Eldəniz SADIXLI (Qamçı MEZARUS). BİR ÇAL-ÇAĞIR ÖLKƏSINDƏ…

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 17 Kasım, 2008

(Qalib Toğrula Kopenhagendən birinci məktub)

… Cavanşir Yusiflini samballı polemikaya dəvət etdim, malisef qaçdı, təklif elədiyim mövzuya öz bloqundan səthi reaksiya bildirdi… Başdan- ayağa sosial problemlərə “dövrün ictimai-siyasi hadisələrinə münasibət bildirmək cəhdi” deməkdən irəli gedə bilmədi…
… Şərif Ağayarın hekayəsi haqda fikirlərimi dedim, digər yorumçulara cavab verdi, mənim qeydlərimə münasibət bildirməkdən çəkindi, “susmaq razılıq əlamətidir”, – bu, öz yerində- amma etiraf edə bilmək də mədəniyyətdir…
Şərif gərək ən azı “nəzərə alaram” deyə not buraxaydı…
Ondan əvvəl və sonra bizim Cavanşir müəllimlə bir dartışmamız vardı, bədii mətndə “memarliq məsələsi”…
Şərif Ağayar sual verdi basqalarına: “daha maraqlı olani deyin, gedim oxuyum…”
Qalib Toğrulun xatırlatdığı “Daş” povesti mənim dediyim “MƏTN MEMARLIGI”nın Azərbaycan ədəbiyyatı tarixinə BÖYÜK HƏRFLƏRLƏ yazılası nümunədir. Şərif Ağayara verə biləcəyimiz “daha maraqlı olanın ornəyidir…”
Elə o povestin öz təbirləri ilə desəm, pəəh, adam necə yazarmış, sözləri necə tapar, muncuq kimi ipə necə düzərmiş…
İlahi, daşları necə yonarmış, hörgüyə necə salarmış…
Povest deyil, arxitekturadır, binadir bu. Pəncərələri işıqlı, tavanı qəlbi, isti… Odun sobasının paqqapaq yandığı evdir… “Ev deyil, hamamdır!”
Tərəkəmə- kəndli olmayan, şəhərli heç olmayan köcəri, elat camaatı- balası və mənə “ədəbiyyatda kənd-şəhər qarşıdurması” (Allah onu güldürsün!) bucağından baxmaq istəyən Qəşəm Nəcəfzadəyə, QAMÇInı izah edən etnopsixoloji mənzərədir…
Gah arxa süjetləri ön plana çıxaran, gah da ön planı arxaya ötürən “oyundur”, yazıçını itirən, nağılçını dəyişən kombinasiyadir…
Bu povest haqqında geniş yazacam sağlıq olsa, “Azadlıq” qəzetində…
Azadlıq üçün yazacam- dırnaqsız! Tələsmə, Pərviz Cəbrayıl…
Bir-iki fikrimi isti-isti böluşüm, amma…
Adamlar adlarına oxşayir, xarakterlərini oynayırlar toyda-mağarda…
Mən Ramiz Rövşənin oynamağını görməmişəm, yaxşi ki görməmişəm…
Ramiz Rövşənə qol qalxızacaq hava “Bakılı balasıyam” ola bilməz, “Bivəfa” heç ola bilməz, “Tərəkəmə” də sümüyünə düşməz…
Ramiz Rövşənə şabaş verilməsini heç təsəvvür edə bilmirəm…
Rüstəm İbrahimbəyovun “incimək”liyi projedir… Qabağımızda hörülən daha bir divardır…
Seymur Baycan düz yazıb!
Ramiz Rövşən daş deyil, divar deyil…
Bizi ayrılıqdan adladan körpüdür…
Min il qabaq səhv düşənləri düzəldən,
Dünyanın hər yerindən YERİ GÖRÜNƏN adamdır…
“Fəxri xiyaban”dan heykəl kimi, hansısa mandatın dalından DAŞ kimi baxmamalıdır üzümüzə…
Onun ayrı missiyası var bu dünyada…
O, İŞIĞIN RƏMZİDİR!
Div olmayan yerdəki işığın…
İt hürən tərəfdən gəlməyən işığın…
Cırtdan olmayan adamların gözünün görə bildiyi işığın…
“Daş” povestində bir yaxşı yer var:
Qızın yorğanın altına girmək də olar, gəlinin də…
Hər yorğanın altında bir həyat yaşamaq olar…
AMMA HEÇ BİR YORĞANIN ALTINA GIRMƏMƏK, AYAĞINI NECƏ UZATMAĞIN DƏRDİNƏ QALMAMAQ DA OLAR!
Bir axşam soyuqda qalmaq…
Bir gecə üşümək…
Yorğansız, döşəksiz, evsiz-eşiksiz AY İŞIĞINA BOYLANMAQ…
Soyuqda qaldıgın o axşam, üşüdüyün o gecə İŞIĞA yalvarmaq olar:
BURAXMA MƏNİ, AY İŞIĞI…
BURAXMA GEDİM, AY İŞIQ…
Üzümüzə çırpılan qapılardan, üzümüzə açılan qapılar daha qorxuludur!
Bu dünyada Əbillərin ülgücündən iti kəsən FİKİRdir, Qəzənfərlərin baltasından kəskin doğrayan İŞIQDIR, daşlardan və heykəllərdən daha canlı simvollar, rəmzlər İMZAlardır…
Bu dünyada bütün quşların başi üzülə, bütün nəğmələr qırıla, bütün ağaclar kəsilə bilər, quşların başi üzüləndə, ağacların başı kəsiləndə bir İMZAnın çıxıb deməsi bəsdir ki-
SƏN YIXILAN UCALIQLAR QALACAQ!
Ucalıqların qalması şərtdir!
Nəhayət, bizim yıxılmayan bir ucalığımız olmalı!!!
Nəhayət, bizim də İsanı çarmıxda sevənlərimiz olmalı…
Allah olmasa da, hamının atası Allah olmasa da, “adamın gərək Allahı ola”,
İsası ola,
çarmıxı ola…
Tanrı Tanrıdırsa öz elçisini, min daş altında da yenə sağ eylər…
Ramiz Rövşən oynasa-oynasa “Heyvagülü”nü oynamalı… Kim nə çalsa da…
Bir çal-çağır ölkəsində…
Bir çal-çağır ölkəsində keçmişini unudan xanımın səsi Qəbələdən gəldi…
Göy üzü DAŞ SAXLAMAZ…

