İlə görə arxiv: Kasım 2008


Taleh ŞAHSUVARLI. BASDIRMA BARBEKÜ

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Kasım, 2008

(“Babəkin canlanması” romanının III fəsli)
Təkcə adı sakitiydi okeanın. Çılğın, ehtiraslı, gözəliydi. Azadıydı, çox azadıydı. Uzaqdan yelli gələn dalğaları üstündə çöməldiyim qayaya şapılldayır, heysiz-heysiz geri qayıdaraq xışıldayırdı. Xışıldadıqca xısınlaşmaq istəyirdim Sakit okeanla. Ona deyiləsi çox sözüm-sovum vardı, hər nə qədər çox olsa da, açıb-ağarda bilmirdim ürəyimdən keçənləri. Qorxurdum, çox qorxurdum, o boyda okeanın qabağında kiçik düşməkdən, [...]



K.Q.Yunq. Şərq təfəkkürü ilə Qərb təfəkkürünün fərqi

Yazar: Admin | Bölmə: Tərcümə | Tarix: 28 Kasım, 2008

Tərçüməçi qeydi: İsveçrə psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir sıra əsərlərin müəllifi Karl Qustav Yunqun (1875-1961) «Şərq təfəkkürü ilə Qərb təfəkkürünün fərqi» məqaləsi onun «Böyük qurtuluşun Tibet kitabı»na psixoloji şərhlər» əsərinin birinci hissəsini təşkil edir. Əsər 1939-cu ildə yazılmış və ilk dəfə 1954-cü ildə çap edilmişdir.
***
D-r Evans Vens Şərq «psixologiyasının» vacib müddəalarından ibarət mətnin şərhi vəzifəsini [...]



Qan Turalı. Körpüsalanlar.

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 28 Kasım, 2008

-Vətən deyir, bu körpülər on ildən sonra uçacaq
-Bilmirəm. Mən mühəndis deyiləm. Cəhənnəmə uçsun. Biz bu körpülərin nə altından keçəcəyik, nə də üstündən. (“Körpüsalanlar”dan bir parça).
Seymur Baycanın üçüncü romanı çapdan çıxdı. Adı “Körpüsalanlar” olan bu roman sözün bütün mənalarında günümüzün romanıdır. Romanda körpüsalanlardan söhbət gedir. Onların ağır həyatı, məişətini təsvir edən romanın əsas xüsusiyyəti [...]



Şərif AĞ. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 27 Kasım, 2008

Mənə elə gəldi ki, gülməli əhvalat danışır
…Bir həmyerlimiz Bakıda pullu tualetlərdən birinə gedir. Beş yüz manat alırlar ondan. Tualetdən bir-iki addım uzaqlaşan kimi yönünü təxminən qoyub gəldiyi dağlara tərəf çevirir:
«Can ay dağlar, bu hesapnan sizə nəxərtə borşdu qaldım».
Məncə yanılır o kişi… Əksinə, biz bütün borclarımızı bu yolla qaytardıq o torpağa. Bəli, məhz bu yolla! Bir [...]



Rüstəm İbrahimbəyov. Dostumun qızına məktub

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 27 Kasım, 2008

Bir neçə verilişə baxmaq kifayətdir ki, xalqımızın həyatının çox aşağı keyfiyyətli, süni güllərdən olan çərçivə ilə primitiv, kəndistan zövqü ilə bəzədilmiş güzgüdə əks olunduğundan əmin olasan
Əzizim Cəmilə, artıq iki ildən çoxdur ki, atan və mənə qəlbən yəqin ki, ən yaxın dostum aramızda deyil. O sağ olanda, tənha bir yerdə görüşmək və onunla həyat, zaman, yaşam [...]



Yazıçı İlqar Fəhminin “Akvarium” və “Qarğa yuvası” kitabı çıxıb

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 26 Kasım, 2008

Bu yaxınlarda tanınmış yazıçı, dramaturq, ssenarist İlqar Fəhminin “Yurd” nəşriyyatında “Akvarium” adlı teatral və “Qarğa yuvası” adlı tarixi detektıv romanı işıq üzü görüb.
“Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən”, adlı şeir toplularından və “Aktrisa”, “Bakı tarixindən kollaj” nəsr kitablarından sonra sayca beşinci kitabı olan “Akvarium” romanınıda arzu və istəyinə yetişən, lakin daxilindəki mənəvi boşluğu [...]



