Qan Turalı. Kimdir elita?

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 22 Kasım, 2008

Bakı haqqında yazı

Azərbaycanda elita olmayıb. Daha doğrusu o fiziki cəhətdən məhv edilib. Söhbət 30-cu illərdən gedir. O zamanlara qədər çox güclü aydınlar vardı. Milli dildə məktəb demək olar ki, yox idi, amma milli ziyalılar vardı. Onları bir daha xatırlayaq: Mirzə Fətəli, Mirzə Cəlil, Cavid, Məmməd Əmin, Əli bəy Hüseynzadə və başqaları.

    Sovet dönəmi bu elitanı fiziki olaraq məhv etdi. Onların bir qismi xaricə getdi, (Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə), bir qismi susmağa məcbur oldu (Üzeyir bəy, Mirzə Cəlil), bir qismi məhv edildi (Müşfiq, Əhməd Cavad), Yusif Vəzir, Cavid isə sürgün olundu.

    Sovet hökumətinin məqsədi öz elitasını formalaşdırmaq idi. Lakin bu asan şey deyildi. Çünki elita süni şəkildə yaranmır. Elitanı sözün bütün mənalarında xalq yaradır. Elitanı ictimai şərait yaradır.

    Orta Əsrlərdə elitaya aristokratiya sinfi mənsub idi. Bu elitanın əsas cəhəti onun irsi olmağı idi. Belə ki, bu dönəmlərdə heç kim sinif, zümrə dəyişdirmirdi. Şah oğlu şah olurdu, rəiyyət oğlu rəiyyət.

    Amma Yeni Dövrdə mürəkkbələşən ictimai münasibətlər aşağı təbəqələrin yüksək siniflərə keçməsinə şərait yaratdı. Çünki artıq cəmiyyət şah qanunlarıyla idarə edilmirdi, sənaye, mətbuat, təhsil sahələri intellektual əmək qüvvəsi tələb edirdi.

    Bəli, Sovet hökuməti elitanı məhv etdi. Özünə yeni elita yaratdı. Bu elitanın bəzi üzvləri qırılmış bəylərin, xanların övladları idi. Misal üçün, Anar Rzayevin babası Xudadat bəy Rəfibəyli Gəncə qubernatoru olmuşdu. Onun övladlarının bir qismi repressiya olundu, digər qismi isə Türkiyəyə qaçdı. Xudadat bəyin elə övladları da tapıldı ki, əli ailələrinin qanlarına batmış Sovet hökumətinin məddahlarına çevrildilər. Elitanın əsas hissəsi isə rəiyyətlərdən formalaşdı.

    60-cı illərdən Bakıda yeni elitanın ilk əlamətləri formalaşmağa başladı. Onlar erməni, rus və şəxsiyyətlərini, milli xarakterlərini itirmiş Azərbaycanlılar idi. Onların heç biri Azərbaycan dilini bilmir, bu dildə danışan adamlara “çuşka” deyirdilər.

    Lakin onlarla “çuşka”adlandırdıqları kəndli balalarının mübarizəsi elə də asan olmadı. Çünki kəndli balaları oxuyub ali təhsil aldılar, yazıçılar yetişdirdilər, ortaya alimlər çıxartdılar. Bakı mühiti isə qısır idi.

    Nə yazmağından asılı olmayaraq yazarlar ordusuna fikir verin: İsa Hüseynov, İsmayıl Şıxlı, Əkrəm Əylisli, Səməd Vurğun, əvvəllərdən götürəndə Cavid, Cabbarlı, Üzeyir bəy və daha onlarlası Bakılı deyildilər. Qılman İlkinə isə “İlkin” təxəllüsü Bakıdan çıxan ilk yazıçı olmağına görə verilmişdi.

    O günkü Bakının o zamankı mənəvi-intellektual səviyyəsi ilə öyünənlərin yadına Bakı kəndlərini, Kubinkanı, Sovetski küçəsini salmaq pis olmazdı. Bakı elə təhsilli, mədəni idisə, Bakının mədəni səviyyəsi o qədər yüksək idisə elə öz ətrafını mədəniləşdirərdi, təhsil verərdi. Təsəvvür edin ki, Füzulinin istənilən kəndində olan ali təhsilli adam sayı Bakının istənilən kəndindəki ali təhsilli adam sayından dəfələrlə artıq idi.

    Elitanın əsas xüsusiyyətlərindən biri də xalqa güclü təsir imkanlarının olmasıdır. Çünki məhz öz bağrından çıxartdığı övladlarının əli ilə bütün xalq qurtuluş tapır, maariflənir.

    Bakıda formalaşmış mədəniyyət kütlə mədəniyyəti idi. Bakının elita mədəniyyəti olmadı. Bu mədəniyyətin əsas əlamətləri “Dolya Vorovskaya”, “Madam Papuqay” sayıla bilərdi. Bu mədəniyyətin kökü Bakıda formalaşmış hibrid mədəniyyət idi, onun heç bir milli kökü yox idi. Onun daşıyıcıları isə Aşura estetikasını daşıyan savadsız, cahil insanlar idi. Bu reallığı Rüstəm İbrahimbəyov “Bir cənub şəhərində” filmində yaxşı göstərib, lakin onun həsrətini çəkdiyi obyektin özü xeyli dərəcədə primitiv və bayağıdır. Azərbaycanın heç bir yerində bu cür mədəniyyət yox idi və Azərbaycanın heç bir yerində maarifə, elmə, oxumuş adama Bakı məhəllələrində olan qədər dərin nifrət yox idi. Və belə bir mədəniyyət də Cingiz Abdullayev yetişdirməli idi, onun İsa Hüseynov yetişdirməyə taqəti yox idi.

    Amma onlar bəzi rıçaqları ələ keçirtdilər. Bir qisim əyalətlilər də rus dilini öyrənib onların tərəfinə keçdilər.

    Sovetlər dağıldıqdan sonra Bakı sürətlə başqa millətlərdən təmizləndi. Bakı estetikası darmadağın edildi. Köhnə məhəllələri buldozerin qabağına verib orda göydələnlər tikdilər. O məhəllələrdə yaşayanların hərəsi bir yerə dağıldı. Tamaşa başa çatdı.

    Bəli, bizim elitamız yoxdur. O hələ yeni-yeni formalaşır. Kənddən gələnlər də yeni elita formalaşdıra bilmədilər. Çünki elitanı ilk növbədə ictimai şərait formalaşdırır. Əli hökumətin cibində olan adamdan nə elita? Elita ilk növbədə kapitalizm dövrünün məhsuludur. Bu gün hakimiyyətin yalını yeyib bir-biriylə “elita“ davasına çıxanlara baxanda ürəyim bulanır. Onların heç bir hissəsi elita deyil. Onların elitaya heç bir aidiyyatları yoxdur. Elitaya mənsub olan adam hər şeydən əvvəl müstəqil olmalıdır. Yaltaq yox.

    Bəli, nə dünən müsavatçı, bu gün YAP-çı olan Nizami Cəfərovun elitaya dəxli var, nə də İbrahim Bayandurlunun dediyi kimi Elmar Hüseynov öldürüləndə susan Rüstəm İbrahimbəyovun. Hər ikisi xalqın ağır günlərində susublar, ona görə də elita üçün gərəkli olan xarakter tələbini heç minimum şəkildə ödəmirlər.

    Rüstəm İbrahimbəyova gəldikdə isə onun müsahibəsi ətrafında şou düzəltmək lazım deyil. Düzdür, o nə qazanıbsa öz istedadı hesabına qazanıb, onun indiyənə qədər susmağını da mən satılmış ziyalı mövqeyi saymıram, sadəcə olaraq ona görə ki, Rüstəm bəy üçün bu xalq, onun problemləri heç bir halda maraqlı deyil.

    Elitaya mənsub olan şəxs sözün bütün mənalarında xalqın içindən çıxmalı, yüksək savada, dərin intellektə malik olmalı və xalqın bu halı üçün ürəyi parçalanmalı, xalq üçün çalışmalıdır. Bax, elita, Qənimət Zahiddir, Mirzə Sakitdir, Eynulladır, Xaliq Bahadırdır, Zamin Hacıdır, Seymur Baycandır, Xaliq Kazımlıdır, Murad Köhnəqaladır, Hikmət Sabiroğludur, Hüseynbala Səlimovdur, Rafiq Tağıdır, Şahvələd Çobanoğludur.

    Başqa sözə gərək yoxdur.

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 3,00 ilə 5 arası)
Loading ... Loading ...

42 Şərh var
Şərh yazın »

  1. Her vaxtın xeyir Qan Tural!

    Yazın gozeldir, bir sıra meselelerde baltanı koke vura bilmisen. Amma senin mutalien ne qeder cox olsa da, incime, elita nezeriyyelerini yaxsi oxumamisan. Muasir nezeriyyelerde elita- REQABET VE SECİM MEXANİZMİNE dayanır.Azerbaycanda elita hec vaxt olmayib, indi de yoxdur. CUNKİ siyasi elitani ve kontr elitani formalasdiran AZAD SECKİLER, iqtisadi elitani formalasdiran AZAD BAZAR, MEDENİ ELİTANI FORMALASDİRAN AZAD SOZ YOXDUR Azerbaycanda. Adlarini cekdiyin adamlar da- hamisi deyerli ve menim birer birer sevdiyim insanlar olsa da, elita deyiller. Bele getse, hec olmayacaqlar da…

    Bunu ona gore deyirem ki, meselenin kokune getmek lazimdir, anlayislarla manipulyasiya etmek yox! Uğurlar!

    T.Şahsuvarlı

  2. Taleh salam.
    Elita nəzəriyyələrini bilirəm.
    Yazmışam ki, elitanı ictimai münasibətlər formalaşdırır və totalitar sistemdə elita mövcud ol bilməz.
    Uzun-uzun yazmağa isə nə yer var, nə vaxt, nə də həvəs…

  3. Icaze ver, fikrimde qalim:

    Nə Moscave-ni və Pareto-nu oxumamisan!- oxusan bele neticeye mumkun deyildi, gelesen…

    Totalitar sistemde elita movcud ola bilmezse, adlarini cekdiyin adamlar nece elit oldu? Onlari kim seçdi? Murad Kohneqala Space de dedi ki “gonume hele indi isti kecir”- elit adam bele danisa bilmez. Mirze Sakitin seirlerinin elit insana yerli-dibli dexli yoxdur, Seymur Baycan bildiyim qeder ozunu underground hesab edir, Şahveled ÇOBANOĞLU imzası her seyi deyir, Eynulla turmede yox, YAP-da qalsaydi, indi onu da sokurduk ))) Hikmet bey,Zamin ve Xaliq menim ki lehcede danisirlar hele… Rafiq Tağı ve Huseynbala Selimov- en yaxsi halda kontr elit adlandirmaq olar- biri muxalif partiya sedrinin musaviri, biri de AYO-nun basqani olduguna gore. Xaliq bey ise anadan inqilabci dogulub!

  4. Tural, axirinci siyahida senin adin niye yoxdu? Gozduyursen ki, onu da biz elave eleyek? -)))
    Tural, ne deyirsen-de, sadece bir weyi unutma!!!- Baki ele yarandigi gunden senin sadaladigin yerlerden gelenler ucun stanok olub. Onlarin o gucu vardisa ele oz yawadiqlari yerlerde elita olaydilar!!! Bakinin suyundan icmeyen, Kubinkasinda firladilmayan, Sovetskisinde doyulmeyen bir dene “cuwka” yoxdur ki, sonradan sen dediyin o “ZIYALIDAN” olsun. Her zaman komplekssizlikden daniwirsan, amma ozun nece bogulursansa kompleksden, (tebii ki, bakililar yaninda)bunun hec ozun de ferqinde deilsen. Bir BAKILI kimi bir weyi deye bilerem – biz daim iwletmeye ustunluk vermiwik. rahat adamlariq, biz bundan raziyiq. Pisdi, yaxwidi, daha bunun ferqi yoxdu, biz BUYUQ ve bundan MEMNUNUQ! Ve gunun bu gununde de “cuwka” ele “cuwkadir” bizimcun – eyninde zer-ziba olsa da, bawinda minlerle kitabin ezberi olsa da, savadi qicqirib qulaqlarindan tokulse de! “Cuwka” her yerde, hemiwe “CUWKADIR”!
    Saygiklarmla

  5. Bir de ki, umumiyyetle hamiya deyirem, elita axtaranda niye Baki ve digerleri qarwi-qarwiya qoyulur. He, Bakida yoxdur deyirsiz, hec olmasin, daha yawadiginiz bu wehere qezeb niye? Onda gedin elita emele getiren rayonlarda yawayin da. Temboli oralarda indi islahatlar-zadlar da var. Idman kompleksleri tikilib suzuycun, tibb merkezleri var, eliller ucun evler tikilib pay verilir, tarix-diyarwunasliq muzeyleriviz var. Ne bilim e, esl ELITA yaradan werait yaradilib, gedin de))))

  6. Sevinc,

    yene meni ve KULTAZ-daki maarifcilik fealiyyetine gore Zahiri- xahis edirem onu “h”-sina deyme- deyerdim, bir az xeberi var elit teorilerinden ))))))))

  7. Taleh, olsun da))
    Bilirsen, Bakini hiss etmirler e. Hem de bakililarin yaninda o qeder narahat olurlar ki)) Ozu de bu, dede-babadan gelir e. Kompleksler de genle kecermiw)))

  8. Hüseynbalanı kontr-elita sayırsansa deməli İlham Əliyevi də elita hesab edirsən…

  9. Siyahıya bir də diqqətlə baxdım, təəssüf ki, orda ŞƏkidən heç kim yoxdur. Gərək Hikmət Hacızadənin də adını əlavə edərdim…

  10. ele menim sozumun cani da budur da bayaqdan… KI ne o elitadir, ne bu kontr… Bu beyin hemlesiydi sene- “mozqvoy sturm”- gordun nece ele verdin ozunu )))

  11. *firladilmayan* – sevinc xanimin sozudu. ama adini bilmediyim bir kisi *alcaldilmis ve tehqir olunmus adamlar* yazib/hec yarastirmadim sevin kimi qiza- *firladilmayan*

  12. ay tural suoer yazmisan. Ancaq elita kimi teqdim etdiytin siyahi duz tertib olunmayib qardash cani. axi yazdi sherin hec bir menasi olmayan. ikinci sinif seviyyyseinde de mentiq tapmaq mumkum olmayan adamas (sair demeye dilim gelmir) nece elita deyirsen? butun bunlara baxmayaraq sen bu gun mohteshem yazirsan. bir de bu yazini oxuyan kimi mene zeng ele, tecili shekilde ishim var.

  13. Hani siyasi, iqtisadi, medeni elita haqqinda fikirler..? Chox zeif tehlildir, hiss olunur ki, muellifin bezi kompleksleri var… Bu boyda yazi evezine ele bir cumle yazsaydin ki, edebi elitamizin numayendeleri Qazax-Agstafa tereflerden chixib, niyyetin belli olardi… Gel komek eleyim sene; bir gun sehv elemiremse, Huseyn Arif’den harali oldugunu sorushanda – Aye, adam harali olar, adam qazaxli olar dana, deyib…

  14. Bizə Elita Lazımdırmı?

    Mövzu ilə bağlı fikirlərimi daha geniş yazmaq fikrim olsa da, vaxt azlığından fikrimi elə buradaca bildirmək qərarına gəldim.
    Öncədən deyim ki, bu mövzuda “Kultaz”da çıxış edən Firudinin və Qan Turalının mövqelərini demək olar ki, tam paylaşıram. Yalnız iki vacib məqamı çıxmaq şərti ilə. Birinci məsələni Taleh düz qoyub: totalitar sitemlərdə elita olmur. Uzaqbaşı psevdoelita olur- bizdəki kimi. Sovet döpvründə də, indi də belədir. Bu mənada Turalın çıxardığı birinci nəticə doğrudur- bizdə elita adına iddia edənlərin buna dəxli yoxdur. Elita hesab etdikləri- andeqraund, və ya kontr-elitadır.

    İkinci məsələ isə, Bakının urbanistik ruhunun olub-olmamsı ilə bağlıdır. Razıyam, Bakı urbanistik ruhdan uzaqdır. Bakı kultunu formalaşdıran doğrudan da, belə demək mümkünsə, Sovetski, İçərişəhər, Maştağa, Kubinka və s. kənd, məhəllə və qədim küçələrin adət-ənənələri, yaşam tərzləri üzərində formalaşıb. Bu isə ELİTAR kültürdən uzaq olmaqla yanaşı, həm də ona QARŞIdır. Vurğulamaq istədiyim məqam da məhz budur- QARŞIdır. Bu mənada BAKI kultu antielit olmaqla qalmır, həm də andeqraundur. Onun meyxanası, onun danışıq tərzi, onun davranış və adətləri elitaya, operaya, akademik musiqiyə və kübar qaydalara qarşı yönəlib. Həmişə belə olub, yəqin ki, belə də qalacaq. Sovet dövründə Bakını nə qədər süni şəkildə urbanistik tərəfə çəkmək istəsələr də, alınmadı. Adını nə qoymağımızdan asılı olmayaraq, Bakı Kultu Azərbayacana paraşütlə gətirilən istənilən mədəniyyəti yeyib. Bu yaxşıdır, yoxsa pisdir- artıq başqa söhbətin mövzusudur.

    Taleh elə gətirib ki, Azərbaycanın ən qədim, ən köklü şəhərlərindən biri Təbriz də ELİTA deyil, hər zaman inqilabların, üsyanların beşiyi olan bu şəhər bu gün ruhu etibari ilə andeqraundur. Bakı və Təbriz yalnız bu mənada- kobud desək, zirzəmidə, andeqraundun yarandığı məkanda qoşalaşır, əkiz, qardaş şəhərlərə çevrilirlər.

    Ən nəhayət, bizə elita lazımdırmı?

    Məncə, müzakirələrin səmti məhz bu məqama yönəlsə, daha səmərəli olar.

  15. Zahir beyin sualina kecek:

    Elita nedir?- IDARE EDEN AZLIQ!

    Kim idare etmelidir?

    Secilmishler!

    Kimin secdikleri?

    - Dine gore tanrinin!
    - Eneneye gore soylularin!
    - Demokratiyaya gore xalqin!

    Din ve enene birlesib MONARXIYA YARADIR…

    Demokratiya secim imkanini XALQA, secilmek imkaninin HER KESE VERIR!

    Her kesin ozunu reallasdira- SECDIRE bileceyi mekan SHEHERLER ve MEQAPOLISLERDIR!

    Seher- rayonun hesabina genislenir, qapilari aciq!

    SHeher kutlevi medeniyyet yaradir…

    Kutlevi medeniyyetden FERQLENEN ADAMLAR yetisdirir…

    Elitarliq- submedeniyyetdir…

    Baki sub medeniyyetinin en bariz numunesi meyxanadir…

    BAKI ELITAR SEHER DEYIL- Z.E. haqli.

    Azerbaycanda elitarlasma nisbeten ve nisbeten Sushada olub…

    Turkiyede Galatasaray litseyi var, Fransiz kulturasinin tesiri ile elitar adamlar yetisdirir…

    BDU- elitar adam yetisdire bilmir…

    Cunki sosial temcilcilik enenesi yoxdur…

    Sosial temsilciliyi- iqtisadi azadliq yaradir…

    Iqtisadi azadliq siyasi ust qurumu yaradir…

    Siyasete baxis- medeni muxteliflik yaradir.

    Biz de siyasete 90 faiz eyni cur baxir! 90 faiz eyni cur dusunen cemiyyet deyil, surudur!

    BIZE ELITA LAZIMDIR SUALINDAN QABAQ BIRI DE VAR- BIZE XALQ LAZIMDIRMI?

    Rustem Ibrahimbeyova lazim deyil, Elcine, Anara, Ilham Eliyeve, (ortada aile faktoru varken) lap ele Allahsukur Pasazadeye (omurluk seyx secilmishken) de lazim deyil.

    AMMA MENE LAZIMDIR!

    CUNKI SECILMEK ISTEYIREM!

    Secilmek menim haqqimdir!

    Qan Tural onda sehvdir ki, adamlari teyin edir!

  16. dava elemeyin. Turali ozlerini Baki elitasi adlandiranlarin “gelmeler”i “cuska” adlandirmasi qizisdirib. o, ozu de yerli olmadigi ucun bu sozu qulaqlarindan yan kecire bilmedi. ama men Bakiliyam. ve ona demek isteyirem ki, Bakili ucun “cuska” kenardan gelenler deyil.medeniyyeti olmayanlardir. ozunu apara bilmeyenler. yeni demek bizim o ki var yerli “cuska”larimiz da var. cox kobud sozdu. bu soz ancaq 60-70-ci illerin nostaljisi ile yasayanlarin leksikonunda aktualdir. indi ne BAKİ var, ne de sheher medeniyyeti.
    ona qalsa eyalet insani da Bakililari exlaqsiz hesab edir. indi artiq haraliligin ehemiyyeti yoxdur. Azerbaycan boyuk bir kenddir. kuce lotulariyla, sarsaq agsaqqallariyla, sarsaq adetleriyle vahid ve axmaq 1 yerdir.

  17. Adam, sen meseleye cox besit yanasirsan- baxmayaraq ki haqlisan! Biz cuskani muzakire elemirik, Mosu demish, Nesimi, Nizami, Fuzuli,- hamisi cuska olmuyuflarmi? )))

  18. ”Ən nəhayət, bizə elita lazımdırmı?”

    Yatmish xalqin oyanmasi ucun vacibdir…

  19. Baba, yatmish xalq elita formalasdira bilmez- ELITA AYIQ XALQA MEXSUS ZUMREDIR.

  20. 1989 tarixi.Bulvar.Baki elitasi burada it otarir.Tariximizin facievi sehifeleri ssenarilendiyi bir vaxtda…

  21. Salam Tural. Niye bu qeder sehve yol veririsen. Axi Natiq Gulehmedoglunun bu xalq ucun eledikleri Zamin Hacinin etdiklerinden COXDUR…..Zaminin adinin evezine Natiqi yazsaydin yazin daha ela alinardi.

  22. Uzunchuluga ehtiyac gormurem. Yazi chox berbad bir yazidir. Hiss olunur ki, muellif telem-telesik bu “xod-geden” movzuda “oz sozunu” demek isteyib ve haminin gozlediyi bir netice de alinib. Yeri gelmishken, sechdiyin movzunu yazmaqla qarshiya hansi meqsed qoyulur – adini “siyahiya” salmaq, yoxsa deyilmeyen sozu demek – bu qerari vermeyin ozu de elitlik teleb edir. Qan Turalinin Ziya Memmedova yaxshi mektub yazi yazmagi var ki, mence o ishi meselen Firudin gorseydi, o qeder yaxshi alinmazdi :-)

  23. Bakini en yaxshi mudafie eden Chilgindir. Baxin – esil bakili ele danishir ve ele yazir!
    Qardashlar ve bacilar, siz deyen elita burjua cemiyyetine aiddir. feodalizme yox.
    Ulvi, firudinin de ziya memmedova mektubu pis deyildi fikrimce.

