Qəşəm Nəcəfzadə. Şeirlər.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 30 Ekim, 2008Köhnə “Sovet küçəsi”ndə
Bakı ölür.
Əvvəl Böyük Vətən müharibəsi
qırmışdı buranı.
Şəkil asılmış mismar
Mismar vurulmuş divar
Divar vurulmuş keçmiş
yıxılır.
Müasirlik keçmişə dağ çəkir.
Heç vaxt görünməyən evlərin içi
İndi çöl kimi görünür.
Evlər sökülür,
Elə bil adamlar sökülür.
Sahibi məhləyə atılmış köhnə yataq
dəstindən utanır.
Gecə xatirələrinin üstü açıqdı.
Bu xatirələri cavan uşaqlar da
oxuya bilir.
Ona görə də kişi götürüb baltanı
əzir divanı.
Tikə-tikə doğrayır ki,
nəyə oxşayır oxşasın
təki yataq dəstinə oxşamasın.
Yıxılmış divarın birini qaldırsan
Bakıdı.
Götürüb bir taxtanı aşırsan
kişidi.
Ekskvatorun qaşıq çalovu ilə
qarışdırdığı mətbəx qadındı.
Qalın divarları toza çevirib
söz-söz yığırlar maşına.
Qədim qapıları, pəncərələri,
piləkənləri addım-addım, tay-tay,
göz-göz yığırlar maşına.
İndi maşında göyçək
qadın ayaqları ağarır.
Zir-zibilin içindən ay parçası tək
qadın əlləri yellənir.
Yer kimi tərpəndi maşın
“Sovetsk”ini boşaltdılar
Bayıldakı neft gölməçələrinə,
Üstündə bic doğulan evlər tikdilər.
Gərək müasirlik belə etməsin,
Özünə bəraət kimi
keçmişi bir az qorusun.
Amma müasirlik
arı kimi vızıldayır.
NAMİZƏDLİYİM – 2005
Bu payız seçkilər yağışlar kimi yağdı,
Reklam şəkilləri göbələklər kimi bitdi,
Satıcılar şəklimi dükanın qapısına
kleyləmişdi,
Traktorlar şəklimi şüşəsinə sərmişdi
Sara xala sənə səs verəcəyəm demişdi,
Sonrası nə oldu, bilmədim.
Bu payız Fərhad Əliyevi tutdular,
Rəsul Quliyev Bakıya gəlmədi.
Adamlar çox suallar verdilər:
“Kəndimizə qaz çək”- dedilər.
Adamlarla pendir – çörək kəsdim,
Dost oldum
Milli Məclisdə: – “nə işim var” – dedim.
Kəddə çıxışlarım yarpaqlar kimi yağdı,
Adamlar fikirlərimi evlərinə daşıdılar.
Kəndin palçıqları şalvarıma əl çaldılar
Ayaqqabımın üstünə baş qoydular.
Fermada qoyun – quzuların yanında qaldım
Səhərə yaxın alnımdan bir quzu öpdü.
Bir yovşan burnumun ucunda durdu
Qırxbuğum bığını burdu,
Arxımız çiçəklədi
Sənə səs verəcəyik dedilər,
Sonrası nə oldu, bilmədim.
Adamların içindən səs çıxmadı,
Adamların içində səs qalmamışdı.
Adamların içində səs tapa bilmədim.
Adamların içindən səsi
bir ay bundan qabaq
çıxartmışdılar,
Səssiz yaşayırdılar.
Mən onlara səs verdim,
Yenə də
Sizləri sevirəm dedim..
ADAM AZ QALIR…
Birdən
adam dolur hirsnən,
yumruqnan,
yaynan, oxnan.
Az qala daşa adam,
Daşmır.
Birdən o qədər sevgin,
O qədər şeirin…
Az qala adam Kərəm olsun,
olmur.
Birdən qolımda qılıncın,
canmda gücün,
Altında qıratın, qəzəbin,
sevgin elə artır, artır,
Adam az qala,
Az qala Koroğlu olsun,
olmur.
