Cavanşir YUSİFLİ. ƏLİ KƏRİM HAQQINDA ESKİZLƏR
Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 05 Kasım, 2008Ən yaxşı şeirlərində nə var – bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni çarpaz kəsən işarələrdən hörülmüşdür. Əli Kərim şeirə qəribə bir sakitlik və rahatlıq gətirdi. Və zahirən nə Səməd Vurğuna, nə də digər şairlərə bənzəməyən bu poetik sistemdə ənənə özünü tapdı, özünü tam potensiyası ilə ifadə etdi – Azərbaycan poeziyasında yeni mərhələ başladı: söz təkcə deyilmək, insanları həyacanlandırmaq, onu başqa aləmlərə aparmaq …üçün yox, həm də dərinliyi göstərmək, zahirən nə qədər gözəl, göz oxşayan, mütəəssir edən olsa da, daxildə dünyanı, necə deyərlər “vurub-çıxmaq”, təhlil etmək, onunla oppozisiya yaratmaq üçün idi. Yəni, üfüqi xətt – üfüq nə qədər gözəl və lazımlı olsa da, onu kəsən çarpaz “çağdaş Azərbaycan poeziyası” deyilən mətnin tam təsəvvürə gətirilməsi üçün zəruri idi.
Heç də təsadüfi deyil ki, Əli Kərimin şeirlərinin əksəriyyəti söz haqqındadır. Bununla o, sözün yuxarıda göstərilən funksiyasının konsepsiya halında ifadəsinə çalışırdı. “Azərbaycan poeziyası” adlı MƏTN öz təkamülündə elə bir həddə gəlib çatdı ki, Əli Kərim qaçılmaz şəkildə sözdən, onun dünyaya və müəllifə münasibətindən, insan ömrünün içində kəsb etdiyi mənalardan və daha çox mənalar arasında gedən ölüm-dirim savaşından bəhs etməli oldu. MƏTN daxilində mənalar arası savaş gerçəkliyə yeni münasibət tipinin formalaşmasını bəlləyir. Diqqət yetirin: Füzuli “Söz” qəzəlində milli ədəbiyyat kontekstində bu şəkildə və qaydada YENİLƏŞMƏNİN əsasını qoydu… İstənilən ədəbiyyatda yeni tendensiyalar yarandıqda bu, qaçılmaz şəkildə onun əsas istiqamətlərini bəlirləyən mənalar arasında savaşla müşayiət edilir. Əli Kərimdə Söz həm də dünyaya tən tutulur, dünya ilə bərabərləşir, burada sözün yamacına baş qoyub uzanmaq, göylə yeri bir nöqtədə – söz paralelində birləşdirmək çox asandır.
Kürə yağış yağırdı
Günəş batırdı Kürdə,
Durmuşdum sahildə mən.
Sularda körpü vardı,
Elə bil ki, qızarmış
Kür, Günəşdən axırdı.
Bir ağaca söykənib dayanmışam bayaqdan,
Adamammı, daşammı, ağacammı bilmirəm…
Mən özümün deyiləm… nə yerdəyəm, nə göydə
- Başqa bir aləmdəyəm – qayıtmaram, gəlmərəm.
Kürə yağış yağırdı…Suda rəngli bir yağış –
Belə yağış dünyanın heç yerində olmamış.
Açıq düzlər tərəfdə – yağış yağır gümüşü,
göylərin təbəssümü, təbiətin gülüşü.
Kürün ortasındaca – günün qarşısında – al,
Al-qırmızı bir yağış,
Al-qırmızı bir xəyal.
Samux meşələrinin kölgələrində – qara,
Qara yağış,
Boz yağış –Yağır aramsız yağış…
Samux meşələrinin qara gölgəliyində
Yağış görünmür gözə.
Kürün suyu orada xırda-xırda oynayır.
Sanki yağışdan deyil,
Öz-özünə oynayır
Kürə yağırdı yağış
Onun min rəngi vardı….
Yağırdı qızıl yağış, yağırdı gümüş yağış,
Qara yağış, boz yağış
Harda görüşür yağış
İnanmadım gözümə
Dedim burda baxan mən
Yoxsa, bu bir yuxudur, gəlib keçdi gözümdən
Heç bir yerdə, heç zaman
Belə bir şey olmamış
Mən yox idim orada
Kürə yağmamış yağış…
Kürə yağış yağırdı….
Kürə yağmamış yağış …
Əli Kərimin əksər şeirlərində “var” ilə “yox” arasında sərhəd sadəcə aradan götürülüb. Yəni, əslində var, amma həm də yoxdu:
Nə üçünsə yadıma
Bir bulaq düşdü bu dəm
Mən bir bulaq görmüşəm,
Əslində görməmişəm.
Çox baxdım dibindəki
Əlvan daşa, yosuna
Dostum dedi: Nə batdın
Yenə şeir yasına.
Verilən sual və alınan cavab ayrı-ayrı şeylərdir, cavablar suallara, suallar da cavablara aid deyil, onların tən ortasından keçən, bu sual-cavabları yarı bölən MƏTLƏB var. Böyük bir nəfəs var. Nəfəsin böyüklüyü əslində estrada meydanında uca səslə hayqırmaq deyil. Nəfəsin böyüklüyü, bir sözlə onun varlığı mistik bir şeydi – milli ədəbiyyatda əsas ideyaların kömüldüyü mətnlər arasında virtual əlaqələrin varlığının görünməsidir – hansı dərəcədə, bax, bunu şairin əhatə etdiyi nəfəs genişliyi həll edir. Geniş nəfəs özü ilə sel gətirir, bir çox şeyləri vurub-yıxır, yeni sərhədlər diqtə edir, fatehlik duyğusunu oyadır, düşüncənin koordinatları dəyişir – hiss edilmədən, rənglərdən başqa onların işlənmə tezliyi, üslub, düşünmə tərzi dəyişir.
Səməd Vurğun şeirinin intonasiyasını tanımaq üçün onun “Düşüncələr” şeirinə nəzər salmaq kifayətdir. Bu poetika, üslub sisteminin bütün ahəngi bu şeirdə qənirsiz ifadə olunub. Şeirdə vüsət, genişlik, hə şeyin yerdən göyə kimi şahə qalxması, sonra son nöqtəyə qədər aramla, yenə də həmin intonasiya qəlibi içində enməsi var. Rəsul Rzada daxili güc, qüdrət, sözün poetik enerjisi başqa bir formada ifadə olunub, “Ərk qalası” şeirində olduğu kimi. Burada bir-birinə çatmayan səslərin, hecaların, az qala fonemlərin parlaq görüntüsünü almaq əsasdır, ən incə detallar, “su altında qalan” hissələr belə görünür və belə görüntüyə nail olunması əsas poetik qayədir. Bu iki sistem nə qədər fərqlənsə də onlar daxilən birdir, birləşmənin perspektivi görünməsə belə, ən azı bu iki sistemin ədəbi prosesə göstərdiyi təsirlərin vahid ideya kimi qovuşması halında. Onların hər ikisindən fərqli olaraq Əli Kərim ədəbi prosesə kənardan təsir göstərdi, ədəbi prosesin içində çoxdilliliyə, polifoniyaya geniş meydan açdı. Əli Kərim Azərbaycan şeirinə çoxdan həsrətində olduğu bir sakitlik, sakit axar gətirdi, kənardan təsir göstərməsinə baxmayaraq ədəbi gedişatı milli parametrlərə tam uyğunlaşmağa məcbur etdi, poetik mətnin içindəki bədii təfəkkürün diferensiasiyasına meydan açdı, ənənəvi anlayışların mündəricəsi elə bil ki, dəyişdi, şeir təzədən doğuldu, insanlara başqa cür çatdı, tam fərqli şeyləri izah etdi. Məncə 70, 80, 90 və xüsusən də 2000-ci illərdə Azərbaycan şeirində Əli Kərimin reformator təsiri tam gücü ilə işlədi, yalançı estrada effektləri arxa plana keçdi.
Əli Kərim şeiri və onun araşdırılması filoloji fikrə dərindən təsir göstərdi. Bu mətnlər əsasına filoloji araşdırma geniş perspektivləri ilə seçildi, Əli Kərimin hətta gənclik dövründə qələmə aldığı “Üçüncü atlı” poeması və digər əsərlərinin tədqiqatı şair və onun prosesə təsiri dairəsindən çıxardı, bədii mətn üzərinə gətirdi, milli filoloji fikrin bir sıra məsələlərinin hərtərəfli həlli üçün geniş imkanlar yaratdı.
Əli Kərim Azərbaycan şeirində həm obraz, həm də üslubdur. Müəyyən mənada. Heç kəs onun təsirinə uymaqdan, ona oxşamaqdan qorxmur, çünki bu təsir yazan adamı yeni mətləblərin üstünə gətirir. Əli Kərim kimi yazmaq texniki məsələ deyil, yoldur, ədəbi əqidədir. Onun bu mənada, məsələn, “Şəhidliyin zirvəsi” şeirini yazması təsadüfi deyildir, bu şeir həm də Azərbaycan poeziyasında əsrlər boyu gedən proseslərin qaynayıb-qovuşması, bəhsləşməsi anlamına gəlir, ənənənin içində ən kamil, əbədi-sabit parametrlərin boyaboy görünməsidir.
***
Əsl poeziya belə demək olarmı ki, içində olduğumuz gerçəklik, necə deyərlər «yaşanıb qurtardıqdan» sonra başlanır? Bəlkə də elə belədir, axı hər bir gözəl mətn parçasında dünya, yaşayıb yaddan çıxardığımız gerçəklik bir daha geri fırldadılır, kino lenti kimi. Lentin aşkarlanması həmişə gözləmədiymiz nəsnələrin peyda olması ilə yadda qalır. Əli Kərimdən çox sevdiyim şerlərin birində belə bir məqam var ki, gəzdiyim şəhərdə qəfil «itirəm», burda hər şeyə ilk dəfə gördüyüm kimi baxıram: Gəzirəm, seyr edirəm elə daşı, torpağı// İllərlə dəyməmişdir ora insan ayağı// Gəzirəm elə məyus, dərdli xərabələri// ora heç kim getməmiş düşmən qaçandan bəri… Mən də hərdən bir insan kimi, tənhalıqdan, nədən, daha nələrdən bezib və darıxıb da illərlə ayaq dəyməyən «xam torpaqlarda» azmaq istəyirəm. Heç bir tanış adam görməyim, şəhərdə gördüyüm yad adamların bir yerə yığışıb nə etmək istədikləri heç assosiativ şəkildə də mənə bəlli olmasın. Toporov bu söhbətimizə dəxli olmayan bir yazısında (…Aptekarskiy ostrov kak qorodskoe uroçihe) doğru buyurur ki, bəzən … fizika metafizika ilə toqquşur, baş-başa gəlir və bu zaman irreal aləmə vəhşi meyllə torpağa, yerə məhəbbət arasında uçurum yaranır. Ayrılıq şırımı getdikcə artır, dərinləşir. Toporovun sözlərinə görə, bəzən təbiətin mədəniyyət üçün qida mənbəyi olduğu məqamlar da tükənir. Ruhumuza tanış olan bütün duyum və deyimlər duman içindən çıxırmış kimi yeni rəng və çalar kəsb edir. Bu məqam – ruhda gedən təbəddülaitlar içində, bu son dərəcə qızğın və amansız qovğanın ağuşundaca … sözün, qəribə gəlməsin, öz libasını dəyişməsi hadisəsi baş verir. Ruhumuza çilənən hava dəyişən kimi sözlər də yenidən doğulurmuş kimi, insanı dərindən dərinə sarsıdır, yerindən oynadır. Toporovun adını çəkdiyimiz məqaləsində Blokun bir neçə şairlə söhbətlərindən fraqmentlər verilmişdir. Söhbətdə iştirak edən şəxslərdən biri bu məqamları izləyir və yazır. Onun mətndə işlətdiyi «qlubokiy» sözünü qəribə deyil ki, elə həmin münasitbətlə Blokun özünün gündəliyində həmin görüşlə əlaqədar işlətdiyinin şahidi oluruq. Ancaq birinci mətnin müəllifi bu sözlə vurğunluğu, insanın insana birdən bağlanmasını ifadə etsə də, Blok qəribədir ki, bu sözlə daha çox yorğunluğu, dünyadan bezməyi və s. göstərmişdir. Sözün öz içindəki «məna, semantika uçurumları», burada doğma və yad sahillərin olması… ruhumuzun bizdən aralı düşüb, bizimlə kosmik əlaqədə olan ərazisidir. Bu şerdə (Əli Kərimin şeirlərində) sözlərin və əşyaların eyni andaca bayaq təsvir etmək istədiyim dumanın (səhər çağı) içindən süzərək birdən aydınlığa çıxması, xüsusi bir varlıq kimi görünməsi hər bir misrada obrazın qətrə-qətrə yaranma prosesini nümayiş etdirir. Bu şer görüntüdür, irreal nəsnələrin vizuallığın dilinə köçürülməsi (daşınması-!), nəticədə isə dürlü-dürlü bənzətmələrə varmayıb hərəkətin özünün canlandırılmasıdır. Şeirdə obrazın «hərəkəti» çox şeydir, böyük mətləbdir, bizə bəlli olmayan nəsnələrin əhəmiyyətli bir hissəsinin aşkarlanmasıdır.



(2 səs, hardasa: 4,50 ilə 5 arası)

Yüklənir...
Cavanshir beyin Eli Kerim haqqinda yazdigi kitabi boyuk maraqla oxumusham. Azerbaycan poeziyasinda bir merhele olmush bu boyuk sairin yaradiciligi yeqin ki, hele cox arashdirilacaq.
Meni Eli Kerimin muasiri olan basqa bir istedadli Azerbaycan sairi – Serdar Esed haqqinda Cavanshir beyin fikri maraqlandirir.
Cox isterdim ki, Cavanshir bey imkan olanda Serdar Esed haqqinda fikrini Kultaz oxuculari ile bolushsun.
Imkan demishken, Serif Agayarin hekayesini vaxt darligindan cox gec oxudum ve cox beyendim.
Bu barede insallah imkan dushen kimi fikirlerimi bildireceyem. Ola bilsin ki, qezet vasitesile.
Serif beyi bele gozel hekayeye gore tebrik edirem!
O dunyada yoxuymush,
Gorduyum kec yuxuymush
Ne siqaret cekermish
hey sumure-sumure,
Ne de bash qaldirarmish
her xirda ses- semire…
Allah sen rehmet elesin, boyuk ustad!
Ozunden sonra BOYUK SOZ qoyub getdin!
aristotelin poeziyanin qarshisinda qoydugu esas shert-fabula\hereket\ olmushdur.e.kerimin demek olar ki butun sheirlerinde bir sujet xetti,bir hereket var.
r.rza sa s. vurgun da onunla muqayise olunasi shairler deyil
Oxudum, mende tam tessurat yaratmadi.Yazi ele ixtisar edilib ki, eybecer bir seye oxsayir. Axi Eli Kerim cavansirin sairi deyil. Kitabini da oxumusam. Cavansir E. Kerime sadece kenardan bir seyrici kimi baxib, E. Kerime yaxin duse bilmeyib. Eli Kerim kimi saire tenqidci baxisi deyil bu yazi.Anarin, T. Haciyevin,K. Kelenterlinin, F. Qocanin, A. Memmedovun,A. Efendiyvin E. Kerim haqqinda yazdiqlarinin yaninda bu yazi hec nedir. Olsa-olsa teze yazmaqa baslayan orta mekteb sagirdinin E. Kerim haqqinda insasidir.
Hörmətli Qalib bəy!
Sərdar Əsəd, məncə, Əli Kərimin və cağdaş Azərbaycan şeirinin daha çox göründüyü və bu parametrlıəri görsədən (bütün çatışmazlıqlarıyla) bir fiqurdur. Sərdar Əsədin Əli Kərimə bir neçə şeiri var (…Şair Əli şeir gətir yuxuma, Şair Əli bu şeirimi oxuma-!), bunlar sadəcə ithaf şeirləri deyil, dövrün mənzərəsini, ritmini, ağrı-acısını göstərən bir şeydi.Sərdar Əsədin ölüm-intihar günü də Əli Kərimin ad gününə “təsadüf edir” – burada heç bir təsadüf yoxdu – Azərbaycan ədəbiyyatının bu iki böyük ismini sovet dövrünün özü “qorudu”. Sərdar Əsəd Əli Kərimin kimliyini və gücünü bizdən daha artıq bilirdi, çünki bunu onun özü etmək istəyirdi.
Hörmətlə, Cavanşir.
Salam Cavanşir bəy,
Elə yazılar var ki, o adama rahatlıq, elələri var ki, narahatlıq gətirir, söhbət, əlbəttə, yaxşı yazıdan gedir. Sizin bu yazınız rahatlıq gətirənlərdəndir. Adamı Əli Kərimi bir daha oxumağa sövq edir, oxuyarkən daha çox həzz almağa stimullaşdırır.
