Ramiz Rövşən. QORUMAĞI ÖYRƏNƏK
Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 08 Kasım, 2008
Rüstəmə qarşı bu qəfil hücumun məqsədi də onu əzməkdən daha çox (əslində bu mümkün olan iş deyil!) cəmiyyətin müqavimət gücünü yoxlamaqdır
Neçə gündür Azərbaycanda qəribə bir “hücum və müdafiə” kampaniyası yaşanır. Bu hücumun da, müdafiənin də hədəfi, ünvanı bir nəfərdir: mənim köhnə dostum, dünya şöhrətli sənətkar Rüstəm İbrahimbəyov.
Əslində Rüstəmin müdafiəyə ehtiyacı yoxdur. Əksinə, təkcə özünü yox, başqalarını da müdafiə etməyə onun gücü çatar. Amma Rüstəmin müdafiəsinə cəmiyyətin ehtiyacı var. Çünki Rüstəm İbrahimbəyov kimi böyük şəxsiyyətlər göz görə-görə yalandan şərlənərək ictimai rəydə nüfuzdan salınıb zəiflədikcə cəmiyyət özü də zəifləyib müqavimət gücünü itirir. Və bəlkə Rüstəmə qarşı bu qəfil hücumun məqsədi də onu əzməkdən daha çox (əslində bu mümkün olan iş deyil!) cəmiyyətin müqavimət gücünü yoxlamaqdır.
Əgər Milli Məclisin tribunasından Rüstəm İbrahimbəyov kimi adamı şərləmək mümkündürsə, gözdən-qulaqdan uzaq yerlərdə başqalarının başına gör nə oyunlar gətirmək mümkündür. Axı Rüstəm özü demişkən, ondan fərqli olaraq bu məmləkətdə minlərlə, milyonlarla adamın zordan, şərdən müdafiə olunmağa nə gücü, nə də imkanı var.
Əslinə qalsa, bu, Rüstəm İbrahimbəyova qarşı birinci hücum deyil. Bir müddət əvvəl də onun ssenarisi əsasında Roman Balayan adlı bir erməni rejissorunun film çəkməsi ilə bağlı hay-küy qopmuşdu. Xüsusən də bu gün Rüstəmi müdafiə edən bəzi qəzetlər onu ittiham atəşinə tutmuşdular. Elə bil Roman Balayanla Zori Balayanı səhv salmışdılar. Halbuki az-çox kinodan xəbərdar olanlar bilir ki, Roman Balayan adlı erməni rejissoru yoxdur, A.Dovjenko adına Kiyev kinostudiyasında işləyən erməni familiyalı rus rejissoru var. Onun 1970-ci illərdə çəkdiyi “Yuxuda və ayıqlıqda uçuşlar” filmi çox məşhur idi. O filmdən sonra Balayan Rüstəmin “Talismanım, qoru məni” ssenarisi əsasında da maraqlı bir film çəkdi. Amma hər halda, məncə, film ssenaridən aşağıydı.
Yox, təzədən Roman Balayan söhbətinə qayıtmaqla, bu rejissorun sözün tam mənasında deyil, “alayarımçıq erməni” olduğunu deməklə mən heç də Rüstəmi “təmizə çıxarmaq” istəmirəm. Çünki dediyim kimi, buna onun ehtiyacı yoxdur. Bir də ki ermənilərin törətdiyi bu qanlı müharibədən, başımıza gətirdikləri min bir müsibətdən sonra da, X əsr erməni şairi Qriqor Narekatsinin Allaha sevgiylə dolu şeirləri, XX əsr erməni yazıçısı Qrant Matevosyanın insana sevgiylə dolu hekayələri məndən ötrü öz bədii dəyərini qətiyyən itirməyib və mən inanıram ki, Zori Balayan kimi şərəfsizlərin qızışdırdığı bu qanlı müharibə təkcə Allaha və insanlığa yox, Narekatsi və Matevosyan kimi sənətkarların ruhuna da ziddir, təhqirdir. Bir neçə il qabaq, sağlığında Yerevanın göbəyində yaşaya-yaşaya heç kəsdən qorxub çəkinmədən Matevosyan özü bunu deyə bilirdi.
Ümumiyyətlə, özünün də, özgənin də, hətta düşmənin də yaxşı və pis cəhətlərini görməyi və deməyi bacarmaq ruhun sağlamlığına dəlalət edir. Və bu gün öz əslini, kökünü dananlar, “dünyada bizdən pis millət yoxdur” deyib azərbaycanlı olmaqdan utananlar nə qədər cılız və miskindirsə, burnunun ucundan qırağı görməyə-görməyə “dünyanın əvvəli də bizik, axırı da” deyib döşünə döyən nadanlar da bir o qədər cılız və miskindir.
Yox, bizim xalqımız başdan-başa “elita”dan ibarət deyil və ümumiyyətlə, dünyada “elitar xalq” yoxdur. Dağın ucalığı onun zirvəsiylə ölçüldüyü kimi, xalqın da ucalığı onun elitasıyla, yəni seçilmişləriylə ölçülür. Hər bir xalqın elitası onun keyfiyyət göstəricisidir.
Bəs elitanı kim seçir?
“İstedad Allah vergisidir” deyirlər. Və “elita” deyəndə də, ilk növbədə, bəxtinə Allah vergisi düşən böyük istedad və intellekt sahibləri nəzərdə tutulur. Yəni Allahın seçilmişləri… O xalq xoşbəxtdir ki, onun seçdikləri (o cümlədən Milli Məclisə də) Allahın seçdikləri ilə üst-üstə düşür. Çünki əks halda, yəni Allahsız ölkədə xoşbəxt olmaq müşkül məsələdir.
