Avropa ölkələrinin mədəniyyət nazirləri Bakı Bəyannaməsi imzalayacaqlar
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 24 Kasım, 2008Dekabrın 2-3-də Bakıda Avropa ölkələri mədəniyyət nazirlərinin konfransı keçiriləcək.
Konfrans 2005-ci ilin noyabrında imzalanmış Faro Strategiyası və bu ilin mayında dərc olunmuş “Mədəniyyətlərarası dialoqda bəyaz səhifə” adlı sənədlərin əsasında təşkil edilir. Bakı konfransı bu sənədlərin və tövsiyələrin həyata keçirilməsi istiqamətində ilk addım olacaq.
Toplantıda Mədəniyyət üzrə Avropa Konvensiyasını imzalamış 49 dövlətin mədəniyyət nazirləri, eləcə də Ərəb Dövlətləri Liqasının elm, təhsil və mədəniyyət təşkilatına (ALESCO) və İSESCO-ya üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcək. Azərbaycan prezidenti İlham Əliyev, Avropa Şurasının baş katibi Terri Devis, ALESCO-nun direktoru Monqi Busnin və İSESCO-nun direktoru Əbdüləziz Ostam Altvarinin təbrik nitqi ilə iştirakçılara müraciət edəcəkləri gözlənilir. Konfrans çərçivəsində “Mədəniyyətlərarası dialoq üçün əsaslar” mövzusunda dəyirmi masa da keçiriləcək. Dekabrın 3-də konfransın yekunları əsasında Bakı Bəyannaməsi qəbul olunacaq. // APA





Yüklənir...