ELNARƏ ŞƏMS. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 07 Kasım, 2008

Tutalım ki… (Miniatür)

Tutalım ki, tab gətirə bilmədin haqsızlığa
və yaxud,
“Malışla” böyüdün deyə
Başın zərbələrdən başladı ağrımağa.
Böyrəyinin biri ayağına dolaşdı,
Ən yaxın sirdaşın “valerianka”oldu…

“Manikyur”eləyən xanım
Sənin sözə baxmayan,
Qabarlamış əllərini təmizləməsin deyə,
Nömrəsini dəyişdi.
Saç ustası bir saatlıq “ukladkanı”
On dəqiqəyə elədi.

Mətbəxdə qab-qacaq öz-özünə çirkləndi.
Zibilə qalmış qaz “peçi”,
Ac-yalavac qurdlar kimi
Canına çəkdiyini buraxmaq istəmədi.
Kamodun üstündəki toz dənəcikləri sənə rişxənd etdilər.

Tutalım ki, elə…

Çarəni qaçmaqda gördün!
Səni buralara “qollarında” gətirən,
Yollardakı izlərini
Ayağının altına alıb, əzə-əzə qaçmağa başladın.
Əvvəl taksiylə, sonra avtobusla, sonra isə piyada.
Əvvəl oteldə, sonra istirahəti bəhanə eləyib qohumlarda,
Sonra isə…
Dört tərəfindən ”günah”qoxusu gələn
Kirayə tutduğun qaranlıq otaqda
saatlarca
Dizlərini qucaqlayıb, gözünü bir nöqtəyə zilləyib
Oturdun, oturdun, oturdun…
Qonşular hərdən solğun üzünü görəndə, arxanca:
- Birtəhər adamdır bu, Allah bilir hansı yuvanın quşudur- deyib,
qeybət etdilər.
Yanlarından səssizcə ötüb getdin…

Tutalım ki,elə…

Və tutalım ki, günlərin bir günü ağıllanıb,
Saçlarını darayıb,
dişlərini təmizləyib,
yanaqlarına boya çəkib geriyə dönmək istədin.

Dönərkən, bir zamanlar düşünmədən əzib getdiyin izlərindən
əsər-əlamət qalmadığını,
Yollara asfalt çəkildiyini,
Dikdaban ayaqqabı izindən başqa iz olmadığını gördün.
Bir də…Bir də
Onun sahibinin tumarlanmış saçlarının,
küləyin canına
çökmüş ətrini duydun..

Keçdiyin astanadan bir daha tərsinə keçmək istədin,
Sənin masanın arxasında,
Sənin oturacağında
Bir başqasının oturduğunu gördün….
Özün öz qədrini bilmədin, qədir bilən axtradın,
Elə astanadaca lal-kar dayanıb
Gözlədin, gözlədin, gözlədin…
Tutalım ki, o da gəldi
Gec gəldiyinə görə
Əlac edə bilmədi sənə!
Dikdaban ayaqqıbının izləri həyatının son nöqtələri oldu.
Neyniyərsən, hə?

Ürəyini sıxma elə-belə dedim.

Zaman insana tək bir dəfə fürsət verir.

Ağlını başına yığ, qızım!

ADSIZ AVTOBİOQRAFİYA

O,
Çılpaq dağların ətəyində
Ağacsız, çiçəksiz bir məkanda
Qız bürcündə, Öküz ilində doğuldu.
Səfasını az çəkdi.
Başı çətirsiz qaldı.
Bunu görən günəşin ölümcül şuaları
Saçlarında çaldılar serenadalarını,
Sonra yağış, sonra qar…
O, yağışı sevirdi…

Telləri bu nəğmələrin ahəngi ilə oynayarkən,
Alnından salxım-salxım tər axdı gözünə.
Gözü gilələri damla-damla bəbəyinə topladı.
İndi damarlarında çağlayan qan deyil,
Göz bəbəyindən süzülən göz yaşlarıdır.
Doğulduğu çılpaq dağların ürəyindən axan bulaqlar kimi…
Cəfasını çəkdi ömür deyilən səfanın.
Hər kəsə inandı,
İnancının atəşində yandı.
Bir kimsəni kürəyindən vurmadı,
Çörəyini əlindən almadı…
Ocağına su çiləmədi.
Onun ocağıma isə su çiləyən də oldu, od atan da.
Ancaq yansa da, yanmasa da ocağı hər an
Ürəyindən dilinin ucuna süzülən kəlmələr
Bunlar oldu:
– La İlahə İlləllah,
Mühəmmədən Rəsul Allah..
Bir neçə ölkədə oldu,
İşıqlı, təmtəraqlı, güllü, çiçəkli evlərə qonaq oldu.
Etibarına sınaq oldu.
Vətənə dönərkən
neft qoxan qoca şəhərinin ətri bihuş etdi onu.
Heç sevgi şeiri yazmadı,
Sonsüz və ölümsüz ayrılıqlardan yazdı.
Ayrılıqlar ölkəsinin vətəndaşıdır indi.
Sevdiklərini itirdikcə arxalarınca qaçan əlləri
Qorxu içində yaşadı hər zaman.
Beləcə qovdu bir-birini aman və güman…
İnsanlığı satın alan gördü,
Gördükcə daşlaşmağa başladı.
Tamamən daşlaşdı,
Hər gecə onun üstündə yatdığı üçün.
Bircə sağ qolu hələ ki daşlaşmayıb
İndi vətəninin torpağında yeriyən bir daşdır O.
Belə bir nağıl var idi:
Çiçəkləri toplayıb məlhəm hazırlardı təbib,
Daş əridən məlhəm… İnansınmı nağıllara?

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

16 Şərh var
Şərh yazın »

  1. Gozeldir…

  2. Gözəl olmağı bir yana, maraqlı ,düşündürücü və oxuduqca, dönüb oxumaq istədiyin həyatdır…
    Təbriklər Elnarə….

  3. 1/ Böyrəyinin biri ayağına dolaşdı, – adətən,bağırsaqlar ayaqlara dolaşır :)
    2/ “Adsiz avtobioqrafiya” şeiri isə bəzi didaktik misraları çıxmaqla, gözəldir
    uğurlar

  4. Novarg,Xatirə xanım,Sima xanım hər birinizə təşəkkür edirəm fikir yazdığınız üçün.Sima xanım hərdən həkimlər deyirlər ki,böyrəyin aşağı düşüb.Soruşursan nədən ola bilər bu,deyirlər:ağır yük götürmüsünüz,əsəbləşmisiniz.Bu kimi hallar- əsəb,göz yaşları bol olan bir ömrün içində sürünərkən baş verir.Ağır həyat tərzini nəzərdə tutub yazmışam.Sırf böyrəyin özünün fiziki durumunu yazmaq istəməmişəm.Ola bilər düşündüyümü nəzmə düzgün gətirə bilməmişəm,deyə bilmərəm.Qeyd etdiyiniz üçün bir daha minnətdarm.Hər kəsə hörmətlə.

  5. elnare xanim tesekkurler cox gozel serlerdi. Ugurlar size

  6. Zuzu təşəkkür edirəm fikrinizi bildirdyiniz üçün,hörmətlə

  7. Niye bir-birinizi bele yaltaqcasına terifleyirsiniz? Bu yazılar çürük qoz da deyil axı. Bele şeir olmaz, anam, bacım. Hansı orta məktəb şagirdi əzbərləyər dəlxanadan qacan misraları?
    Stalinin evin yalançı tərif yıxdı. Gözlə səni de yıxmasınlar, Şəms

  8. Uqurlu seirlerdir.Tebrik edirem.

  9. Yoladaş Ali heç kim burda kiməsə yaltaqlanmır. Hər kəs öz fikrini deyir. siz də başqa şərhcilərə və fikirlərinə hörmətlə yanaşın. Öz fikrinizi yazın. Vəssalam. Sizin nəsihətiniz heç kimə lazım deyil.
    Hər kəsə psixoloji sakitlik )))) və uğur arzulayıram.

  10. Leyla xanım, doğrusu sizə cavab vermək istəmirəm. Siz niyə ortaya düşmüsünü bilmilmirəm. Və heç sizi tanımıram da. Azdan-çoxdan Elnarə xanımı tanıyıram. Və ona bir ədəbiyyatçı kimi rəyimi bildirmişəm. Bəs siz kimsiniz? Olamya Elnarə xanım sizi özünə internetdə şillə vuran təyin edib? Yazıqsınız, təfəkkürünüzü çimizdirin.
    Elnarə Şəmsə hörmətlər! Mən sizdən yaxşı yazı, yəni sizə yaraşan səviyyəli yazı gözləyirəm. Amma bunlar, anam-bacım, ƏtAğa, Əsər deyil adi bir cızma qaradı. və bunlarla sabaha getmə olmaz. Hörmət və izzətlə Ali Türkanlı

  11. Xalid,Leyla xanım təşəkkür edirəm.Ali şərh yazanların heç biri mənə,yazdığınız münasibəti bəsləmirlər.Düşündüklərini yazıblar.Siz də öz fikrinizi yazmısınız ki,hörmət edirəm.Heç incimirəm.Məni tənqidlə incitmək qeyri mümkündür.Hmmm!deməli bu misralar”dəlixanadan”qaçıblar eləmi?Maraqlıdır,həm də çox…Bu dəlixana dediyiniz yer,məkan da mənim başımın içindədir demək?Şükür,şükür ki “hamamdan”qaçıblar yazmamısınız.Dəlixanadan gələni dinə-imana qaytarmaq olur,hörmətlə.

