Zala nəzər saldı. Gözünün içinə baxaraq yalan danışmağa cürət eləyən olmadı. Onu müdafiə etməyə, əslində, öz hüquqlarını qoruyaraq “Kobra”nın üzünə qayıtmağa ürək etmirdi kimsə. Susurdular. Susmayan bircə quyruğunu bulaya-bulaya kluba girən avtomobil xidmət rəisi oldu:
- Yoldaş zabitlər, mən təklif edirəm, mayor Aranlının rütbəsinə dəyməyək, onu düşmənin üstünə- ön xəttə göndərək.
Hamı təklifi dəstəklədi, mayor Aranlını vətənə xidmətini davam etdirmək üçün Gədəbəyə köçürüldü. Mənim orta məktəbdə sinif yoldaşım olmuş Anar Gədəbəydə xidmət eləmişdi və qulluğunun son aylarlnda mayor Aranlını onlara komandir gəlmişdi. Anar and içirdi ki, Gədəbəydə, onların müdafiə etdiyi ərazidə keçilməz yal varmış. Yalın üstündən bir yol keçən eşşək ikinci dəfə ora çatanda özünü dərəyə atar, intihar edərmiş. Bax, eşşəyi həyatdan küsdürən o yalı qoruyan əsgərlərə mayor Aranlını komandir göndərmişdilər. Mayor Aranlı orada əsgərlərə meşə qırmağı, kərpic kəsməyi qadağan eləmişdi, bədəninə yara-xora darışanları hospitala göndərmiş, yüngülvari azarlayanları gətizdirdiyi əlaclarla, yeri gələndə, çatmayan dərmanları cibinin puluyla alaraq sağaltmışdı. Onun Ermənistan prezidenti Köçəryanın atəşkəs xəttinə baxış keçirməsindən iki saat sonra yalın o üzündəki postları güllə atmadan ələ keçirməsini komandanlıq xüsusi mükafata layiq görmüşdü. Əməliyyatın məğzi hərbi sirr kimi qorunduğundan, mayor Aranlının o postları necə ələ keçirdiyini Anar bilmirdi. Bildiyi təkcə o idi ki, əməliyyat “Kəf” adlanırmış.
***
Azinin tərxis olunmasına iki ay qalmış Alqayıt bizi toyuna çağırdı. Mənim qonşuluqdan tapdığım maşına oturub Ağcabədiyə, qış yatağına, Alqayıtın toyuna getdik.
Kür qırağı yataqlarda hava çox isti olur. Doğma yurd-yuvalarından çıxmaq zorunda qalıb Arandakı qış yataqlarında məskunlaşan məcburi köçkünlərin həyat tərzini davamlı izləməklə tarixin inkişaf mərhələləri haqqında dolğun fikir yürütmək olar burada. İnsanların eynən ibtidai icma quruluşunda olduğu sayaq sürü halında hərəkət etmələri, bir tikə çörək xatirinə qul kimi işləməyə razı olmaları, yan-yörədəki torpaqları çəpərləyib kiçik feodallara çevrilmələri, palçıqdan və qarğıdan dükan tikib ticarətə girişməklə, xırda sexlər açmaqla kapitalizmə yuvarlanmalarını tarixin qısa oçerki adlandırmaq mümkündür.
Ailəsi Laçın rayonunun Qarıqışlaq kəndindən qaçqın düşəndə Alqayıtın dörd yaşı təzəcə tamam olubmuş. “Laçın” deyəndə gözlərinin qabağına heç nə gəlməsə də, böyüklərin söhbətindən kəndlərinin hər dağına, qayasına, kahasına, yarğanına, dərəsinə bələd idi, bütün məhəllələri tanıyır, bütün evlərin yerini bilirdi. Onun öz yurduna bələdçiliyi fransız yazıçılarının əsərlərini oxuya-oxuya Paris küçələrini tanımağa bənzəyirdi. Anasının dayısı “Babili” Muxtar onun Qarıqışlaqdan danışmasına gülərdi. Ağ qayanın başına çıxıb yuxarıdan qartalların uçuşuna baxmayana, Sona bulağında barmağını on sayanacan buz kimi suda saxlayammayıb novdan çəkməyənə, şalvarını çırmalayıb çaydan keçməyənə, selin yaratdığı balaca gölməçələrdə partlayan qızıl balıqları topalayıb qızartmayana, qızardıb da tut arağı ilə bədənə vurmayana, örüşdə torbasından çıxardıb dürmək yeməyənə “Qarıqışlaqlı” deməyi düz saymırdı “babili” Muxtar. Alqayıtın Kürün qırağındakı yataqda etdiyi toyun Qarıqışlaqda iki gün davam edən el şənliklərinə yüz il qala çatmayacağına and içirdi kişi. Toyu o toylara çatmasa da, bizə maraqlı görükürdü. Ortadan çıxmırdıq.
Zeyvə yatağından gələn qonaq vardı toyda. Qaçqınlıqdan qabaq Laçının Zeyvə kəndində yaşamış o ahıl kişi “Dəsmalgötürdü” rəqsini mükəmməl ifa elədi. Oyunu Azinin xoşuna gəldiyindən kişini ortadan çıxmağa qoymadı. Təzə hava çaldırıb qollarını yana aça-aça onunla oynadı. Azin oynağan idi. Onun toyda, mağarda sümükləri yananacan rəqs eləməsini çox görmüşdüm. Amma belə heç harada qol qaldırmamışdı… Rəqsin tamamında ahıl kişi ondan zeyvəli olub-olmadığını soruşdu. Azin başını buladı. Təəccüblənən kişi elədə “zeyvəli oyunu”nu hardan öyrəndiyini soruşdu tərəf-müqabilindən. Azinin verdiyi “içimdən gəldi” cavabına inanmadı, “ay bala,- dedi- get soyunu-kökünü araşdır, dədəndən-nənəndən hansısa zeyvəli çıxacaq”
Gecə toy qurtaranda bəylə birlikdə şampan içdik və onu gəlin otağına yola saldıq. Gəlinin otağı damda qurulmuşdu. Dama qışda mal-qaraya verməyə ot-ələf yığılardı. Ailənin yaşadığı iki otaqlı daxalda Alqayıtın Rusiyadan gəlmiş qardaş-bacısı yatacaqdı. Ayrı yer olmadığından evlənənlərə, Alqayıtın qardaşının zarafatla dediyi kimi, “yuxarı mərtəbə” layiq bilinmişdi. Bəylə-gəlinin dama qalxması üçün ağac budaqlarından dörd pilləsi olan nərdivan düzəltmişdilər. Nərdivanın qıraqlarına qırmızı lent bağlamışdılar…
Biz o gecə Alqayıtin qohumu “Babili” Muxtargildə qaldıq. Muxtrar dayı yaddaşını qurdalayıb bizə Laçından, Qarıqışlaqdan, yaxşı vaxtlarından, indiki günündən-güzəranından danışdı.
Qarıqışlağın alma-armud bağlarından birinə “Göy düz” deyərmişlər, qoruqçusu “Babili”- kənddə hamının ayaması olar, hamının ayamasının məğzi bilinər, onun ləqəbinin mənasına isə vaceh olan yoxdur- Muxtar imiş. “Babili” Muxtarın çomağının qorxusundan uşaq-muşaq hərlənə bilməzmiş “Göy düz”ə. O günlərdən söz düşəndə cavanlar “ay Muxtar dayı, kənddə olsaydıq, qoyardınmı bağdan alma yığaq” soruşar, köhnə qoruqçu “yox” deyərmiş. Ta bu yaxınlara qədər… O irəli yenə sorğu-suala tutublar, Muxtar dayı kövrəlib: “niyə qoymazdım, ay bala, yediyinizdən yeyərdiniz, yemədiyinizi cibinizə, qoynunuza yığıb aparardınız…”
Görünür, “Babili” Muxtarın qoruqçuluq instinkti zəifləyib artıq. Kürün ilan mələşənində cavan həmkəndlilərinin qəlbini qıran Muxtar dayının illərcə qoruduğu, bəlkə də Muxtar dayını bu çağacan qoruyan hiss öləziyib. “Birdən belə deyərəm, kəndə qayıdanda dilimdən tutarlar, bağın altını-üstünə çevirərlər, köpəyuşağı”- öz-özünə belə pıçıldayan qoruqçunun geriyə dönməyə, əslində irəliyə- “Göy düz”ə addımlamağa inamı qalmayıb. Həsrət qoruqçuluğa üstün gəlib… Neçə illərdən sonra “Babili” Muxtar fikirləşib ki, bəlkə belə deməyim qoymur evimizə-eşiyimizə qayıtmağa? Bəlkə cavanların “Göy düz”də yeyəcəyi almaların, armudların savabına yurduna qayıtmağın mümkün olduğunu düşünür qoca qoruqçu? Bu cür də ola bilər ki, çayın qırağındakı, məktəbin böyründəki, xəstəxananın dalındakı, poçtun qabağındakı bağda bitən almalar cavanlarla söhbət edə-edə Muxtar dayının da eyninə düşüb…
“Böyük oğlum urusetdən toya gələnlərdən ismarıc yollayıb. And içir ki, dədə, burada “Göy düz”ün almasından yedim, dadını o saat tanıdım…”- Muxtar dayının ağzı sulandı:
- “Göy düz”ün almaları o saat tanınar, ətrindən, dadından, tamından, görünüşünün gözəlliyindən. Bu dünyanın heç harasında təbiət Qarıqışlaqda olduğu qədər gözəl deyil. Sənin məndə andın yoxdu, öz canımçün deyirəm, bütün gözəlliklərini o kənddə cəmləyib təbiət. Qarıqışlaqda daimi bir səs, gurultu var- “Qırxbulaq”dan axan çayın şır-şırı. Çinar qaya, “Ağ qaya” əzəmətidir o kəndin. Ucu- bucağı bəlli olmayan meşəsi, xinalı, kəkotulu dağları, bum-buz bulaqları, günün-günorta çağı qalın geyinməyəni yorğan-döşəyə salan yaylaqları var. İndi qulağı səsdə qalmışıq Kürün qırağında…
“Bura yataqdır. Burada çox, amma çox şey dəyişib öz yatağından çıxandan”– filosofluq eləməyimə imkan vermədi Azin, yuxu gözündən tökülürdü:
- Sən canı sakit dur, yataq, gecdir…





Yüklənir...
“Quş kimi yüngülləşmişdim.” -Bəlkə “Özümü quş kimi yüngül hiss eliyirdim”-demək istəmisiniz… Mətnin əvvəli qu-larla doludu… Bu “qu” məsələsi o biri romanda deyildi? Nə isə oxumağa davam eliyək…
Cavanshir muellim, buyurun, tolko posle vas )))
Salam…
Bu qıl körpüsündən keçmək istəyən yoxdu hələ…?-))
Hətta Qamçı da söz tapmır deməyə…?
Məncə əvvəl oxuyub, sonra yaxşıca düşünüb, sonra yenidən bir də başdan oxuyub, sonra şərh yazıb, sonra şərhi oxuyub, sonra şərh haqqında yaxşıca düşünüb, sonra yenidən təqdim olunmuş mətni oxuyub, sonra başqa şərh yazacaq “rəqib”ləri də yaxşıca düşünərək öz şərhini bir də başdan oxuyub, sonra “lənət şeytana” deyib qeydləri etməyə dəyər…-))
Uğurlar sənə, Taleh…
P.S. Novarg, bizim Arsen yadına düşür…?
Ryabina,
men bu metni daha once oxumusham. Ona gore “yeke-yeke” danishirdim oz yazimda. Tekrar bir de buradan oxumasham.
Sebirsizlikle Cavanshir muellimin oxuyub qurtarmasini gozleyirem, fikrimi ondan sonra deyecem, cunki qalanlari sherh etmir, teessurat bildirir. Amma basha dushduyum qeder, kimse dillenmeyecek. cunki burada coxlari qeybet edir sadece. Novargin indi “mikk” elemeye hali yoxdur, sen de ne qoyub-ne axtarirsan… He, bir de ona demishem ki, menden icazesiz danishmasin ciddi yerlerde. Indi icaze verirem danish, Novarg…
Cavanshir muellim, menim dediyim “memarliq” budur… Darxidim, hardasiniz???
Icaze var yani… -))
Cavidan, yadima dushdu, daha dogrusu, yadima saldin -)) “Kastrat – Axtalanmish sesigozeller”… Men evvelden demishdim, bashdan-ayaga plagiatdir bu…-))
P.S. Elikitabli tenqidchilerden xahish eleyirem, nezere alsinlar ki, yuxarida verilen romanin ikinci feslidir, yani, Sheytan bilir, hele neche fesli var… Ona gore “tehlil” eleyende romani yox, ikinci fesli “tehlil” eleyin…
Yoo, bu qədər qəddar olma, Novarg, nə plagiatı…?
O romanı iki il öncə başladıq da, davam etmədik, həm də onu kim görmüşdü ki, oğurlayaydı da…?
Sadəcə sənə xatırlatdım ki. hardasa bizim yazmaq istədiyimizi Taleh yazıb deyə fikrini bildirəsən..elə bu fəsil üçün…
Eger, Ryabina, hetta menim fikrimden bele kecheni bashqasi yazirsa, bu artiq plagiatdir… -))
Tam oxumamisham, bitirim, sonra…
Novarx,
men Taleh SHAHSUVARLIYAM!-
telefon nomrem- 055 880 33 50
Azerbaycan metbuatinda menim meqalelerimi ogurlayib “corek” yeyirler! Onlarla ad ceke bilerem, hetta BDU-nun jurnalistika fakultesinde plagiatla bagli aparilmish tedqiqatda en cox “ogurlanan” jurnalist men olmusham.
Men senin dediyin eseri yerli dibli oxumamisham. Adamin vicdani, sherefi, heysiyyati olar.
Duxun catir, eskine bir soz de… Metnin ishlenmesinde qusurlar tap! Bu parcada olan sheylerin bir qismi realdir, Azin Kureciden basqa obrazlarin hamisi heyatda var, seni bir-bir tanish ede bilerem onlarla, bir qismi avtoritar-qapali rejimin xaraketistikasidir, bir qismi de “Stokholm” sindromu deyilen psixi problemdir.
Yoxsa, axta sher-shebede qoshma!!! Eger isteyirsen, bu romanda plagiatliq edene de soyek, onu yalandan deyene de! Cashma!
Men, Eldeniz incimesin, qamci-zad deyilem, PAZam!- bunu unutma!
Taleh, ele bir eseri oxumagin mumkun deyil, men yazdim axi yuxarida – fikrimden kecheni yazirlarsa plagiatdir, deye, hele arxasina gulush mimikasi da qoydum…
Qaldi ki, tel nomresi, sheref ve heysiyyat meselesi, Taleh, menim pazi pazla chixarmaq tecrubem var, danishigina fikir ver… Romanini da oxuyub baxacagiq, ichinde ne var, ne yox… Amma lenet Sheytana, bu reaksiyan meni shubheye saldi…
Taleh bey, men bele oxuya bilmirem e, lutfen kitab cixar-cixmaz xeber edin alim oxuyum. Tesevvur ede bilmezsiz nece sebirsizlenirem oxumaqcun bu romani. Ugurlar!
Novarg,
Ryabina adlı istifadəçi, Oktyabr 30, 2008 tarixində, saat 14:38-de ve Novarg adlı istifadəçi, Oktyabr 30, 2008 tarixində, saat 14:43 yazıb: –
sherhlerini men reaksiya verende oxumamishdim,- gorunur goruntulemede texniki problem olub. Men iddiali adamam, ne yazdigimi da bilirem. Ona gore bele “fontan” vurdum )))
Amma sen de bir az fikirlerini duz ifade ele, cunki senin menim reaksiya verdiyim sherhinden bele melum olurdu ki, men kiminse eserini mehz ogurlamisham – “fikirlerini telepatiya ile yox”…
Seni deye bilmirem, cunki yaradiciligina beled deyilem, amma Cavidanin “fikirlerini” “ogurlaya” bilmishemse, buna cox sevinirem…
Mesele aydinlashdigi ucun, mence shexsi planda oncehmeyi davam etdirmeyek daha. Zeng edersen, oturub chay da icerik, istersen. Men bu tekstin sirf edebi muzakireye sebeb olmasini, eger ede bilecek adamlar yoxdursa, hec olmamisini isteyirem.
Senden artiq derecede xahish edirem, “paz cixarmaq qabilyyetini” bax bu fesile munasibetde subut ele!!!- soz tekce sene aid deyil. Kimin duxu chatir TENQID ELESIN!
Bir iki korrektura xetasi var, “ucun” sozun cumlede iki defe gedib, onun xaricinde (cunki onlari duzelib artiq).
