Firudin Allahverdi. Bakı haqqında mahnı
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 01 Kasım, 2008
(Ustad Həmid Herisçiyə salam və sayğılarla)
“Moskva bir gündə tikilməyib” (Rus deyimi). Bakı isə bir gündə tikilib… XIX əsrin ortalarında bu şəhər protoazərbaycanlıların yaşadığı kiçik şəhərlərin arasında çoxlarından fərqlənmirdi. Təbriz, Ərdəbil, Gəncə, Şəki, Şamaxı, Şuşa kimi şəhərlər Bakıdan ərazisinə və əhalisinə görə, elə mədəniyyətinə görə də dəfələrlə böyük idilər. Mədəniyyət demişkən, bu söz ərəb dilindən gəlib və “mədinə”dən yaranıb – yəni şəhər deməkdir!
-
Əslində mədəniyyət məfhumu, özünün sivilizasiya anlamında yalnız şəhərlərdə mövcud olub və elə şəhərə də aiddir. Qayıdaq protoazərbaycanlıların bir əsr əvvəl yaşadıqları şəhərlərə.
Təbriz – özündə üç min illik mədəniyyəti yaşadan bir şəhərdir. Zaman-zaman qalxımı, enimi olub, müharibələr görüb, dağılıb, tikilib, zəlzələ, vəlvələ, inqilablar yaşayıb, gah paytaxt olub – şah oturub, gah ikinci şəhər olub, vəliəhd əyləşib. Bu şəhərdə doğulan insan elə doğulduğu andan böyük bir mədəniyyətin tərkib hissəsi sayılır. Müxtəlif əsrlərdə yanğınlar görmüş, uçmuş, tikilmiş binaların arasında uşaqlığını keçirmiş biri elə böyüyə-böyüyə, hətta eşitməsə belə, burada baş vermiş tarixi və mədəni hadisələri təhtəhşüurunda hiss edir. Elə bununla da böyüyür – adam olur. Təbrizi təbrizlilər çox nahaq yerə yalnız Ərk qalası ilə simvollaşdırırlar – Ərk qalası kimi o qədər tikililər olub ki, Təbrizdə… Ərk qalası bu gün var, sabah olmaya bilər. Amma Təbriz, özü-özlüyündə bir anlayış olaraq böyükdür. Orada çox böyük energetik yığın var. Hətta Təbriz günün birində yox olsa belə, onun yerində yenidən Təbriz adlı şəhər tikmək kifayətdir ki, o böyük mədəniyyət yenidən doğulsun və qaldığı yerdən inkişaf etsin. Çünki, enerji itmir, sadəcə forma dəyişir. Təbriz – elə Azərbaycan deməkdir! Həmişə belə olub, elə belə də olacaq. Təsadüfi deyil ki, təbrizlilər quzeylilərə azərbaycanlı yox, bakılı deyirlər. Çünki, azərbaycanlı onların öz adlarıdır… Təbriz barədə nə qədər danışsam, yazsam da doymaram. Amma bu başqa bir söhbətin mövzusudur.
Götürək başqa bir şəhəri – Gəncəni. Mən Kirovabad şəhərinin adının Gəncə olaraq dəyişdirilməsini eşidəndə 8-9 yaşlı uşaq idim. İntuitiv olaraq elə bilirdim ki, hələ uzun müddət insanlar bu şəhərə Kirovabad deyəcəklər… Amma uşaq olmuşam, çox şeyləri bilməmişəm və bu məsələdə yanılmışammış. Elə ad dəyişiminin sabahı günündən hər kəs bu şəhərə Gəncə deməyə başladı – çünki şəhərin adını dəyişmək olar, amma insanın min illik gen yaddaşını dəyişmək mümkün deyil. Pis-yaxşı genini daşıdığımız babalarımız min illərlə bu şəhərə Gəncə deyiblər. Elə bir himə bənd imişikmiş. Ad dəyişən kimi hər kəs bu şəhəri öz həqiqi adıyla çağırmağa başladı. Gəncə, Təbriz olmasa da, yenə də özünə görə kifayət qədər böyük bir tarixə, mədəniyyətə malikdir – paytaxt olub, savaşlar görüb, qalib gəlib, məğlub olub, dağılıb, tikilib…
Hər hansı bir şəhərdə doğulmaq, yaşamaq o mədəniyyəti və ənənəni daşımaq deməkdir. Vyanada doğulub böyümüş, klassik musiqi ilə məşğul olan insana həsəd aparmaq olar. Təsəvvür edin, doğulduğun, yaşadığın şəhərdə 200 il əvvəl Beethoven, 100 il əvvəl Mahler yaşayıb və çalışıb… Ənənən, arxanı söykəyəcəyin bir dəyərlər var. Adama başqa nə lazımdır? Təbrizdə doğulub-böyüyən insan üçün şərq fəlsəfəsini və ya devrimin nəyə gərəkdiyini anlamaq o qədər də çətin deyil – Şəms Təbrizi kimi dahi, Səttarxan kimi inqilabçı yetişib.
Bəs bakılı üçün? Bizim – Bakıda doğulanların arxasında kim var? Biz nə işlə məşğul olmalıyıq? Bu suallara hərə özü cavab versin. Mən qayıdım söhbətin əvvəlinə…
Balaca bir şəhərin yaxınlığında neft çıxır, o şəhər birdən-birə tikilir, qurulur və olur böyük şəhər. Bəs alt qat? Bəs şəhərin özünə aid əsrlərlə yığılıb cilalanmış mental dəyərlərin, yazılmamış qanunların, davranış kodekslərinin, şəhərə xas folklorun, dəlili-ağıllılı şəhər tiplərinin və onlar barədə əsrlərcə, nəsildən-nəsilə danışılan şəhər əhvalatlarının məcmusu olan ŞƏHƏR MƏDƏNİYYƏTİ? Axı bunlar olmasa şəhər ŞƏHƏR yox, sadəcə boş və mənasız tikililər yığını olacaq.
Azərbaycan folklorunda Təbrizin, Gəncənin, Ərdəbilin, Dərbəndin, hətta Tiflis, İstanbul və Həştərxanın adı çəkilir; Bakının adı isə yoxdur. Nə mahnılarda, nə rəvayətlərdə, nə də nağıllarda. Bunun səbəbi azərbaycanlıların genetik yaddaşında Bakının mövcud olmamasıdır. Bakı bizim üçün nə əhəmiyyət daşıyır? Nə ilə asossiyasiya olunur? Birinci növbədə nə məqsədlə tikildiyi indiyədək sual altında qalan Qız qalası ilə. Beləliklə, Bakı bizim üçün şübhə, sual və tərəddüdlərlə asossiyasiya olunur. Sonra? Neftlə – heç bir xalqa uzun sürən xoşbəxtlik gətirməyən bu QARA rəngli maddə ilə…
Bakı əsasən döyüşlərdən məğlub çıxıb – Şah İsmayıla, ruslara, ermənilərə. Həmişə kimsə Bakını tutub! 1918-də də Bakını türklər tutub, bizə verdilər. Bakıya arxalanmaq olmur… kürəyini Bakıya söykəyərək nəyəsə başlamaq və işi uğurla bitirmək inandırıcı görünmür.
Yuxarıda şəhər və mədəniyyət mövzusuna qısaca qayıdaq: şəhər yalnız cansız tikintilərdən ibarət deyil, həm də canlı orqanzim – insanlardır. Şəhər insanı fərqli olmalıdır – bakılı isə bizim ölkədə özü yaratdığı heç nə ilə başqalarından fərqlənmir. Bakının və əhalisinin özünəməxsus sifəti yoxdur. Keçək “bakılı” məsələsinə.
Neft bumundan sonra şəhərə müxtəlif millətlərin nümayəndələri gəlməyə və şəhər insanı dəyişməyə başladı. Bakıda aborigenlərin sayı yarıdan da az duruma, 30-40% civarına düşdü. Amma yenə də dominant bir mədəniyyət yaranmadı. Ona görə ki, aborigenləri azlığa düşürən xalqların heç biri çoxluq deyildi. Beləliklə, Bakıda hibrid bir mədəniyyətin əsası qoyuldu. Bu mədəniyyətin daşıyıcılarının adı o dövrün hakim dilindədir – ”Бакинец”.
Əlbəttə, belə şeylər də olur, müxtəlif mədəniyyətlər qarışır və ortaya yeni, maraqlı bir mədəni sifət çıxır. Amma bu, həm də qarışan mədəniyyətlərin öz aralarındakı harmoniyasından asılı olduğundan Bakıda təxminən 150 il davam edən (neft bumundan başlayan bu mədəniyyətin kulminasiyası 60-cı illərdə qeydə alınıb) hibrid “mədəniyyət” axır-axırda çox zəif duruma düşərək məhvə məhkum oldu. Əsas problemlərdən biri də bunda idi ki, şəhərdə yaşayan, ötən əsrin ortalarından başlayaraq yenə də kəmiyyətcə çoxluğa çevrilən yerli əhali (artıq onları azərbaycanlı adlandıra bilərik) bu mədəniyyətin yaranma və inkişafında iştirak etməmişdi.
Azərbaycanlılar, yaxud azərbaycandillilər əsasən şəhərin kənar məhəllələrində, gecəqondularda yaşayır, açıq-aydın olmasa da “бакинец”lərə latent nifrət bəsləyir və o qədər də uzaqda olmayan qələbə gününü gözləyirdilər. Yerli əhali – azərbaycanlılar bu “hibrid” mədəniyyəti özününkü hiss etməsə də ona boyun əyməyə məcbur idi. Əslində azərbaycanlılar bu mədəniyyətin mahiyyətcə nədən ibarət olduğunu da anlamırdılar. Elə buna görə də boyun əyirdilər. Sadəcə imkan dairəsində xarici görünüşcə mərkəzdə yaşayanlardan geridə qalmamağa çalışırdılar. Bununla belə, yerli əhali qeyri-azərbaycanlılar qarşısında çox böyük komplekslərə (dil, davranış, geyim və s.) qapılmış durumda idi.
Budur, gözlənilən gün nəhayət ki, özünü çox gözlətmədi. SSRİ dağıldı, Bakı şəhərindəki “бакинец”lər özlərini narahat hiss etməyə başladılar. Səbəb nə idi? Çünki, Bakıdakı “mədəniyyət” Təbrizdəki, Gəncədəki, İstanbuldakı, Romadakı kimi əsrlərcə, pillə-pillə, cilalanaraq deyil, qısa zaman kəsiyində müəyyən işbirliyi ehtiyacından yaranmışdı. Bəli, bu zəif və “hibrid” mədəniyyət qısa zaman kəsiyində yarandığı kimi, elə qısa zaman kəsiyində də məhv oldu. Bakıda böyük şəhər enerjisi yığılmamışdı.
Yaxşı, “бакинец”lər hamısı şəhəri tərk etməmişdilər axı… yerdə qalanlar necə oldu? SSRİ dağılarkən bizim və qonşu respublikanın əyalətlərindən gələn böyük köç, “hibrid mədəniyyət”in üzərində inamlı qələbə çaldı. Əvvəllər də əyalətdən gəlmirdilərmi? Gəlirdilər; bir-bir, iki-iki, üç-üç… Gələn kimi də şəhər kənarında bir yer tapır, orada gecəqondu tikir, başlarını aşağı salıb, şəhərə hakim “hibrid” psevdomədəniyyətə uymağa çalışaraq yaşayırdılar. Ötən əsrin səksəninci illərinin sonundan isə şəhərə birdən-birə gələn “böyük köç” öz qanunlarını da gətirdi…
Əslində belə də olmalı idi – hər bir şeydə qaldığımız yerdən davam etməliydik.
Biz hələ ki, bir xalq olaraq şəhər tikə, küçə sala bilmirik. İndi tikdiklərimiz uçacaq, sonra prezident bu barədə ciddi olmağımız barədə sərəncam verəcək, şəxsən özü nəzarət edəcək, biz yenə ciddi olmayacağıq, yenə tikdiklərimiz uçacaq, yenə tikəcəyik… beləcə, tikə-tikə tikərək, uça-uça uçuraraq şəhər tikmək öyrənəcəyik, sonra başqa bir yerdə şəhər tikəcəyik…
İndi isə hələlik Bakı şəhər deyil – qəsəbə tipli böyük bir kənddir… Bəd enerjili, hər kəsin hər işini hər gün yenidən başlamağa məcbur olduğu böyük bir kənd. Bəs necə olmalı idi ki? Biz axı gənc xalqıq, yeni yaranmışıq…
Bakı şəhərinin sifətinin, kənar təsirlərə müqavimət gücünün olmamasına başqa bir misal gətirimmi?
