Postmodernim nəzəriyyəsi haqqında Azərbaycanda ilk kitab!

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 21 Kasım, 2008

Nərmin Kamalın “Umberto Eco və Postmodernizm fəlsəfəsi” kitabı işıq üzü gördü

Kultaz:
Artıq Postmodernizmə dair Azərbaycan dilində də nəzəri mənbə var.
Nərmin Kamalın “Umberto Eco və Postmodernizm fəlsəfəsi” kitabı “Qanun” nəşriyyatında çapdan çıxıb.
Kitabda müəllifin adı qeyd edilməyib və bu, belə izah edilib: “Yazan yox, yazılan önəmlidir”.
Kitabın üz qabığının dizaynı İrandan Ayxan Əlizadənin, arxa qabığının dizaynı Orxan Eypindir.
Kitab bu gündən “Qanun” nəşriyyatında satışdadır. Bazar ertesindən etibarən isə Nizami muzeyinin altındakı kitab mağazasında, “Akademkitab”da və “Alma” qezetinin redaksiyasında satışda olacaq.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 1,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın