«Fokus» analitik kinojurnalının ikinci sayı satışda
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 30 Ekim, 2008
KultAz: Azərbaycan kino tarixində ilk və hələlik yeganə olan «Fokus» analitik kino jurnalı kino peşəkarlarını sevindirməkdə davam edir. Bir müddət öncə jurnalın ikinci sayı işıq üzü görüb. «Fokus»un növbəti sayında kinorejissorlar Oqtay Mirqasımov və Şamil Nəcəfzadənin müsahibələri, həmçinin Şamil Əliyevin «Arxaik motivlər» kinosenarisi çap olunub.
«Azərbaycan-Vətən, yoxsa ərazi? Xalq, yoxsa kütlə?» başlıqlı maraqlı polemikada Zərdüşt Əlizadə, Rauf Mirqədirov, Şahbaz Xuduoğlu, Şeyx Əbdül Mahmudbəyov, Seymur Baycan müasir Azərbaycan cəmiyyətinin aktual problemləri ətrafında müzakirələr aparıblar.
Azərbaycan dilində kino dərsliklərininin praktiki yox dərəcəsində olduğunu nəzərə alsaq, jurnalın Mədəniyyət və İncəsənət Unitversitetinin kino fakültəsində təhsil alan tələbələr üçün əhəmiyyətini görmək çətin deyil.
Jurnalın təsisçisi, Gənc Film İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarov «Fokus»da bu məqama da toxunub. Oun sözlərinə görə, «Azərbaycan kinosunda «informasiya məkanı»nın yaranması çox vacib amillərdəndir. Jurnal həmçinin bu funksiyanı da həyata keçirir».
Xatırladaq ki, «Fokus» analitik kino jurnalının ilk nömrəsi kino peşəkarları tərəfindən kifayət qədər maraqla qarşılanıb. Kinoşünas Ayaz Salayev isə bu dərginin MDB məkanında yayılması üçün iki dildə – rus və azərbaycan dillərində nəşrini tövsiyə edib. Jurnalın sonuncu sayında həmçinin Sevda Sultanova, Aygün Aslanlı, Vəfa Cəfərova, Vüsal Məmmədov, Günel Əliyeva və başqa müəlliflərin yazıları yer alıb.
«Fokus» kinojurnalının təsisçilərindən olan kinorejissor Asif Rüstəmov dərginin kinoşünaslığın və kino nəzəriyyəsinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bu baxımdan Teymur Daiminin müəllifi olduğu «Bəs kino olubmu?» məqaləsi Azərbaycan kino tarixinə yeni rakursdan baxmağa kömək edəcək.
Maraqlananlar üçün qeyd edək ki, «Fokus» analitik kino jurnalı Bakı “Metroservis”in və «Qasid» mətbuat yayımı şirkətinin köşklərindən almaq olar.
SEVDA BABAYEVA // KultAz





Yüklənir...
Bu dərginin gözəl gələcəyi olacağına inanıram. Keçən nömrəyə nisbətən bu nömrə daha mükəmməl hazırlanıb. Həm də jurnalın həcmi bir az da böyüyüb. Məsləhət görərdim ki, alın və oxuyun.
“Düyün” İtaliyanın Siena şəhərində keçiriləcək 13-cü Beynəlxalq Qısametrajlı filmlər Festivalında iştirak edəcək. Uğurlar arzulayırıq!!!