1 səs2 səs3 səs4 səs5 səs (2 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

20 Şərh var
Şərh yazın »

  1. Hormetli Eldeniz bey!

    Bele bir gozel yazini mene unvanladiginiz uchun men de burdan Kopenhagene Sizin unvaniza bir qucaq tesekkur gonderirem.
    Ellerinize sagliq!
    Qeleminize quvvet!

  2. qamchi bey salam!
    mence size diqqetiniz uchun teshekkur etdim. her halda yazdiqlarin (hetta bütünü) maraqima sebeb olmasaydi sadece susardim.
    o ki qaldi benna-memar meselesine… men siz deyenleri əvvəlcədən düşünsəm yaza bilmərəm. siz meəndən dahilik istəyirsiniz. düşünmürsünüz ki, mən dahi olmaya da bilərəm. hər halda bu mənəm, bəlkə kimsə hər şeyi bacarır. amma hər halda taleh bəy bacarmamışdı. o romandan parcha kimi maraqlı bir hekayə təqdim edib. bu qədər. hətta deməzdim “cərgə” “kərpickəsən…”dən daha yaxşı idi.
    yazıçının bənnalığı vacibdir. o memar olmasa balaca yazıçı olaraq qalacaq. benna olmasa ümumiyyətlə yaza bilməyəcək.
    ola bilsin taleh bəy sizin etkiniz altında daha çox memarlığa qaçıb, ancaq bənna kimi yaxşı işləyə bilməyib. “cərgə”ni mətn olaraq xeyli ixtisarla və daha mükəmməl dillə təzədən yazmaq olar. bununçün sizinlə mərcləşə də bilərəm.
    Bir də qaldı ramiz rövşən. Mən r.r.-ni əzbər bilirəm (sheirlərini). amma bu adda nasir tanimiram. siz də eynən vaxti ilə mənim olduğum kimi r.r-ə vurulmusunuz. bu tənqidçi üçün çox təhlükəlidir. tələsik hökmlər vermək, hər hansı bir mətn üzərinə meydana adam çağırmaq gülməlidir də bir az. təbii əgər ciddisinizsə… yuxarıda “daş”dan gətirdiyiniz misallar şeir qırıntılarıdır. oxucularla zarafatlaşmasanız yaxşı olar. ramiz özü də yaxşı bilir ki onda prozaik düşüncə yoxdur. qoca yaşında sizə inanar, yaxşı olmaz.
    nə isə.
    sənə bol-bol enerji və həmişəki kimi maraqlı yazılar arzu edirəm. hər halda səni maraqla oxuyuram və açıq deyim ki, razılaşıb razılaşmamağımdan asılı olmayaraq hesablaşıram.
    qızışdır aləmi gör nə çıxır bu ölüvay məmləkətdən.

    sayğılarla Sherif A.

  3. Durğunluq illərində maraqlı bir futbolçu vardı – Maşallah Əhmədov, – bəzən xəyalında topu elə oynadardı ki, bir də görərdin topu keçib, “oyun başqa yerdə gedir”, bir də belə bir şey var: get dolanginən, xamsən hənuz, hələ bilmirsən sən vəzni-əruz…

  4. Qalib bey,

    men de tesekkur edirem ve guman edirem ki, bu yazidan sonra- sadece icden geldiyine gore, Ramiz Rovshen Elnur Astanbeyliye bir de “sert tenqid” ucun esas vermeyecek- menim ucun baslica olan, budur. UCALIGIN QALMASI…

    Sherif bey,

    sizi xususi olaraq salamlayiram!

    Once onu xahis edirem ki, meni hec zaman terefkeslikde ve ya aludecilikde teqsirli bilmeyin- bele hiss mende umumiyyetle olmur )))

    Olamdigina gore, yaxsi olar, kimise- dostum da olsa- done-done mudafie elemeyim ki, basqalarinda da bu rey yaranmasin…

    Menim sizden oyrenmek istediyim bir metleb vardi ve yuxaridaki sherhden onu elde etdim- “siz nece yazirsiniz?”. Bu mene ona gore maraqli idi ki, SIZIN HEKAYENIZI COX BEYENMISEM!

    Umumiyyetle dahi sozunden zehlem gedir, amma hesab edirem ki, siz “kerpickesen” kimi, amma metn qurgusu baximindan daha mukemmel- ki, artiq sizin gelecekde bele “sehvler” buraxmayacaginiza eminem ve tenqid de ele bunun ucundur- Azerbaycan edebiyyatinin serhedlerini asacaqsiniz. Buna sizin potensialiniz, qabiliyyetiniz ve ezminiz var…

    Men indi “Cerge” ile “Kerpickesen”i muqayise elemek ucun her ikisini tezeden oxumaliyam, buna bu deqiqe vaxt yoxdur. Ancaq siz mene yaxsi ideya verdiniz:

    Metnde memarliq baximindan-”Dash”, “Kerpickesen..” ve “Cerge”- fikir verirsinizse adlarinda da qeribe rabite var- tehlil edecem…

    “3 gun kecmez sevindirrem sizi (Haminizi)…” )))

  5. Hormetli Qamchi!

    Bayaq yazinizla bagli bir sheyi qeyd etmeyi unutdum.

    Yuxaridaki metnin menim uchun en boyuk ve en qiymetli ozelliyi ondadir ki, Siz Ramiz Rovshene bir tenqidchi kimi vurgunluqla yanashmirsiniz.

    Sairin nesr yaradiciligi ve bezen de shexsiyyeti Sizin uchun olsa-olsa tenqid, daha dogrusu eleshtiri obyektidir.

    Sizin tenqidin en boyuk ustunluyu de mence, ehkamlardan qacmaginiz, qibtedilecek serbestliyiniz, hududsuz azadliginizdir!..

  6. Hər vaxtın xeyir Şərif!

    Səni təbrik edirəm, hekayən əla idi, əla olmasına rəğmən, mənim “aləm”imdən baxanda bir-iki əskik epizod vardı, sən “memar” olsaydın yuz il qala o bosluqlari buraxmazdın. Eldənizdən fərqli olaraq, mən mətn içi boşluqlardan danişmıram. Tənqidçinin yox, yazarın tapdığı boşluqlardan söhbət edirəm. Mənə belə gəlir ki, yazarları bir birindən fərqləndirən də elə bu cür “bosluqlar” tapmaq imkanıdır. Üslub, “podxod” və başqa ferqlər də öz yerində…

    Tom Soyyerin məcəralarında bir epizod var. Kimin qardaşi güclüdür? Mübahisə qurtaranda, məlum olur ki, onların heç birinin qardaşi yoxdur…

    Əlbəttə, biz uşaq deyilik, kimin daha güclü olduğunu da müzakirəyə çıxarmırıq, amma bir mətnin tənqidi bir müəllifin şəxsi tənqidi deyil, təhqiri də deyil. Odur ki, döşə gəlsin, qağa… Sənə səmimiyyətim azalmayacaq, artacaq!

    Mən Səninlə mərc gəlirəm bir qonaqlıqdan; burada bir Dülgər Səmi vardı, Van Qoqu çox sevərdi,üstəlik Van Qoq kimi qulağımın birini kəsib sənə kabab bişirtdirməyən Ədalət Əsgəroglunun mətbuat katibi olduğu AYB-yə üzv olsun, əgər:

    Sən “Cərgə”dən

    - Dörd cümləni eyni sözlərlə və ya mətndə sözlərin təkrarlanmasına daha az nail olmaqla məndən yaxşı qura bilsən;
    - Bir abzas;
    - Bir epizod;
    - Bir qəhrəman, surət, obraz, xarakter çıxmalı olduğunu mənə sübut edə bilsən!

    Mübahisəmizin predmetsiz alınmaması üçün səndən bir suala cavab istəyirəm: “Cərgə”də avtomobil xidmət rəisinin adı niyə yoxdur? Bunu oxucu basa düşməyə bilər, tənqidçi əhəmiyyət verməyə bilər, amma yazıçı mütləq “gedişi tutmalıdır”…

    Qardaş, sən on səhifəlik mətndə 20 qoyunun axırını bir yana çıxarda bilməmisən, mənə “mala” göstərirsən…

    Cərgədə bənna işi əla idi, suvaq vurulmamışdı, rəng çəkilməmişdi- “ƏLYAZMA” HALINDA ÇIXARTMIŞDIM ORTAYA- BUNU HAMI BİLİR… Çalışacam bloga qoyum-www.pragma.azeriblog.com- indi, oradan son variantına baxarsan… Olmasa (abzaslar korlanır bloqa qoyanda), mail at (pragma_center@yahoo.com)göndərim. Dil məsələsində hər iki mətni müqayisə eləmək üçün statistikanı ortaya çıxartmaq olar, amma statistika ortaya çıxanda SÖZ EHTİYATI səni tərlədər… Sənə ipucu: tap görüm ilk iki səsi “qu” olan sözlərin neçə faizi salınıb mətnə- faiz MSK-nın 90% ilə üst üstə düşsə qonaqlıq səndən olsunmu?

