Bakıda ukraynalışairin kitabının təqdimatı oldu
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Kasım, 2008Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Ukrayna şairi Vasil Stusun “Kolımada kəklikotu qoxusu” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AYB sədri Anar bildirib ki, Ukrayna ilə Azərbaycan arasında güclü iqtisadi, siyasi və mədəni əlaqələr var: “Ukraynanın istedadlı şairlərindən biri olan Vasil Stusun kitabının çapı da bu əlaqələrin məntiqi davamıdır. “Kolımada kəklikotu qoxusu” AYB-nin “Dünya ədəbiyyatından” kitab seriyasının çap olunan 11-ci kitabıdır”.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev isə bildirib ki, həm Azərbaycan, həm də Ukrayna xalqları 20-ci əsrdə eyni taleyi bölüşüblər: “Sovet repressiyasının qurbanlarından biri də Vasil Stus idi. O Ukrayna xalqının tarixi yaralarını dilə gətirirdi. Vasil Stus ilə bizi doğmalaşdıran da elə bu cəhətdir”. // APA





Yüklənir...