“Düyün” filmi İtaliyada festivala dəvət alıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Kasım, 2008

Kultaz: Asif Rüstəmovun və Ramiz Fətəliyevin birgə ssenarisi əsasında kinorejissor Əlisa Cabbarovun çəkdiyi “Düyün” filmi İtaliyada qısametrajlı filmlərin beynəlxalq festivalında iştirak edəcək.
Mərkəzin direktoru Əlisa Cabbarov yaradıcı kollektivin noyabrın 24-dən 29-dək keçiriləcək tədbirdə 30 dəqiqəlik bu filmin uğur qazanacağına inandığını deyir.
Musiqisi xalq artisti Xəyyam Mirzəzadəyə məxsus film fəlsəfi xarakter daşıyır və atalar-oğullar arasında qarşılıqlı anlaşmanın itirilməsindən bəhs edir. Baş rollarda çəkilən aktyorlar- əməkdar artist Mehriban Zəki və Pərviz Məmmədrzayev nəsillər arasındakı bu “Düyün”ün açılmasının yolları barədə düşünürlər.

1 səs2 səs3 səs4 səs5 səs (Səs verilməyib)
Loading ... Loading ...

Şərh yazın