Amma ziyalı elitanın formalaşması üçün təkcə istedad və intellekt kifayət eləmir. Bunlar yalnız kərpiclərdir. O kərpicləri birləşdirən sement isə heç şübhəsiz ki, mənəviyyat, vicdan və əxlaqdır. Rüstəmin dediyi bəlanın, yəni bu millətin ziyalı elitasının son illərdə get-gedə tənəzzülə uğramasının, uçula-uçula, kiçilə-kiçilə əriyib yoxa çıxmasının da maddi və siyasidən daha çox bəlkə də mənəvi səbəbi var. Səbəb sementin keyfiyyətsizliyidir.
Əslinə qalsa, ziyalılıq “mənəvi zadəganlıq” deməkdir. Və mən əminəm ki, Azərbaycanın ziyalı elitası mənəviyyatı madiyyatdan üstün tutsaydı, həmişə gücün yox, haqqın yanında olsaydı, bu gün elitamızın maddi vəziyyəti də indikindən daha yaxşı olardı. Çünki o özü heç kəsin ayağına getməzdi, onun ayağına gələrdilər. Və bəlkə xalqımızın taleyində də çox şey başqa cür gedərdi.
Hələ keçən əsrin əvvəlində Aleksandr Blok özünün məşhur “İnqilab və ziyalılıq” məqaləsində əsil ziyalının həmişə müxalif ruhlu olduğunu, istənilən hakimiyyətə “dəstək olmağa” yox, “qulp qoymağa” vərdiş elədiyini yazırdı.
Əslində dünyanın hər yerində bu belədir və normal ölkələrdə də buna çox təbii baxırlar. Amma bizdə hətta ən böyük sənətkarlara da münasibət “sev məni, sevim səni” prinsipi üzərində qurulub. Özü də bu dediyim təkcə hakimiyyətə yox, müxalifətə də aiddir. Son illərdə özünü müxalifət sayan bəzi qəzetlərdə böyük Azərbaycan yazıçısı və ziyalısı Anarın ünvanına deyilən təhqir, şər, böhtan hakimiyyətdəki hansı naqis məmurun, rüşvətxorun və ya korrupsionerin ünvanına deyilib?!
Mən hələ öz ünvanıma deyilən şərdən, böhtandan danışmıram. Özü də iqtidar mətbuatında yox, məhz həmin o müxalifətçilik iddiasında olan qəzetlərdə. Doğrudan da, “Roma papasından daha artıq katolik olmaq” iddiasına düşmək gülüncdür.
Amma müqəddəs adları narahat etməyə dəyməz. Bütün bunlar hamısı məqsədli şəkildə idarə olunan idbar bir kampaniyadır. Xalqın sevib inandığı sənətkarları təhqir edə-edə ictimai rəydə hörmətdən salmaq və ictimai rəyi get-gedə buna öyrəşdirmək, keyləşdirmək, kütləşdirmək? Sonrası da məlumdur. Bəli, ictimai rəydən qorxub çəkinmədən Bəxtiyar Vahabzadəni, Anarı, Əkrəm Əylislini, Rüstəm İbrahimbəyovu, Sabir Rüstəmxanlını və ya Ramiz Rövşəni şərləmək mümkündürsə, onda bir başqa şairi də şərləyərək cibinə nəşə atıb türməyə salmaq həmişə mümkün olacaq.
Doğrudanmı bu həqiqəti bilmək üçün böyük ağıl lazımdır?
Yazımın sonundaÿ iqtidarlı-müxalifətli bu günlərdə Rüstəm İbrahimbəyovu müdafiə edən bütün insanlara öz təşəkkürümü bildirirəm. Yazımın əvvəlində dediyim kimi, Rüstəmin özünün buna ehtiyacı olmasa da, bu xalqın, cəmiyyətin ehtiyacı var. Çünki sənətkar yazıb-yaratdıqlarıyla öz xalqını ucaltdığı kimi, xalq da öz sənətkarını qorumağı bacarmalıdır.
Gəlin, yavaş-yavaş qorumağı öyrənək. Özümüzü də, dostlarımızı da, sənətkarlarımızı da, torpaqlarımızı da…
“Mediaforum”




(3 səs, hardasa: 3,67 ilə 5 arası)

Yüklənir...
Hormetli Ramiz muellim,
Siz menim en cox sevdiyim shairsiniz. Ancaq bu yazinizin en esas mesajini bolushmurem.
Azerbaycan cemiyyetinin Rustem Ibrahimbeyov kimi saxta qehremanlara ehtiyaci yoxdur.
Eminem ki, onu “vurmaq”la iqtidar yeni ve nezaret olunan yazici-qehreman obrazi yaradir.
Rustem Ibrahimbeyov ne zamandan Eliyevlere muxalif olub? 2003-cu ilin 16 oktyabrinda o harada idi? 2005-ci ilin 26 noyabrinda harada idi? Niye “90 faiz”in eleyhine birce cumle yazmayib? Rafiq Tagi tutulanda niye sesini cixartmadi? Eynulla Fetullayevi hacan mudafie etdi? Sagliq olsun, gorersiniz 2013 cu ilde ne oyun cixaracaq!!! Sizin bu oyunda istirak etmeyinizi men esla ve esla arzulamazdim. Min teessuf!
Əslində bu mübahisənin kökündə daha ciddi bir proses dayanır. Rüstəm İbrahimbəyov sadəcə bu prosesin yenidən hərəkətə gəllməsi üçün bəhanə oldu. Bu gün bu mübahisə Rüstəm İbrahimbəyovun sözünə münasibətdə meydana çıxıb, sabah başqa bir məsələdə meydana çıxacaq.
Bu mübahisə keçən əsrlərin əvvələrində də mövcud olub, Azərbaycan ziyalıları o vaxt da bu məsələdə razılıq əldə edə bilməyiblər. İndə də bu məsələ gündəmdədir, yenə də Azərbaycan ziyalılıarı əsas məsələni qoyub ikinci dərəcəli məsələləri mübahisə mövzusuna döndəriblər.
Əslində bu mübahisədə Azərbaycana dünya ilə əlaqə üçün iki filtr təklif olunur – bir Rusiya filtri, bir də Türkiyə filtri …
Mübahisə də bu iki təcrübənin arasında gedir.
Bu mübahisədə Azərbaycanın yerini rəhmətlik Məmmədəmin Rəsulzadə dəqiq təyin edib – Azərbaycan Səyavuşdur. Və Azərbaycan xalqı dövlət qurandan bəri onu Səyavuş taleyi qarabaqara izləyir.
Bu mübahisədə iştirak edən tərəflərdən heç biri Azərbaycan xalqının mənafeyindən çıxış etmir (ancaq öz mənafelərindən çıxış edirlər) və elə buna görə də, sözün böyük mənasında, onların heç biri Azərbaycan ziyalısı deyil.
Qaldı Azərbaycan elitasına.
O elita hələ formalaşmayıb.
Azərbaycanın bu gün düşdüyü bütün faciə həm də bu elitanın olmaması səbəbindədir.
Azərbaycan ziyalalırı mübahisəni bu istiqamədə aparsalar, Azərbaycan ya tezliklə Türkiyənin, ya da yenidən Rusiyaın əlavəsinə çeviriləcək.
Amma Azərbaycanın Azərbaycan olması üçün hədsiz imkanlar mövcuddur. Bunun ən gözəl nümunəsi Üzeyr Hacıbəyovdur.
Biz hələ ki büğün bu kimi məsələrlərə münasibətdə özümüzü ancaq Məşədi İbad kimi aparırıq.
ramiz beyin nezerine: heqiqet VAXTINDA, MEQAMINDA deyilende deyerli olur, yoxsa adamin torpaq (wexsi) maraqlarina toxunulanda yox. Sviqun olenden sonra da ona dedelik eleye bilmirse, bu iqtidarin yox, R.i-nin SECHiM gunahidir. Sabire “wer” atilmasi duzdur: o hech vaxt layiqli qiymetini almayib, yalanpuwdan geydirilib millete qehreman kimi – vaxtdidi ki, bundan sonra DUZU yazilsin, wer atilmasina son qoyulsun. Wairi ve SOZU gozden sala-sala gelirsiniz
.
muqayise uchun baxin: http://www.525.az/new/2008/11/08/read=36318
Qamchi MEZARUSla tam raziyam (Rasetin yaxdiqlari ise esl bosbogazliqdir), 1-2 elavem daha var. Rustem Ibrahimbeyov millet derdinden yazmayib bunlari, milleti dusunen olsaydi bu gune qederki haqsizliqlara bir defe ses chixarardi. O boyuklukde nufuzundan istifade edib bir gen yazicini Moskvada tanidardi. Indi Nobel almaq texnelogiyasi genis ictimai rezonans dogurmagi teleb edir. Orxan Pamuk tecrubesinde bunu gorduk. Azerbaycanda bu kompaniyaya qosulanlar eslinde Rustemin maxinasiyasina dusubler. Burada munasibet bildiren Ramiz Rovsen de eslinde yalniz ozunu dusunur, bu noqtede Rustemle birlesir.
Matador,
dostum,
belke boshboqazliqin neden ibaret olququnu izah edesen, belke ele boshboqazliqi sen ozun edirsen.
Buyur, eshdirem.
Hormetli Raset muellim
ve diger qardashlar!
Eger xatirlayirsinizsa, bir qrup qarabagli ziyali Shushaya sefer etdi. Polad Bulbuloglu, Kamal Abdulla ve digerleri.Icaze ile.Rustem Ibrahimbeyovun “cesareti” de eyni yerden verilen icaze ve eyni texnolgiyadir. “Slavyan” texnologiyasidir. O texnologiyanin iki meqsedi vardi:
- xalq dipolomatiyasini qerbin “elinden almaq” (Rusiya ucun)
- xalq diplomatiyasini xalqin “elinden almaq” (Aze iqtidari ucun)
indi o texnologiyanin daha ferqli merhelesi “ishlenir”
Bizim hormetli shairimiz Ramiz Rovhsen de bilerekden bu oyuna gedir…
Bu bedbextler ele bilir ki, Nobeli “paylayirlar”, onlarin Nobel sisteminden xeberleri yoxdur…
Rustemin butun yaradiciligi Raset Pirisoyunun “Petka”sinin “P”sinedeymez!!!
Men haminizi tebrik edirem, Barak Obamanin qelebesi munasibeti ile… Imkan olsa, niyesini yazacam…
Osman, linke gore tesekkur!
Men Anarin yazisini oxuyandan sonra haqli olduguma tam emin oldum. Teki mehribancliq olsun, araya Qan(!) dushmesin!
21-ci yüz ildə elitadan danışmağın nə olduğunu anlamıram. Bunu bu yüz ilin yazıçı şairləri deyirlərsə onların yazdıqları oxumaq yersizdir.Çünki isanları siniflərə bölürlər.
20-ci yüz ildə Nazim Hikmət deyirdi ,” İsalətdən anlamam, düşmanıyam sözündə belə…” Artıq feodalizm devrinin çoxdan getdiyini bilməmiz gərəkir….
Bi iki adamda qeribe shaker yaranib – Ramiz saatlarla k.abdullanin romanlarini terifleyir, anarsa ozunevurgunluqdan ve boshbogazliqdan el chekmir. Bunlar elitaya “loru dilinde qaymaq” deyirler – qaymagin bele keyfiyyetsiz olmasini bilmezdik. Ite atirlar it de yemir.
Çox gülməli, həm də ağlamalı bir vəziyyətdi… Demokratiyadan, söz azadlığından dəm vuranlar indi bir insanı fikirlərinə görə ittiham eliyirlər… Mənim Rüstəm İbrahimbəyova heç bir simpatiyam yoxdur… Ancaq onun fikirlərini MM səviyyəsində müzakirəyə çıxarmaq gülməlidi vallah… Yadınıza gəlirsə İrəvanın Ermənistana verilməsi məsələsində də eyni adamlar ADR rəhbərlərini ittiham kompaniyasının iştirakçıları idilər… Və bu müzakirələrə necə son qoyuldu o da məlumdu…
Ramiz Rovshen seksiz ve subesiz bugunku Azerbaycan cemiyyetinin en boyuk ziyalisi, en boyuk vetendashidir.
Eslinde Ramiz m-m Rustemi mudafie etmir, yazinin meqsedi tamam bashqadir. Mence, burda her kes oz baxish bucagindan yanasharaq ferqli netice chixarir ve bu da dogaldir. Her kesin movqeyine hormetle yanashmaq lazimdir, eger orda az da olsa heqiqet payi varsa…
Azerbaycan ziyalisini kole halina salmak planinin ugurla reallashmasinda payi, qatqisi olanlarin Ramiz Rovshene munasibetde nadancasina ozunu korluga vurmasi, heqiqeti gormezden gelmesi agrili oldugu qeder de dushundurucu menzeredir.
Cahilin nadanligi qorxulu deyil, cunki o bilmeye-bilmeye bunu edir. Qorxulu olan alimin ozunu nadan kimi aparmasidir, cunki bu nadanligin arxasinda mekrli, kinli, qapqara niyyet dayanir.
Men minlerle adam taniyiram ki, onlarin bu cemiyyetde havalari catmir, bogulur, qefese salinmish qush kimi cirpinirlar, ancaq sabaha umidle yashayir, muhaciret, ne qeder qeribe seslense de, intihar etmirler.
Cunki bu olkede Ramiz Rovshen kimi ziyali var.
Cunki bu olkede haqq sesini ucaldan minlerin, milyonlarin sesine sesini qatmaga cesaret eden ziyali Ramiz Rovshen var…
Qlib bey, Ramiz Rovsen ne zaman sesini cixartdi ki biz esitmedik. Yeqin piciltiyla danisib, ancaq sizin kimi yaxin adamlari esidib. Axi bu adam onillerdir susur. Siz dediyiniz meziyyetleri men onda gormurem. Baxmayaraq ki onun lirik seirlerini men de sevmisem vaxtile.
Qalib bey,
Size boyuk hormetim var,
Ramiz Rovshenin sheirlerini severem, ozune simpatiyam var…
Men Azerbaycanda haqq sesini ucaldan milyonlar gormurem, 90% gorurem ve narahatam ki Ramiz bey de o faizin icinde ziyaliligini itirecek… Elnur Astanbeylinin yazisi her halda subhelendirib… Men onun sesinin QEBELEDEN yox, QELEBEden gelmesini isteyirem. Isteyirem ki Ramiz Rovshene urek qizdirib olkeni terk etmeyenler meyus olmasinlar!
Ramiz beyi basha dusduk, “o ayri metlebleri” mudafie edir, bes Anar Memmedxanli ve Anar Rzayev hansi metlebleri mudafie edir? Anar niye birce defe de Qenimet Zahide “siyasi mehbus” demir? Menim nezerimde “ziyali sozu” Qenimetin mehkemedeki nitqidir!..
Eziz Qamchi!
Ramiz Rovshen bu yaziyla mence, konkret kimise yox, ziyaliligi mudafie edir, siralari seyrelen, nelerinse muqabilinde simasini, sherefini itiren ziyalilarin faciesini chatdirmaq isteyir.
Men “milyonlar”dan, ne qeder aci olsa da, kechmish zamanda danishmisham.
Ancaq inaniram ki, ne vaxtsa bu veziyyet tekarar olunsa, Ramiz Rovshen yene ziyali kimi onde saf tutacaq.
Ve serhinizdeki esas meqam barede…
Ramiz beyin ziylaligini itirecek situasiyani men tesevvur elemek istemirem, cunki butun varligimla inaniram ki, bele bir situasiya movcud ola bilmez.
(Eyni zamanda basha dushurem ki, bele hokm vermek ne qeder agir bir mesuliyyetdir)
Anar Memmedxanli ve Anar Rzayev barede bir soz deye bilmerem.
Ona gore Ramiz Rovshen barede bele qeti hokm verirem ki, onu yaxindan taniyiram.
Sonda Size bir sualim var: Siz Ramiz Rovshenin DAS povestini oxumusunuzmu?
Size boyuk hormetle
Qalib Togrul
Əziz Eldəniz bəy (Qamçı),
Barak Obamanın ABŞ prezidenti seçilməsi doğrudan da böyük hadisədir və bu, ABŞ cəmiyyətinin, ən azı özünə münasibətdə, nə qədər mükəmməl və ədalətli cəmiyyət olduğuna dəlalət edir.
Avropanın «köhnə Avropa» və «yeni Avropa» qarşıdurması içərisində çırpındığı bir vaxtda ABŞ cəmiyyəti Barak Obamaya səs verməklə təsdiq etdi ki, o, öz içərisində ayrı – seçkiliyin bütün növlərinə son qoyub və ən nəhayət, müasir dünayda svilizasiyaların dialoqunu mümükün edəcək bir cəmiyyət mövcuddur.
Bu çox yaxşıdır.
Barak Obama İran azərbaycanlılarının vəziyyəti ilə bağlı da fikir səsləndirib, özü də çox ciddi fikir… Təəssüf ki, Azərbaycan mətbuatı bunu təsiri altında olduğu ictimai fikrin ampulasında izah və təqdim etməyə çalışdı və bununla bir daha yenidən sübut etdi ki, o, yəni Azərbaycan cəmiyyəti, normal müasir fikirlə ünsiyyət qurmaqda nə qədər problemli cəmiyyətdir.
Halbuki, artıq üç yüz ilə yaxındar ki, böyük fikir adamları Azərbaycanın müasir dünya ilə hansı müstəvidə dialoq qurmağın səmərəli olduğunu göstərən unikal bir təcrübə yaradıb.
Nədənsə hər dəfə bizə elə gəlir ki, Azərbaycan bizdən başlayır, bizdən qabaq dünayda Azərbayan aldlı yer, yurd, vətən, insan biriliyi, fikir çarpışmalırı olmayıb.
Bu bizim faciəmizir.
Fikrimi bir misalla yekunlaşdırım. Nobel mükafatçısı Orxan Pamuk əsərlərində səsləndirdiyi ideyalarlı şərqdə ilk dəfə Mirzə Fətəli Axundov ortaya atıb və həm də yaradacalağında bədii həllini tapıb.
Azərbaycan bizdən başlamır. Nə yaxışı ki, bizdən başlamır. Başlasaydı, biz dövlət yox, heç toyuq hini də qura bilməzdik.
Imkaniniz olsa,
ortada olan mubahise ile elaqadar bura baxmaqinizi
xahish edirem.
http://mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20081111070136898
Raset beyin yazisina bir not:
Axundovun Yusif Serracda qoydugu ve Raset beyin dediyi kimi bediyi hellini verdiyi taleyin, yazinin eleyhine getmek (yaziya pozu varmish!) sonradan butov bir nesil Latin Amerikasi yazicilarinin movzusu olub.
O cumleden de dunyani feth elemish Markesin…
Raset bey, Orxan Pamuk teze sohbetdi…
Indi dunyanin ishine baxin ki, bizim en yaxshi yazicimiz Ekrem Eylisli Etirshah Masanla Yuzilin tenhaligina ugursuz parodiya yazir.
Hamiya saygilarla…
“Sosiska kəssinlər sənin tarixçiliyinə. Heç XII əsrdə Azərbaycan adlı dövlət olub ki, Bakida onun da paytaxtı olsun” –
ay Azerbaycan edebiyyatinin lokal qehramani, professor Shivanshlar dovletini nezerde tutur. Get kitab oxu. Senin de yaziciliqina men kolbasa kesim. Ozu de “doktorski”…
Qalib bəy,
mən yuxardakı fikri deyəndə «Aldanmış kəvakibi» nəzərdə tutmurdum, heç rəhmətliyin komediyaları da yadıma düşmürdü, «Şərq poeması» da, «Məktubları» da o cümlədən…
Mən Mirzə Fətəli Axundovun Q.b. Zakirə yazıdığı qoşmanı nəzərdə tuturdum.
Ona görə də Sizin mənə gözəl bir mahnını xatırladan notunuza nəqarət əlavə eləyə bilməyəcəyəm.
Gülə-gülə…
Raset bey!
Menim Size hech ne oyretmek fikrim yoxdu.
Siz serhinizde Axundovun konkret eserinin adini cekmemishdiniz. Bu uzden men konkretliye getdim.
Eger hesab edirsinizse ki, Pamukun yazdiglari Zakire yazilmish qoshmada ideya kimi verilib, bu gozeldir. Sizi tebrik edirem. Men bunu dogrudan da teze sohbet hesab edirem. Chunki birinci defedir, oxuyurdum, eshidirdim bu barede.
Menim notuma (not sozunu turkler qeyd kimi istifade edirler) Sizin bu sayaq esebi reaksiyaniz meni chox teessuflendirdi.
Size hem yaradiciliginizda, hem de aktiv sherhchilik fealiyyetinizde ugurlar arzulayiram.
hormetle Qalib Togrul
Qeyd: Chandirika niki menim deyil. Bizde butun bilgisayarlar sebekede oldugundan yaddashda sonuncu yazilan nik qalir. Men diqqetsizlik etmishem, yazinin hansi nikle gonderildiyine fikir vermemishem.
hormetle
Qalib Togrul
Cox maraqli sherhlerdi… İndilikde meni bir shey daha artiq ilgilendirdi: Hormetli Qalib Togrul, sizin sehv saldiginiz Candirika imzasi bes kime mexsusdu?
Hormet ve ehtiramla: Qurban
Qurban bey!
Eger hemin adam oz imzasini aciqlamaq istemirse men ne deye bilerem.
Ozu yeqin ki, hadiseleri izleyir, istese achiqlayar…
Ramiz müəllim,sizin şeirlərinizi oxuyanda yalnız bir şeyi fikirləşirəm:ilahi bu şeirləri yazan insanı görmək xoşbəxtliyi nə vaxtsa mənə də nəsib olacaqmı?!Mən çox istəyərdim ki,şeirlərimi sizə oxuyum və şeirlərim haqqında sizin fikrinizi öyrənim,ancaq bilmirəm sizi nəcə görə bilərəm…Bu da mənnən: Yenə yarpaqlar tökülür,/Yenə ürəyim bükülür ağacların dərdi ilə/Mən bilməzdim ağır olur ağacların dərdi belə/Sarı yarpaq,gözüm quru budağindan nəm çəkir/ Yaşıl-yaşil cavanlığın xatirə/Sarı-sarı qocalığın qəm çəkir/Yorulmusan,yorğun-yorğun qurumusan/Bəxtin açılmayıb,deyən/budaqlarda qarımısan/Ümidlərin daşlaşıbdı,uçulubdu/Bəxtin nə pis açılıbdı sarı yarpaq,qara-qara torpaqların yarı yarpaq/Sən torpaqdan yarımısan…fikrinizi yazsaz çox sevinərəm
xeyale sevil. ramiz olmsasam da sher bilen bir adam kimi deyirem ki, maraqali fikirlerdir… onlari mene gonderin. bir nece sherinizi unvanim beledir. erud@box.az
Qalib bey, salamlar!
Ramiz Rovsheni men lap coxdan- usaqliqdan oxuyuram, adeten Ramiz Rovshen daha sonraki yash merhelesinin sairidir… Onun son neshri- “Nefes-Kitablar kitabi” da men de var ve xosbextlikden “Das” povesti orada yer alib. Oxumusam, tebii…
Ramiz Rovshen cox boyuk shairdir, cox boyuk ornekdir! Teki o hec zaman ozunu bize cox gormesin!
Kimse sizin semimiyyetinize inanmasa da, Chandirika meselesinde, men inaniram, cunki ondan ferqli olaraq sizin yeterince intellektiniz var…
Hormetli Qamchi!
En evvel Ramiz Rovshen barede soylediyiniz isti sozlerden dolayi Size teshekkur edirem.
Cavabinizdaki semimiyyet ve inam ise meni cox muteessir etdi.
Cox sag olun!
Qalib bey,
Men de tesekkur edirem, amma yadima dusmusken bir iki not da men elave edim:
Men Cavansir Yusiflini samballi polemikaya devet etdim, malisef qacdi, teklif elediyim movzuya oz blogundan reaksiya bildirdi…
Sherif Agayarin hekayesi haqda fikirlerimi dedim, digerlerine cavab verdi, menim qeydlerime munasibet bildirmedi- susmaq raziliq elametidir, oz yerinde- amma etiraf ede bilmek de medeniyyetdir… Sherif gerek en azi “nezere alaram” deye bir not buraxaydi…
Ondan evvel ve sonra bizim Cavansir muellimle bir dartismamiz vardi, “memarliq meselesi…”
Sherif Agayar sual verdi basqalarina, “daha maraqli olani deyin, gedim oxuyum…”
Sizin xatirlatdiginiz “Dash” povesti menim dediyim o “METN MEMARLIGI”nin BOYUK HERFLERLE yazilasi numunesdir. Sherif Agayara vere bileceyimiz “daha maraqli olanin orneyidir…” Ele o povestin oz tebirleri ile yazsam, peeh, adam nece yazarmish, sozleri nece tapar, muncuq kimi ipe duzermish…
Ilahi, dashlari nece yonarmish, horguye nece salarmish…
Povest deyil, arxitekturadir, binadir bu. Isti, odun sobasinin paqqapaq yandigi evdir… “Ev deyil, hamamdir!”
Terekeme- ne kendli, ne sheherli olmayan koceri, elat camaatindan olan ve mene “edebiyyatda kend-sheher qarsidurmasi” (Allah onu guldursun) bucagindan baxmaq isteyen Qesem Necefzadeye, QAMCHIni izah eden etnopsixoloji menzeredir…
Arxa sujetleri on plana, on plani arxaya oturen “oyundur”, yazicini itiren, nagilcini deyishen kombinasiyadir…
Bu povest haqqinda genish yazacam, “Azadliq” qezetinde!
Bir-iki fikrimi isti-isti bolusum amma…
Adamlar adlarina oxsayir, xarakterlerini oynayir toyda-magarda… Men Ramiz Rovsenin oynamagini gormemisem, yaxsi ki gormemishem… Men Ramiz Rovshene qol qalxizacaq havani bir az ayri cur tesevvur edirem… Ramiz ROvshene shabash verilmesini hec tesevvur elemirem…
Ramiz Rovshen dashlashan adam deyil, dashlashan adam olmamalidir, fexri xiyabnandan heykel kimi, hansisa kreslodan DASH kimi adamin uzune baxmaq onluq deyil…
Ramiz Rovshen ISHIGIN REMZIDIR…
Div olmayan yerdeki isigin…
It huren terefden gelmeyen isigin…
Ele dash povestinde bir yaxsi yer var,
Qizin yorganin altina girmek de olar, gelinin de… Her yorganin altinda bir heyat yasamaq olar…
AMMA HEC BIR YORGANIN ALTINA GIRMEMEK DE OLAR!
Bir axsam soyuqda qalmaq… Bir gece usumek… Soyuqda qaldigin o axsam, usuduyun o gece Ay isigina baxib yalvarmaq olar: BURAXMA MENI AY ISIGI… BURAXMA MENI AY ISIQ…
Bu dunyada Ebillerin ulgucunden iti kesen FIKIRdir, Qezenferlerin baltasindan keskin dograyan ISIQDIR, dashlardan ve heykellerden daha canli simvollar, remzler IMZAlardir… Bu dunyada butun quslarin basi uzule, agaclar kesile biler, quslarin basi uzulende, agaclarin basi kesilende bir IMZAnin cixib SEN YIXILAN UCALIQLAR QALACAQ demesi besdir…
Nehayet bizim yixilmayan bir ucaligimiz da olmali !!!
Nehayet bizim de Isani carmixda sevenlerimiz olmali…
Tanri tanridirsa oz elcisini, min dash altinda da yene sag eyler…
Deyir 1 defe dedin inandim, tekrar etdin shubhelendim, and ichdin bildim ki, yalan deyirsen. Indi de bu hengame. Ele Rustemin 1-ci yazisi Pravdada chixanda dushunurdum ki, bu ne qeder semimidir, burda qardashi duftat, teatri-meyatri, novostroykasi ve s. Buna benzer sheyleri Muslim deyende yene de semimi olduguna inanirdim. Yazigin burda hech neyi yox idi…
Indi bu mubahise ve aridicil musahibeler, “mudafie komitesi” hamisi icazeli olmasi bir yana, hem de deyesen Rustem ozu son radio ve ya internet musahibelerinin birinde bir nefer sayagi demishdi ki, “Menim xeberim var orda meni kim mudafie edir, kim mene qarshi chixib Milli Meclisde, HAh, HAh, HAh…”
)
Indi deyesen hami Rustemin o “siyahisina” da dushmek isteyir axi, “chetin gunlerde” onun yaninda olmaq isteyir… Elbetde bizdeki butun ziyalilar-heyalilar kimi ve nece mudafie etmeyi ezberden bilir. Bele olmasaydi heresi bir qehreman olmazdi. Rustem ki, Eynulla kim? Rustem ozu ise ozunun 1-ci defe ne demek istediyini Rasim Ocaqovun qizina yazdigi mektubda deyib ve butun yungul-umidlilerin tifagina od vurub. Oxumayanlar dayaz-dan tapib oxuya bilerler.
Paho, kishi emelli-bashli yazdiqlarinizi oxuyurmush ki, ureyi de dagli, yaniqli. Ne ise meseleye aidiyyati olamayan bu yazi yalniz bir ishe xidmet etdi – Zamin Haci ile Qanturalinin “blati” qalxdi. Ehsen!
———
osman adlı istifadəçi, Noyabr 8, 2008 tarixində, saat 17:51 yazıb: muqayise uchun baxin: http://www.525.az/new/2008/11/08/read=36318
Salam Zahir bey,
men Qalib Togrula unvanladigim son ismarici esse formasina salaraq ayrica yayinlamaniz ucun size gonderdiyimden menim yuxaridaki sherhimi xahis edirem saytdan cixardin!
Hormetli Gamchi ve Qalib Bey!
Evvelce bu diskusiya ile bagli iki kelme deyim: “Don Kixotda” bir yer var: onu doyurler, Sancho qiraqda qalir, ishe qarishmir, mesele bitrenden sonra deyir ki, niye bele etdin, axi meni doyurduler? Sancho cavab verir: seni doyunde men de ozume el qatmishdim, ozumu doyurdum. Anar muellimin “butun zerbeleri oz ustume gotururem” setri meni dehshete getirdi. Vaqif Semedoglunun “Musavat” daki intervusu… Bu oyun hele neche perde “achilacaq” Allah bilir…
Sonra. Ramizin “Dash” pritchasi ve hekayeleri adi numunelerdir, chox adi…
Esseye valeh oldum.
Cavansir muellim,
“Dash” povestdir, pritca deyil…Onun metn horgusunu sizinle dartismaga haziram!
Esseni oxuyarsiniz… FIkrinizi bilmek xosdur…
Anar uzerine hansi zerbeleri goturub? 90 faize etiraz olaraq acligami baslayib? Yazicilar Birliyinin teze temirden cixan binasi ucubmu? Vaqif Semedoglu mandatindan imtina edibmi? Rustem Ibrahimbeyov Qenimet Zahidin mudafiesine qalxibmi? Icaze verin, men cox seyi size yazmayim ve siz de gormeyin ki, kim ozunu doyur, kim dizini… Azerbaycanda demokratiyani Dulsineyaya cevirilmesinde en boyuk pay ele Rustemlere Anarlara mexsusdur…
Men de onu deyirem. Bunlar hech kimi mudafie etmirler, ozlerini doyurler.
“Dash” zeif eserdir.
Cavansir muellim, OK…
TESEKKUR!
Men onun yazildigi ile de baxiram. Metn horgusune, dil axiciligina… Serifdeki bosluqlar orada yoxdur…
beyenmediyim yer qurd-quzu hissesidir- orada dogallasa bilmeyib, amma qurd hissiyatini ela yazib…
Bu gun Rustem Ibrahimbeyovu tenqid eden Yaqub Mahmudovun “yetirmeleri” Azerbaycanin esir qizini ermeni herbcisi ile sevisdirir. Rustem Ibrahimbeyov bunlarin yaninda toya getmelidir, imam ovladidir, yaziq ne deyib ki?
Yaqub Mahmudov Rustem İbrahimbeyovu tenqid elemek evezine oz litseyinde yetisdirdiyi sapi ozumuzden olan baltalari niye getirmir gundeme?
Taleh Shahsuvarli kimi Azerbaycanin esir qizini ermeni herbcisini sevisdiren sherefsiz, satqin, kosmopolitlere niye goz yumur? Rustem İbrahimbeyov yazmayib axi bunu, Yaqub Mahmudovun acdigi litseyin telebesi yazib “Cerge”de: “on dörd yaşlı azərbaycanlı qızı zorlayaraq qardaşının qısasını alırdı. Mən isə onu xilaskar kimi sevirdim, canımı əsgərlərin kütləvi şəkildə zorlamasından, döyməsindən, ac və hamilə qalmaqdan qurtardığı üçün çox razıydım Armendən. Həm də sənə oxşayırdı…”
QAT hara baxir? Orxan Fikretoglu niye susur? Nizami Ceferov niye dinmir?
Elcin Huseynbeyli 525-ci qezetde niye bele milli satqinlara munasibet bildirmir? Anar, Resad Mecid, Kamil Veli Nerimanoglu kimi milletci ziyalilarimiz niye payini vermir bu soroscularin? Anar niye gucunu gostermir bunlara?
Ermenistanin mudafie nazirliyinde bir Shahsuvaryan variydi, bu ondan beter yazir Azerbaycanin eleyhine!
Hormetli Qamchi!
Esseniz eladir, etiraf edim ki, onu oxuyandan sonra AZADLIQda vereceyiniz yazini sebirsizlikle gozlemeye bashlamisham.
Evvelden bir seyi deyim, yadimdan chixmamish: Cavanshir beyin DASin zeif olmasi fikrile qeti razi deyilem. Duzu Cavanshir beyin DASHi beyenmemesi men cox teeccublendirdi…
Bizim Azerbaycan Turkcesinde en gozel yazan yazichimiz kimdir sualina yeqin ki, hamimiz Ekrem Eylisli cavabini vererik.
Ekrem Eylislide dil o qeder gozeldir, turkcemiz ozunu o qeder rahat hiss eleyir ki, onu oxuyanin hech ruhu da incimir.
Mence DAShin dili daha mukemmeldir, daha (Qamchi ile yuzdeyuz raziyam) axicidir.
DASHda dil, tehkiye o qeder mukemmeldir ki, Azerbaycan edebiyyatinda bu cur daha bir gozel numune yoxdur.
Poveste yegane iradim, Allah sozunun hedden cox ishlenmesidir. Hetta evvelki varinatla muqayisede NEFESdeki variantda Allaha xitablar xeyli ixtisar olunsa bele….
Qamchinin ashagidaki fikri daha deqiqdir, o hedefi vurub:
Dash” povesti menim dediyim o “METN MEMARLIGI”nin BOYUK HERFLERLE yazilasi numunesdir.
Hormetli Qamchi!
Serif Agayarin hekayesi barede yazdiglariniz da maraqli idi.
Memar ve benna sohbeti de yerinde idi. Men hekayeni gec oxudugumdan serhlere qatilmaqda gecikdim.
Hekaye menim de xoshuma geldi.
Insallah bu hekaye barede yazi yazacagam 525-de.
Hormetli Qamchiya ve Cavansir beye disskusiyada istiraklarina gore tesekkurlerle
Qalib Togrul
Osman, gozunuz aydin! Muellim tezeden yazib:
http://www.525.az/new/2008/11/15/read=36537
Adam ozunu ne qeder severmish, Ilahi?! Indi gece-gunduz yatmayib Rusteme dua edir ki, ne yaxshi sen chixdin, bir soz atdin ortaya, mene de imkan yarandi oz ureyimi boshaldim.
Oz ailesine satashilmasini istemeyen yazichi muellim, bashqasinin ailesine ilishir, kinaye ile “mehriban aile” yazir.
Ozu de bu qazetin redaktoru da deyesen saymagi MSK-da “oyrenib”. Anar muellimin bezi shedevrlerinin qarshisinda 8938, 8901 defe oxundugunu (!) gosterir. Men Azerbaycan xalqinin mazoxist oldugunu bilirem, amma daha bu qeder yox.
Bir daha anladim ki, bu ushaqlar (Qantural ve digerleri) bu gune ne deyibler, duz edibler, eceb edibler, ellerinin ichinden gelib! Bu cur biyabirchiliqla bashqa cure mubarize usulu yoxdur.
Men Ramiz Rovsenin butun eserlerini sevirem,onun felsefesinin vurgunuyam amma cox xaish edirem yaradici insanlari yazib yaratmaqda davam etsin,siz bir sair kimi daha cox lazimsiniz bize…FATMANIN OGLU ISMAYIL BU SEHERDE NE ISIN VAR? bu seiri siz yazmisiniz
Salam Ramiz muellim men sizin kitabinizi isteyirem. nece elde edim?
Elaqe tel: 050-316-64-18.
Ramiz muellim,men Sumqayitda 31 nomreli mektebde oxuyuram.Isterdim sizi oz mektebimizde gorum.Men Yawar eminin qohumuyam Xahiw eliyirem bu arzunu heyata keciresiniz……
Müasir Azərbaycan ədəbiyyatının (yaşayanlar içində) ən yüksəkdə duranları Məmməd İsmayıl, Ramiz Rövşən və Musa Yaqubdu.
Ramiz müəllimin şeirlərində qeyri-adilik digərlərindən dərhal fərqlənir. Dünyaya fəlsəfi baxışından yaranan şeirləri oxucunu oxumağa çağırır. Vasif Süleyman demiş, bir anlıq ayaq saxlayır oxucu.
Ramiz müəllim, Allah sizə ömür versin! Qələminiz yorulmasın! “Şairləri susmayan bir vətən basılmayıb!”-demiş Məmməd İsmayıl!