“Təxəllüsü Mixaylo” filminin təqdimatı oldu
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 22 Kasım, 2008
Dünən “Kino Evində” rejissor Tahir Əliyevin Mehdi Hüseynzadə ilə bağlı çəkdiyi “Təxəllüsü Mixaylo” filiminin təqdimatı keçirilib. Ssenari müəllifi İntiqam Qasımzadə, redaktoru İlham Tumas olan film 38 dəqiqədən ibarətdir.
Sənədli filmin çəkilişləri Sloveniya, İtaliya, Avstriya, Rusiya və Azərbaycanda. Filmində rejissor Medti Hüseynzadənin partizan dostlarını, sevidiyi qızı çəkməyə nail olub: “Bu filmi çəkmək üçün biz Rusiyanın kino-foto arxivində 1 aya yaxın işlədik. Mehdi Hüseynzadəyə aid olan bütün materialları əldə etdik. Bu film sırf araşdırma filmidir. Mehti Hüseynzadə necə olubsa biz filmdə onu elə göstərmişik.”
Qeyd edək ki, film Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə çəkilib. // Turan





Yüklənir...