Aliyə. Üç saatlıq nonfinito

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 25 Kasım, 2008

Teatrımız bu gün… sabah…
Bu günlərdə Axundov adına Milli Kitabxanada «Mədəniyyətşünaslıq elmi-metodiki mərkəzi «Teatrımız: Bu gün, Sabah…» mövzusunda dəyirmi masa keçirdi. Dəyirmi masanınsa bir özəlliyi var. Bu masada tərəflər yoxdur. Heç kimisə qoymaq üçün künc də yoxdur. Hərçənd, milli kitabxananın adətən tədbirlər keçirilən xarici oxu zalındakı uzun masanın başı və axırı, hətta küncləri də var. Başda [...]



Elbrus Ərud. Klarnetdə “təmənna” havası

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 25 Kasım, 2008

Bizim kənddə Ağan əmioğlu adlı bir gopçu var idi. Var idi deyəndə, mən özüm onu görməmişəm, ağlım kəsəndə axtardım, dedilər ölüb gedib. Kənd-kəsək camaatı Bakıya güclə gəlib gedən vaxt Ağan əmioğlu gününü paytaxtda keçirər, geri qayıdanda ömründə bircə dəfə də Filarmoniyada olmayan kənd uşaqlarını başına yığıb başından yekə danışarmış. Ağan əmioğlu Bakıda o vaxtın bərk [...]



Natiq. Beş atanın ögey oğlu (Hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 25 Kasım, 2008

Vədə tamam olmuşdu, beş ata bunca illərdən sonra oğullarını geri almaq üçün Çaykənarı qəbiləsinə yollandılar. Hardasa dörd gün yarım yol gedəcək, Quruçayın kənarında gecəyarısına kimi mərasim qurub şənlənəcək və ağsaqqallardan xeyir-dua alıb oğullarını evlərinə gətirəcəkdilər. Bu, babalardan qalma ən qədim adət hesab olunurdu, Şərqli qəbiləsində oğlan uşaqları dünyaya göz açan kimi onlar tərbiyə alıb, sənətə [...]



Avropa ölkələrinin mədəniyyət nazirləri Bakı Bəyannaməsi imzalayacaqlar

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Kasım, 2008

Dekabrın 2-3-də Bakıda Avropa ölkələri mədəniyyət nazirlərinin konfransı keçiriləcək.
Konfrans 2005-ci ilin noyabrında imzalanmış Faro Strategiyası və bu ilin mayında dərc olunmuş “Mədəniyyətlərarası dialoqda bəyaz səhifə” adlı sənədlərin əsasında təşkil edilir. Bakı konfransı bu sənədlərin və tövsiyələrin həyata keçirilməsi istiqamətində ilk addım olacaq.



Qəşəm Nəcəfzadənin Türkiyədə kitabı çıxdı

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Kasım, 2008

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi şair Qəşəm Nəcəfzadənin Türkiyənin “Bengü” yayım evində “Savaş, ayaqqabı, ölüm” adlı şeirlər kitabı gözəl bir tərtibatla cap olunub. Topluya şairin son illərdə yazdığı şeirlər daxil edilib. Türkiyə ədəbi mətbuatında, xüsusən “Kardeş Kalemler” dərgisində şairin şeirlərinin son vaxtlar müntəzəm dərci yeni şeirlər kitabının ortaya qoymaq [...]



İbrahim İlyaslı. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Kasım, 2008

Kimdi məni səsləyən
Tanrım, görən mən kiməm,
Nəçiyəm bu dünyada?-
Bir payı quru torpaq,
Üç payı su dünyada!
Adım Peyğəmbər adı,
Özüm adi bir adam.
Bir də bu adilikdən
Bezib çıxan fəryadam.



Qan Turalı. Kimdir elita?

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 22 Kasım, 2008

Bakı haqqında yazı
Azərbaycanda elita olmayıb. Daha doğrusu o fiziki cəhətdən məhv edilib. Söhbət 30-cu illərdən gedir. O zamanlara qədər çox güclü aydınlar vardı. Milli dildə məktəb demək olar ki, yox idi, amma milli ziyalılar vardı. Onları bir daha xatırlayaq: Mirzə Fətəli, Mirzə Cəlil, Cavid, Məmməd Əmin, Əli bəy Hüseynzadə və başqaları.



Azərbaycanın “Kurtlar Vadisi”

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Kasım, 2008

ANS Şirkətlər Qrupunun prezidentinin ssenarisi əsasında çəkilən yeni filmin təqdimatı noyabrın 24-də olacaq!
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin ssenari müəllifliyi və prodüsserliyi ilə “Bakıfilm” studiyası Azərbaycanda ilk dəfə siyasi triller janrında film çəkib. “Kultaz”-ın məlumatına görə, “Seçilən” adlanan filminin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir.



“Təxəllüsü Mixaylo” filminin təqdimatı oldu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Kasım, 2008

Dünən “Kino Evində” rejissor Tahir Əliyevin Mehdi Hüseynzadə ilə bağlı çəkdiyi “Təxəllüsü Mixaylo” filiminin təqdimatı keçirilib. Ssenari müəllifi İntiqam Qasımzadə, redaktoru İlham Tumas olan film 38 dəqiqədən ibarətdir.



“Umberto Eko və Postmodernizm fəlsəfəsi”

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 21 Kasım, 2008

Nərmin Kamalın “Umberto Eko və Postmodernizm fəlsəfəsi” kitabı işıq üzü görüb. Müəllifin kitaba yazdığı ön sözü təqdim edirik:
Kitabın adındakı hər iki açar-söz – Umberto Eko və Postmodernizm fəlsəfəsi XX əsrin ikinci yarısının hadisələridir, deməli, zamanca müasirlərimizdir. Postmodernizm – Avropa fəlsəfi, bədii-estetik düşüncə tarixində keyfiyyətcə yeni mərhələ sayılır. Bizim Qərbə inteqrasiyamız yalnız onun klassik sistemləri [...]



Postmodernim nəzəriyyəsi haqqında Azərbaycanda ilk kitab!

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Kasım, 2008

Nərmin Kamalın “Umberto Eco və Postmodernizm fəlsəfəsi” kitabı işıq üzü gördü

Kultaz: Artıq Postmodernizmə dair Azərbaycan dilində də nəzəri mənbə var.
Nərmin Kamalın “Umberto Eco və Postmodernizm fəlsəfəsi” kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb.



Səxavət Sahil. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Kasım, 2008

SƏN VARSAN ZAMAN KİMİ
Hardasa uzaqda-
səmanın torpaqla
birləşdiyi yerdə
dayanıbsan.
Əllərin məni çağırır…



Mirmehdi Ağaoğlu. Mənim kədərli hekayəm.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Kasım, 2008

(Əziz Nesinin əziz xatirəsinə)
“Mən səni sevirəm,
mənim eşşək sevgilim…”
Bir sevgilinin dilindən
Mən eşşəyəm. Yeddi yaşında, boz bir eşşək. Əvvəllər, yəni mən uşaq ikən dərimin rəngi parlaq idi və şabalıdıya çalırdı. Onda hələ kənddə yaşayırdım.



“Sənə və hər kəsə salam, Payız…”

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Kasım, 2008

Jalə daha bir müsabiqənin qalibi oldu
2008-ci il Azərbaycan ədəbiyyatının gənc yazarlarının yadında müsabiqələrlə qaldı desək, yanılmarıq. Elə bircə “Nəsimi” ədəbiyyat müsabiqəsini xatırlatmaq yetər ki, “Kultaz” oxucuları gənc yazarların həvəslənməsinə təkan verən yarışmaların önəmini vurğulasın.
Hər zaman gənc yazarları diqqət mərkəzində saxlayan “Kultaz” olaraq bildirək ki, bu yaxınlarda, daha dəqiqi, oktyabrın 25-də həmkarlarımızdan birinin – Cavidanın şəxsi [...]