Şəlalə Əbil. Qismətimə düşən adamın adının baş hərfi (Hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Kasım, 2008

Bacım Xatirə daş atıb başını tutmuşdu ki, bəs Aslana baxdırmasam, ürəyim partlayar. Mənim gülməyimi güclə saxladığımı görüncə hələ üstümə qızacaqdı da: ”Bax, Miri tutulanda gedib baxdırmışdım, qarşısında oturan kimi, dedi, ərin dörd divar arasındadı, darlıqdadı. Əgər uydurursa, hardan bildi ki, mənim ərim tutulub. De də, nəyə gülürsən, de də! E-e-ey.., sən də hər şeyə qulp qoymaq üçün ölürsən”- demişdi. Sonra aramızdakı bu söhbəti bizdən böyük bacımıza tetefonda danışanda, üstəlik mənim gülməyimi də ora əlavə edəndə dəstənin o başındaki bacım Xatirədən də artıq qızmışdı mənə: ”Ona fikir vermə”, – demişdi Xatirəyə,- “ Sən işini gör. O, ( yəni, mən) belə şeylərə inanmadığı üçün bu gündədir. Camaat falla ev yıxır, ev tikir, ailə qurur, ailə dağıdır, min dənə iş görür. O, ( yəni, mən) kitab-dəftərin içində eşələnməkdən başını itirib. Sən getmişkən onun üçün də (yəni, mənim üçün) baxdır Aslana, gör, damının vəziyyəti necə olacaq, bu qışdan çıxa biləcəkmi “ -deyə, yaxşı-yaxşı tapşırmışdı Xatirəyə. Bu arada evimin əyilmiş, uçmaq təhlükəsində olan tavanı yadıma düşdüyündən, bir az dilxor olmuşdum. Xatirə də öz növbəsində böyük bacımı arxayın etmişdi ki, Aslanın yanına gedəndə məni də özü ilə aparacaq. Söhbətə qulaq asan bacım qızı, gah anasına, gah da mənə baxıb, gülməyimə qoşulmuşdu.
- Axı xala belə şeylərə inanmır, mən bilirəm, xala mırta gedir ora.
- Kəs! ,- Dəstəyi yerinə qoyan bacım, doqquzuncu sinifdən çıxarıb texnikoma düzəltdirmək istədiyi qızına çımxırmışdı.- Elə sənin işinə görə düşüb qalmışam falçıların yolunda.
Üst-üstə yöndəmsiz şəkildə qalaqlanan köhnə evlərin yerləşdiyi köhnə Sovet küçəsindəki, köhnə həyətlərin birində gedən bu söhbətə qonşu Gülşən də qatılmışdı.
- Nə danışırsan?! Aslanın dediklərinə şəkk-şübhə yoxdur!
Qızı Nigarı nişanlayanda Aslana məsləhət eləyibmiş, o da deyib ki, razılıq vermə, axırı yaxşı görünmür.
- Nigara dedim də, eşitmədi məni. Elə bildi Samir göy yarılıb, göydən düşüb. Budey… Bu da Samir! Qızın ağlı olur, bəyəm?!
Gülşən dediklərinin təsir qüvvəsini artırmaq üçün Aslanın başqa tapıntılarını da üzə çıxarmışdı.
- Aslan zəlzələni də qabaqcadan demişdi də… Amma, deyir, inanan olmamışdı mənə. Ona görə də, susub oturdum. Odey, yuxarı dalandakı Solmaza da deyibmiş də qabaqcadan. Deyib ki, bir aya qədər evindən ölü çıxacaq. Çıxdı da!
Bacımqızı bu dəfə dodağının altında mızıldanmışdı.
- Solmasın evindən ölü çıxacağını hamı bilirdi. Əri xəstə deyildi?
Gülşənsə “Aslana inan!” monoloqunu davam etdirmişdi ki, bəs üzbəüz Xalidənin evini oğurlayanı da elə Aslan tapıbmış, heç demə. Xalidəyə deyib ki, oğru evinin içidədi, uzaqda deyil, indicə evində işləyir. Xalidə deyir: “Ürəyimə dammışdı da, usta köpəkoğlu götürə bilər qızıllarımı. Getdim, hamısı ustanın evindən çıxdı.”
- Elə adamlar insan psixologiyasını yaxşı bilirlər,- bunu da mən əlavə etmişdim,- Qarşısında oturan adamdan ip ucu alır, sonra aldığı məlumatlara ürəyi istədiyi, ya da müştərinin istədiyi şəkildə sonluq verir. Vəssəlam.
– Quranla baxır, Quran açır, günahdı, elə demə,- Bu da Xatirənin mənə düşən cavabı idi.
İçərişəhərin məşhur bir məhəlləsində iki istiqamətə adam axını çox olar- Pir və falçı. Bəzi dini mərasim günlərində Pir istiqamətinə gedənlərin sayı lap çoxalır. Elə çoxalır ki, birbaşa Aslanın adını deyib, gələnlər, Pir tərəfdən deyil, İçərişəhərin başqa dolanbac dalanlarından keçib, öz gələcək həyatlarından isti-isti proqnozlar almaq üçün can atırlar.
“İnsafən Aslan pulun qədərini deməz. Nə qədər versən, qəbuludur. Deyir, gələnlərdən çox pul tələb etmək günahdır.” Bunu da biz gözləmə zalında oturduğumuz zaman bir qız danışmışdı.
Gözləmə zalına girən kimi, Gülşənin biz yola düşəndə dediyi sözləri xatırlamışdım: ”Orada artıq-əskik danışmayın (bu sözün çox hissəsi mənə çatırdı). Orada olan söhbətlərin hamısı içəridən dinlənilir.” Daha sonra Xatirə də əlavə etmişdi ki, bəs, Aslanın “fala baxır” sözündən xoşu gəlmir. Bir dəfə xanımı gözləmə otağına girib, acıqla bildiribmiş ki, “Aslan fala baxır”ın əvəzinə, “Aslan Quran açır” ifadəsini işlətsinlər. İçəri girən adamlar arasında vaxtı ilə univüersitetdə bir qrupda oxuduğum Könül və onun anası Sara xalanı görəndə, həm sevinmiş, həm də utanmışdım. Könülgilin evləri universitetə yaxın olduğundan biz qızlarla onlara tez-tez gedərdik. Sara xala riyaziyyat müəllimi idi. Bu xoşsifət qadının hər gəlişimizdə bizə göstərdiyi mehribanlığı çətin ki, unutmaq olsun.
Könül uzun illər keçməyinə baxmayaraq, əvvəlki kimi ağına-bozuna baxmadan zarafatlaşmışdı: “Ağez, sən burda nə gəzirsən? Sən ki, həmişə daş atıb, başını tuturdun ki, belə şeylərə inanmırsan.”
– Mən Xatirə ilə gəlmişəm, mırt…,- Xatirənin qızının dili ilə desək, “mırta gəlmişəm” deyəcəkdim az qala. Yaxşı ki, deməmişdim. Xoş-beşdən sonra məlum olmuşdu ki, Sara xala Aslanın orta məktəbdə riyaziyyat müəllimi olubmuş və belə bir şərəfə nail olduğu üçün indi özünü çox xoşbəxt hiss edirmiş: “Elə o vaxtdan biz müəllimlər onda nə isə qeyri-adi bir istedadın olduğunu hiss edirdik.” ,- Sara xala gözləmə otağında olanlara anladırdı. Aslanın xanımı gözləmə otağına gəlib, ərinin keçmiş müəllimi ilə mehribancasına görüşdü və oturanlara bildirdi ki, gərək bağışlasınlar, Aslanın özünün istəyi ilə Sara müəlliməni növbəsiz buraxacağıq içəri.
Bizim də növbəmiz çatdı. İçəridə otuz beş-otuz səkkiz yaşlarında əlində Quran tutmuş adam oturmuşdu. Otağın divarlarından dini rəsmlər və əşyalar asılmışdı. Bacım oturan kimi ipucunu deyil, elə ipin özünü Aslana verdi. Aslana qalan ya “hə”, ya da “yox” oldu.
- Sənə qurban olum, Aslan, tanıyırsan məni, həmişə bura gəlib-gedən adamam. Bu qızın işinə bax, gör necə olacaq texnikom məsələsi. Bir də Cəlalın əsgərliyinə bax, sən canın. Saxlatmaq istəyirəm, nə deyirsən?
Aslan, bacımqızı Aydanın və bacımoğlu Cəlalın adlarının baş hərflərinə əsasən Quran açdı və oradan çıxan gələcək proqnozları qısa, yığcam şəkildə dedi. Bacımın arxayın olması üçün bir parça kağız da yazıb ona verdi. Biz evə qayıdanda Xatirə bunu mənə dəfələrlə xatırladacaqdı: “O hər adama dua yazmır. İçi təmiz olan adamları uzaqdan tanıyır.” Mən də öz növbəmdə bacımın yadına salacaqdım: ”Axı, sən də pulu başqalarına nisbətdə çox verirsən həmişə”. Xatirə öz mövqeyində, öz postunda, öz anpulasında qalacaqdı: “Nə qədər versəm də halaldı, vallah. O kişinin yanına gedib-gələndən sonra mənim işlərim yağ kimi gedir.” Amma bu söhbət biz evə qayıdanda olacaqdı. İndi isə hələ ki, biz Aslanın qəbulunda idik. Aslan bacım ilə söhbəti qurtardıqdan sonra mənə baxdı. Məndən ipucu görməyən falçı, təzədən Xatirəyə döndü ki, bacınız nəyə baxdırmaq istəyir (Biz çox oxşayırıq). Hə, yadımda ikən, Xatirə evə çatandan sonra bunu da qonşuların yanında xüsusi vurğulayacaqdı ki, bəs, bacı olduğumuzu həmin an necə də bildi e!.
“Mənim haqqımda bir kəlmə də ipucu verməyəsən a!!!” Tapşırığımı unutmayan Xatirə, Aslana ümumi cavab verdi: “Bacım özünə baxdırmaq istəyir.” Aslan əvvəlcə nə deyəcəyini bilmədi, adımın baş hərfinə əsasən Quranı açmaq, ona düşünmək üçün zaman verdi. Sonra mənə yaxın olan əks cinsin adının baş hərfini soruşacaqdı, yəqin. Hiss edirdim ki, yaşımdan xeyli cavan göründüyüm üçün Aslan bir az tərəddüd edirdi. Qabaqcadan planlaşdırmışdım, əgər “Ərinizin baş hərfini soylə” ..desəydi, cavabında deyəcəkdim : “ Nə danışırsınız, mən hələ ailə qurmamışam.” Əgər “Adaxlının adının baş hərfini söylə” desəydi, “ Nə danışırsınız , mənim az qala özüm boyda qızım var” -deyəcəkdim.
Deyir, sən saydığını say, gör, Aslan nə sayır. Görünür, onun qarşısında mənim kimi ipucu verməyən müştərilər çox olub və o mənim kimilərini yola salmağı bacarırmış. Susmuş halda ona baxmaqda davam edirdim. Gözünə döndüyüm falci sualı bu şəkildə qoydu: “Qismətinizdə olan adamın baş hərfini söyləyin.”
Vəziyyətdən məharətlə çıxdığına heyrət etdim. Bu dəfə də desəm ki, qismətimə indiyə qədər adam-zad düşməyib, bu daha ağ olardı. Aydan demiş, bura mırta gəlməyim ona bəlli olacaqdı. Mən əlifbanın hərflərindən birini deyib, sonra da Aslanın üç-dörd kəlmə ümumi sicilləməsini dinləmək məcburiyyətində qaldım. Yeri gəlmişkən, geri qayıdanda bütün yolu bacım, onun vermiş olduğu duanı Aydanın imtahana geyəcəyi paltarın harasına tikəcəyini müzakirə edəcəkdi…

1 səs2 səs3 səs4 səs5 səs (8 səs, hardasa: 4,88 ilə 5 arası)
Loading ... Loading ...

14 Şərh var
Şərh yazın »

  1. Selale xanim, tebrik edirem, maraqli hekayedir. Dili axicidir. En yaxsisi budur ki, obrazlara xarekter vermisen. Size uqurlar arzulayiram.

  2. Selale xanim, maraqli hekayedir.Dil barede yuxarida qeyd etdiler. Hec bir uzunculuqa ve ellameciliye yol vermemisiniz. Tebrik edirem.

  3. Shelala xanim tebrik edirem! Bu gunki Azerbaycan heyatinda olan cehaleti, geriliyi yaxshi tesvir etmisiniz.
    Hormetle Babek Azeri.

  4. Selale salam ezizim. Seni de burda gormek, yazilarini oxumaq xowdur. Sende hekaye yaxwi alinir deye bilerem. Ancaq yeqin ki, mehz bu yazida gorduyum qusurlarini sadalasam, incimezsen. Tut geldi))):
    1-”Mənim gülməyimi güclə saxladığımı görüncə hələ üstümə qızacaqdı da:” – Azerbaycan dilinde “qizmaq” sozu bawqa menadadir bildiyin kimi, sen yeqin ki turk dilinde yazmisan bu hisseni.
    2-”üstəlik mənim gülməyimi də ora əlavə edəndə dəstənin o başındaki bacım…” -”destenin” deyil, yeqin ki, “desteyin”.
    3-”dəstənin o başındaki bacım Xatirədən də artıq qızmışdı mənə:” – burada da “deste” ve “qizmaq”.
    4-”gör, damının vəziyyəti necə olacaq, bu qışdan çıxa biləcəkmi“ – sohbet Sovetski mehellesinden gedirse, demeli orada yawayanlar bakililardir. ancaq daniwiq dillerini tebii vere bilmemisen -bakililar omrunde “-mi?” sual edatindan istifade etmirler, onlarda sual cumlesi intonasiya ile secilir.
    5-”Orada olan söhbətlərin hamısı içəridən dinlənilir” – tebii daniwiq dilinde, hele ustelik bu adamlar sade ve avamdirlarsa, o zaman hec vaxt “dinlenilir” deye bir ifadeden istifade etmezler. umumiyyetle, bele bir cumle quruluwu sade adamlarin dilinde olmur. “burda ne daniwson iceride ewidilicey” kimi ola bilerdi meselen.
    Ve s.
    Ugurlar!
    Saygilarimla

  5. Çılğın, birinci irad neinki senin bütün “yaradıcılığın”, hetta aldığın nefes üçün de aktualdır…-)

  6. Salam, Sevinc.Munasibet bildirdiyine gore tesekkur edirem.Menin de bir-iki sozum var.Qulaq as,hamimizin bildiyi “mexaniki sehv” deyilen bir sey var. “desteyin” sozunun “destenin” kimi getmesi muzakireye gelecek sehv deyil.Daha sonra kecek “qizmaq” sozune.Bizde “qizmaq” sozu “eseblesmek”, “ozunden cixmaq” sozlerini hemise evez ede bilib. Bu indinin isi deyil, menim usaqliqdan beri qulaq yaddasimda qalan sozdu. Indi de kecek obrazlarin diline. Bax,Sevinc, menim fikrim “sovetsiki” deyilen yerde yasayan adamlarin danisiq terzleri, adetleri,psixologiyalari,heyat terzleri,dunyagoruslerini qabartmaq deyil,menim fikrim Azerbaycanin butun noqtelerinde gerilik elameti olan falciliga meylilikdi. Bunun ucun Bakinin bir mehellesini tipik obraz kimi goturmusem. Ezizim, men obrazimi sen dediyin sekilde danisdirtmaq istemirem (Hec dexli var?!). “burda ne danisson , iceride esidilecey”. Men bu cur isletsem, ele bilerem ki, hekayemin “fikri yayinacaq”.Bu ,neinki, hekayenin tesir quvvesini artirir, eksine , azaldir.Mene ele gelir ki, bir sey oz ifrat derecesine catanda tesir quvvesinin eksine isleyir. Baki, ve ya “sovetski” deyilende, o demek deyil ki, obrazlar hamisi bu cur danismalidi.Her seyin oz yeri var. Bir daha tesekkur.

  7. Ezizim Shelale!
    Teshekkur edirem hekayeye gore. Ele bil bu millet hec Mirze Celili, Uzeyir Hacibeyovu, “Molla Nesreddin”i oxumayib. Gelin dushunek,milleti cehalete surukleyen nedir? Elbette, onun icinde olan boshluq ve ozunu tanimamasi onu geriye qaytarir. Isterdim bu movzuda bir kitab yazasan ve men onu oxumaqa haziram. Senin hadiseleri icinden tesvir etmeyin maraqlidir.
    Sayqi ve sevgilerimle.

  8. Shelale salam,

    Hekayenin ideyasi, sxemi, sujeti, subyektleri- bir sozle,her shey qarisib bir-birine. Mehsulun zaydir, derinlik yoxdur. Ona gore konkretdir ki, “axara duhse bilmediyinizden uzaga uze” bilmemisiniz… Orijinal, yaddaqalan ve tesirli deyil. Bir de bele yazma (cunki yaxsi yaza bilersiniz)!- detallarini gelecek yazilarin birinde qeyd edecem.

  9. Şəlalə xala,bu bizik Aydan ve Xumar.Hekayeni çox beyendik.Sizin üçün çox darıxmışıq,şəkliniz bizi kövrəltdi…

  10. Her vaxtiniz xeyir, Shelale xanim! Ilk once ehvalinizi sorushmaq isteyirem. En azi 1 ildir hagginizda (daha dogrusu,yaradiciliginiz hagginda) hech bir melumata malik deyilem. Sizi “Pervane”den tanidigim vaxtlardan sevirem. Semimiliyiniz mene o geder dogma gelirdi ki, hele o vaxtlardan. Size hormet edirem. Yaradiciliginizda bol ugurlar arzu edirem.
    Yeri gelmishken, hekayenizi beyendim. Opurem choxlu.

    Hormetle
    Ay Nur

  11. Booyy, Ay Nur, sən də gəldin? Axır ki!

  12. Shalale xanim hekayenizi oxudum. Cox xoshuma geldi. Sade ve dushundurucu hekayedir. Bu sayti mene Letafet muellime verdi. Men onun muellime yoldashiyam. Sag olun, ugurlar.

  13. bir gun mutlaka biz olacagiz.butov turan.

  14. cox eladir

Şərh yazın