Mənim ən çox bəyəndiyim yer birinci abzas oldu. Onu bir daha oxuyaq:
“… söz təkcə deyilmək, insanları həyacanlandırmaq, onu başqa aləmlərə aparmaq …üçün yox, həm də dərinliyi göstərmək, zahirən nə qədər gözəl, göz oxşayan, mütəəssir edən olsa da, daxildə dünyanı, necə deyərlər “vurub-çıxmaq”, təhlil etmək, onunla OPPOZİSİYA yaratmaq üçün idi”- BOYÜTDÜYÜM BU SOZU yazaq bir qırağa…
Əsl poeziya (MƏTN- T.Ş) belə demək olarmı ki, içində olduğumuz gerçəklik, necə deyərlər «yaşanıb qurtardıqdan» sonra başlanır? Bəlkə də elə belədir, axı hər bir gözəl mətn parçasında dünya, yaşayıb yaddan çıxardığımız gerçəklik bir daha geri fırldadılır, kino lenti kimi…
İÇİNDƏ OLDUĞUMUZ GERÇƏKLİK NİYƏ YAŞANIB QURTARDIQDAN SONRA QƏLƏMƏ ALINMALIDIR?
Və “Qayıt, sahmana sal bu kainatı” deyən Əli Kərimə niyə nəsrdə bir oğul çıxıb deməDİ və ya DEMƏMƏLİDİR ki, “gedək, sahmana salaq bu kainatı”?
Axı ədəbiyyat, siz demiş, təkcə həyacanlandırmaq üçün deyil…
T.N.Şahsuvarlı
P.S: Mən “Qayıt” şeirini ona görə yada saldım ki, sizin sözünüzün qüvvəti, Əli Kərimin qələmə aldığı bitmiş gerçəkliyi əks etdirirdi…
Taleh salam!
Əli Kərim və ədəbiyyat haqqında səmimi fikirlərini dinləmək xoşdur. Bu yazı Əli Kərim haqqında həcmcə çox kiçik olacaq ikinci kitabdan “eskizlər”dir. Əli Kərim haqqında bu qədər yazmağın və düşünməyin sadə bir məqsədi var: bəzən üfüqdə görünən bir nəsnəni “tutmaq”, boyaboy görsətmək üçün yerin dərinləklərinə girmək zərurəti yaranır. Onun Pir Sultan abdalla əlaqələrinin xüsusi bir sistemi var.
Əli Kərimin “Babəkin qolları” adlı çox kiçik bir şeiri var. Bu mətnin dərinliyi şairin bütün yaradıcılığında və həyatında, həm də Azərbaycan gerçəkliyində (keçmişdən gələcəyə və əksinə) iştirak edir. Bütün bunlar haqqında bəhs edilən mətnlərin xüsusi bir sistemə söykənməsini sübut edir. Əslində bu dahiyanə şeir Əli Kərim adlı metaforanın poetik nəticəsidir, Əli Kərimi diri saxlayan, köhnəlməyə qoymayan məhz bu cəhətdir – bütün mətnlərdə, bütün poetik komponentlərdə onun özünün tam şəkildə, bir bölünməz metafora kimi hifz edilməsindədir.
Bu gün yaranan bütün yaxşı mətnlərin bu metafora ilə dərin əlaqəsi var, poeziyamızdakı “Hollandiya sindromunu” nəzərə almasaq…
Hörmətlə,
Cavanşir.
Cavanshir muellim,
Bizde kitablari cox, yer darisqal oldugundan zirzemifason bir yerde karobkalarda nese axtarmaq uzun isdir, tapanda oxumazdan qabaq hamama girmek lazim gelir )))
“Babekin qollari”ni Eli Kerimin “Qayit” kitabinda (ag cildli, 1983) oxumusdum, onun indi axtarib tapa bilmediyim goy uzli iki cildiyini de done-done oxumusham. Amma duzunu deyim ki, “Babekin qollari”ni unutmusdum, en yaxsi halda “passiv yaddash”da qalmishdi…
Eslinde bu mesaji mailinize yollamaq isteyirdim, cunki ele meqamlar var ki, onu genish auditoriyaya teqdim etmek istemirem. hesab edirem ki, bu, roman yazma prosesinde menim “mehrem” sirrlerimdir… Amma bir necesini deyecem. (Mumkunse mailinizi mene yazin: pragma_center@yahoo.com)
Men hesab edirem ki, dunyada Babekle muqayise edilecek ikinci qehreman yoxdur. Romandan evvel onu son derece vasvasiliqla arashdirmish, dord “tablo” yaratmishdim.
Birinci “tablo”-
Xilafet-Iran-Azerbaycan- Albaniya (Bagdaddan Berdeye qeder)
Ikinci “tablo”- Bez qalasi,
Ucuncu tablo: Xurremler
Dorduncu tablo- Babekin portreti.
Yazi zamani butun gece ve gunduz ozumden asili olmadan Babeki dusunurdum ve intiutiv olaraq “yeni sheyler” hiss edirdim, sonra onu bir daha arashdirir ve chin oldugunu gorurdum. Meselen, Babekin orta boylu adam olmasini hemin intuitsiya ile mueyyen etmishdim. Bu cur coxlu meqamlar var, sagliq olsun, kitabdan oxuyarsiniz. (hetta ele yer oldu ki, men onlari yaza bilmedim, mecbur oldum ressamlara “ideya verem”, meselen Babekin esir alinma sehnesinde onun qizilqusun arxasinca baxmagini… Lakin umid edirem, Azin Kurecinin Bezze qalxdigi hisse size cox “tanish” gelecek!) Sozumun cani basqadir.
Eli Kerimin sozu geden seirinde iki shey gorurem.
Babeke shuurlu yanashma,
Babeki “hiss etme”…
Cox sevinirem ki, bu sheiri romana baslamazdan qabaq oxumamisham, oxusaydim, butun “enerji”mi su ceken kimi ozune ceker ve hec ne yaza bilmezdim:
BABƏKIN QOLLARI
Qolu sındırılmış Babək,
Yurdu yandırılmış Babək,
Qan rəngli bir arabada,
Şərq boyda bir xarabada,
Söyə-söyə,
Döyə-döyə,
Hamıya görk olsun deyə,
Kənd-kənd gəzdirilən Babək,
Ölübən-dirilən Babək;
Qollarını görməyəndə,
Azca rahat olan Babək,
Bir qırmızı yuxu içrə,
Uzaqlara dalan Babək,
Deyən Babək: – Aman dostlar,
Hücum çəkin qoşun-qoşun,
Orda mənsiz qılınc çalan,
Qollarımla bir vuruşun!
Men xahish edirem burada dord meqama fikir verin,
- Sherq boyda bir xarabada… (menim dediyim birinci tablo)
- Yurdu yandirlimish Babek (dediyim ikinci tablo)
- Aman dostlar, hucum cekin-qoshun-qosun… (3.tablo)
VE!!!!!!!!!!!!!!!!!!!!
- OLUBEN-DIRILEN BABEK! (4-cu tablo)
Cavanshir bey,
siz o sheirde xahish edirem “texnika”ya bir de fikir verin, gorun Eli KERIM
noqteli vergulu (!!!)
harada qoyub. O noqteli vergul hem tablolardan tabloya keciddir, hem de siz demish, zamandan-zamana, hem de BEDENDEN-BEDENE!
Adil Qacayoglu oturmushdu “Yeni Musavat”da, yazi redakte edirdi, bir gun qefilden geldim, dedim Adil muellim, siz icki icirsiniz? Qelemi qoydu yere, altdan yuxari baxdi, duruxdu:- Ne olub?
Bir de sorusdum, icirsiniz ya icmirsiniz?
Dedi “vallah icirem, amma bilmedim niye sorursan?”- hami da bize baxir, Zabil Muqabiloglu, Nazim Sabiroglu, Mustafa Hacibeyli…
Qayitdim ki, Litvadan bir yaxsi araq getirmisem, cox fikirlesdim, bunu kimle icim, birden aglima geldi ki, yekelende usaqlara ne danisacam? Demeyecekler ki, sen neter adam, nece jurnalist olmusan ki, Adil Qacayoglu ile araq icmemisen… Onun da yaxsi bir sozu vardi: “Seni verene shukur…”
Cavanshir muellim,
men bu roman meselesinde ozume her baximdan inanirdim, amma bir “tesdiq”e de ehtiyac vardi. Onu da Eli Kerim etdi…
Sizi gozlemeye sebrim catmaz, durub icecem )))
t.n. shahsuvarli
P.S: bir de shieride bir “yanildici kecid” de var, “Soye-soye, doye-doye”… Birinci ele bilirsen Babek soyur, sonra ele bilirsen Babeki soyurler!!!- adam ne qeder pesekar olmalidir ki, bele bir kecid versin !!!
)))) Nedense son vaxtlar Ilyas Ərnəfəs yaman tez-tez yadıma düşür… Gərək bir nəşriyyat tərəfə baş çəkəm…
Scorpion,
nesriyyata bash cekende hec olmasa Qenimet Zahidin sherlendiyi yere tupur, imkanin olsa, Ernefes coxlarinin tupure bilmediyi yere “cish” edir belke de!!!- ve sene xeberdarliq edirem, iki kishinin sohbetine qarishma hec vaxt!