    Sən öz mətnində “Cərgə”dəki “Kəf” kimi bircə söz ver ki, keçidləri təmin etsin…

    Sənin mətnində marginallaşma problemi var- müqayisə elə “babalı” Muxtarla… Get istənilən ciddi psixoloqla məsləhətləş gör, re-sosiallaşma, motivlər mübarizəsini və instinktlərin öləziməsini kim daha işləyib…

    Əsir qızın sevgisini, tövləni, kür qırağındakı evi müqayisə elə…

    psixoloji sarsıntı ilə FƏLSƏFƏdən doğan əsər başqa başqa şeydir, atam qardaşım- Azərbaycan ədəbiyyatında FƏLSƏFƏ YOX İDİ!

    Cavanşir müəllim bir məsələyə toxunmuşdu- yayğınlıq məsələsinə- Xaos nəzəriyyəsində danışan mətn xaotikləşdirmək mənim müəllif kimi uğurumdur, “ixtisar söhbəti” onu göstərir ki, sən buna ümumiyuyətlə hiss edə bilməmisən!

    Başqa bir sual: Cərgədə bir dənə də olsun düzülüş yoxdur- hərbidəki kimi. Amma var! Harada?

    Mən ölüm, “qunc” sözünü eşitmişdinmi heç?

    Səndən xahiş edirəm, SÖK BU MƏTNİ!

  7. Şərif,

    http://www.pragma.azeriblog.com

    -a qoydum son varianti. Oradan götür. Gözləyirəm, qağa.

  8. sen ne danishirsan qardash!
    oz metni barede bu cur yazmaq meni guldure biler.
    adam yazanda chox sheyler dushunur. bu o demek deyil ki, bunu oxucuya da oture bilib. ne ise. yeni varianti oxuyum, fikirlerimi swbut etmeye chalisharam. ancaq indi qenaetim beledir – senin eser haqda yazdiqlarin eserin ozunden gucludur, mene *terlemek* ve s kimi yersiz ifadeler yazmaqla hem hovselesizliyini, hem de soze munasibetde telesgenliyini sergileyirsen. bir de chox eqoistsen. ancaq butun bunlar *Cerge*deki maraqli meqamlarin yaradicisina sevgimi azaltmir. bir de prichom qoyun. iyirmi orda sherti reqemdir ve eslinde ele sona doqru, ey memar oqlan, qoyunlar qurtarir mence.
    o ki qaldi neyin adinin nece olmasi ve adlar arasinda mistik elaqeye – bunun masteri hemid herischidir. yeqin oxumushsundur. ne ise. sen yaz! menden yaxshi yaz. semimi deyirem, bunu arzu edirem.

  9. Bir daha salam Şərif,

    mən dedim axi, biz Tom Soyyer deyilik və uşaq söhbəti eləməyək…

    Mən inanıram ki, sən mənim uğurlarıma sevinərsən və hər kəsin… Səmimi. Mən də sənin hekayəndən ləzzət aldım və sevindim ki nə yaxşı bunu yazmısan…

    Mən əvvəldən demişəm ki, nə yazdığımı, “hara nə qoyduğumu” dəqiq bilirəm. Ona görə belə danışıram. Kimin xosuna gəlib gəlməməyindən asılı olmayaraq, belə də danışacam. Ya bir oğul çıxıb- söhbət ədəbiyyatı, fəlsəfəni, sosiologiyanı, psixologiyanı ən azı bu mətni şərh etmək səviyyəsində biləndən gedir- mənim “pısımı” yatırdacaq, ya dəyərini verəcək. Sənin bu işə girməyin məni çox sevindirdi. Çunki ikincini daha yaxşı yazmaq istəyirəm…

    Azərbaycanda həmişə irrasional ədəbiyyat olub, heç kim nə yazdığını bilməyib. Ona görə də, “MƏN” deyə bilməyib, başqalarından təsdiq gözləyib. Son vaxtlar “mənəm” deyənlər də boş qazan kimi danqıldayıb- Elnur Astanbəyli özü etiraf edib. Mənim kiminsə təsdiqinə ehtiyacım yoxdur.