Birdən dolursan səsnən,
Dartırsan özünü,
Ha cəkirsən,
Az qalır Aşıq Qəribə,
Adam Aşıq Qərib ola bilmir…
FOTOQRAFLAR
İclaslardan çıxıb qaçmaq nə gözəldi,
Bir arzum var, özümü
balıq kimi havanın ayağı altına atmaq.
Havanın ayağı ağacın ayağıdırsa,
yellənçəyə də minmək olar.
Amma fotoqraflar qoymur,
Varlı-hallı kişilərin
qabağında əyilə-əyilə
şəkil çəkirlər,
Yol tapmıram keçməyə.
Keçsəm məni qıyıq gözləriylə
nazirlərin qulağına tikərlər.
İclasın sonu lap dəhşətdi,
Dəvətli – dəvətsiz adamlar
Ən çox da xanımlar
cumurlar vəzifəli adamlarla
şəkil çəkdirməyə.
Fotoaparatlar anları qaycı kimi kəsir
Qnların qışqırtısı
yağış kimi yağır salona.
İndi mən necə keçim?
Bir də görürsənki üç-dörd dənə baş
nazirin kürəyinin dalından
baxır irəli.
Onların parıldayan gözləri
nazirin çiynindən yağış
damlaları kimi görünür.
Arada publisistik kitablarını
nazirin əlinə doldururlar.
Yol tapmıram keçməyə,
İndi tənginəfəs yellənir
Ağacda hava yellənçəyim.
Xoş gördük, çiçək
Çiçəklər baharın addımlarıdır
Şıxəli Qurbanovu
Çiçəklərlə bir güllələdilər.
Bu dəhşəti görüb
Xəzər bir az geri çəkildi
Adını da qoydular Xəzər quruyur.
Qız qalası dabanı üstə
Qalxıb Xəzərə atılmaq istəyirdi ki,
Qara zurnanın səsi onu yaxaladı
Hələ indi də Qız qalası
Qara zurnanın səsinə
Qulaq asa-asa qalıb.
Adamlar Qız qalasının bu duruşuna
Baxa-baxa heyrət içindədilər.
Divarın bir kərpicinin üstündə
Oturmuş çiçək mənə əl elədi.
Məni zamanın və ayağımın
əlindən alıb saxladı
üst-başı tozlu idi
soruşdum:
-sən kimsən?
-səsəm divarda bitmişəm –dedi.-
min ildi səni görməyə gəlirəm.
-xoş gördük çiçək, bəs səsin hanı?
Çiçək güldü və dedi:
-səsim ətrimdi
arıların dalınca göndərmişəm.
Hər yan, hər yer səsdi
Zaman dayansa səsdə boğularsan.
Zaman gedir
Səsləri eşidilməz edir.
Çiçəkdən-çiçəyə zarıyan arı
Uçur ayağında çiçək sevdası.
Çiçək arının iynəsindən öpür
Quşlar ayağıyla göy üzünə
“Ağac” sözünü yazır.
Quşların ayağında ağac sevdası
Yuvası, yumurtası.
Ağaclar quşların ayağını daddı
Dad kimi çıxdı tumurcuqlar
-Xoş gördük, çiçək
ağaclar quşlara nişanlandılar
ağaclar çiçəyi üzük tək taxır
-xoş gördük, çiçək.
İlahi, o qızın barmaqları da
Bir qızıl üzüklə çiçək açıb bax.
-Xoş gördük, çiçək.
Ləçəklərin tozludu
Qoy öpüm yuyulsun.
-yox, ayağım ağrıyır
-onda dizini qatla.
-yox, zaman gəlir, mən getməliyəm.
Sonra çiçək ətəyini çırpa-çırpa:
Bəs arılar niyə gəlmədi- dedi.
Xanəmirin kəndi haqqında şeir
Yerindən çıxmışdı, oynamışdı kənd
Qərib idi,
Qərib idi Xanəmir.
Erməni əlindən əsəbləşən kənd
Ağzına nə gəldi deyirdi qannan
Xanəmir də qəribdi,
Kəndi də qərib.
Yerində olsaydı
Oynamazdı kənd.
Ağacı olsaydı tutardı ondan
Bulağı olsaydı içərdi sudan.
Qərib idi
Qərib idi Xanəmir.
Eldar Baxış sağ olsaydı
Qərib olmazdı Xanəmir.
Kənd də qərib idi- iti yoxuydu
Qanlı kişilərin başın qatmağa
Dəryazı yoxuydu, otu yoxuydu.
Didərgin görəndə kəndi Xanəmir
Bircə ağlamağın adı yoxuydu.
Torpağın dərdindən, suyun dərdindən
Xanəmiri döyürdü kənd.
Döyürdü qərib qəribi.
Kənd qayıtsaydı Qubadlıya
Tanıyardı Xanəmiri.
Qərib idi,
Qərib idi Xanəmir.
Sumqayıt yolunda
Bir çimdik torpaq
Yoxuydu
Silə gözünün yaşını…
MƏTBƏX SÖHBƏTİ
Hər səhər cibimdə sevgi məktubun
çıxır, xanım!
Əziyyət çəkib
axşamlar yazırsan, sağ ol.
Yavaşca pencəyimin
cibinə qoyursan, sağ ol.
Xəttin mühasib xəttinə oxşayır,
Xəttin qabaq belə təngnəfəs deyildi.
İndi həriflər soğan qabığı kimi pırttaşıq,
Rəqəmlər iran kortofu kimi köntöy.
Qabaq gədəbəy kimi xəttin vardı.
Amma hər sözün, hər kəlmən
indi də yeməlidi,
Məktubun mətbəximizin
təzə oxu kitabıdı
10 kilo kortof (gədəbəy)
4 kilo ət (mal)
2 kilo düyü (uzun)
3 kilo qənd (kəllə)
2 kilo kələm (dolmalıq)
20 dənə yumurta (kənd)
1 bankə qatıq (təzə)
2 dənə diş pastası(siqnal)
Turalın boğazına dərman (luqol)
Serukal yadından çıxmasın.
Kəramətə ayaqqabı mazı al.
Sevincin universitetinə dəy,
ordan xəstəxanaya get
xalamı gör, Təranəni soruş,
deynən bayramda gələsi olduq.
Torpaq məsələsiynən maraqlan,
gör nə vaxt verirlər.
Sara xanıma zəng elə
gör mənim məktəb işim nə oldu.
Məktubun cibimdən-cibimə köçür,
əlimdən-əlimə keçir,
işdə bütün günü sənə cavab
yazmaq haqqında düşünürəm,
xanım hey!






Yüklənir...
Esshi, niye dolayirsiz ee bizi..? Sheirdi bu..? Sheirdi bu..? Deyirem sheirdi bu..??? Sheirdise hani bunun qafiyesi..? Sheir deyilse niye alt-alta yazilib..? Pahoo…
Niyə göydən daş tökmürsən TANRI?????
Bu “şeir” deyilən zadda yazılan siyahını hər gün alıb yeyən-yedizdirən “şair”in yazdığı elə belə olar…
“nazirin kürəyinin dalı”- deyəsən çatmışıq…
“Heç vaxt görünməyən evlərin içi
İndi çöl kimi görünür…”,”Sahibi məhləyə atılmış köhnə yataq
dəstindən utanır.
Gecə xatirələrinin üstü açıqdı.”
Rasim Qaracadan reminissensiyadir
“Quşlar ayağıyla göy üzünə
“Ağac” sözünü yazır.
Quşların ayağında ağac sevdası”
bu da PƏRVİZin “Ağacların ayaqları” və “Qatlama bıçaq, düz adam, az ağır xəsarət…”
şeirinin zəifcə yamsılamasıdı.
Olur belə işlər, mən də məktəbə gedəndə atamı yamsılamağa çalışırdım.
Adam Aşıq Qərib ola bilmir…
Elədi ki var…Adam şair ola bilmir ki, bilmir.
Goyden isteyirsen dash yagsinÇ istemirsen gul.
Ne dexli var!
Bu adam (!) yene yazacaq agzina ve aglina geleni.
Yeri, yeri, Yazicilar İT TİFAQİ gelsin dalinca.
Desmal ele Fikret Qocani apar yaninca….
Menim sizlere yaziqim gelir. Cunki sizler hirsinizden bele yazirsiniz. Ve bundan teselli tapirsiniz. Allah size sebr versin. Men qeshemin seirlerini beyendim. Eziz qeshem, bu bedbextlere fikir verme
Eyyy….. Qamci, nerdesen. Bu seirleri qebul ede bilmirem, sizin fikirleriniz gorek necedi. bir aciqlama versene. kultaz ucun bu, maraqli olardi
Goresen bu adamlar bu misralarin niye ferqine varmirlar
****
-yox, ayağım ağrıyır
-onda dizini qatla.
-yox, zaman gəlir, mən getməliyəm.
Sonra çiçək ətəyini çırpa-çırpa:
Bəs arılar niyə gəlmədi- dedi.
***
Fotoaparatlar anları qaycı kimi kəsir
Qnların qışqırtısı
yağış kimi yağır salona.
İndi mən necə keçim?
Bir də görürsənki üç-dörd dənə baş
nazirin kürəyinin dalından
baxır irəli.
Onların parıldayan gözləri
nazirin çiynindən yağış
damlaları kimi görünür.
***
Fermada qoyun – quzuların yanında qaldım
Səhərə yaxın alnımdan bir quzu öpdü.
***
Sahibi məhləyə atılmış köhnə yataq
dəstindən utanır.
Gecə xatirələrinin üstü açıqdı.
Bu xatirələri cavan uşaqlar da
oxuya bilir.
Ona görə də kişi götürüb baltanı
əzir divanı.
Tikə-tikə doğrayır ki,
nəyə oxşayır oxşasın
təki yataq dəstinə oxşamasın.
hormetli Qamci siz hardasiz, sesiniz niye gelmir. Niye bu seirler haqqında fikir demirsiniz.
sayqi ile
Bu chiragi sonmemish ne qeder yazire e….
Qəşəm, şeirlərə görə təbrik edirəm.
Səndəki obrazılılıq getdikcə daha böyük miqyas alır, ictimai yükü artır. Bu obrazlar sistemi ancaq sənə məxsusdur.
Amma elə bilirəm, mən Şərif üçün dediyim bir məsələ – başlıcanı təyin edə bilməmək -sənə də aiddir (xahiş edirəm, Şərif də, sən də bunu mənim tərəfimdən yekəxanalıq kimi qəbul etməyin, mən fikrimi ancaq oxucu kimi deyirəm ) – bu, sənin bir şair kimi obrazının formalaşmasını ləngidir.
İctimai fikirdə dağınıqlıq yaradır.
Bir daha uğurlar.
əziz Qəşəm, bu Ayselə fikir vermə.
o.. hirsindən belə yazır.
*Namizedliyim-2005* sheri xoshuma geldi.
sehere yaxin alnimdan
bir quzu opdu
bir yovshan burnumun
ucunda durdu
qirxbugum bigini burdu
arximiz cicekledi
sene ses vereceyik dediler
sonrasi ne oldu bilmedim.
Maraqlidir.
Raset bey size tesekkur edirem.
Sizdeki ureye, semimiliye alqis.
Iradinizla raziyam…
Amma men hec, neyi teyin ede bilmirem. Menim basimda bir alatoranliq, dumanliliq,qarmaqarisiqliq, inamsizliq, subhe, neyin pis, neyin yaxsi olmaqini teyin ede /seirden yox, sohbet heyatdan, hadiseden gedir/ bilmemek hissi var. men bu qarisiqliqi yaziram. dusunmeden teyin etmeden, basa dusmeden yaziram.Bele…
Belke de men sizi duz anlamamisam. Eledirse uzr isteyirem
Salam Ayssel xanımın gətirdiyi arqumentlərlə tam razıyam. Yaxşı şeirlərdir.Amma nədənsə qəribə bir ahəstəlik hiss olunur. Maraqlıdır təbrik edirəm.
