Bakıda Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi keçirilir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Kasım, 2008

Kultaz: Dünən Azərbaycan Dövlət Flarmonyasında Beynəlxalq Uşaq Ədəbiyyatı konqresinin açılış mərasimi oldu. Azərbaycan və Türkiyə dövlətlərinin dövlət himnləri səsləndirildikdən sonra konqresin təşkilatçısı Qafqaz Unversitetin rektoru professor Ahmet SANIÇ iştirakçıları salamladı və 3 gün davam edecək tədbirin məqsəd və vəzifələrini nəzərə çatdırdı.

Türkiyə, Azərbaycan, Qazağıstan, Qirğızıstan, Özbəkistan, Türkmənistan, Tatarıstan, Quzey Kıprız , Dağıstan, Kırım, Ukrayna və digər dövlətlərdən 170 nəfər nümayəndə konqresin işinə qatılmışdı. Natiqlər: Türkiyə Yazarlar Birliyin nümayəndəsi Rüfkü KAYMAZ, Azərbaycan Yazıçılar Birliyi Uşaq Ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm NƏCƏFZADƏ, Türksoy Baş direktorunun müavini Firat PURTAŞ, Qaradəniz Texniki Unversitetinin professoru Nazan BEGİROĞLU, Ege Unversitetinin professoru Yavuz AKPİNAR, Azərbaycan Dövlət Unversitetinin professoru Tofiq HACIYEV, millət vəkili Qənirə PAŞAYEVA və başqaları cıxış edərək Türk xalqları ədəbiyyatının problemlərindən danışdılar.

Qəşəm NƏCƏFZADƏ türk dövlətlərindən gələn yazarların diqqətini Güney Azərbaycanda son vaxtlar baş verən hadisələrə yönəltdi. Natiq qeyd etdi ki, türk xalqlarının boyük bir hissəsi olan Güney Azərbaycanda bizim qələm qardaşlarımız- milli azadlıq fədailəri zindanlara atılır, məhv edilir. Biz bir türk olaraq onların azadlığa buraxılması üçün əlimizdən gələni etməliyik.
Konqres noyabrın 15-nə kimi müxtəlif səpkilərdə öz işini davam etdirəcək.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın