«Azərbaycan yaltaqlığın intibah dövrünü yaşayır»
Yazar: Admin | Bölmə: Persona | Tarix: 14 Kasım, 2008
Çingiz Hüseynov: «Rüstəm İbrahimbəyovla bağlı mubahisələr tamaşalı oyundur, icazəli xarakter dasıyır»
Rusiyada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovla üz-üzə oturub söhbət etmək obyektiv səbəblərdən mümkün olmasa da, suallarımızı ona göndərmək imkanımız vardı.
Suallarımızı hörmətli Çingiz müəllimə göndərdik və cavabları çox gözləyəsi olmadıq. Təəssüf ki, bu lütfkarlığı Yazıçılar Birliyinə rəhbərlik edən bir çox yazıçı və şairlərdə görməkdən məhrumuq.
- Çingiz müəllim, Azərbaycandan uzaqda yaşamağınız vətəndəki problemləri də Sizdən uzaqlaşdırmayıb ki?
- Yazılarım gostərir ki, hec vaxt uzaqlaşmamışam.
- Rusiya və Azərbaycanda təxminən eyni xarakterli rejimlər hakimiyyətdədir. Bizdə hakimiyyətin ictimai rəyə münasibəti elə vəziyyət yaradıb ki, artıq bu rəy yoxdur. Rusiyada durum necədir?
- Totalitar baxımından Rusiya və Azərbaycan ekiz qardaş-bacıdılar.
- Rusiya ziyalısı ilə Azərbaycan ziyalısını, yaxud elitasını fərqləndirən cəhətlər hansılarıdır?
- Fərqlər mahiyyətcə məkan (böyuk – kicik) və say (az – cox) fərqləridir. Elitanin indiki mənasi – muxalifətdir. Özunu əsl mənada elita sayanlar insanı alçaldan və incidən despotik quruluşa, dili, ruhu, insanda olan ilahiliyi öldurən iqtidar yalanına, milləti məhv edən soyğunçuluğa qarsı olmalıdır… Belələri var: ürəkləri yanır, amma sözünü deməyə meydanları yox: meydanları olanlar ya ittiham atəsinə tutulur (bunların sayı hesabsızdır), ya min bəhanə ilə qazamata salınır (Eynulla Fətullayev və s.), ya da öldürülür (Ziya Bünyadov, Elmar Hüseynov).
- Niyə son 15 ildə Azərbaycanda ziyalı yaranmadı?
- Nəinki yaranmadı, hətta əsl ziyalılığa zidd olan yaltaqlığın intibah dövrü baslandı – mədh (buna ruslar “lizinq”, yəni “yalamaq” mənasında) baxımından biz bütün dunyada birinciyik.
- Əgər ziyalı yaranıbsa, nə üçün hakimiyyətin yaratdığı problemlərə reaksiya yoxdur?
- Əvvəllər (Rusiyanın özündə də) tənqid səpkili deyilənlərə- yazılanlara fikir verməsələr də, bunu «söz azadlığı» adlandırırdılar; indi isə… iqtidar dairələrinin hec vecinə deyil, nə yazırsan yaz, mənasızdır; acıq, doğru söz bir növ mənasızlaşıb.
- Bilirik ki, Rüstəm İbrahimbəyovun müsahibəsi ətrafında yaranan «etiraza» münasibətinizi bildirmisiniz. Bəs Çingiz Hüseynovun özünün Azərbaycandakı sosial-siyasi vəziyyətə münasibəti necədir?
- İnciməyin – bu sualı yazılarımdan xəbəri olmayanlar verə bilər: mənim hər bir yazım kecmiş və indiki duruma «munasibətdir». Rüstəmin dedikləri hamıya məlumdur, butun bunları görür, bilir, deyirik; mubahisənin özu bir növ tamaşalı oyundur, icazəli xarakter dasıyır.
- Bakıdakı yaradıcı birliklərlə təmaslarınız qalırmı?
- Təmaslar məlum səbəblərdən «qalır-qalmayır» vəziyyətindədir. «Rəsmi birliklər» məndən uzaq gəzir, amma az-cox salam-əleyk var, «azadlılarla» təmasdayam, tez-tez yazışırıq.
- Onların fəaliyyətini necə qiymətləndirirsiniz?
- Qiymət verməyə məlumatım yox dərəcəsindədir.
- Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında son illərdə naliyyət hesab etdiyiniz əsər varmı?
- Fəxr etdiyim adlar coxdur: Ramiz Rövşən, Vaqif Bayatlı, Afaq, Ələkbər, Baycan, Rafiq Tağı, Sara Oğuz, lap yenilərdən Zahir Əzəmət, moskvalı Nəsib, rus dillilərdən: Saleh, Rəna Yuzbaşı, Gülşən, yaddaşımı işə salsam, beş-on ad da cəkə bilərdim, ədəbiyatımızın dili, üslubu, forması, süjet-məzmun tapıntıları çox-çox sevindirir məni.
- Rusiya ədəbi mühitində son illərin yenilikləri barədə nə deyə bilərsiniz?
- Böyük ədəbiyyatdir, dəryadır – keçmişi də, indiki dövrü də…
- Son bir ildə hansı əsər üzərində işləyirsiniz?
- Həm xatirələrimi bitirməkdə, həm də ilhamverici axtarışlardayam. Müasir roman yazıram: cığır açmışam, bir deyil, üç deyil – on iki başlanğıcı var!
- Sizin Quran haqqında romanınızın, o cümlədən «Ailə gizlinləri» və digər əsərlərinizin Azərbaycan dilinə tərcüməsi barədə düşünürsünüzmü?
- «Tərcümə» təcrübəm («Fətəli Fəthi») göstərir ki, tərcümə prosesində oxucu və dil hökmü məni yeni əsər yazmağa məcbur edir, odur ki… Dilemma: yeni əsər yazmaq, yaxud yazdığımın azərbaycandilli orjinalını yaratmaq? Birinci istək qalib gəlir.
Natiq CAVADLI





Yüklənir...
Natiq Cavadli, ezizimiz Çingiz beyin e-mailini onun öz icazəsiylə mənə verə bilərsən? Bəzi suallarım var, ancaq o kömək edə bilər, məncə.
Sag olun!
Sag olun Natiq bay. Sizin hamisha maraqli musahiblariniz va onlardan aldiginiz maraqli musahibalari seva-saeva oxuyuraq. Tashakkurlar!
Hormetli Cingiz Huseynov,
balaca bir musahibe onu gosterir ki, Siz deyerli insan ve yaxsi yaziciniz!
Vicdan- qelemin yol gostericisidir!
Cox teessuf edirem ki, eserlerinizi oxumamisham!
Hormetli Natiq Cavadli,musahibeye gore chox sag olun.Size ve hamiya seslenimek isteyirem.2009-cu il,20 aprelde Gingiz muallimin 80 yashi tamam olacaq,inshallah.Azerbaycanda yaxin dostlarindan bashqa hech bir seviyyede varligindan qurur duydugumuz gozel hemvetenimizi tebrik etmeyecek.Belke birlikde nese fikirleshek?
Eziz Qamchi,”kultura”portalinda Ghingiz muallimin yazilarini oxuya bilersiniz.Romanlarindan birini de men size bagishlaya bilerem.Sayqilarla.
bu sorgunu aparana da esg olsun o basligi atana da