Maraqlıdır qardaş. Allah qələminə qüvvət versin. Sən onlara fikir vermə(bilirsən də kimləri deyirəm). Ümumilikdə götürsəm şeirlərin maraqlıdır.
Ancaq tək-tək müqayisələr və incələmələr aparsaq bir balaca fikrimiz haçalanar.
Ancaq dostum sən yeni yazmağa başlayan şair deyilsən ki, sənə yol göstərək.
Sən necə yazmasını bilirsən
Kefini kök saxla ən azından səni sevənlər var və sən ədəbiyyatımız üçün xeyli işlər görürsən
COX SAQ OLUN GUNAY XANIM. AMMA BU FIKINIZI BASA DUSMEDIM/Amma nədənsə qəribə bir ahəstəlik hiss olunur/ bU AHESTELIK NE DEMEKDIR?
Ne meseledirse, bu adi gozel xanimlar, Ayseldi, Bahardi, Naringuldu, Gunaydi… Qeshem beyin sheirleri etrafina yigilirlar, sanki sham etrafina pervane yigilir.. Adam lap paxilliq eleyir, gor hech bunlardan pragma.ik’in romanindan ikinci fesle munasibet bildireni var..? -))
Men Aysele de, Naringule de, Gunaya da, Aydin beye de, Novarg, sene de/ yene yaziqsan, sene bir az merhemet lazimdi/ tesekkur edirem.
Genceden yazan istifadeciye cox saq ol deyirem, gence menim duyqularimin vetenidir, men Gence de oxumusan… Her zaman bu sehere can atiram, buranin edebiyyat adamlari, oxuculari safdi, temizdi. hec vaxt haqqi nahaqqa vermeyibler cox saq olun.
sayqi ile qeshem necefzade
Amma umumileshmeni duzgun apara bilmemisen Novarg ,ne olar, bir qeder diqqetli ol.
Aysel xanim!
Bele gorunur ki, Qeshem Necefzadenin seirlerile Aqshinin seirleri arasinda hec bir ferq yoxdur.
Men Azad Mirzecanzade haqqinda yazinizin artiq sizin terefinizden yazildigina shubhe edirem.
Bir qafada nece zovq gezdirirsen, Aysel xanim Elizade!
Elgun xanim, isteyirem bir seyi bilesen. Men Aqsini inkar etmirem, Aqsin yaxsi sairdi. Aqsinin ilk seirleri sizin yadinizdami? elbette yox. Onda aqsin bele yazmirdi. Imzasi da Aqsin Goyce idi. Qeshem Necefzade indi yazdiqi kimi yazirdi. Aqsinin icine o qiqilcimi Qeshem Necefzade atib…Ona gore Aqsin ve onun etrafi qeshemi inkar etmeye basladi. Men demirem Aqsin istedadsizdi, yox. amma qeshemi vurmaq ucun aqsinden istifade elemek lazim deyil. Bir de diqqetle oxu, onlarin uslubu tamam ferqlidir. Bir de fikir virmisenmi, niye qeshem kultazda kull halinda meqsedli sekilde bir qrup adam terifinden top atesine tutulur. Sizce niye?
Menim zovqum mence uyarlidi. edebiyyatda her kesin yerini aydin gorurem
Aysel xanim!
Geshem bele qigilcim atandi, ondan birini de sizin ichinize atsin de!
Butun yazilariniz (seir, publisistika) eyni seydi, cevir tati, vur Fati!
Diline quvvet vur, Fati xanim!
Menim esas yaradiciliqim seir deyil, publistikadir. bunu bil.
Qiqilcim tesirlemek demekdir. Bi pis sey deyil. Siz de kimnense tesirlenmisiniz. Indi qeshemin seirleri burdadi deye men bas qosdum. Ama aqsinden burada hec ne yoxdu, siz kirimirsiniz. Bir az ehtiyatli olun Elgun xanim, menim sizin imzaniza cox boyuk hormetim var.
