Aydın Canıyev. Evdən qovulmuş oğlanın yazıçılığı
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 06 Kasım, 2008
Həyatda daha çox özümü böyük şairimiz Bəxtiyar Vahabzadənin misralarında görürəm: “dərdin yoxluğu da mənim üçün dərddir”. Bəzən çəkə bildiyimdən də artığına çiyin verdiyimdən, uzun müddətə yuxum qaçır. Gah futbola baxıram, gah da təkrar-təkrar verilən qaydasız döyüşlərə. Arada yaxşı kinolar da olur. Ancaq bütün bunlar da yetərli olmur – kitab oxumaq istəyirəm.
-
Kitab da elə mənim rahatlığım kimi mataha dönüb. Lent.az-dakı qısamüddətli əməkdaşlıq dövründə çoxdan tanıdığım Elbrus Ərudun kitabının sorağını aldım. Tərəddüd etməyimin bir yox, bir neçə səbəbi vardı – əvvəla, Ququşu dinləyəndən və haqqında yazandan sonra, adrenalinin yüksək dozasının qarşılığı Çempionlar Liqasının qrup mərhələsinin seçmə oyunları ola bilərdi: tanıdığım komandaların oyunlarını seçib baxmaq imkanı vardı! Üstəlik də hələ həftənin əzablı günləri qabaqdaydı…
İlk andaca etiraf edim: Elbrus Ərudun “Yaza bilmədiklərim” deyib ortaya qoyduğu ilk yaradıcılıq sərgisi dünyanı işindən ayıran futbola baxmağa məni qoymadı!
Son bir ildə bu, Hikmət Sabiroğlunun “Qarabağ söhbətləri”ndən sonra AZƏRBAYCANLI OBRAZININ yeganə tutumlu bədii təqdimatı idi!
Başlanğıcda Aqil Abbasın rəyini oxudum – diqqətlə! Deyim ki, mən hamını özümdən qat-qat ağıllı sayıram və deyilənlərə, yazılanlara çox ciddi yanaşıram. İllah da ki, Aqil Abbas kimi dost və qardaş olanda. Düzdür, əvvəl elə saydım ki, Aqil bəy xətirxoşluğa elə bircə dənə “Qurbanlıq qoçun ölümü” hekayəsini oxuyub, sonra özünün “yazıçı və ədəbiyyat”, “jurnalist və ədəbiyyat” haqqında illərlə ürəyində saxladığı fundamental nəzəri fikirləri girəvəymiş kimi, ön söz əvəzi pərçim edib. Amma… yox!
Elbrus Ərud yaşına uyğun olmasa da, başına bab bir İNSAN(lıq) SƏRGİSİ yaradıb birinci bölümdə, gəl ki, MİLLİLİK TABLOLARINI görəsən!
Milli-mental dəyərlərin XXI əsrin ilk onilliyində deformasiyası, müasir Azərbaycanın əxlaqi-etik durumunu, yaşam tərzini bu qədər parlaq boyalarla, işıq fonunda və işıqlı ürəklə təqdim etmək həqiqətən də YAZIÇILIQ bir işdir! Aqil Abbasın doğru olaraq təsnifatlandırdığı “yazıçı dili”, “jurnalist dili” Elbrus Ərudda bir-birinə təcavüz etsə də, nəticədə onun ÖZünün DİL ÜSLUBUNDA təzahür edib!
İrad tutmağa o qədər ipucu var, amma bu iradları lap axıra saxlayan, ƏN DƏYƏRLİ XÜSUSİYYƏTLƏRİN ədəbi ifadəsi, özü də ədəbli ifadəsidir! Biz – Azərbaycan xalqı – məhz əbədiyyətə də o keyfiyyətlərlə gedərik! E.Ərud “ağıllı, intellektual, qloballaşan və inteqrasiyalaşan postmodernistlər” tərəfindən dəfn etmək istənilən dəyərlərin əbədi yaşarılığını “ən “tupoy” kənd qızlarının, oğlanları”nın timsalında SÜBUT EDİR! OBRAZLI ŞƏKİLDƏ! Heç kimi aşağılamadan, öz istedadının fontan vurmağına mane olmaqda suçlamadan!
Elbrus Ərud yaxşı jurnalisti yaxşı hekayənəvis (gələcəkdə BÖYÜK YAZAR) kimi transplantasiya edə bilib – bu, bütün dünya dahilərinin söylədiyi hesaba olub: 95 faiz zəhmət və beş faiz istedad!!!
Elbrusa bu imkanı da onun TƏSVİRİNİ VERDİYİ HƏYATIN DÖYÜŞ SƏHNƏLƏRİNDƏ NOKAUTA salınmasına imkan verməməyidir – o, həyata ayıq başla baxa bilməyi bacarıb (hamı kimi yaxşı içən olsa da bir vaxtlar)! Üstəlik də baş açılmayan dünyanın başına oyun açmaq iddiası var Elbrus Ərudda – ikinci bölümün nəticə hissəsində bu sözləri yazmaq olar: “YAZA BİLməDİKLƏRİM” dediklərini ÇOX YAXŞI YAZIB! Özü də birbaşa “devyatka”ya (bax bu məqamda “doqquzluq” yerinə düşmür) vurub!
Müsahibələrdə – üçüncü bölüm – ən üstün cəhət, İNSAN ƏXLAQININ VƏ DÜŞÜNCƏSİNİN SƏRGİSİ kimi yanaşsaq, çox gözəl avtoportretlərin çəkilməsidir! Müsahiblərinin dillərini öz əllərinə fırça kimi verib çəkdirib Elbrus Ərud!