Bu arada Eldenize de tesekkur edirem, cunki yazi prosesine qapildigim meqamlarda “achiq” buraxdigim bir nece yeri mene e-maille yazdi ve men onlari vaxtinda duzelde bildim. Bunu da demeyi oz “vefa borcu”m hesab edirem. Ve Novarg bunu da sene eyni semimiyyetle deyirem ki, romani oxuyub, icine baxanda diqqetli ol, Enxle xaci ve xacin ilkin formasi olan T-ni sehv salma kecen defeki kimi…
AZƏRBAYCAN ŞRİFTİ İLƏ…
Məni həyatda diksindirən, üstümə su səpib ayıldan və qibtəyə salan bircə sual olub. Varsa, Allah da şahiddir ki, ömrümdə heç vaxt, amma heç vaxt heç kimi qısqanmamışam, kimsəyə paxıllıq duymamışam. Əksinə, həmişə ürəkdən və səmimi münasibət sərgiləmişəm- dosta da, dost olmayana da. (Bizi belə öyrədiblər). Məni diksindirən sual belə idi: görəsən, Mirzə Fətəli Axundovun doğrudandamı mübahisə edə biləcəyi bir adam yox idi və o, məhz O ADAMI tapmadığından özü ilə mübahisə edirdi. Bu sual Azərbaycanın bir xanım jurnalistinə- özündən razılıq olmadığına görə adını çəkmirəm- məxsus idi- və mən məhz o günlərdə Taleh Şahsuvarlıdan bir mail aldım. Qorxa-qorxa, lap ele Kultaz-da qoyulan sual kimi inam və şübhə qarışıq Eldeniz, bir bax gör ALINIBMI- sorşurdu. Duzu, ozunun dediyi kimi, korrektəsiz ve redaktəsiz variant idi, baxdım, sadəcə HİSS ELƏDİM və MƏNTİQİ tutmağa çalışdım. Bir balaca da izahat verdim saytda. Beləliklə, məni kultaza o caladı, mənimlə bağlı ondan sonrasını bilirsiniz, bizimlə bağlı bilmədiklərinizi isə indi deyirəm:
Taleh Şahsuvarlı məndən yaşca böyükdür, amma tale elə gətirib ki, biz onunla eyni LİTSEYdə və eyni qrupda oxumuşuq. Bakı Dövlət Universitetinin tarix fakültəsinin və Yasamal rayonu 20 saylı orta məktəbin nəzdində təşkil olunmuş RESPUBLİKA TARİX LİTSEYİNDƏ… O dönəmin təbirincə desək, Kərim Şükürovun litseyində…
indi Talehin bu “fontan vurmağı” mənim yadıma o günləri yenidən saldı və təkcə o günləri yox… Həm də BDU-ya (mənim beynəlxalq münasibətlərə, onun sosial elmllərə) qəbul olunduğumuz günləri… O zaman indi ölkənin təhsilinə cavabdeh olan əsas fiqur deyə biləcəyimiz bir şəxs BDU-da prorektor idi və yanılmıramsa tarixçi Yaqub Mahmudovun tövsiyyəsi ilə bizim hamimızı yığıb söhbət apardı. Bizim özümüzün namizəd göstərə biləcəyimiz birini məlum partiyanın BDU üzrə gənclər təşkilatına rəhbərlik etməsini təklif etdi. Biz Talehin namizədliyini irəli verdik- ortada yaxşı kariyera vədləri də vardı, ən azı indi nazir müavini olmaq şansı… VƏ BU ADAM DURUB İMTİNA ELƏDİ,yox, bizim sözümüzü yerə salmadı, sadacə, “H.Ə” əvəzinə, “YOX” dedi. Özünü də saldı bəlaya, bizi də…
Bir də mən onun litseydə məşhur arxeoloq, “Azıxantrop”u tapan Məmmədəli Hüseynovla onun mübahisəsini xatırlayıram. Məmmədəli müəllimə o “heç qızıl tapmasınmı” sualını vermişdi, mərhum arxeoloq ona “mənim tapdıqlarım bu vətən üçün qızıldan qiymətlidir” deyirdi… Taleh əl çəkmirdi, madam qızıl da yerin altından çıxır, niyə ondan qiymətli şey də yerin altında olmalıdır? Bu bir az bizim “teqlid” etdiyimiz ümumi fəlsəfə idi, bizə litseydə “böyük gələcəyin adamları olmaq” hissini aşılayırdılar… Amma o mübahisədə elə o hissi aşılaynlardan biri olan Məmmədəli Hüseynov Talehə “yerin üstündəki “Kəllə” də sən ol” demişdi… Biz o gündən Talehə “neandertal” ləqəbini qoyduq öz aramızda…
Sonra iş elə gətirdi ki, mən və bəzi litsey uşaqları xaricdə təhsil alası olduq, Talehin də şansı vardı. O getmədi, gedə bilmədi, bir az maddiyat, bir az DƏYİŞMƏK İDDİASI…
Biz hamımız uğursuz adamlarıq, mən də, Taleh də, Azərbaycanın müxalifət liderləri də, prezidenti də. Amma tarixi məhz “arxa küçələr”in- yerin altının yox- “uğursuz adamlar”ı dəyişdirir… Necə ki, Taleh Şahsuvarlı artıq Azərbaycanda ƏDƏBİYYATI dəyişdirir. Təkcə ədəbiyyatımı? Məncə yox, o həm də DÜŞÜNCƏLƏRi dəyişməyə cəhd edir- daha bir dəfə-, özü də seçkilərdə “rəsmən” uduzmuş adamın, Azin Kürəçinin timsalında!
Hörmətli Cavanşir müəllim, mən bunları açıqlamayacaqdım, sadəcə sizin susmağınız mənə gerçəkdən yer elədi, lütfən bəhanə etməyin nələrisə. Başa düşürəm, kompüterdə oxuya bilmirsiniz- elə mən də- amma 20 ədəd A4 şıxartmaq nəmənədir indiki zamanda? Məncə siz qorxdunuz! Raset müəllim kimi sizi “irtica”da suçlamayacam, amma məncə mətnin strukturundan, texnikasından, “hörgü”sündən, “ilmələr”indən ve ideyalarından qorxdunuz! Kimdənsə “dərs almaq” ehtiyacından YUXARIdakı yazardan, kiməsə yol göstərib də böyük GÖRSƏNMƏK lüksünüzü itirməkdən qorxdunuz! Mənim ana vətənimdə hər kəs uğursuzdur- rəhbərindən tutmuş müəlliminə qədər, amma ən UĞURSUZ ADAM sizsiniz Cavanşir müəllim, ona görə ki, həm peşəkar, həm qorxaqsınız! Rasət müəllimdən, Qəşəm Nəcəfzadədən qorxmursunuz, onları tənqid etməklə, kimlərisə tərif etmək haqqı qazanırsıniz… Amma və amma… ortalığa sözün bütün mənalarında dili və dilçəyi ilə çıxan bir adama “rəy” bildirməyə çəkinirsiniz. Ona görə çəkinirsiniz ki, içinizdəki peşəkarlığa xəyanət edə bilmirsiniz… Ona görə çəkinirsiniz ki, tənqidçinin yazıçıdan geridə qaldığını ən azı intutiv olaraq hiss edirsiniz… Ona görə çəkinirsiniz ki, təriflədiyiniz, sitat gətirdiyiniz özcə və sözcə köhnəlmiş adamlardan qorxursunuz…
Mən Scorpion qardaşa söz vermişəm, onun şərhinə niyə güldüyümü açıqlayacam…
Talehin romanının ilk hissəsi kütləvi “QUU” səsiylə bitirdi, ikinci hissədə o “kütləvi səs” konkret adamların adına- mahiyyətinə çevilir. O səsin “hərbi sistem” yaratdığı, qapalı rejim – müəllifin özünün də etiraf etdiyi kimi- formalaşdırdığı “izah edilir” və eyni zamanda yeni bir fəsilə KEÇİD olaraq verilir. Müəllif ona görə harada başlayıb, harada qurtaracağını bilir ki, MEMAR yanaşması sərgiləyir.
Jalə,
fərq budur, o NƏ YAZACAĞINI BİLİR, haradan başlayib harada bitirəcəyini, kimləri tekstə və hansi şəkildə salacağını…, AMMA NECƏ YAZACAĞINI BİLMİR- NECƏ yazmaq mətnyaratma prosesində üzə çıxır. Uğur? Tamamlanmamış surət, epizod, ideya yoxdur fəsildə. Müəllif “zampolit”dən istifadə edib qeyri-rəsmi hərbi psixologiyanı açır, “kombriq”dən faydalanıb vəzifəsindən qorxan adamın davranışını, bölük komandiri “dedovşinanı” və rus hərbi “ənənələrini”, tağım komandirinin biri NATO yönünü, digəri iradə zəifliyini”, “kombat”la vicdanlı adamın aqibətini açır. O adamlar ki, təkcə orduda deyil, cəmiyyətin hər yerindədirlər… əsgərlərdən biri AL(!)QAYİT milliyyətçi, ƏL(!)ƏSGƏROV dindardır.
Sıravi Əhmədov fəraridir, ironiya ilə qeyd olunub.
Cabbarov “sabun” cilishdirən, ictimai “KƏF GƏLMƏ”ni həyata keçirən azərbaycanlını əks etdirir.
Bu fəsildə keçmişdən indiyə (proporşiklər) və gələcəkdən indiyə baxış var (qəhrəman və yazar)
Bu fəsildə İNDİNİN BÜTÜN ADAMLARI var…
“Kobra” və onun alətə komandasını yerinə yetirənlər və yetirməyərək Azərbaycanı sevmək cəzasına məhkum edilənlər?
Bu obrazlarlın hamısı “uğursuz” insanlardır- çünki qapalı rejimdə uğurlu insanlar olmur!
Siz ona fikir verin ki,
“Qəsəbənin kəsməyən küləyi saatları qabağına qatıb qovur, adamları hızlandırır, sözləri tələsdirir elə bil. Saatlar da, adamlar da, sözlər də yeyinləşir Külkeşpirədə. Əqrəblər itələşir, addımlar itiləşir, adamlar itidilləşirlər”- deyən
müəllif bütün mətni qabağına qatıb qovur!- bunu duymağa artıq həm də bədii zövq gərəkdir!
Siz qəhrəman Azin Kürəçinin intellektuallığına, yazarın- Fatehin o intellektuallığı həyati epizodlarla “dəstəkləməsi”nə bir fikir verin.
Birinci hissədə olmayan QƏHRƏMANIN ORTAYA HANSI OVQATLA, DƏYƏRLƏ, İDDİA İLƏ ÇIXDIĞINA BAXIN!
“Hiss” müstəvisindən çıxarılıb TƏHTƏLŞUUR VƏ ZƏKA meydanına çevrilən BƏDİİ MƏTNi düşünə-düşünə oxuyun!
Həyatın içindən seçilmiş “qoruqcu” obrazına, “ŞƏRAFƏT”ə SÜLHÜN ÜZƏRİNDƏN BAXIN!
Mətndaxili keçidlərə, asossativ “perexod”lara, konfliktlərə diqqət edin!
Mən mətni oxuyanda gözümün qabağında ancaq bir shey canlanırdı, kəməndi başının üstündə fırladıb, qəhrəmanları,surətləri, xarakterləri, sözləri “tutan” və mətnə salan adam…
Dogrudanmı, Məmmədəlıi müəllimin yerin üstündə tapdığı “kəllə”nin də qədri bilinməyəcək?
Dogrudanmı, bizim mübahisə eləməyə kimsəmiz yoxdur?
Doğrudanmı, sizlər bu qədər savadsiz, qorxaq və ürəksizsiniz?
Dogrudanmı, Cavanşir müəllim?
Doğrudanmı, Fateh (“fate” ingiliscə “tale”+ H=Taleh- mənə də yox ))) ), sən (biz) daha bir dəfə UĞURSUZ ADAM olacaqsan (olacağıq)?
P.S: Paz pazı istəməz, Novarg heç birini )))
P.P.S: Mirzə Fətəli Axundovun mübahisə etməyə “adamı olmadığından” yazmışdı- məchul jurnalist xanımın fikrincə- Kəmalüddövləyə məktubları… Yeni məktubları gözləyirəm )))
Pragma.ik, indi arxadash bizi kovreltmemish men bir-iki shey sorushum, sirr deyilse, tebii ki;
- bu roman neche fesilden ibaretdir..?
- bunun neche fesli artiq hazirdir..?
- romani hansi zaman periodunda bitirmeyi dushunursen, yani, ne vaxt bashlamisan ve ne vaxt qurtaracaqsan..?
- roman texminen neche sehifeden ibaret olacaq..?
Helelik bu qeder, ugurlar…
Qamçı, hisslərimizi cilovlayaq bəlkə?
Mən Talehin romanının heç bir hissəsini oxumamışam. Kitab halında oxumağı düşünürəm. Parça-parça ləzzət eləmir.
Başqalarını səsəbini bilmədən nədəsə ittiham edərək ədalət hissinizi itirə bilərsiniz. Bu da çox təhlükəli tendensiyadı istənilən adam üçün. Tənqidçi üçünsə xüsusən.
Novarx,
Men Bakida deyilem indi. Genish cavab yaza bilmirem. Roman artiq tamamlanib, metbeededir. Fesilleri indi saya bilmirem ))) Hecmi 322 sehife olmalidir.
322..? Burda da mistika var, e.ə. 322-ci ilde meshhur yunan natiqi Defosmen ölüb, hansi ki, anadan peltek dogulmushdu, sonra agzina dash doldurub danishdi ki, kekelemesinin qarshisini alsin…
Ne ise, men hele oxuyuram bunu, amma butun halinda oxuyub umumi roman haqqinda fikir soylemek daha dogru olardi, yani, esl tenqidchi ele bele de eleyer, amma bir halda ki, burda verilen sadece ikinci fesildir, eybi yox, sutka chixariq… -))
Yeri gelmishken, tenqidchi ile firildaqchi arasinda bir-iki ferq var, tez onlari da yazim bura ki, dostlarimiz ayird ede bilsin:
- tenqidchi movzunu bilir, yani, konkret bu fesilde esgerlik heyatini;
- firildaqchi ise olmayib esgerlikde…
- tenqidchi movzunu bildiyi uchun terminleri yerindedir;
- firildaqchi ise ordan-burdan, bir-iki kitabdan ezberlediyi terminleri elaqesiz shekilde ard-arda boyuk herflerle duzer…
- tenqidchi eseri muxtelif dinamik baxish mustevilerinden tehlil eder;
- firildaqchi ise eserdeki movzunun illah da populyar oldugunu goze soxar…
- tenqidchi tenqidi ile hem muellifi, hem de oxuyucunu melumatlandirar;
- firildaqchi ise bosh-bosh yazilarla adami esebileshdirer…
- nehayet, tenqidchiden fikrini sorushurlar;
- firildaqchi ise, ondan bir shey sorushan olub-olmadigina baxmaz, atar ozunu ortaya…
Belece, Jale, teklif eleyirem ki, konkret olaq, tenqidchiden behs ederken tendiqchi, yazaq, o birinden behs ederken “tenqidchi”…
Novarg,
senin yerine olsam, men NIKimi deyishib gelerem, nete. Sadece bir elan vererem ki, menim verdiyim butun hokmler puca cixdigi,- eksi subut olundugu ucun Nikimi deyishdim. Senin kimi cox tenqidcini men isteyende dirnaq arasina saliram, isteyende cixariram, hem de Cavanshir Yusifli kimi nokauta gonderirem!
Sadece, Cavanshir muellimin hec olmasa ictimai heyasi, ozune hormeti var, amma sen “mikk” ede bilmeye-bilmeye ziqqildayirsan!
Eger o romani axira qeder men oxumushamsa, orada Demosfenle ilgili yaxindan uzaqdan hec bir mistika ve simvolika yoxdur! Baxmayaraq ki, Taleh Azerbaycanda belke de (bilgim yeterince olmaya biler) ilk defe metne simvollar salib!
Men esgerlikde olmamisham, amma toyuq da olmamisham ve yumurtamamisham da, AMMA QAYGANAGIN DADINI COX GOZEL BILIREM!
Yene bosh-bosh danisirsan, post-modern edebiyyat qopuq metnlerden ibaretdir. Her fesli ayrica tehlil etmeye aciqdir. Niye qorxursan fesle munasibet bildirmekden?
Men sene o zaman ogul deyerdim ki, menim geldiyim qenaetlerin eksini delillerle subut elemeye cehd edesen!
Siz bitmisiniz! Basha dushursen bunu, BITDINIZ!
Kul o yazicinin bashina ki, onu tenqidci melumatlandirir ))) Menim sirf bu metnde yazara vere bileceyim hec bir melumat yoxdur! -eger “melumat” Demosfenin olum tarixidirse, onda vay Talehin halina, o tamam bashqa felsefi mektebden danisir eserde )))
Sadece, tekstoloji terefden nese deye bilerdim, onu da demishem.
Jale, dunyanin butun universitetlerinde “sedaqet” mefhumu var, bu mefhumu Azerbaycanda ancaq bir yerde RESPUBLIKA TARIX LITSEYInde oyredibler… Sohbet klassik sedaqet anlayishindan getmir, “ustunluk” shuurundan gedir, bu bir az ayri meseledir. Hetta ustunluyun klassik menasinda da deyil- sosioloji meseledir.
Bu menada men cenab Shahsuvarlini cox yaxshi basha dushurem- cunki dushuncelerimizin alt yapisi eynidir.
Seni ise hec neden ittiham etmirem ve hec nede suclamiram!
Sen Azerbaycanin en yaxshi yazarlarindan birisen! Fexr edirem ki, senin kimi istedad var Azerbaycanda. Bashqa cur cixmasin, menim artiq bir nece istirakcisi ozume belli olan layihemde Senin de olmani arzu edirem.
Men meseleye hetta iki yazarin muqayisesinden daha boyuk plandan baxiram meseleye- memarliq ve bennaliq meselesine. Seni isteyen adam olmasaydim, bunu demezdim- her halda sen menim yazmaq planimi deyishmish muellifsen!
Eshq olsun sizlere!
Bitirin bu saxta TEBRIK VE TENQID TEFEKKURUNU!
P.S- “nehayet, tenqidchiden fikrini sorushurlar”- Sen YARADICLIQ FAKULTESIsen, daha bunun o yani-bu yani yoxdur!
Tenqid- xususi sektordur, oglan!!!
Sifarishle ishleyen, yaxud xahishe bagli calishmir! – utanim yerine!
Pragma.ik, Baki’ya qayidanda bu litsey ushagina deyersen, komplekslerini bogsun, bosh-bosh sicilleme yazilar yazmasin, indi nolar, tenqidchinin masaustu kitabini adamin qoltuguna verende gerek ele cigalliq elesin..?
Yeke adamsan, imkan ver, mutaile eleyek…
Utanmasan “oynamag”a ne varki?
Sen ne uzle danishirsan, men ona metel qalmisham! Ayibdir! Sene bu qeder shey subut eledik, hele sesini kesmirsen! Mumla bari!
Metel qalma, icaze ver oxuyaq qurtaraq bu… (pragma.ik, Allah seni inandirsin, bashqa soz deyecekdim, sirf senin xetrine demirem.. -))romani…
Bildiyimə görə, Mirzə Cəlilin tapançası hələ də muzeydə saxlanılır.
Men oxudum bu hisseni ve ilkin olaraq qeyd eleyim ki, bu hisse postmodern uslubda yazilana oxshamir, daha dogrusu, bu uslub postmodern uslubu deyil… Indi meni postmodernizmi hansisa uslub cherchivesine soxushdurmaqda gunahlahdiranlar tapila biler, amma mushahidem deyir ki; bizimkiler postmodernizmi esasen metne vulqar, dexli olmayan hadise ve ifadeleri daxil etmekde gorurler… Bundan evvel yazilan, postmodernist uslubda yazildigi iddia olunan romanlari da salin yadiniza… Halbuki, sohbet varliq/yoxluq suallarinin qoyulushundan, dunyaya ve insana postmodern musteviden yasnahmadan getmeli idi… Men Pamuk’un, ya da Murakami’nin, hele kechen esrde yashamish Nabokov’un eserleri ile bir siraya nece qoyum bunu..? Baxmayaraq ki, mes., men Pamuk’a nifret edirem… Niye bizimkiler, qlobalist, antiqlobalist cereyanlari, besheri deyerlerin sorgulanmasini, ideya bash sindirmalarini atir bir terefe, ucuz dialoqlarla eser yaratmaga chalishir..? Mes. Azin’in mushahide etdiyi, ilk qazanclari ile xash yeyen ata-ogulun sufresindeki “chubush” butulkasi dil achmali idi, xash’in ichindeki dirnaq danishmali idi, postmodernist muhit yaranmali idi hemin xash sufresi etrafinda… Esgerlikde olmush istenilen esgerden xatirelerini sorushun, bir az diribash olani daha maraqli ehvalatlar danishacaq… Ustelik, hiss olunur ki, muellif sona telesir, finala can atir.. Ne ise, yuxarida da qeyd elediyim kimi, tam oxumaq lazimdir romani…
Qeyd elediklerim konkret bu hisse haqqindadir, birinci hisse esl metn idi, ele bunu ve hetta kitab hazir olduqdan sonra onu tam olaraq oxumagima sebeb olacaq amil de, birinci hissenin chox ugurlu olmasidir… Ugurlar arzulayiram, inshallah, bir-iki ilden sonra ancaq adi qalan bir roman olmaz, ozu de oxunar…
Bizdə dissident ədəbiyyat olmayıb.
