Səxavət Sahil. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 20 Kasım, 2008

SƏN VARSAN ZAMAN KİMİ

Hardasa uzaqda-
səmanın torpaqla
birləşdiyi yerdə
dayanıbsan.
Əllərin məni çağırır…

Ot basıb yolları,
bağlanıb cığır.
Başımın üstən
keçir buludlar
ağır-ağır…

Sənə doğru gəlirəm,
uzanır zaman.
Ötənlərə qayıtmaq
zərurəti var.
Heyif,
vaxtı saxlamağı
bacarmır insan.

ƏLLƏRİM

Əllərim dalınca
ayğlayır,
ovuda bilmirəm.
Əllərimin göz yaşların
silən yoxdu.
Əllərimə hay verən,
əllərimin əlindən tutan,
boy verən yoxdu.
Ələrim yetim-yetim
tək tənha qalar,
əllərim əllərim
olmaqdan bezər

EZAMİYYƏT SEVGİSİ

Görüşmürük,
danışmırıq.
Nə bir birimizə
telefon açırıq
nə də mesaj yazırıq.
Sevirik,
çox sevirik.
gücümüz ürəyimizdə
kök salan
məhəbbətdədi.
Biz sevirik,
amma sevgimz
ezamayyətdədi


SƏNƏ OLAN MƏSAFƏ

Sənə olan məsafə
bir ömür boyu,
sənə olan məsafə
həyat qədər sonzuzdur.
Sənə olan məsafə
bir addımlıqdır-
bəzən millimetrdən də
yaxın olmuşuq.
İndi ara məsafəsi
metrlik deyil,
işıq ilinə də
ölçüsü çatmaz.
Bizim ölçü vahidi
sonsuzluq imiş.
Bunun da adına
sadəcə,
ayrılıq deyilmiş…

TƏMİR

Bir vaxtlar
Görüşdüyümüz parkı
bağlayıblar təmirə.
Əslində indi
yoxdur bunun
bir əhəmiyyəti.
Çünki, biz də
təmirə dayandırmışıq
aramızdakı məhəbbəti.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

8 Şərh var
Şərh yazın »

  1. Salam, Sexavet muellim… Qardash, o deqiqe bilinir ki, musabiqe tecruben yoxdu, munsif eline dushmemisen… Bax, senin o axirinci “Temir” “sheiri”n var haa, sen onu yazmaga, men de onu oxumaga serf elediyimiz kalorini hech adama iki şiş qaban kababindan da ala bilmerik… Eslinde orijinali bele olmali olan dialoqu sen “sheir” adina minbir eziyyetle qoyubsan ortaya:

    - Xeberin var daa…
    - Noolub..?
    - Ay qiz, o park vardi haa, gorushurduk herdenbir…
    - Hee…
    - Ne hee, baglayiblar e o parki…
    - Be niye..?
    - Deyir guya remont eleyecekler…
    - Əşşi, cehenneme ki…
    - Hee… deyirem, gorushurduk ee, orda, herdenbir…
    - Qulas as, senin niyyetin bashqadi, parki-zadi behane eleme, ishim-gucum var menim…
    - Onda deyirem belke vaxtin olanda..?
    - Baxariq-baxariq, poka…
    - Ele get, deyme toka… -))

    Gordun, neye lazimdi adi heyat hadiselerini dramatikleshdirib oxuyuculari da, ozunu de gergin psixoloji veziyyetlere salib-chixarmaq..? -))

    Zarafatsiz, ugurlar… Amma deyim ki, o “Ellerim”e aid hardasa oxumushdum men, sehv elemiremse, Qeshem muellimin oxshar sheiri olmalidi…

  2. sexavet sene besh. oxudum sherlerini, deyesen senin adini atv-nin xberlerinden eshidirem. oarad muxbirden, operatorda ishlermisen?

    hec kime de fikir verme. yaz kef ele.

  3. deyildilel bu usaq namiqe oxsayil inanmildim :)

  4. şeirləri kimə yazdığın hər ikimizə bəllidir.şeirlərini oxudum,çox təsirləndim,hətda ağladım.senin demək olarkı axırıncı yazılarının hamısını oxumuşam,senden xəbərsiz.senin uğurlarını ğörüb ürəkdən sevinirəm.xahiş edirəm, həkimlərə də şeir yaz,çox xahiş edirəm.

  5. Dərgilərdə “şeir” adı altında o qədər ədəbsizlik mətnləri yazılır ki, ədəbli bir yazı görəndə az qalırsan bıdiiliyi bir tərəfə qoyub o müəllifi ürəkdən təbrik edəsən! Bu mənada Səxavət Sahili təbrik edirəm.
    Novardın şərhi də mətləbə uyğundur.
    Ciddiliyə qalsa isə, əslində məhəbbət də bir elmdir, mənəviyyat məktəbidir. O elmdə şagird, Əliağa Vahid, ustad isə dahi Füzuli olub. Kamasutra bəlkə də ekstremallar üçündür, elm kimi isə X əsr ərəb alimi İbn Xazmın “Göyərçin boyunbağısı” maraqlı mənbədir. Ustad Füzuli də güman ki o kitabdan da bəhrələnib. Onu oxuyan məhəbbət şeirləri yazmasa da məhbbətlə şəhvəti qatışıq salmaz.

  6. Salam. Səxavət Sahil, sizi burda görməyimə çox şadam! Səhv etmirəmsə, yeni kitabınız işıq üzü görüb. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm! Gözəl şairimiz, eyni zamanda gözəl insan olan Xaliq Şükürlünün də şeirlərini burda görmək istəyərdim. Uğurlar sizə!
    Elməddin (Beyləqan rayonu)

  7. Ay allah, çox maraqlıdır. Görəsən bu şeyiirlərin yaranmasının səbəbkarı oxuyurmu bunları? Əladı, halaldı sənə….

  8. salam
    eslinde men bura cox tesadufi daxil oldum amma shekilini gorub deli oldum.
    isterdim senle yaxindan tanish olmag.

Şərh yazın