    Mistika- Həmid Herisçiyə məxsus deyil- post-modern ədəbiyyatın özəlliyidir… Mən Həmidin Nekroloqunu oxumuşam, orada bir dənə simvol görməmişəm, amma “Babəkin canlanması”nda bir neçə simvol var. “T” hərfi kimi… O hərfi hələ heç kim tam aça bilməyib, ətrafında müzakirə getsə də… Həmid mistikanı elə yaxşı bilirsə gəlsin açsın, sevinərəm. Sözlu mistikaları isə kitabdan oxuyarsan: “ESKATO, BEBELOY!”

  10. p.s. TaNıŞ bəy, “qunc” “künc” sözünün ucqar kəndlərdə yaşayan qoca adamların işlətdiyi ləhcə variantıdı.

  11. Qunc:

    - Corabın, uzunboğaz çəkmənin dizə qədər qalxan hissəsi.

    Məstan bəy… “çəkməsinin quncundan qamçısını çıxardıb ələndə fırlatmağa başladı”. Talıblı)

    Az. dilinin izahlı lüğəti. Bakı, 1963.

    Sənin dediyin də ağlıma batdı. Amma ucqar dağ kəndindən gətirib mətnə söz salan adam, demək bu dili çox mükəmməl bilir )))

  12. Cahil cəsur olar…

  13. Cavanşir müəllim, cahil heç zaman cəsur ola bilməz, qorxaq, yaltaq, şərəfsiz olar. Babək cəsur idi, cahil idimi? Mirzə Fətəli Axundov cəsur idi, cahil idimi? Yataqxanada qurumuş çörək yeyərək özünü türməyə hazırlayan Elçibəy cahil idimi? Siz mənə bircə dənə cahil-cəsur göstərin…

    Azərbaycanda 90 faiz cahil var, hansı cəsarəti göstəriblər? Yadımdan çıxıb kimin sözüdür, deyirdi “hər biri cəsur ikən, hər biri müti oldular…” Azərbaycana “Balıq” cəsarəti, Rüstəm İbrahimbəyov cəsarəti, Anar cəsarəti lazım deyil.

    Anar 525-də həm “ümummili lider” deyir, həm məmur özbaşınalığından cəsarətlə
    yazdığından danışır. Dəhşətdir ey bu… Bu adam MOZALANlıq cəsurdur!- vaxti ilə telejurnal vardı ha, indi də Orxan Fikrətogluya tapşırıblar deyəsən.

    “Mozalan” cəsuru utanmır hələ deyir ki, mən Ramiz Rövşənlə əqidə yoldaşıyam. Ramiz Rövşən Azərbaycanda avtoritarizmə qarşı mübarizə aparanda Anar hansı düşərgədə, meydanda, qoltuqda idi?

    Onlar hamısı bitmiş fikirlərdir, bitmiş fikirlərin aqibətini isə Aqşin yaxşı yazıb!

    Cavanşir müəllim, sizdən xahiş edirəm, cəsarəti istedadından, intellektindən, dünyagörüşündən doğan adamlara yarlıq qoşmayın, quru palçıq divara yapışmır zatən!

  14. Ureyimden xeber verdiniz.

  15. Tehsildir, savaddir, elmdir, bunlar cehaleti aradan qaldirir, amma eşşəklik ebedidir…

    P.S. Sh.aga, Allah seni guldursun qardash, deyirem istenilen sozu “ucqar kendlerde yashayan qoca adamlar”in adindan soxushdurmaq olar da, hee..? -))Nedi-nedi kunc sozune oxshadi..? -))

    Qunc’da adeten qamchi olub, orasi bashqa meseledi, quncdan chixib quncunu beyenmeyen qamchini tekrar qaytarib quncuna qoymaq lazimdir, yoxsa tullamaq lazimdi atin ayaqlarinin altina… Shexsen men teklif eleyirem, qamchini quncuna qoyaq ve gozleyek pragma.ik’in kitabi satisha chixsin…

  16. Novarx, mən demişəm, yenə deyirəm: Azərbaycanda bütün streotiplər və s. kölə təfəkkürünün məhsuludur, eşşəyə münasibət də. Eşşək çox yaxşı heyvandır, zəhmətkeşdir. Bizim bugünkü təfəkkürümüzdə eşşəyə münasibət işləyən, çalışan, əlinin qabarı ilə yaşayan adama münasibətdir. Eşşək xristian aləmində İsanın miniyidir, ABŞ-da DP-nin simvoludur. Obamanı üç səddən keçirib- siyasi, kültürəl və irqi- hakimiyyətə gətirəndir. Ən pisi eşşəyə gücü çatmayıb palanı döyəcləməkdir!- bu çox qorxuludur…ÇOK!

  17. Nizami Ceferovla elaqesi olan varsa, “Yeni Musavat”daki musahibesine gore menim adimdan da ona tesekkur elesin! Adam YAP-ci olanda ne olar, durr tokulub agizindan!

  18. …cahil cəzur olar… belə də deyirlər: bu qədər cahil gördüm, sənin kimi cəsurunu görmədim. İndi mən sizin sözü başa düşmədiyinizi deməyə utanıram. Konkret olaraq bu ifadə bu məqamla bağlıydı: söhbət ciddi nəsrdənmi gedir? Parametrləri hansıdır, bunları bilməyən adamları həmişə meydan sulayan gördüm (təqribən bu şəkildə: “Füzulinin böyüklüyü onun Füzuliliyindədir…” (Asif Ata).
    Səhifələrin dolmağı, çoxlu, dal-dala, ard-arda şərhlərin yazılması bu qədər vacibdir?
    Sonra R.Rövşəni Anarla “toqquşdurmağın” (yaxud “bir-birinə calaq eləməyin”) nə mənası? Halbuki Ramiz Rövşən özü kultazda gedən yazısında başqa şey deyir.
    Məncə məsələyə bu cür yanaşmaq kökündən yanlışdır.
    Çingiz Hüseynov demişkən, “bu tamaşa”nın oyunçuları olmaq təhlükəsi bu dəfə də yan keçmədi.

  19. Hər vaxtınız xeyir, Cavanşir müəllim!

    Doğrudan da biz bir-birimizi başa düşmürük bu məsələdə. Mən hər şeyi qoyuram qırağa, belə deyə bilərəmsə, “vakuum”da “cahil cəsur olar” ifadəsinə qarşı çıxıram. Çünki mən həyatımda çox cahil görmüşəm, amma onların cəsarətini görməmişəm, cahil olmayanın təvəzokarlığından yararlanan görmüşəm. Buna öz şəxsimdə daha imkan verməyəcəm.

    Ciddi nəsrin parametrləri hansıdır? çox gözəl sualdır.

    Mən də ona görə lap əvvəldən demişəm ki, mənim nəsrim post-modern axına aiddir, onu ancaq bu cərəyanın parametrlərindən dəyərləndirmək olar. Cahil olmayan cəsur istəyirəm ki, meydana çıxıb dəyərləndirsin. Ola bilər kimsə post modern ədəbiyyatı ümumiyyətlə ciddi hesab eləməsin, məsələn Ramiz Rövşən bu cür mövqe tutur. Bu isə ayri məsələdir. Ona görə də məncə “ciddi nəsr” anlayışı zövqə, dünyagörüşə bağlı dəyişə bilər, onun konkret parametrləri yoxdur, ayrı-ayrı axınların parametrləri var ki, məhz mətnin həmin parametrlərə uyğunluğu ciddilik rəyini yaradır. Mən də o parametrləri təhlil etməyi gözləyəcəm sizdən-kitabı sizə bağışlayandan sonra.

  20. Qamçıcığım, Kopenhagen hara, sən hara?! Səni şeytan səni, səni sevsinlər səni, yaman şeymişsən. Dərs aldığın fətullah məktəbi ümid üçün çox geniş üfüqlər verirmiş.

Şərh yazın