  24. Mənə elə gəlir ki, əsas iradlar siyahı ilə bağlıdır. Onu genişləndirmək olardı, amma qısaltmaq heç cür.

  25. Tural son zamanlar yaman tenbelleshib…

  26. Əziz qardaşım Tural,

    şəxsən mənim iradım siyahıya salınan adıara deyil- Əbülfəz bəy demiş, məsələnin qoyuluşunun düz olmamasıdır. Məsələnin düz qoyuluşu necədir? Mən yazmışam bunu Zahir Əzəmətə cavabda. Sən deyirsən: “Azərbaycanda elita olmayıb. Daha doğrusu o fiziki cəhətdən məhv edilib. Söhbət 30-cu illərdən gedir. O zamanlara qədər çox güclü aydınlar vardı”- ardıcıllığa fikir ver, aydınlar- mədəni və üçüncü elitadır, sən aydınları qoyursan hamıdan qabağa. ADR-in zamanında da elita yox idi, cunki ADR de secki kecirilmemisdi, sovet dpvrunde de senin kimi siyahı tuturdular, indi de. Mesele SECİM meselesi. Men Florayla bagli yazmisdim bir defe, kimin xalq artisti coxdur, mesele bu deyil. Mesele tefekkure dayanmalidir, tutalim muxalifet xalq artisti titulunun legvini teleb etmeli, Floroya demeli idi ki, menim siramda imtina et tituldan, onu sene biz versek de… Shexsen sen meni o siyahiya salsan- ki, oradaki adamlarin her birinden daha keskin yazmisam yeri gelende- men gulerdim. Cunki bir olkede birinci sexs elita deyilse, qalanlarinin ozunu elita hesab elemesi ononizmdir. Senin bu yazin, incime- ele Rustem İbrahimbeyova, Anara ve onlari cesaret veren proyekte xidmet etmekdir- bilmeden! Baki-rayon qarsidurmasi yaratmaq klanlar arasi davaya xidmet edir. O davadan EN YENİ XETT qalib cixacaq.

  27. TURAL QANLI VƏ YA QNLI TURAL MÜƏLLİM.
    SİZ ÇOX MÜKƏMMƏL OYUNÇUSUNUZ. SƏNİN ELİTA BARƏDƏ DEDİKLƏRİNİN BİR QİSMİ İLƏ RAZIYAM.
    -YAZIDA QÜSURLAR VƏ NÖQSANLAR OLSA DA MARAQLI YANAŞMA TƏRZİN VAR. ANCAQ YAMAN DİQQƏTSİZ YANAŞMISAN.
    TƏLƏMTƏLƏSİK TƏRTİB ELƏDİYİN SİYAHİDƏKİ ELİTACIQLARDI. AXI SEYMUR HEÇ VAXT ELİTA OLA BİLMƏZ.
    ÇÜNKİ KÖRPÜSALANLAR KİMİ SƏVİYYƏSİZ BİR ROMANIN MÜƏLLİFİ ELİTA OLA BİLMƏZ.
    YADINDAN ÇIXARMA Kİ, SƏNİN SİYAHİNDƏ QƏŞƏM N-ZADƏ, SƏRVAZ H-OĞLU, OKTAY H-MUSALI… VƏ BU QƏBİLDƏN OLAN ƏDƏBİYYAT FƏDAİLƏRİ YOXDURSA ONDA SƏNİN SADALADIĞIN ELİTA BİR KÖPÜKLÜKDƏ DEYİL.
    HƏ… BİR DƏ YADIMDAN ÇIXMIŞDI YƏQİN SƏNDƏ ELİTANIN SİYAHİSİNDƏ OLMAQ İSTƏRDİN.
    KASIB VƏ LÜT YAZAR ELİTASI……………………
    ANCAQ MƏN TƏKLİF ELƏDİYİM SİYAHİ MƏNCƏ DAHA MARAQLIDIR.
    NAMİQ QARAÇUXURLU
    NAMİQ MƏNA
    AĞAMİRZƏ
    FAİQ AĞAYEV
    FAYTONÇU NAZİM
    ELARİZ
    NADİR QAFARZADƏ
    …………
    ……….
    VƏ SAİR VƏ İLAXİR

  28. Hormetli Tural!
    Hormetli Taleh!

    Her ikinizi salamlayiram. Chox gozel polemikadir.
    Mene ele gelir ki, her ikinizin dediyinde heqiqet payi var.
    Taleh dogru deyir ki, (incime, Tural) yazida qoyulan meqsede chatilmayib, elita nedir, bizde elita varmi suallarina burda verilen cavablar yarimchiqdir.

    Mence, Turalin yazisinda elitanin umumi menzeresi yaradilmadigindan yazi bitkin sayila bilmez.
    Taleh bu menada yanashmalarinda haqlidir.

    Turalin haqli oldugu meqam ise ondan ibaretdir ki, bugun Azerbaycan cemiyyetine Rustem Ibrahimbeyov yox, Qenimet Zahid lazimdir.

    Tural men seninle yuzde-yuz raziyam ki, indi bize ne yaxsh rejissor, ne yaxshi iqtisadchi, ne de yaxshi yazichi lazimdir.

    Azerbaycan cemiyyeti suruklendiyi bataqliqdan chixmaq uchun ona YAXSHI INSAN lazimdir.

    Qənimət Zahid kimi, Mirzə Sakit kimi, Zamin Hacı kimi yxashi insan…

  29. Maraqlidir… Tural, umumiyyetle Azeribaycanda elita olmayib, bununla razilasmaq olar. Qaldi ki, Bakiya, Baki min il de kecse sheher olmayacaq. Ele boyuk bir kendistan olaraq qalacaq. Ancaq cilgin da maraqli bir qeyd edib. Gedib kendde hemin elitani yaradin da? Ay-hay, hara gedirsiniz? Bakidan iki yox dordelli yapisirsiniz.