Yenə də vurğulayıram, yaşına görə olmasa da, başına bab yaradıcılıq sərgiləyib!
Etiraf edim ki, mən olsaydım, Mövlud Süleymanlı ilə dalaşardım və hətta müsahibəni də verməzdim. Azərbaycan ədəbiyyatında yeganə ciddi adam kimi danışan USTAD Əkrəm Əylisli haqqında deyilənlərə görə!
Sağ olsun jurnalist, – özü də tərəfsiz və qərəzsiz – Elbrus Ərud, dediklərini olduğu kimi yazıb! Seçim ixtiyarını özümüzdə – oxucuda saxlayıb, ora-bura yönləndirməyib!
Rüstəm Behrudinin başlığa çıxardığı fikrə görə elə Rüstəmin özüylə dalaşıb “Ramiz Rövşən, Vaqif Bayatlı, onlardan da qabaq Salam Sarvan var ortada, axı Sən necə böyük şair ola bilərsən, dostum-qardaşım Rüstəm Behrudi?” deyib də münasibəti bilmərrə kəsərdim!
Hələ Cəmil Əlibəyovu demirəm!
Amma yenə yo-o-o-x!
Məhz bu müsahibələrə həyat verməklə Elbrus Ərud Azərbaycanın ƏDƏBİ SİYASƏTİNİN PALİTRASINI, patriarxların aqibətini unikal şəkildə, LORU DİLDƏ çatdırır! Seçin! Yazın! Yaradın! – əgər çıxış yolunu tapa bilsəniz…
İlk nümunəni də özü göstərib – adam balası kimi oturub, müəllim övladı kimi yazıb, ziyalı kimi təqdim edib jurnalist kimi tapdıqlarını, araya-ərsəyə gətirdiklərini! Budur ədibin zaman üçün tarixçiliyi! Əsrimizin ilk 10 ilinin ədəbi-bədii-tarixi müntəxəbatı ortada.
Ən pisi isə bu kitabda “Süd anaları”nın yer almasıdır!
Lap pisi isə, milli jurnalistikamızın ƏN ÜSTÜN XÜSUSİYYƏTİNDƏN – hətta öz yazısına pinti yanaşmaqdan xali olmamasıdır müəllifin!
“Pis” qrafasında faciəlisi də odur ki, Azərbaycan oxucusu çaşıb qalacaq: ONUN GÖZLƏDİYİ BÖYÜK KİTAB gözlədiklərindən yox, imzası agentlikdə itib-batan jurnalistindən gəldi – cəmi dörd ilin içində böyüyən agentliyin müxbirindən.
NƏHAYƏT: Elbrus Ərud “alma-mater”inə böyük bir plyus gətirdi!
Belə başa düşürəm ki, çatdıra bildim.
Oxuyun və tənha gecələrinizdə dərdlərinizlə baş-başa qalanda xalqınızın qiymətini bilin – “Yaza bilmədiklərim” yetərlidir! Hələlik isə… qoy “istedadı fontan vuranların şedevrləri” onların ağsaqqal-qarasaqqal bilmədən qır-qeybət qırması olsun!!!
lalley-ac@mail.ru
Lent.az





Yüklənir...
Dil cox pintidir. Bu adam azerbaycan dilini bilmir. 0n ilden bundan qabaqki zeif publisistikanin formasidir.
Moskvadan sizi salamlayiram! Aydin muallimin hamishki kimi yena da maraqli yazir, ozunamaxsus qalamimi yar va maralidir.
Yazi bashdan sona dil qusurlari ile doludur. Bu tip zeif yazilar ancaq Aydin caniyevden gozlenilir
Buyurun bu da gencliyin soz tribunasi!
her defe kesin bu sherhleri
qazanciniz nedir?
bununla haqq sesi bogmaq olmaz!
Men qrtiq hech ne yazmamishdim
yazmishdim ki, Turk dili Aydinin dili deyil
Sayin Aydin bey,ozumu Azerbaycan edebiyyatinda yeni oxucu hesab etdiyimden bir chox imzalari ya tanimiram,ya da indi-indi tanimaga bashlayiram(evvelki mutaliem rus dilinde qerb ve rus edebiyyatini ehate edib).Bu sebebden sizin de yazilarinizi “Proloq” qezetinden ve “kultaz” saytindan oxumusham.Yazilarinizda menim de sevdiyim insanlarin adlarini sevgi ve sayqi ile chekmisiniz.Son yazinizda behs etdiyiniz Elbrus Erudu shexsen mene tanitdiginiz uchun teshekkurumu bildirmek isteyirem.Lent-azda onun “Daycha” hekayesini maraqla oxudum.Her ikiniz sag olun.Bundan sonra da chalishib yazilarinizi izleyeceyem.
Burda genc dost gencliyin_sesine de bir-iki sozum var.Sonradan ixtisar edilmish sherhini ilk variantda oxuyub,Turk,Turkluk haqda dushuncelerimi paylashmaq istedim.
Mene gore turkluk bir tarix hadisesidir,ruhi hadisedir.Buraya tek turkce danishan insanlar deyil,miniller yan-yana,can-cana,ich-iche yashayan qonshu xalqlar da daxildir ve tarixi,ruhi dediyimiz hadiseni bu xalqlar birge yaratmishlar.TURKLUK chox xalqlari ehate edn ruhi hadisedir.
Sayqilarla.
Gencliyin_sesi, e-mail unvanim var da, Sen yaz agilli ve mudrik iradlarini, onlari ozum derc ederem. Adini gizletmeyini en zeif yazidan da facieli qusur sayiram