Azərbaycanın “Kurtlar Vadisi”
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Kasım, 2008
ANS Şirkətlər Qrupunun prezidentinin ssenarisi əsasında çəkilən yeni filmin təqdimatı noyabrın 24-də olacaq!
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin ssenari müəllifliyi və prodüsserliyi ilə “Bakıfilm” studiyası Azərbaycanda ilk dəfə siyasi triller janrında film çəkib. “Kultaz”-ın məlumatına görə, “Seçilən” adlanan filminin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir.
93 dəqiqəlik kəskin süjetli filmdə Ermənistan tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Effektli partlayış, döyüş, ölüm səhnələri ilə bol olan ekran əsərinin büdcəsinin yetərincə böyük olduğu bildirilir.
ANS-Press-in verdiyi xəbərə görə, filmdə İlham Əliyevi aktyor Qurban Səlimov, Serj Sarkisyanı Əlibaba Əsgərov, Robert Köçaryanı Nazir Rüstəmov, Zorik Babayanı Kazım Abdullayev ifa edib.
Filmin premyerası noyabrın 24-də Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında olacaq. Burda ilk dəfə Hollivudda keçirilən film təqdimatlarında olduğu kimi, təntənəli açılış, aktyorların binaya daxil olacaqları qırmızı cığır göz oxşayacaq. Paytaxt tamaşaçısı isə “Seçilən”lə noyabrın 25, 26, 27 və 28-i məhz bu teatrda tanış olacaq.
Film gündə iki dəfə saat 19.00 və 21.00-da nümayiş etdiriləcək. Qeyd edək ki, biletlərin qiyməti 5 manatdır.






Yüklənir...
Salam!mende sizin cekdiyiniz kino-filmlerde yer almaq isterdim!
bacariqliçistedadli ozune guvenen biriyem!
050 649 19 49 Azer