  30. Elitanı siyasi amillərlə, seçki ilə bağlamaq yanaşması yalan olmasa da məhduddur. Çünki biz burda mədəni elitadan danışırıq. Mirzə Cəlil bəlkə referendumla yazıçı olmuşdu? Bir şey var ki, cəmiyyətdə azad iqtisadi münasibətlər sistemi formalaşdıqdan sonra elita da formalaşa bilər.

    Çünki biz Orta Əsr elitasından danışmırıq. Bu irsi elita idi.

    Həqiqi elita bizdə XIX əsrin sonlarından başlayaraq yaranmağa başladı.

    Hörmətli Qalib bəyin Rüstəmlə bağlı yazdıqlarına bir əlavə də edirəm. Rüstəm niyə Azəri elitasına aid deyil? Çünki Rüstəm sözün bütün mənalarında Azərbaycanlı deyil.

    Burda Elçibəydən bir sitat gətirəcəm: Mən gedim Avropadan xalq gətirim? Bəli, elita da ictimai münasibətlər sistemində məhz burda formalaşmalıdır.

  31. Tural, sözü göyərtmək yaxşı xüsusiyyət deyil. Xüsusən də o haldaki, həm özünü təkzib edirsən, həm də başqasının dediyini yaxşı-yaxşı oxumursan.

    Əlbəttə, Cəlil Məmmədquluzadə referendumla ziyalı seçilməmişdi. Ziyalını universitetler yetişdirir və mən yazmışam:

    BDU- (yəni Azərbaycanın ən ali məktəbi)elitar adam yetisdire bilmir…

    Cunki sosial temcilcilik enenesi yoxdur…

    Sosial temsilciliyi- iqtisadi azadliq yaradir…

    Iqtisadi azadliq siyasi ust qurumu yaradir…

    Siyasete baxis- medeni muxteliflik yaradir.

    Seçki- bu üç amili hərəkətə gətirən mexanizmdir. Əgər orta əsrlərdən danışmırıqsa…

    Uğurlar!

  32. Salam Taleh.
    Bizim hər ikimiz də eyni bölümü bitirmişik. Amma sənçox siyasiləşmisən, məncə.

    Əslində biz eyni şeyi deyirik. Amma daha əslində isə Azərbaycanda bu gün Orta Əsrlərdir.

    Vaxtın olanda bir görüşüb çay içək.
    Kitabın çıxmadı?

  33. Tural qardaşım, kimin haranı bitirməsinin nə dəxli var bu məsələyə? Turkiyənin ən böyük aydını Atilla Yayla siyasi iqtisadı bitirib, politologiyadan dərs deyir, fərdi şəkildə öz ixtisasını dəyişib, indi təhsil fərqli məzmun daşıyır…

    İkincisi, mənim hansı dərəcədə siyasiləşməyimin bura nə dəxli var? Və sənin daha az siyasiləşməməyinin nə dəxli var?

    Biz konkret predmet üzrə danışırıq, predmetə baxaq, bir-birimizin üzünə deyil…

    Mən deyirəm ki, istənilən cəmiyyət iki hissəyə bölünür. İdarə olunan çoxluğa, idarə edən azlığa…

    İdarə edən azlıq elita adlanır…

    Demokratiyada idarə edən azlığı idarə olunan çoxluq seçir…

    Çoxluq seçdiyinə görə, idarə olunmur, idarə edir…

    “İdarə edən azlıq”, idarə olunan çoxluğu idarəçisi yox, təmsilçisi olur…

    Bizdə o çoxluq yoxdur…

    O çoxluq yoxdursa,

    O azlıq da yoxdur!

    Sənin adını çəkdiyin və mənim qədər siyasiləşməyən elitarlar da O ÇOXLUĞU TƏMSİL ETMƏDİKLƏRİNƏ GÖRƏ ELİTA DEYİLLƏR.

    Onlar, istedadlı adamlar, vətənpərvərlər, demokratlar, Qalib Toğrul demiş, yaxşı adamlardırlar…

    Mən çox pis adamam…

    Sənin yazında çox pis yazıdır!

    Ona görə ki, Bakı-rayon qarşıdurmasının güclənməsinə xidmət edir. Azərbaycanda elitadan qabaq xalq lazımdır, Bakılı, Şəkili, Bərdəli düşüncəsinə malik olan yazıçı xalq formalasdira bilməz. Bu düşüncə klan düşüncəsidir, mən də sənə izah edirəm ki, klanların yox, hətta hakimiyyətin də yox, xalqın dəyişməsinə çalış. BUNUN ÜÇÜN XALQI HƏDDƏN ÇOX SİYASİLƏŞDİRMƏK LAZIMDIR!

    Zəng edəcəm!

  34. Azebaycana bir qeder kenardan baxa bilsek,yani,bashqa milletlerin gozu ile,neinki,bakili rayonlu ferqi,umimiyyetle,regionla bagli ferq gormerik.Nece ki,Azerbaycandan baxanda minskli ile vitebskili,tiflisli ile zuqdidili ve ya kutaisili arasindaki ferq gorunmur.
    Ruslar,farslar,ermeniler bizi turk,qerbliler muselman kimi gorurler.Ozumuz,ise enerjimizi bolunmeye serf edib,bu defe ,cumle belalarimizin sebebkarini Baki ve bakililarda gormekle,”bulmushuq.”Ehsen,bu “mentiqe”.
    Sayin Shahsuvarlinin “Tanish” imzasi “Dogma” kimi oxunur.

  35. Hörmətli Bahar xanım, klaviatura probleminə görə, “dogma”nın hansı mənada işləndiyini bilmədim: doğmamı? DOĞMA!MI? “doqma”mımı? Birincisidirsə təşəkkür, ikinci mənada mən Turala söz demərəm, dostum-qardaşımdır, üçüncü mənada…

    İstənilən anlayış bir elmə məxsusdur. Elita həm sosiologiyada, həm politologiyada, həm də fəlsəfədə araşdırılan anlayışdır. Üçünün də elitaya verdiyi ortaq xarakteristikalar var. Yani, elita anlayışının elementar cəhətləti var. həmin xüsusiyyətlər həmin elmlər üçün DOQMADIR və dəyişən deyil. Butovlukde ise men praqmatikem. Bir daha təşəkkür edirəm.

  36. Sayin Shahsuvarli,”rodnoy” menasinda yazmisham,Dushunceleriniz,baxishlariniz dogmadir.Yuxaridaki sherhlerde qeyd etdiyiniz nezeriyyelerle(elita haqda) tanish olmasam da,hormetli Qan Turalinin yazisindan bir netice de chixir:Azerbaycanda elita dunyanisini deyishmish insanlardir(sag olsa idiler,eminem ki,bu siyahide adlari olmayacaqdi) ve Q.T.-a yaxin,belke de bir qrup mensublaridir.
    Teshekkur edirem.

  37. Elita – (latınca electus, „seçilmişlər“) dedikdə bir cəmiyyətin yüksək ixtisaslı şəxsləri və ya hakim dairələrdə təsirə malik sosiloji qruplar və ya təbəqələr nəzərdə tutulur.
    Onlar ZİYALI və MƏDƏNİYYƏTLİ olmaları ilə seçilir.
    Onları xalq seçir.

    Buna görə də:
    (Tanısh’a) – Xalqı “sürü” adlandırmaq özü ən böyük “medeniyyetsizlikdir”(!), bu bir.
    İkincisi isə odur ki, adlandırdığınız “sürü” içində elita axtarmaq absurddur.
    Ümumiyyətlə, bu söhbət artıq polemika olmaqdan çıxıb. Ona görədə bu məişət mübahisəsi hələ çox davam edəcək.

    P.S. Elitarların siyahısını tertib etmək hər adamın işi deyil.

  38. yazida elita meselesi chox shishirdilib fahishelerinde elitasi var, elitni fehle, elitni shadliq saraylari da var. bizim her sheyimiz, ziyaliliqimiz, elitliyimiz, intellektliliyimiz de var. bizde chatishmayan yegane vicdanimizdir ozude bu hamimiza aiddir

  39. Vallah Qan Turalı, səni digər dostlarını oxuduqca sevincimdən bilmirən nə edim söz də tapa bilmirəm, sevincim də odur ki, bu torpaqlarda hələ də şərəfin, ləyaqətin, insanlığın, düzlüyün, vicdanın toxumları qalır, nə qədər sizi oxumuram pessimizmdən mənə süni rahatlıq gəlir amma sonra görürəm hələ də buralardan insan nəsli kəsilməyib. 37 sizi kəsə bilmədisə deməli sizlər həmişə var olacaqsınız. Fikirlərim biraz tərif yüklü ola bilər əsla tərif niyyətim yoxdur sadəcə yaza bacarığım yoxdur.

  40. daha da qanli yaz

  41. Salamlar butun dostlara…super movzuda muzakireler gedir! Menim bir xahiwim var: mene “seherli kendli toqqusmasi, ya da bakida elita varmi,umumiyyetle elit nedir?” bu barede informasiya qaynaqlari lazimdir. Mene her hansi yazi,kitab,ya da sayt adi deye bilersiz? Burda var bezi melumatlar,amma mene sistemli melumat lazimdir. Taleh mellim xususile bler yaqin. emailim elcin_karimov@yahoo.com. Tesekkuller.

  42. Primitiv ,kurs isine oxsayan yazi . Heyif 5 deq vaxtima

Şərh yazın