Deyəsən, Taleh Şahsuvarlının şəxsində biz dissident yazıçı ilə üz – üzə gəlmişik.
Bizim ədəbiyyat lap son dövrlərə qədər özünü, ən yaxşı halda, andeqraund ədəbiyyat kimi aparıb.
Əgər belə demək mümküsə, dəyirman öz işini görüb, ədəbiyyat da öz işini…
Bəlkə də səhv edirəm.
Novarx,
Senin dediklerini ciddi tenqid yox, ferqine varilmayan TERIF kimi qarsiladim.
Haqlisan bu meselede ki, metne tam munsaibet bildirilmelidir. Bu metndeki bezi ideylar sirf sonraki fesillerde acilacaq. meselen, “zabite(li) qadin” obrazi…
“Cubush” meselesine de xahish edirem eyni rakursdan bax… Telesme ))) Post modernist ortam ele odur ki,adamlar xashi gunorta yeyir, nece bir yerde yeyirler ve hansi sohbete sahid olurlar- oralara bir de bax )))
Deyirsen ki, “niye bizimkiler, qlobalist, antiqlobalist cereyanlari, besheri deyerlerin sorgulanmasini, ideya bash sindirmalarini atir bir terefe, ucuz dialoqlarla eser yaratmaga chalishir..?”
Tamam ve gozel!
Bes Tomas Freydmenin “Lexus ve zeytun agaci”? Qloballashma ve anti qloballshma sorgulamasi deyilmi? Azerbaycanin qloballashmayla ayaqlasha bilmemesinin siyasi ve iqtisadi sebebleri, “Lexus”un Azerbaycanda qloballashmanin simvollarindan biri olaraq funksionalligini itirmesi nedir?
Men sirf bu hisse barede ve sirf qloballashma movzusunda cox genish danisha bilerem. Ne zamansa gorushsek, bu meseleye toxunariq. Bu hisseni bir de oxuyun.
Menim meqsedim esgerlik xatireleri qeleme almaq yox, o xatireleri yaradan sebebi acmaqdir! Qapali, herbi ve kisi muhitinin elmi “parametler”ini bedii formada ifade elemek olub. Daha “diribala esgerin xatireleri” ise var, piser Selimovun “boluk komandirini doymesi”… ))) Niye ironik shekilde? Eger sen esitdiyin butun esgerlik xatirelerini umumilesdirsen mehz bu fesildeki “problem”leri goreceksen. Ve o problemlerin hamisi gelib “cerge”de cemlenecek!
Senin reyini shubhe altina almaq istemezdim, amma bele basa dusdum ki, “Cerge”nin mahiyyetine yaxin duse bilmemisen. Niye bu qenaete gelirem?
1) Post modernist uslubu wmumiyyetle basha dusmemisen! O nedir, nece olur ve uslubun feslin islenmesindeki ozunemexsuslugu neden ibaretdir?
2) Eserdeki ilahi ve dunyevi, qlobal ve antiq-qlobal, duzen ve xaos, cerge, “dedovshina” ve indivudalliq problemlerini ayird ede bilmemisen! (Eks halda “ucuz” gelmezdi)
Nehayet, men Orhan Pamuku oxumusham. Gel “Qar”la muqayise edek. Ka-nin Ipeyi ile Qaytaranovun (Azinin) “sevdiyi” Sherafeti, “Babili” Muxtarla istenilen Karslini muqayise etsek gorerik ki, Orhan Pamukun daha zengin “qatlar”a malikdirler.
Lap sonda, muellifin telesmesini demeyin mene esl kompliment oldu. Niye? esgerlikde hami gunun sayin, terxis olunmaga calisir. Eserin bir yerinde Kulkespirede her seyin suretlnediyini yazmisham. Menim fesle verdiyim “ritm”i, qacaraqligi hiss elemeyine cox sevindim. Bunun yazi teknikasinin sirrlerini diqqetle baxsan ozun de mueyyen ede bilersen.
Kitab cixanda teqdimatda seni de gormek umidi ile!
Orhan Pamukun qehremanlarindan daha zengin “qatlar”a malikdirler.
Raset muellim, Size dissident ve underground ferqlendirmesine gore DERIN TESEKKUR EDIREM! Men romani MEHZ BU FERQle yazmaga qerar vermishem!
Düşündüm, Novarg bizə təqdim olunan fəsli təhlil eləyəcək, gözlədim, amma nə yazıq ki, mənə elə bu saytdaca barmaq silkələyən, ultimatumlar verən dostumuz sözün əsl mənasında mkk eləyə bilmədi. Eldəniz nahaq yerə çağırdı, Cavanşir Yusifli də gəlmədi, gəlməz də, adam yalnız icazə veriləni tənqid eləmək səlahiyyətindədir. Yəqin kəşfiyyat aparır, kimdi bu adam, yazsam, əmması çıxmaz ki? Bilsə işini qəlb rahatçılığı liə, qorxusuz-hürküsüz görə bilər, vay Taleh bəyin halına, azından şələ-şüpəsini yığışdırıb Azərbaycandan çıxmasını tələb eləyəcək. Azından! Əsəd Cahangir sözünü deyə bilərdi, amma Eldənizin “varmı bana yan bakan?” bəyanatından sonra bu müzakirələri qeyri ciddi sandı məncə…
Hər halda məndə belə qənaət yarandı, müəllif, tənqidçi kimi hələlik özünü yaxşı cəhətdən təqdim eləyən Eldəniz başqalarından da bu roman haqda həqiqəti eşitmək istəyirlər. Həqiqət belədir. Çap olunub oxuculara təqdim olunmayan romanın müzakirəyə çıxarılmasını yersiz hesab edirəm, lap elə çap olunmuş romanını tərifləyib göylərə qaldıran müəllifi də ciddi qəbul eləmirəm. Gözləyin gəlirəm, tufan qopacaq, yer yerindən oynayacaq, dünya alt-üst olacaq deyə bəyan edirdilər. Gəlməyinə gəldi, amma dediyi kimi gələ bilmədi, tufan qopmadı, heç oynayan da olmadı, dünyadan isə sadəcə danışmağa dəyməz, qoca dünyadı, qos-qoca, tükünü də darağa vermədi. Elə isə dəyərdimi? Nə lazımmış?
Pis deyil, amma möhtəşəm də deyil.Dilin yöndəmsizliyi, rəsmi dillə bədii dilin qarışdırılması, hədsiz təfərrüata varmaq, yazının oxunaqlığını artırmaq üçün kənar detallarla müdaxilənin çox yerdə axıcılığı tormozlaması, dırnaq işarələrindən lazımsız yerə istifadə müəllifin nəsrdə təcrübəsizliyinin göstəricisidir. Dildə konkretlik, dəqiqlik, sözü ifadə eləmək məziyyətləri itdiyindən cümlələr lüzumsuz yerə uzanır, təfərrüatlar əl-ayağa dolaşır. Məs: “Özü içməsə də, içən qonaqlara həmişə soyuducuda meyvə arağı saxlayardı”. Məlum işdir, içən qonaqlara nə ehtiyac varmış, meyvə arağını toyuqlara tökmək üçün saxlamadığı gün kimi aydın. Sadəcə: “Özü içməsə də, soyuducusunda həmişə meyvə arağı saxlayardı”. Və ya: “Orduda uyğunlaşma mərhələsini mümkün qədər tez adlamasını arzulayardım” yox, “Orduya mümkün qədər tez uyğunlaşmasını arzulayırdım”. “Təsadüf sonucunda” yox, “təsadüfən”. Tək bircə fəsildə belə misallar kifayət qədərdir. Dolaşıq, başı-ayağı bilinməyən cümlələr də çoxdur. “həmişə irad tutardılar qarovul rəisinə onun sayəsində” nə deməkdi? Dildə nə qədər rus, türk, avropa dillərinin qarışığı olar? “Doldurtdururdu”, “qoydurtdururdu” əvəzinə müəllifə “doldururdu” “qoyurdu” yazmağa nə mane olurmuş? Aydındı, oxucuların nəzərinə çatdırmaq istəyir ki, o özü yox, işçiləri bu qəliz əməliyyatları yerinə yetirirmişlər. Elə isə bir başa yaza bilərdi, onun göstərişi ilə stolun üstünü doldururdular, ya məxsusən nəyisə gətirib ora qoyurdular, yəni stolun üstünə. Surətlərin çoxluğu oxucunu yorur, tənqidçi dostumuz demiş, bu çoxluqdan ekran qarışır, mətn dağılır, yazını qurtarırsan, amma surətlərin yarıdan çoxu yadında qalmır, əriyib gedir işinin dalısınca. Nəsrdə publisistikanın, informasiyanın çoxluğu yaxşı cəhətdir, amma oxucunu yorursa, məna üzdədirs, mətn anadan gəlmə çıipaqdısa, hamıya məlum olan həqiqətlər hamıya məlum olan tərzdə oxucuya çatdırılırsa, bu müəllifin uğursuzluğudur.
Taleh bəy, bizim ən böyük qüsurumz nədir? Biz yazılırımızın təkcə Azərbaycan üçün yazılmadığını sadəcə unuduruq. Biz Azərbaycan mövzusunu dünyanın düşüncə obyektinə daxil edə bilmirik. Biz heç düşünmürük də, deyək ki, rus oxucusu bizim bədii əsərdə az qala ordu nizamnaməsini büsbütün oxumaq fikrinə düşərmi? Nəsrimizin qarşısında duran ən ciddi problem budur.
İstedadınız var, daha yaxşı əsərlər yaza biləcəyiniz və yazacağınız qənaətindəyəm. Burda yazdıqlarımın da gələcəkdə karınıza gələcəyini güman edirəm. Sizə uğurlar, can sağlığı!
Aslan muellim, salam!
Nehayet, kimdense SES cixdi )))
Icaze verin bezi meselelere munasibet bildirim.
Resmi dille bedii dilin qarisdirilmasi muellifin pesakarligidir. Resmi uslub ancaq “seref mehkemesi”nde verilib ve resmiyyeti ortaya qoyur.
“Özü içməsə də, içən qonaqlara həmişə soyuducuda meyvə arağı saxlayardı”.- sizin dediyiniz kimi yazmaq da olardi, amma yazmamaq da mumkundur. Mence, bu sirf “danisiq dilinden” gelme cumledir. Cumlenin verdiyi informasiya mentiqi ziddiyet olmadigindan tenqidlik irad deyil.
“Uygunlashma merhelesi” herbi psixologiyada termindir!
Stolun ustune ne ise qoydurmaq bir mena verir, DOLDURTMAQ ayri menada- burada turkler demish, bir “kaziklama” cehdi var.
Dildə nə qədər rus, türk, avropa dillərinin qarışığı olar?- Sizce muellif azerbaycan dilini temizlemeye mumkun qeder cehd etmeyibmi? Axi bizim adi danisiq dilinde “Uje” sozu de var… )))
Dirnaq isareleri diqqet celb eden meseledir, sizin dediyiniz
“tecrubesizlik elametlerini” tapmadim! “Siemens”i dirnaga almaq mecburidir, vasiteli ve vasitesiz nitqin de oz telebleri var. Men guclu idareetme duydum. Meselen, “Lazım gəlsə, özüm xəbər edəcəm”-meselesinde oldugu kimi.
Suretlerin coxlugu- men muellifle bunu danishmisham ve mence o bu meselede meqsedyonluluk nmumayish etdirib. Yadda qalmayan obrazlar yaratmaq bedii fenddir.
Novarg “cubush” meselesini irad tutmaqla bir daha edebiyyatdan anlamadigini gosterdi. “Cubush” Cavansir muellimin dediyi “kicik adam”liga isaredir.
Davamini yazacam!
Men bele de bilirdim, yene shexsi munasibetler mustevisinde deyerlendirmeler bashladi, ayibdir bele sheyler… Aslan bey, men ne seni shexsen taniyiram, ne Taleh’i, ne de Raset’i… Amma bir sheyi bilirem, shexsen siz Aze edebiyyatina al gulum-ver gulum munasibetlerini, Raset bey bir yaddaqalan eseri olmaya-olmaya hokm vermek qabiliyyetini, “tenqidchi” hansisa kitabdan tenqidi terminleri ezberleyib “tenqid” etmek meharetini…getiribsiz… Elin gozu terezidir, bunu unutmayin… Hind kinosunun ssenarisini muzakire elemirik burda…
Pragma.ik, men mehz senin basha dushduyun sheyleri demeye chalishmisham yuxaridaki sherhimde… bax, ozun de etiraf edirsen, bu fesilden bir shey anlamaq mumkun deyil, men yuxaridaki arxadashlar kimi burda hansisa cumle qurulushu, mubteda/xeberin yeri kimi ucuz “tehlil” yazmaq istemirem, meni eser maraqlandirir, ele ona gore yazdim ki, gelin romani butov shekilde oxuyaq, sonra deyerlendirek… Teqdimat xeyirli olsun…
Davami-
Kicik ve zamandan geri qalan adamlar!- qapali cemiyyetin orta statistik insan modelidir.
Indi gelek, “pis deyil”le Mohtesemlik arasindaki ferqe:
-menim fikrimce, “mohteshem” eser odur ki, orada metnin problematikasini muellif tam aca bilsin! Artiq ve eksik suretler olmasin. Yadda saxlamamaq meselesini dedik, amma gostere bilersinizmi, ki bu adam artiqdir burada?
Menim basa dusduyum budur ki, muellif qoyulan problemi yeterince derinden ve ugurla acib!
Neft ve qapali cemiyyet problemini mekanin duzgun secilmesi- Tagiyev qesebesi- ile ifade etmek MOHTESEM deye bileceyimiz meqamdir.
Qehremanin verdiyi mesaj var metnde: “Meni qayadalarin pozulmasi yox, yazilmasi narahat edir” Ve butun metn boyu Azin intellektual baximdan “qaydalari” sindirir- MOHTESHEMlik budur!
Onun verdiyi mesajdan sonra dediyi sagliq arasindaki assosativ keciddir MOHTESEMLIK- GELIN ICEK VETENE ETIRAZIMIZIN SAGLIGINA!
Birinci fesilde Kuycu Kerimin hallunasiyaya duserek oldurduyu ilanlarin “Kobra” obrazina cevrilmesi, qorxunun ve yalanin sintezleshdirilmesi ve alete komandasi- MOHTESHEMLIK bax budur!
Azinin geldiyi qenaetin Gurcustan ve Ukrayna hadiselerinin timsalinda dogrulmasi- MOHTESHEMLIK bax budur!
Men eminem ki, bu roman Azerbaycani ashacaq!- bunun sebebi metnin hem bedii deyeri, hem felsefi cazibesi, hem de muellifin oxucunu teleye salan movzulardan yararlanmasidir.
P.S: “Xidməti yoxlayan vəzifəli şəxslər gigiyena əşyalarının içində sabunların sayının əskik gəlməsini həmişə irad tutardılar qaravul rəisinə onun sayəsində”- bu cumledeki informasiyanin bundan daha serrast nece ifade eleyerdiniz?
Novarg, men senden ferqli olaraq –
1. Qopuq metnleri tehlil ede bilirem! Ve orada senin hec zaman gormediklerini gorurem!- bu tekce edebi tehlil deyil, hem de sosioloji metod olan kontent analzidir!
2. Men romani oxumusham!- sadece senin oxumadigini nezere alib sirf ikinci fesile munasibet bildirdim!
3. Sen eseri basa dusmediyinden muellifin seni basindan elediyini mence hele de anlamamisan.
4. Raset Pirisoyu DUZ DEYIR!- bunu etiraf elemekden qorxdugu ucun Cavansir Yusifli qacdi.
Cavansir muellim, Taleh Celil Memmedquluzadeni de bitirib romanda- mustulugumu isterem!
P.S: “Xidməti yoxlayan vəzifəli şəxslər (KIM?)gigiyena əşyalarının içində sabunların sayının əskik gəlməsini (NEYI?) həmişə irad tutardılar (NE EDERDILER?)qaravul rəisinə (KIME) onun sayəsində (NIYE?)”- bu cumledeki informasiyanin bundan daha serrast nece ifade eleyerdiniz?- bu mene maraqlidir gercekden.
…onun sayəsində (NIYE?)- lotusan, lotu… -))
Novarg, salam,xoş gördük! Başa düşmədim, xətrinə dəyən nə oldu, şəxsi müstəvidə dəyərləndirmənin başladığını yazırsan, amma unudursan ki, burda söhbətin mövzusu mənim ədəbiyyata nə gətirməyim yox, Taleh bəyin romanıdır. Başa düşmədim, “al gülüm-ver gülüm münasibətləri” nə olan şeydir, mən onu gətirmişəm, yəni Aze ədəbiyyatına?
Eldəniz bəy, Sizi də xoş gördük! Taleh bəyin kifayət qədər enerjisi, istedadı, yazıyla işləmək bacarığı var, mənim iradlarımı nəzərə alaraq bu qüsurları aradan qaldıra bilər. Qəzetə yazmaq bir başqadır, nəsr yazmaq bir başqa. Azərbaycanımızda möhtəşəm əsərləri oxumaq həsrətində olan birisi varsa, o da mənəm. Yenə qeyd eləyirəm, bu əsər yaxşıdı, amma möhtəşəm deyil. Bu mənim fikrim. “Siemens” dırnaq işarəsiylə yazılmalıdır, amma deyək ki, “zibilə, “kobra”, “fərqlənənlər”, “Soyuq savaş” və sair yox. Və s.
Qaldı konkret sualınıza, mən bu cümləni belə yazardım: “Onun sayəsində xidməti yoxlayanlar sabunun sayının əskik olmasını həmişə növbə rəisinə irad tutardılar”. Təkcə bu cümlədə mənim dediyim faktların bir qismi təsdiq olunur. “Vəzifəli şəxslər”, “gigiyena əşyaları”, – rəsmi dil, “qaravul”, – rus dilində olan söz, mətləbin uzadılması, təcrübəsizlik də öz yerində. Söhbət xidmətin yoxlanmasından gedir, oxucu üçün əsla maraqlı deyil kim yoxlayır, o artıq təsəvvüründə yoxlayanın obrazını yaradıb, – bu yuxarıdan gələndir, vəzifəlidir, aşağı yuxarını yoxlaya bilməz, elə isə vəzifəli şəxsə nə ehtiyac var? Sonrası da vəzifəli şəxslər sabun saymazlar, əsla saymazlar, uzaq başı başqalarına saydırarlar. “Gigyena əşyaları”- da artıqdır, – ümumiyyətlə aydın deyil, bədii əsərdə belə sözləri necə işlətmək olar? Oxucu artıq ora kimi də düşünür və yenə də onun üçün əsla maraqlı deyil sabunun harda olması, əskərlərin şkaflarındamı, anbardamı, onun üçün fakt maraqlıdı, sabunun sayının əskik olması.
Eldəniz bəy, Taleh bəy çətin yolun başlanğıcındadır və bu yolda mənasız tərif ona xeyir verməz. Bu iradları yazmaqda bircə məqsədim var, Taleh bəyin təcrübəli həmkarı kimi ona bəzi dəyərli tövsiyyələrdə bulunmaq və daha yaxşı yazılarını oxumaq! Hamınıza sevgilər, sayğılar, yolunuz açıq olsun!
Hər vaxtınız xeyir!
Aslan müəllim,
Sizə öz fikirlərinizi bildirdiyiniz üçün təşəkkür edirəm. Çünki görürəm ki, oxumaq və münasibət bildirmək bir səmimiyyət məsələsidir. Səmimi olan tənqid də, tərif də mənə qiymətlidir. Bu mənada sizə ehtiramla baş əyirəm!!! Sizlərdən öyrənə biləcyim gerçəkdən çox şey var!
Rasət Pirisoyuna da eyni səmimiyyəti nümayiş etdirdiyi üçün bir daha təşəkkür edirəm.
Sizin iradlarınıza münasibət bildirəcəm. Amma ondan daha öncə bir neçə məsələni qeyd etmək istəyirəm.
Hansı yazar deyirsə ki, onu reaksiyalar maraqlandırmır, yalan deyir. Çünki yazmaqla şizofreniyanın fərqi başqalarının rəyinə ehtiyac duymaq hissidir…
Bu mənada mənim hamının reaksiyasına ehtiyacım var. Ammma bu ehtiyac həm də mənim yazdığım mətnə OBYEKTİV QİYMƏT verə biləcək oxucunun axtarışıdır.
Mən bu mətni yaradanda nə Cavanşir Yusiflini, nə Tehran Əlişanoğlunu, nə Əsəd Cahangiri nə də Eldəniz Sadıxlını gətirmişəm göz önünə.
Mən onu fikirləşmişəm ki, bir gün hər hansı xarici nəşriyyat bu mətni “ədəbiyyat” deyib tərcümə etmək və onun risqinə getmək istəyərmi?
Əsəd Cahangir mənim romanıma münasibət bildərəcək, bundan arxayınam. Amma necə münasibət bildirəcək, bunu özü bilər. Onun tənqidinin və tərifinin məzmunu məni əsla maraqlandırmır. Əsədin bu mətnə münasibətdə susmağa ixtiyarı yoxdur, sadəcə!
Cavanşir Yusiflinin mən ancaq üzünü görmək istəyirdim. Görmüşkən varam…
Eldəniz Sadıxlı, dostumdur, qardaşımdır, məni müdafiə edir, mətnin üstündə savaşır, çox sağ olsun, amma onun da PR cəhdlərini mən hiss edirəm, pis baxmıram, amma məndən çox öz peşəkarlığını müdafiə edir, öz tənqidçi opponentlərinə meydan oxuyur. Bununla belə, bu mətnə ən doğru qiymət verən hələki odur.
Aslan müəllim, mən Azərbaycan ədəbi məkanına daxil olan kimsədən yardım və dəstək gözləmirəm. Kimsəyə boyun əymədən önümə çıxan əngəlləri aşacam və sonra mənə böyüksən deyənlərə güləcəm!!!- bu mənim Elçibəydən öyrəndiyim (Atatürkə məxsus- onu bəynməsəm də) düşüncə tərzidir.
Mən dediyim sözü yenə də təkrar edirəm, – oxucu reaksiyaları maraqlıdır, amma prinsipial deyil-
EY AZƏRBAYCAN TƏNQİDÇİLƏRİ,
KİMİN POTENSİALI ÇATIRSA,
BU ROMANIN İSTƏNİLƏN FƏSLİNİ AYRICA VƏ YA BÜTÖVLÜKDƏ PEŞƏKAR TƏNQİD ELƏSİN,MƏNƏ İRAD BİLDİRSİN!
O İNTELLEKTİ AXTARIRAM MƏN!- BAŞ ƏYMƏK ÜÇÜN!
Mən dedim və elədim, Azərbaycanda YENİ ƏDƏBİYYAT məndən başlayır!!!- DİSSİDENT ƏDƏBİYYATI, RASİONAL ƏDƏBİYYAT (ümid edirəm sonra hansısa gerizəkalı mistika və mifologiya problemlərini RASİONAL termini ilə qarışdırmayacaq) və HƏQİQİ ƏDƏBİYYAT! NƏ YAZDIĞNI BİLƏN ADAMIN ƏDƏBİYYATInı- qamçının təbirincə “memarlıq”- mən gətirirəm.
Kimin oturub oxumağa dalı çatıbsa, – mən postmodernistəm- buyursun, tənqid eləsin! Xırım xırda korrektura və redaktə səhvləri xaricində- bu hər mətndə ola bilər, hər yazarın da öz dili var. Mən bu əsərdə Azərbaycan ədbiyyatında Əkrəm Əylisliyə “dil öyrətmişəm”, elə bu fəsildə zəhmət olmasa, hesablasınlar ki, ilk iki səsi “qu” olmayan nə qədər sözdən istifadə edilməyib- Azərbaycan dilinin alınma olmayan bütün sözləri əks olunub (burada olmayanlar da kitab variantına salınıb, meselen “qurğuşun”).
Aslan müəllim,mənim indiyə qədərki tonum sizə aid deyildi. Amma icazə verin sizin dediyiniz əsas irad qarşısında da da mən bir-iki kəlməylə özümü müdafiə edim.
Bir xarici tənqidçinin istənilən mətnə münasibətdə ilk işi o mətnin mövzusunu və o mövzuda müəllifin biliklərinin nə qədər geniş olmasını müəyyən etmək olur. “Cərgə” hərbidən bəhs edir və burada hər hansı məqamlarda sırf “hərbi dil”dən faydalanmaq zəruridir.
Sizin dedyiniz cümlə sırf hərbi dildir və nizamnamədən gəlir.
Qaravul- azərbaycan türkcəsindədir, rusca “karaul” deyirlər, mənə qalarsa, ruscaya keçmə sözdür.
Qaravul- döyüş tapşırığıdır, sıradan bir növbə deyil.
Qaravulu istənilən vəzifəli şəxs yoxlaya bilməz, buna görə də “qaravulu yoxlayan vəzifəli şəxs” termindir.
Sabun- qaravul otağında tək olmur, gigiyena əşyalarının bir komponentidir.
Müdafiə naziri də olsa, qaravulun şəxsi heyətinə əmr, göstəriş verməyə ixtiyarı yoxdur, sabunu sayacaqsa, canı çıxacaq özü sayacaq.- bu onun işidir!
Mən hərbidə 18 ayın 16 ayını qaravul rəisi çıxmışam, sabun saymaq nədir ki… podşivkanın çirkini də iyləyirlər!
Qısası, bu cümləni mən mətnə ŞÜURLU SURƏTDƏ salmışam və DÜZDÜR!- ədəbilik baxımdan isə mübahisə etmək olar.
“Kobra” ilan növü deyil mətndə, ləqəbdir, dırnaqda yazılmalıdır. Əgər səhvdirsə, mətbəə korrekturasında düzələcək…
- “Soyuq savaş” da dırnaq arasında yazılır.
- “Zibil” dırnaq arasında jarqon olduğu uçündür
- “Ferqlenenlər” ele dırnaq arasında ferqlənənlərdir )))
Bundan sonrakı ton da sizə aid deyil:
… məni daha çox başqa şeylər maraqladnırır. Məsələn, mətndə
“Avtomobil xidmət rəisi”nin adı niyə yoxdur? Kim bunun cavabını tapsa, ondan sonra mənə münasibət bildirə bilər.
Taleh bəy, salam! Baxın, mənim yazdıqlarım hökm deyil, sadəcə, mən belə olduğunu düşünürəm, bununla razılaşmırsansa, öz işindir, hər halda bu yazdıqlarımın sənə xeyri də dəyməsə, ziyanı da dəyməz. “Karaul” sözü doğrudan da ruscaya keçmədir, sadəcə bizim ədəbi dildə işlənmir. Mən sovet ordusunda xidmət eləmişəm, ola bilsin ordumuzla bağlı yazdıqların həqiqətdir. Mənim ən böyük iradım diləydi, burda bir az düşünün, işləyin, diliniz çevik, axıcı, təmiz, cilalanmış olarsa yalnız qazanarsan. Böyük ədəbiyyatın xofundan zərrəcə çəkinməməyin, mənim iradlarımı beləcə sakit, normal qarşılaman mənə çox maraqlı gəldi. Kitabın çıxsa mənə də göndər, mütləq!
Sənə uğurlar, bütün arzularına çatacağına böyük ümidlərlə!
http://kechmish.azeriblog.com/2008/11/04/boyuk-edebiyyat-xesteliyi
sevimli Taleh;
burya da bir baş vuesan yaxşı olar.
sənə uğurlar
Qaracay qardasim tesekkurler,
Salam Cavanshir muellim,
Yazini oxudum,
Men hec bir virtual ve ya real heyatda ozumden evvelki edebiyyat adamlarinin munasibetlerine cavabdeh deyilem. Men Azerbaycanin butun “edebi deyerler”inden tamamile uzaq ve arinmish adamam.
Amma bu fikirdeyem ki, Kultaz.daki ikinci hisse – “Cerge” tenqidin predmeti ola biler, cunki postmodern edebiyyatda her fesil ozu, bele demek olarsa, “bitmish”dir, Sizin dediyniz kimi, “yarimciq” deyil. O fesilden sonra herbi mukellefiyetini tamamlamish Azinin basina gelenler yer alacaq… Amma onun orduya gelmesi ve terxis olunmasi elahidde metn kimi butovdur…
Xosuma gelen meqam-
“Mətndə, təhkiyənin quruluşunda və kompozisiyanın təşkilində “pis-yaxşı” qarşıdurması yoxdu, hadisələrin alt qatda “tərs proyeksiya” üzrə təhlili var – yəni, müəllif, təhkiyəçi…yox, prinsipin özü yaxşı, pis….hadisələri saf-çürük edir, onları tutuşdurur, bölüb-çıxır və nəticədə dünya bütün rəngləri ilə boy göstərmək istəyir. Bu prinsip hadisələrin səpələntili formada yerləşdirilməsinə, başqa sözlə cərəyan etməsinə şərait yaradır”.
- soz acdiginiz prinsip postmodernist metnleshdirmenin bir novudur ve bunu daha once
Eldeniz Sadixli
da duzgun qeyd elemishdi.
***
Xosuma gelmeyen meqam-
dile hessas olmamaq meselesi…
Men dile qarshi hessasam, hem de cox hessasam, amma “pinti metnleri” ictimai muzakireye cixarmaqla FERQLI MEQSEDLER GUDURDUM- bu romanciliqdan daha cox PR meselesidir, oxucu ile daha semimi kontakta girmekdir. Eger fikir verirsinizse, Aslan muellimle de, Novargla da, Sizinle de men semimi ve rahat danisa bilirem. Cunki siz “elyazma oxucusu”, men ise “elyazma yazari”yam hele ki… Bu addimla her kese dedim ki, madam ki, men eseri komputerde yazmisham, buyurun onu “xammal” shekilde siz de oxuyun…
Men “gelirem ha” demirem, IDDIA ile gelirem, hetta ayaq seslerim coxlarinin qulagini batirib, ne yazdigimi DEQIQ bilirem.
“amma ümumi baxış (fəslin imkanları çərçivəsində deyirəm) yayğın olduğuna görə, aparılan təhlil haqqında dolğun təsəvvür əldə eləmək mümkün deyildir”-
ustad bir tehlilci (Cavanshir Yusilfi)”yaygin”liqdan shikayet edirse, DEMELI MEN OZ MEQSEDIME (fesil cercivesinde) nail olmusham. (Bu barede ozuyle gorushende etrafli danishariq).
Men O TENQIDCI OGULU ISTEYIREM KI, O YAYGINLIQDAKI SISTEMLILIYI, IDAYA ZENCIRINI
BIR NECE ASPEKTDEN TEHLIL EDE BILSIN!!!- bunu size esla ve esla irad kimi demirem, cunki sizin ayrica fesile butun metnden baxmaq istediyinizi aciqca hiss edirem.
Men oz eserim haqqinda dediklerimin her birini INTELLLEKTI ve POSTMODERN METN NEZERIYYESINDEN XEBERI OLAN HER KESE COX SADE FAKTLARLA SUBUT EDE BILEREM, “endaze olcusu”nu menim ucun bu ike meyar mueyyen edir.
And icirem ki, men hec kimden TERIF gozlemirem, ilk novbede EMPATI isteyirem. Sadece onu ki, menim once NEYI- NIYE- NECE YAZDIGIMI shuurlu suretde anlasin ve anlamayanlara da izah elesin.
Sizi alqishlayiram, mene vaxtinizi ayirdiginiz, REY BILDIRDIYINIZ UCUN semimiyyetle ve derinden tesekkur edirem, kitabin ilk 10 nusxesinden birini mehz SIZe hediyye edeceyem.
Siz “Cerge”de metnin icine girmemisiniz, sadece ilkin effektine munasibet bildirmisiniz, bele demek olarsa, teessuratinizi bolushmusunuz. O teessurat Cavanshir Yusifli ucun yeterli deyil. Cavanshir Yusifli ya o metnde NEYI, NIYE, NECE YAZDIGIMI hamiya basha salmalidir, ya da meni basha salmalidir. Ozume aid olan hissede lap kobud variantda )))
lap sonda men BOYUK EDEBIYYATa daxil olmaq ucun kimden saglamliq arayishi almagi bilmirem, menim istedadima ise menden istedasiz hec bir adamin “lisenziya” vermesine imkan vermeyecem, cunki onlardir ele butun sahelerde bizim olmayan evimizi yixan!
Ve en bashlicasi BOYUK EDEBIYYAT ISTEYIR meni ozune daxil etsin, istemir hec etmesin… MEN BUTOVLUKDE GIREN EDEBIYYATA TUPURMEK UCUN YAZMISHAM bu romani…
Taleh bəy!
Sizin gənclik coşqunuz məni valeh edir! Eyni zamanda yazdığınız mətnə başqalarını baxmağa təhrik və məcbur etmək şövqünüz! İnanın bu az şey deyil. “Böyük ədəbiyyat xəstəliyi” yazısında sizin romanın “təhlili” fondur, əslində mən öz gözləntimi olsun ki, bir az ironiya formasına salmışam, – yəni bu sizin coşqu ilə aşağıdakı nitqi irad etməyinizə əsas vermir – “lap sonda men BOYUK EDEBIYYATa daxil olmaq ucun kimden saglamliq arayishi almagi bilmirem, menim istedadima ise menden istedasiz hec bir adamin “lisenziya” vermesine imkan vermeyecem, cunki onlardir ele butun sahelerde bizim olmayan evimizi yixan!”. Tale bey! O lisenziya dediyinizi qarşı cəbhələr bəzən heç təhrik də etmirlər, insanlar özləri elçi düşürlər, yalvarırlar, dil tökürlər. Yazırsan: “menim istedadima ise menden istedasiz hec bir adamin “lisenziya” vermesine imkan vermeyecem,”- mən xahiş edirəm: səndən istedadlı adamların da sənə lisenziya verməsinə razı olma! Ədəbiyyat lisenziya tələb etməyən sənətdir, yəni mən istedadlı, ləyaqətli və dəyərli insanların bu atalar sözünə tuş gəlməsini istəməzdim: cahil cəsur olar…
Sonra. Bu “postmodern” sözündən əl çəkin, sakit yazın, yazıya içinizdəki sakitliyi gətirin, ancaq öncə bu sakitliyi bulmaq lazıdı.
Sənə böyük hörmətlə,
Cavanşir.
Cavanshir muellim,
“fon meselesini” men gormusdum, sadece, gormeyenler ucun deyirdim, size aidiyyati yoxdur. Qeyd elemeyi unutmusam, uzr isteyirem.
Post-modern sozunden el ceke bilmerem ))), cunki romani yazmazdan qabaq bu cereyanin butun nezeriyyesini done-done oxumush, hem metnin qurulushunu, hem de estetikasini ona gore mueyyen etmishem- icimdekilerle ust-uste dusduyune gore.
Dediyinizle raziyam, mence, edebiyyat o sahedir ki, orada ne istedadsiz istedada, ne de istedadli istedadliya mane ola bilmez- umumiyyetle icinde “paxilliq” ve “mane olmaq” hissi olan adam ozune inanmayan, yarimciq adamdir…
Cahilin cesurluguna gelince… bu da bizim heyatimizin bir realligidir, bar veren agacin basini yere dikdiren mentalitet bizim meyvelerimizi o cahil cesurlara tut kimi cirpdirdi… Sanki biz basi asagi gezmeliyik, bu zirramalar- uzr isteyirem sizden- ele bele…
Lakin bir mesele de var, shexsen men istedadi yazmaq ucun yegane resurs hesab etmirem, ondan daha vacib olan “baqaj” ve “texnika”dir.
Menim “men” demeyimin kokunde tamam basqa felsefe ve etika dayanir. Bu felsefeni ve etikani men romanda acmisham. Yeri g’lmishken menim en cox sevdiyim eser Ayn Randin “Men”idir…
Bir daha tesekkur edirem! Sagliq olsun,gorusherik!