Bir gun biri elinde bicaq girir mescide, sorushur ki, burda muselman varr..? Hech kim dillenmir, bir yashli kishi, men muselmanam, deyir… Elinde bichaq olan chixarir bunu bayira, 6-7 qoyun gosterib – emi, men bunlari qurban demishem, amma kese bilmirem, komek eleyersen mene, deyir… Kishi 3 qoyunu kesir, deyir ki, a bala, men artiq bacarmiram, icheridekilerden komek iste… Bu sefer hemin adam qanli bichagi goturur, girir yene mescide, burda muselman var, deye sorushur… Mesciddekilerin hamisi baxir yuxarida moize oxuyan mollaya.. Molla kishinin elindeki qanli bichagi gorub ozunu itirmir – indi biz bu camaata iki ruket namaz qildirdiq deye donub muselman olduq..? -))
Dexi, mollanin sozu olmasin, kimse iki setir soz yazacaq deye, donub shair, yainki publisist olacaq..?
Qesem, nahaq yeri xanimlarin arxasinda gizlenirsen, hami bilir ki Aysel, Gunay senin oz niklerindir. Oz-ozunu terifleyib durma. Seirlerin cox zeifdir, ondan-bundan kocurtmedir. En yaxsisi bunu etiraf et
Novarg, sen ne onnansan, ne bunnan, araliq qatansan, ele bele de allah sene rehmet elesin.
Aysel ve Elgun xanimlar!
Ikiniz de cefengiyyat danishirsiniz, ikinizin de dedikleri Qeshemin seirleri kimi saxtadir, qelpdir!!!
Gedin ozunuze ish tapin!
M ZOss Günay mənəm istəsən görə bilərsən
Novarg o ki qaldı praqmatik iki əsərinə ona da lazım bilsəm yazacam . Az-az internetdə olmağımdan istifadə etməyin.Hamınızı öpürəm dalaşmayın. Ya da dalaşın adam dalaşanda daha mehriban olur.
Hörmətli Qəşəm Nəcəfzadəyə salamlar.
Şeirləri əvvəl tələsik oxudum. Sonra astadan bəyəndiklərimi oxudum və ləzzat aldım. “Müasirlik” doğrudan da poetikayla doludur.
“NAMİZƏDLİYİM – 2005″- ümumiyyətlə söz yığınından başqa bir şey hesab etmirəm.
“Adam az qalır”-da oxdan, kamandan danışırsınız.
“Birdən
adam dolur hirsnən,
yumruqnan,
yaynan, oxnan.
Az qala daşa adam,
Daşmır.
Axı siz oxu və yayı ancaq muzeydə görə bilərsiniz. Odur ki bu fikir heç yerində deyil. odur ki adamı özüylə aparmır ki arxasın oxuyasan.
“Fotoqraflar” özündən əvvəliki iki zəyif şeiri öz kölgəsində elə qoyurki adamın özünə də ləzzət eləyir. Bu əsil poetikadı, əsil şeirdi özüdə əlasından. marıqlı fikirlər, bəti təsvir vastələrini təzə tərləri…
“Xoş gördük, çiçək”, “Xanəmirin kəndi haqqında şeir”, “MƏTBƏX SÖHBƏTİ”-bunlar sönük və maraqsızdı. Əlbətdəki bunlar mənim fikirlərimdi. və sizə hörmətlə bildirdim.
“Müasirlik” doğrudan ləzzət elədi, təbiniz daha cılğın olsun!
Novarq Allah səni güldürsün! Çoxdandır bu qədər gülməmişdim. Bundan sonra sən nə desən mən onun altından imzamı qoyacağam. Amma şeirlər doğrudan da zəifdir.
Dərc olan bu xurd-xəşili şeir adlandırmaq olmaz.Siz hər şeydən qabaq bir şair kimi Azərbaycan dilinin normalarına riayət eləməlisiz: “kleyləmək” nə deməkdir……