Sərxan Xəzər. Şeir.
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 19 Ekim, 2008Heç ölmək istərmi insan?
Heç ölmək istərmi?
səmanın mavisini,
günəşin istisini,
küləyin nəfəsini duyan insan…
Heç ölmək istərmi?
bu günün işini sabaha qoyan insan…
Heç ölmək istərmi insan?
Heç ölmək istərmi?
səmanın mavisini,
günəşin istisini,
küləyin nəfəsini duyan insan…
Heç ölmək istərmi?
bu günün işini sabaha qoyan insan…
KultAz: Azərbaycan kinosu haqqında ilk bülleten çapdan çıxıb.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bildirir ki, yeni nəşrdə 2002-ci ildən 2007-ci ilədək Azərbaycanda çəkilmiş filmlər haqqında ətraflı məlumat verilib.
Bülletendə, eyni zamanda, 2007-ci ildə Dövlət Film Fonduna daxil olmuş ekran əsərlərindən də bəhs edilir.
Azərbaycan rejissoru Əli İsa Cabbarovun “Düyün” qısametrajlı filmi Düşənbədə keçirilən “Didor-2008” III beynəlxalq kinofestivalında “Qran-pri” mükafatına layiq görülüb. Ən yaxşı aktrisa nominasiyasına isə Azərbaycandan olan “Üç qız” filminin qəhrəmanları layiq görülüblər. // APA
Nuridə Atəşinin təşəbbüsü ilə hazırlanan antologiyaya 40-dan artıq korifeyimizin adı daxil edilib
Azərbaycan klassik poeziyası antologiyası ilk dəfə alman dilində nəşr edilib. Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşinin bildirdiyinə görə, bu antologiyada 40-dan artıq şairimizinn adı yer alır: “Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi, Şah İsmayıl Xətai kimi [...]
“Filmi necə fikirləşirdim, necə görürdümsə, elə də reallaşdırdım”
Tanınmış kinorejissor Ayaz Salayevin öz ssenarisi əsasında çəkdiyi yeni film hazırdır. Çəkiliş başa çatıb, montaj gedir. Ayaz Salayevlə müsahibə də yaxın vaxtda tamaşaçılara təqdim olunacaq bu filmlə bağlıdır.
Mehriban Vəzir: “Hazırda Azərbaycan oxucusunun oxu mədəniyyətinin daha da artırılmasının vacib olmasını düşünürəm”
“Hazırda ölkədə kitab nəşri xaotik şəkildə aparılır”. Bu barədə danışan millət vəkili Əkrəm Əylisli bildirib ki, Azərbaycanda bu sahədə müəyyən qarışıqlıq mövcuddur: “SSRİ dağılandan sonra bizdə kitab nəşri məsələsi hələ də yerini tapa bilmir. Ona görə də təsadüfi kitablar həddən artıq çox çap [...]
- Get əllərini, ayaqlarını, üzünü yu, başının təpəsinə də su çək, sonra gəl mənə kömək elə.
Nənəsinin dediklərini elədi və gəlib yanında durdu.
- İndi de bismillahirrəhmanirrəhim…
Dilini ağzında itirə-itirə birtəhər bunu da elədi.
- İndi bu isti külçələrə yağ çək.
Ötən gün Fransız Mədəniyyət Mərkəzində “Azərbaycanın kölgə və işıqları” adlı sərginin açılışı keçirildi. Gənc fotoqraf Şamil Talıbovun müxtəlif illərdə çəkdiyi foto şəkillərdən ibarət bu sərgidə müəllifin 30-a yaxın əsəri nümayiş etdirilir. Ötən il keçirilmiş “Mobiloqrafiya” müsabiqəsində həvəsləndirici mükafat əldə edən Ş.Talıbov, eyni zamanda “Avropa mədəni irs günləri” çərcivəsində keçirilmiş “Mənim doğma vətənim” foto-müsabiqəsində 2-ci yerə [...]
“Borxesdən, Seymur Baycandan və Qan Turalıdan fərqli olaraq, oxuduğum kitablara görə deyil, yazdığım kitablara görə cavabdehəm”
- Salam Aqşin, indi “Sizin eradan əvvəl» neçənci ildir? Bu illər ərzində nə dəyişib?
- İndi deyəsən «Sizin eradan əvvəl» deyil, indi bizim eradır. Artıq bizim İsa doğulub. Çarmıxa doğru irəli. Bu cavabımın Mayakovskisayağı, [...]
Bu gün Azərbaycanın xalq şairi Məmməd Arazın anadan olmasının 75 illiyi qeyd olunub. Ədəbiyyat və mədəniyyət xadimləri, doğmaları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Xalq şairi Zəlimxan Yaqub, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair Zakir Fəxri M. Arazın Azərbaycan ədəbiyyatındakı əvəzsiz xidmətlərindən söz açıblar.
Bu il bir daha və… sonuncu dəfə ədəbiyyat haqqında
İndi jurnalistikaya hər yerdən və hər cür gəlməkdən danışmaq bir az yersizdir! Ancaq jurnalistikaya girişin belə sadələşməsinə görə bu tendensiya ədəbi yaradıcılığın da bütün dəlmə-deşiklərini əhatələyib. Qısası, indi:
- «Qabağıma çıxan «luboyunun» ağzını cıraram» iddiasıyla da gəlirlər – əlbəyaxa ədəbiyyat buna deyirlər;
- kiminsə ölməyini gözləmək həsrətində qalıb sevinəcəyi [...]
gözlərim baxa-baxa
dəfn etdilər
sənin ayaq izlərini
küçəmizə
asfalt döşəməklə…
Mən onu dəlicəsinə sevirdim. Biz niyə sevirik? Bu boyda dünyada yalnız bir nəfəri görmək, beynində yalnız bir fikrin olması, ürəyində bir istəyin olması və dilində yalnız bir adın olması qəribə deyilmi? Bu ad bulaqdan su sızar kimi daim ürəyinin içindən dodaqlarına qalxır, sən onu dua kimi həmişə, hər yerdə, durmadan təkrarlayırsan, pıçıldayırsan.
Dekabrın 4-5-də Bakıda Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri kompendiumu” layihəsinin 10 illik yubileyinə həsr edilmiş Avropa ölkələri müəlliflərinin illik konfransı keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
KultAz: Şair Qəşəm Nəcəfzadənin bu ilin oktyabr ayının əvvəlində Amerikada 16 səhifəlik “The Pennon” qəzetində “To Write a Letter” ( Məktub yazmaq) şeiri dərc olunub. Şeiri ingilis dilinə Erhan Gürer çevirib. Həmçinin qəzetdə Matt Longonun, George Bakerin, Roza Theoaerinin də şeirləri dərc edilib.
köhnə paltarlarda həyat əlaməti var.saçları havaya dağılmış
əlləri ilə donunun ətəyini dizləri arasında zorla saxlayan və
azca yığılaraq geriyə qanrılmış gözəl qadın kimi görünür
külək.külək öncə səsdi – eşidirsən.səs öncə sükut – dinləyə
bilirsən o musiqini.
Xalq yazıçısı, millət vəkili Əkrəm Əylisli yazdığı yeni romanını çap etdirmək istəmir. Bu barədə APA-ya açıqlama verən Ə.Əylisli yazdığı əsəri çap etdirib yalnız dost-tanışa paylamaq istəmədiyini, onun normal satışını təşkil etmək haqqında düşündüyünü deyib.
Ramiz Əzizbəyli: “Mən yaxşı aktyorun arxasında gizlənən rejissor deyiləm”
Xalq artisti Ramiz Əzizbəylini təqdim etməyə ehtiyac yoxdur. Onun adı da siması kimi Azərbaycanda çox məşhurdur və istedadına hər birimiz bələdik: həm bir çox filmlərdə özünü müğənni kimi sınayıb, həm də xeyli yaddaqalan obraz yaradıb. Eyni zamanda, özünü rejissor kimi sınayan xalq artisti bir neçə filmə ekran [...]
Türkiyədə çəkilən yeni film aranı qarışdırdı
Baş rolunu məşhur türk aktyoru Ata Dəmirərin ifa etdiyi “Osmanlı Cümhuriyyəti” filminin giriş səhnəsində Mustafa Kamal Atatürk bir çəməndə qarğaları qovlayarkən ölür.
“Əgər Türkiyə Cümhuriyyəti qurulmasaydı, Osmanlı səltənəti davam etsəydi, nə olardı?!” sualı üzərində qurulan, ssenarisi Gani Müjde tərəfindən yazılan bu film nümayişə çıxmadan mübahisələrə və dartışmalara səbəb olub.
Hollandiyada yaşayan azərbaycanlı hüquqşünas alim və yazıçı, bir sıra maraqlı bədii əsərlərin müəllifi və ictimai xadim kimi tanıdığımız Gülşən Lətifxan “Mənim ailəmin tarixçəsi” adlı beynəlxalq ədəbi müsabiqənin qalibi olub. Bu müsabiqə Rusiya hökumətinin, Rusiyanın ədəbi və informasiya xidmətlərinin dəstəyi ilə keçirilirdi və tədbirə bu günlərdə yekun vuruldu. Qeyd edək ki, yazıçı öz bədii əsərlərini rus [...]