Demək olar ki, bütün dünya aeroportları yerləşdiyi şəhərin (əsasən ilk) üç hərfi ilə adlanır – İST(anbul), TAS(kent), BER(lin); Bakının hava limanı isə GYD.
Əgər prinsip yerləşdiyi şəhərin adı ilə bağlıdırsa, niyə BAK yox, GYD? Əlbəttə, belə şeylər də olur; amma o zaman olur ki, şəhərdə bir yox, iki beynəlxalq aeroport olsun – bizdə isə bir dənədir.
Əgər prinsip şəhərin adı ilə yox, aeroportun adı ilə bağlıdırsa, niyə Atatürk (!) hava limanı ATA kimi yox, İST kimi yazılır?
Əgər prinsip mərhum 3-cü prezidentin adı ilə bağlıdırsa, niyə HYD yox, GYD? (Zatən Azərbaycanın mərhum 3-cü prezidentinin rəsmi saytı rusca açılır… buradakı məntiq barədə isə o saytın yaradıcıları, ya da mərhum 3-cü prezidentin varisləri aydınlıq gətirməlidirlər.)
Xülasə, sizləri bilmirəm, mən bu şəhərdən kənara çıxanda həmişə ruhən yüngülləşirəm, qayıdanda isə bəd enerji məni basır…
Bir neçə ay bundan əvvəl, Bakıdan bir neçə yüz kilometr aralıda, bir kənddə televizora baxarkən gördüm ki, eynəkli, cavan bir müğənni Bakı haqqında mahnı oxuyur. Mahnı aşıq musiqisi üzərində idi. Mənə çox qəribə gəldi və inandırıcı görünmədi. Aşıq musiqisinin əslində Bakıya heç bir aiddiyyatı olmadığı barədə düşündüm… Özümə verdiyim “əcəba, niyə Bakı haqqında mahnı aşıq havası üzərində oxunur? Bunun nə dəxli var?” sualına cavab vermək istərkən başqa bir sual beynimə taxıldı:
- Bəyəm Bakının nəyəsə və nəyinsə Bakıya dəxli varmı?
P.S. Bakı şəhər İcra Hakimiyyətinin saytından:
- Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə “Ölülər Kitabında” qeyd edilmişdir.
- Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər.
- Şəhər dünya okeanı səviyyəsindən 28 m aşağıda yerləşir.





Yüklənir...
Firudin, sen BAkini hiss ede bilmirsense, bu o demek deyil ki, Bakinin ozunemexsus enerjisi yoxdur. Sen de yeqin ki, bakililar yaninda “rayonlu-kendchi” kompleksini yawamisan ki, bunlari yaza bilirsen. Yoxsa bir bakili kimi Iceri weherin enerjisini hiss etmekden gozel hec ne yoxdur deye bilerem. BU yerde men de en azi senin qeder subyektiv ola bilerem. Ancaq bir azerbaycanli bestekar, umumiyyetle senet adami olaraq Qara Qarayevin, Vaqif Mustafazadenin, Settar Behlulzadenin seve-seve yawayib yaratdiqlari bu wehere kend gozuyle baxmaq… ne bilim, men bu yerde seni anlaya bilmedim. Meselen men, kohne Zevin kucesi ile addimlarken Vaqifin “Duwunceler”ini ewidirem. Qishin oglan caginda yayin istisini Baki baglarinda tut agacinin altinda yere palaz salib samovar cayi icerken Muwfiqin vesf etdiyi “yene o bagi” axtariram. Yene de deyirem, Sen BAkini hiss etmirsen. Mence, Ali ve Ninonu bir de oxu, orda BAki havasini duya bilersen en azindan. He bir de, Vasif Adigozelovun “Baki haqqinda mahni”sina qulaq as. “Eyri-kondelen BAkini” tani))))
P.S. Gorunur Baki yalniz Bakililarin duya bileceyi ruha sahibdir. Bunu anlamaq mence bawqalarina cetin olacaq. Ve seni bu yay baga devet edirem)))
Firudin bej, yazdığınız dərin mənalı məqaləyə görə çox sağ ol. Bakı və “Bakinets”lərin (və ya Bakılıların) duya biləcəyi şəhər mühitinin dil, mədəniyyət, sosial yaşayış, din, elm və s. baxımdan hansı milli kökə bağlı olduğunu kənardan daha aydın görmək, dərk etmək olur. Son illər Bakıda baş verən inkişaf faciəsini isə heç kim yox, biz özümüz edirik. Tanrı Bakının və Sizlərin gələcəyini qorusun!
P.S. Görəsən Zahir bəy bu məqaləni oxuyub?
Məqalə öz yerində. Niyə “ş” “W” kimi yazılır onu başa düşmürəm.
Firudin, inqilabi bir yazi yazmisiniz, Bravo!!! Mence yalniz GYD hissesi bir az uzundur, daha az soz istifade etmeliydiniz orada (baxmayaraq ki, iradiniz haqlidir). Yazini mutleq Rus diline tercume etdirin (mumkunse Ali Akber, chunki chox gozel tercume edir) ve kultura.az-da yerleshdirin. Inqilabi mushahidelerinizi choxlari oxumaq isterdi, amma ne yaziq ki, Azerbaycan dilini selis bilmeye bilerler.
Əziz Firudin bəy!
Mən Sizin yazınızı dərin narahatlıq içərisində oxudum.
İlk baxışda arqumentli görünən yazınızda əslində Siz ciddi arqumetləşdirmə işi apara bilməmisiniz.
Sizin arqumentinizdən biri budur ki, Bakının adı Təbrizin, Gəncənin, Dərbəndin adı kimi Azərbaycan folklorunda çəkilmir, elə buna görə də Bakıda formalaşmış mədəniyyəti dayanıqlı mədəniyyət hesab etmək olmaz. Bu zaman Siz qədimlik faktoruna xüsusi dəiqqət yetirirsiniz, dayanıqlı mədəniyyətin meydana çıxmasında qədimliyə xüsusi yer ayırırsınız.
Nədənsə Sizi ayrı – ayrı xalqların ənənəvi qədimlikdən bezdiyi məqamlar məşğul etmir.
Sizin əsaslı arqumentiniz «Moskva birdən qurulmayıb» məntiqinə söykənir.
Qədimlikdən «bezməyə» ən yaxşı nümunə elə Rusiyanın özüdür.
Pyotr Rusiyanı Petrburqla «Rusiyanın əlindən xilas etməsəyədi», bəlkə də biz indiki Rusiyadan daha dəhşətli bir Rusiya ilə üzləşməli olardıq.
Təsadüfi deyil ki, rusları öz «qədimliyinə qaytarmaq üçün» Sovet Rusiyası «Rusiyanı Petrburqun əlindən almaq» işinə girişdi və nəticədə Stalin Rusiyanı İvan Qroznı Rusiyasına çevirə bildi.
Bakı mədəniyyəti hadisəsi mənə elə gəlir məhz bu tip müstəvilərdə izah olunmalıdr.
Əslində Bakı Qafqazın Petrburuqdur.
Doğrudur, ruslar ən yaxışı halda Tiflisi Qafqazın Petrburquna çevirməyə çalışırdılar, ( o işi indi avropalılar görməyə çalışır) amma azərbaycanlılar , bir az da dəqiqləşdirsək, azərbaycançılıq, lap dəqiqləşdirsək – axundovçuluq – bu imkanı onların əlindən aldı.
Doğrudur, burda neft də öz rolunu oynadı.Amma o qədər də yox.
Elə Azərbaycanı indiki vəziyyəti bir daha sübut edir ki, Azərbaycanda neft heç də həmişə inkişaf üçün həlledici amil olmayıb.
Bakının XX əsrin əvllərindəki və sonrakı illərdəki Bakıya çevirilməsi üçün mütləq XX əsrin əvvəlrindəki unikal ziyalı zümrəsi mövcud olmalıydı və bu ziyalı zümrəsi mövcud idi və Bakını ilk növbədə onlar yaratdılar.
(Mən elə bu yazınızdakı ağrıları öz içərinizdə daşıdığınıza görə Sizi də belə ziyalılardın biri hesab edirəm)
Bir misal gətirim.
Siz Şuşanı da Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri hesab edirsiniz. Bu doğrudan da belədir. Amma gəlin görək bir ziyalı olaraq Üzeyr Hacıbəyov Şuşa hadisəsidir, yoxsa Bakı?
Təbii ki, Bakı
Bakı ilk dəfə olaraq Şərqi müsəlman Şərqinə məxsus ətalətin içərisindən çəkib çıxardı və məhz bu mədəniyyətin hesabına azərbaycançılıq bir milli birlik nümunəsi kimi meydana çıxdı. İndi biz azərbaycançılığı azərbaycanlıların içərisinə çıxara bilmiriksə, onun böyük imkanlarını həm özümüzə, həm də dünyaya izah edə bilmiriksə, bunun günahını niyə Bakı mədəniyytində axtarmalıyıq?
Elə bilirəm, biz bu günahı özümüzdə axtarmalıyıq.
P.S. Qaldı başqa məsələlərə, Biz sadəcə demoqrafiq fəlakətə düçar olmuşuq.
Firudin bey,istedadiniza sayqim var.Azerbaycanli olasan,klassik musiqi besteleyesen,musabiqelerde ugur qazanasan,tarixle,ictimai heyatla bagli maraqli yazilar yazasan,ustelik de rusca deyil,dogma turkcemizde-saniram,bunlar siradan olan ishler deyil ve sizi vetenimizin serveti hesab edirem.(Eyni sozleri mohterem Elmir Mirzeyev haqda da deyirem.)
Yazinizin Tebrizle bagli hissesi boyuk sevgi ile yazildigindan qurur hissi kechirdim:hem Tebrize gore,hem de size gore.
Baki ile bagli dushuncelerinizse,meni meyusdan meyus etdi.
Sanki goze gorunmez bir el bizi butun mustevilerde qarshi-qarshiya qoyur.Goresen,bizim qeder bir-birini sevmeyen,bir-birinde,tarixinde,medeniyyetinde ancaq qusur,eskikilik axtaran ikinci toplum varmi?
Yazirsiniz:”Baki esasen doyushlerden meglub chixib.”Belke Huseynqulu xanin xatiresine bir qeder ehtiramla yanashaq?Inaniram ki,istenilen xalq onu milli qehreman ederdi.
“Bakinin ve ehalisinin ozunemexsus sifeti yoxdur.”Bu sozleri koklu bakililar haqda demek insafsizliqdir.Genc oldugunuzdan Settar Behlulzadeni,Mircavadi shexsen tanimazdiniz.Belke tale uzunuze gulub ve Rasim Babayevle tanish olub sohbet etmishdiniz?Inanmaq isteyirem ki,bakililari sevecek idiniz.
Chox ad chekmek olar,bilmirem buna ehtiyac varmi.
Baki haqda mahninin ashiq musiqisi ustunde olmasi ile bagli:Azerbaycanda klassik musiqinin tarixi chox yenidir.O zaman Q.Qarayevin “7gozel”,”Leyli ve Mecnun”,F.Emirovun “1001 gece” baletleri ve s.eserlerin yaranmasina bir aydinliq getirse idiniz,yani sherqliler (azerbaycanlilar) terefinden sherq edebi materialina Avropa musiqisinin bestelenmesine bir izahat verse idiniz ,size chox minnetdar olardim.
Insaf namine demeliyem ki,yazinizda qebul etmediyim,barishmadigim meqamlarla yanashi deqiq, durust mushahideler de yox deyil.Sadece rus,sovet dovrunden qalma ve ayrila bilmediyimiz stereotipler hele de hokm surur:qazaxlilar shair(bax:”Proloq”qezeti,sayi 29,Bextiyar Hidayetle musahibe)qarabaglilar mugenni,bakililar shofer ve s.
Sayqilarla.
İndi elə bir insan təbəqəsi yetişib ki, ondan haradan olduğunu soruşanda Bakılı olduğunu deyir, bunlar bir nəsli Bakıda doğulmuş, əvvəlki bütün şəcərələri isə əyalətdə yetişmiş, yaşamış insanlardır. Belə insanlar Firudin kimi cavanlarda “bakılı” sözü haqda yaranmış assossasiyanın mənbələrindən biridir. Onlarda elə təsəvvür yaranır ki, elə bakılılar bunlardır. Halbuki, doğrudan da son illərdə vəfat etmiş, dünyada tanınan rəssam Rasim Babayev kimi bakılılar bu şəhərin urbanist nüvəsinin insanlarıdır. Fuad Axundov adlı bir tədqiqatçı telekanallarda Bakı və bakılılar haqda silsilə verilişlər hazırlayırdı, onun verilişləri kimi verilişləri bağladılar, yerini tutdu “toylar kralı” yarışmaları… Ona görə də Bakı mədəniyyəti adlı hadisəni bilən Fuad kimi oğlanlar köçüb getdilər xarici ölkələrə… Nəticədə də yerini belə tədqiqatsız, elmsiz yazılar tutdu. Bakıda iyirmi il yaşamaq, heç qırx il də yaşamaq Bakının özünəməxsus mədəniyyəti (samovar çayını, qutabı, ənciri nəzərdə tutmuram) ilə rastlaşmaq üçün gərək deyil, bunun üçün bir-iki həftə fə olsa, tədqiqat lazımdır. Bu yazı isə adi, səthi, qeyri-dəqiq məqamlarıyla birgə Bakının məişət problemlərilə (avtobus, sosial münasibətlər, demoqrafik proflemlər) hər gün üz-üz gələn adi bir sakinin giley-güzar qeydlərindən o yana getmir. Bu mənim fikrimdir. Hər kəsin də fikrinə hörmətim var.
Sevinc xanim,size ve yazdiglariniza ne qeder sevgim oldugunu bir neche defe yazmisham.Buradaki sherhinizde ise bir meqamla qetiyyen razilashmiram.Bakini duymaq uchun bakili olmaq vacib deyil.Yeter ki,vetenini sevesen,umimiyyetle seven ureyin olsun,hem de mutleq azad insan olasan.
Hormetli Raset bey,size derin teshekkurumu ifade etmeye soz tapmiram.Sayqilarla.
Oten esrin evvelrinde Turklerin Bakini isgaldan azad etmesine qeder bu seher Azerbaycan seheri olmayib.
Bunu tarixi menbeler de subut edir.
Tebii ki, Zevin kucesinde addimlayan Sevinc xanim kohne Bakini Firudinden, Rasetden, Bahardan gozel duyacaq ve hiss edecek.
Yeri gelmishken, Ruztem Ibrahimbeyovun baki ve bakililar haqda dediklerinden boyuk heqiqet var.
Artiq bu seherde kohne bakidan hec ne qalmayib. Hem maddi, hem de menevi anlamda…
Oxucu ve Ox Ucu adli sherhchilerin bashqa adamlar oldugunu nezere almanizi isterem.
Chandirika ve Candirika adli sherhchilerin bashqa adamlar oldugunu nezere almanizi isterem.
Firudun, Bizim – Bakıda doğulanların arxasında, Abasqulu ağa Bakıxanov Qüdsi, Seyyid Yəhya Bakuvi və sairə bunlar kimi dahilər var… İndi bildin Bakıda doğulanların arxasında kim var? Ay bisavad bəstəKAR.
Nə oldu?! Cavabın harada qaldı?! Hə?!
Bakililar…Öz şəhərlərində qürbətçi kimi yaşayan elə bakılılardır.
Bakineç-sözü deyəsən bir çoxlarının qulağını narahat edir…
Bahar ve Oxucu, Firudinin gorduyu ve bildiyi, lakin sizin gormediyiniz chox vacib bir meqam var. Siz Baki haqqinda post-1872 zamaninda danishirsiniz, Firuding ise daha qedime gedir. Baki bu tarixe kimi, umumiyyyetle 1830-lardan bashlayaraq ehalisi 2,000 kechmeyen bir kend idi. Bu kendin baxti sadece ona gore getirmishdi ki, 16-ce esrde Shirvanlilar Shamaxi zelzelesinden sonra ofislerini (divanlarini) bu kende kochurub, etrafini hasara aliblar. Sizin sadaladiginiz bir chox shexsler de, mes. Settar Behlulzade ve d. de Bakinin Emircan, daha dogrusu Emirhajiyan kimi kendlerinden idi ve Icheri sheherde, yani Bakida yashamaga da bir choxlari mehz neft dovurnden, yani 1872-den sonra gelib. Baki kendleri ise onun qumunun renginden daha chox rengli idi ve burada her milletin numayendesi, hele binayi-qedimden var idi. Bu baximdan Firudinin dedikleri chox evezsizdir ve ele bunu perestish etdiyiniz Fuad Axundovun ozu de tesdiq ederdi. Eslinde Fuad ve Firudin ele de ferqli dushunmurler ve hech biri de Bakini (yazi ve fikirlerinden anladigim qederile) sizden az istemirler.
Qaqash tarixe ve yerleshmeye qalsa hec kes indi yashadigi yerde anadan olmayib. Hamimiiz
Ademin ovladlariyiq hardansa gelmishik bura. Meglub olmaga qalsa butun sheherler meglubda olub qalibde. onu da unutmaq olmaz ki Azerbaycanda butun xanliqlari qara gune qoyan sisianovu Bakida oldurduler. Lab her sheyi ataq qiraga axi adam kisi olar. shere cixirsan 10 neferden biri Bakilidir. durub hardansa gelmisen bura gor indi ne yazirsan. men tarixi yaxshi bilmirem amma yazilarin mene cox pis tesir etdi. Rayonlularda bele bir soz var mes: sheherli olmusan dayi salam vermirsen? beyenmirsizse nece sherli olursuz? baxirsan elesi var ki lehcesinden sozunui basa dusmek olmur dindirirsen deyir bakiliyam. qrup yoldashim var cebrayildan qaciblar deyir mende bakiliyam. burda anadan olmusham demeli buraliyuam. elede sey olar. her respublikanin oz xasiyyeti var, her sheherin vilayetin oz xasiyyeti var sonra her kendin xasiyyeti ferqlidir, sonra gelir her mehle hetta ozun bildiyin kimi her evin xasiyyeti muxtelifdir.
Bakililarin bir pis xasiyyeti var ki bir-birinin terefini tutmurlar. meselen bir rayonlunu vezifeye qoysunlar kirvesinin xalasi ushaqlarinin dayisi nevelerinin qonshularinin bennalarininn dayisi usaqlarini da dartacaq daliycan. amma ele hemkendlimi taniyiramki ne qeder deyirler vezife deyendeki nacalnik qoymaq isteyirler deyir essi neyime lazime. bakilililarin gozu tox olur. mahniya qalsa onu deyimki Bakinin Mestagasinda yaranan meyxanani indi butun Azerbaycan demir? onun ne ferqi var?
Onuda unutmayaqki caqqalsiz meshe olmur.
qurban olum Bakima!
Firudin, fikirlerinizi paylashmaq isteyerdim, amma teessuf ki, bacarmayacam:) Sizden ferqli olaraq, men Bakini sevirem. Hem de deli kimi sevirem. Bu sheher meni heyecanlandirir, sozun butun menalarinda. Bu sheherin her addimi mene chox dogm…adir. Hem ushaqligimi kecirdiyim Fizuli meydani, hem telebeliyimi kechirdiyim Baki Dovlet Universiteti, hem de gencliyimi kechirdiyim ve kechirmekde oldugum genish menada sheher merkezi ve ya Xezer sahili ile her qarshilashdigimda Bakiya sevgim daha da artir. Sentimental olmamaga chalishsam da, sizin yazinizda qeyd etdiyiniz o eynekli mugenninin o mahnisini her defe eshidende qeyri-ixtiyari gozlerim yasharir. Indiye kimi oldugum dunyanin hech bir ecazkar sheherinde, hetta ozumu Bakidaki yukden ne qeder azad hiss etsem de, Bakidaki dogmaligi duya bilmemishem, bilmeyeceyime de eminem. Bakida kucheden kechen yabanchi birisi bele mene dogmadir, chunki onunla eyni sheheri, eyni sevinci ve eyni kederi paylashiram. “Bir denizin sahilinde nagil olan bu sheher”in zaten sevgiye ehtiyaci yoxdur…chunki onun sevenleri choxdur, hem de deli kimi sevenleri…