İlə görə arxiv: Ekim 2008


“Sənət qəzeti”inin yeni sayı işıq üzü gördü

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Ekim, 2008

KultAz: Xəbər verdiyimiz kimi, “Sənət qəzeti” yenidən fəaliyyətini bərpa edib.
Sentyabrın 21-də ilk sayı nəşr olunan qəzet bu gün ikinci sayını da oxuculara təqdim edib.
24 səhifədə və rəngli formatda nəşr olunan qəzetin bu sayında ədəbiyyat, ədəbi nəzəriyyə, teatr, kino, musiqi, rok, ədəbi tərcümələr, yerli və xarici müəlliflərin əsərləri, maraqlı müsahibələr yer alıb.



Oktyabrın 9-da Nobel Ədəbiyyat Mükafatının yeni laueratı açıqlanacaq

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 04 Ekim, 2008

KultAz: Oktyabrın 9-da Nobel Ədəbiyyat Mükafatının yeni laueratının adı Stokholmda açıqlanacaq.
İsveç Akademiyasının məlumatına görə, potensial namizədlər arasında israilli yazıçı Amos Oz, suriyalı şair Adonis, italyan yazıçı Klaudio Maqris, amerikalı Filip Rot, danimarkalı İnqer Kristinsen, isveçli Tomas Transtremer və başqaları var.



Azərbaycanda “Kitab-Bilik” festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Ekim, 2008

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Firudin Köçərli adına Respublika Uşaq Kitabxanası Azərbaycanda ilk dəfə “Kitab-Bilik” festivalı keçirəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festival oktyabrın 6-da Azərbaycan Dövlət Kukla Teatrının qarşısında təşkil olunacaq. Festivalda Dövlət Uşaq Filarmoniyası, Gənc Tamaşaçılar Teatrı, Bülbül adına musiqi məktəbi, “Aysel” qrupu, Səməd Vurğun adına Rus Dram [...]



Kamal Abdulla. Adaşlar (hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 03 Ekim, 2008

X. L. Borxesin xatirəsinə
Yenə uzun zamandan bəri gördüyü eyni yuxunu doyunca seyr edib həmişəki kimi axşam saat 6-da ayıldı. Elə bil yuxu ilə sözləşmişdilər. Hər gün saat 2-də – gündüz saat ikidə – gecəymiş kimi soyunub yerinə girər, gözlərini yumar, saat 6-da isə gözlərini açıb yuxudan oyanardı. Eyni yuxu, [...]



Bakı sakinləri daha çox Anarı və Çingiz Abdullayevi bəyənir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 03 Ekim, 2008

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamenti abonentlər arasında rəy sorğusu keçirib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sorğu zamanı Bakı Telefon Rabitəsi İstehsalat Şəbəkəsinə daxil olan 492 indeksli ATS-in xüsusi ardıcıllıqla 320 abonentinə “Ən çox bəyəndiyiniz yazar kimdir” sualı ilə müraciət edilib. Sorğuda iştirak edən 283 nəfərin [...]



Afişa: Yuğ Teatrı – oktyabr

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2008

Qeyd: Bütün tamaşalar saat 19:00-da başlanır. Tamaşaların biletlərinin qiyməti 5 manatdır.



Salman Qəmbərov Behthoven festivalına qatılıb

Yazar: Admin | Bölmə: Musiqi | Tarix: 02 Ekim, 2008

Hər il payızda Lüdviq van Betxovenin doğma şəhəri Bonda dahi bəstəkarın adını daşıyan festival keçirilir. Bu dəfə Almaniyada Azərbaycan mədəniyyəti ili çərçivəsində festivala məşhur bəstəkar və musiqiçi Salman Qəmbərov və bir sıra digər ifaçılar dəvət edilib.



Afişa: Opera və Balet Teatrı- oktyabr

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2008

Qeyd: Biletlərin qiyməti 6-10 manat arasındadır



Afişa: Azərbaycan Dövlət Filarmoniyası – oktyabr

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2008


Kinorejissor Arif Babayevin 80 illik yubileyi keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Ekim, 2008

Əməkdar incəsənət xadimi, kinorejissor Arif Babayevin 80 illik yubileyi keçiriləcək. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib ki, yubiley tədbiri oktyabrın 10-da Muzey Mərkəzində baş tutacaq. Tədbirdə Arif Babayevin rejissoru olduğu filmlərdən fraqmentlər göstəriləcək, kinoşünaslar, yaxınları onun həyat və yaradıcılığından söhbət açacaqlar.



Ərsan Ərel. Dilimizi söz yoxsulluğundan qurtarmalı!

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 02 Ekim, 2008

Özgə sözlərinə qul edilən ulusun şairi də, yazıçısı da, alimi də, siyasətçisi də… susub bir iş görmürsə, ulusal xayindi!
“525-ci qəzet”də ADU ədəbiyat bölməsinin başqanı, xanım Fəridə Səfiyevanın yazısını acılar içində oxudum. O yazıda Azərbaycanda dilə olan ögey ilginin nə boyuta çatdığı aydın görünürdü. Bu yazı bir ulusun ölüm ağlatısını yorumlayacaq böyk roman nitəliyindədir. [...]



Əhməd Qədiməli. RUHLARIN HARAYI

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 02 Ekim, 2008

- I -
Sükutumun
harayıdı
qollarımın arasında
ümidsizlik içində
çırpınan səs…