  12. Etiraf edin: ne oldu, nece oldu deyisdiniz? sizin son serler,xususen sureviler deyen kimi bu podborka ferglidir, amma hele de tam ser deyil,eybi yo-o-o olar,qades cani, yazirsuz da, vaxt cox,a…eybi yo-o-o,yazun,aldadin zavalli a- z-i- k- i…

  13. Hörmətli Tuncay,etiraf etməyə psixoloqum var mənim.Mən dəyişilməmişəm,adım Elnarə,soyadım Həsənova,özüm də(rəhmətlik) Mahmud KİŞİNİN qızıyam.Bir fikrinizlə razıyam,bəli çalışıram yeni,Azərbaycanda hələ də məktəbi olmayan(varsada müəllimi olmayan və yaxud dərs demək istəməyən müəllim)üslubda yazım.Kim deyir ki,bu mükəmməl bir formasıdır?Ola bilər siz dediyiniz kimidir.Ən azından mən cəhd göstərirəm.Və inanın heç utanmıram da.Niyə?Çünki Bilmirəm demək ayıb deyil,bilmək istəmirəm demək ayıbdır.Örgənmək istəməmək ayıbdır.Bəli hələ vaxt var,oxumağa,öyrənməyə.İnşallah!

    Qaldı aldatmağa-mən heç kimi aldatmıram,heç kimin kölgəsində dolanmıram.Bacardığımı bildiyim qədər yazıram və sizlərin müzakirəsinə təqdim edirəm.Nə yaxşıdır,nə pisdir yazan da sağ olsun,yazmayan da.Ancaq yazana daha çox minnətdarlığımı bildirmək istəyirəm.

  14. Hörmətli Ali bir daha fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm.Leyla xanım üçün yazdığınız düz deyil.Ancaq digər fikirlərinizlə razılaşmaq məcburiyyətində qalıram,çünki bu kimi şeirlərin texnologiyasını tam olaraq hələ mənimsəməmişəm.Əruz,heca vəznində olsaydı bu şeirlər,sizinlə ədəbi diskusiyaya girərdim.Bunda isə çətindir mənə.Örgənməyə çalışıram,inşallah yazdığınız kimi olar(çünki örgənməkdə israrlıyam),qismət olarsa bir gün mükəmməl olmasada,tələblərinizə uyğun yazaram,hörmətlə

  15. Ali sən məni tanımamaqla mən heç nə itirmirəm əslində qazanıram. Yaxşı ki, sən məni tanımırsan bu sevindirici haldı.
    Mən qıraqda durub müşahidə edirdim sən ortaya düşdün. Şilləni sən vurmaq istəyirsən. Kim secibsə sizi yaxşı seçib. Vəziənizə yaraşırsınız.

  16. “Xub, sən də get fikirləş!”
    Bu camaata nə olub görəsən?! Ya heç ədəbiyyat deyilən aləmdən xəbərləri yox, Ya da Elnarə xanımın xatirinə dəymək istəmirlər. Mən də razıyam, xatirinə dəyməyək, amma, ədəbiyatımıza da hörmət edək. Bu yazılanların harası şeirdir, cənablar və xanımlar?!
    Bunlar, hekayələrdən kəsilib düzəldilmiş və alt-alta düzülmüş kliplərdir. Məncə yazıçı adı şair adından heç də aşağı deyil. Elə Nobel mükafatı alnların da çoxusu yazıçılardır. Bəs onda niyə Gülnarə xanım da hekayələrini doğrayıb şeir düzəldincə elə hekayə kimi axıradək davam etdirib yazmır, onda daha maraqlı və bitkin olardı.
    Bir şeyi də hanının nəzərinə çatdırım ki, cümlələri doğrayıb alt-alta düzənlərin ilk məqsədlərindən biri də sətirlərə görə verilən qonorar məsələsi olub. Bu səbədən məhşur Mayakovskinin maliyyə müfəttişləri ilə həmişə mübahisələri də olurmuş. Amma indi belə bir ehtiyac da aradan qalxıb.
    P.S. 60 yaşlı Ç.Çaplin 18 yaşlı gözəl kino aktrisası ilə evlənəndən sonra o xanım aktisalığın daşını atıb. Bu barədə böyük sənətkar belə deyib: Kino dünyası gözəl bir aktrisasını itirdi, amma mən gözəl bir xanım qazandım!
    Məncə Elnarə Şəms yaxşı bir yazıçı ola bilər.
    Şeir planını isə “Q.Nəcəfzadə və K*” hamının yerinə dolduracaqlar. Onlarsız yəqin ki, müasir şeirimiz allah eləməmiş,yetim qalardı…

Şərh yazın