Elbrus Ərud. Klarnetdə “təmənna” havası
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 25 Kasım, 2008
Bizim kənddə Ağan əmioğlu adlı bir gopçu var idi. Var idi deyəndə, mən özüm onu görməmişəm, ağlım kəsəndə axtardım, dedilər ölüb gedib. Kənd-kəsək camaatı Bakıya güclə gəlib gedən vaxt Ağan əmioğlu gününü paytaxtda keçirər, geri qayıdanda ömründə bircə dəfə də Filarmoniyada olmayan kənd uşaqlarını başına yığıb başından yekə danışarmış. Ağan əmioğlu Bakıda o vaxtın bərk gedən cavanları ilə oturub-durduğunu eşitdirmək üçün lovğalana-lovğalana deyirmiş ki, o gün Məmmədbağırı döyürdüm, Vəli qoymadı. Kənd uşaqları tez Vəlinin kim olduğunu soruşurmuş. Bu da cavabında “Zeynəbin klarnetçisi”-deyrimiş. Sonralar kəndimizdə zərb məsələ çevrilən bu əhvalatı heç vaxt unutmur, yetmişinci illərin populyar gənclərindən olan Vəlinin haqqında düşünürdüm.
Mən böyüyüb Bakıya gələndə isə artıq Vəli Qədimov Azərbaycanın xalq artisti idi… Yeri gəlmişkən Zeynəb Xanlarovanın ansamblı çox nadir kollektivlərdəndir ki, onun hətta qoşanağara çalanı da xalq artistidir. Zeynəb Xanlarova həm də bu mənada təkrarsızdır. Bu ansamblın bütün üzvləri xalqın gözündə Zeynəb Xanlarova qədər böyükdür. Elə uşaq yaşlarından tanıdığım və sevdiyim klarnetçi Vəli Qədimov da…
Bu gün 68 yaşlı həmin Vəli Qədimovun müsahibəsini həyəcanla oxuyurdum. Mahir klarnet ifaçısı iflic olduğunu, bədənin bir hissəsinin işləmədiyini, öz balası qədər sevdiyi klarnetindən uzaq düşdüyünü, hamı tərəfindən unudulduğunu, iki dəfə evləndiyini, bütün övladlarını yerbəyer elədiyini, prezident təqaüdü aldığını və hazırda öz qarısı ilə birlikdə yaşadığını deyib. Sonra da jurnalistin indi ürəyinizdə hansı arzunuz qalıb sualına “hökumət mənə ev verib, onu təmir eləyən olsaydı köçüb bir azda orada yaşayardım” deyib…
Sonuncu cümləni oxuyandan sonra adamın əli boşalır və müsahibə boyu fikirlərini oxuya-oxuya zirvəyə qaldırdığın bu xalq sənətkarını boşalmış əllərinin arasında tutub saxlaya bilmirsən… İndi bircə klarneti tutmağa belə gücü çatmayan, bədəninin bir hissəsi iflic olan bu adamın ən böyük arzusu ev təmir etdirmək, bir müddət də həmin evdə yaşamaqdan ibarətdir. Yenə Vəli Qədimov ömrünü kirayə yaşamaqla keçirsəydi, onun “ev dərdi” başa düşülən idi. Axı bütün dünyanı öz evi kimi gəzən, klarneti ilə dünyaya meydan oxuyan, Azərbaycanın xalq artisti adını daşıyan və ən nəhayət sözün əsil mənasında onun kimi sənətkarın elə evinə çevrilən Azərbaycanın, Vətəninin bir parçası işğal altında olan adam belə düşünməməli, danışmamalıdır…
Bu söhbətin burdan beləsinin böyük mənada heç yazıq Vəli Qədimova bağlılığı da yoxdur. Millət olaraq bizim Əlimiz də belədir Vəlimiz də… Elə bil Tanrı bizə bütöv sənətkarı haram buyurub… İndiyə kimi az qala yüz dəfə Vəli Qədimov kimi sənətkarlardan müsahibə almışam. Hələ bu ölkədə təmənnasız bir insana rast gəlməmişəm. Bəlkə də hər şey istədiyimiz üçün heç nəyə də nail ola bilmirik. Axı nəyə görə bir millət, xalq olaraq bizim ictimai və milli şüurumuz, mənəviyyatımız, dünya görüşümüz evdən bayıra çıxa bilmir..? Bu dünyagirlik bizi hara qədər aparacaq..?
Bəlkə də dünyanın heç bir yerində qocaların ürəyindən bizim ölkədəki kimi cavan olmaq keçmir. Bizdə cavanlar böyümək, qocalar isə … elə qocalar da böyümək istəmir.





Yüklənir...
Elbrus bey!
Musahibeni oxuyanda Veli Qedimovun dovletden aldiglari ile kifayetlenmeyerek evini kimese temir etdirmek istemesine men de teeessuflenmishdim.
Ancaq nezere alsaq ki, adam iflic olub, onu bagishlamaq olar. Allah uzaq elesin qoca yashinda bu cur agir xesteliklere duchar olan adamlar ushaq kimi olurlar.
Ne dediklerini, ne istediklerini bilmirler. Belke de Veli Gedimov Garabagin bizde olmadigini da unududb. Bu xestelikle ve yashla bagli bir psixioloji durumdur.
Bir de ki, en boyuk arzularinin Shusada, Agdamda
konsert vermek oldugunu deyen SAGLAM senetkarlarin semimiliyine inanirsinizmi?
En azindan Veli Gedimov ushaq semimiliyi ile en boyuk arzusunu dile getirib.
Galdi butov senetkar obrazina,
neinki bizde, hetta dunyada bele butov adam (senetkar yox ha) az-az ele dusher…
Indi demek isteyirsiz ki, hansi yashli senetkardan son arzusunu sorushsaq Qarabag barede danishsin..? Klarnet chalir bu adam, iflicdir, belke hech xeberlere de qulaq asa bilmir, siz ondan niye shablon ifadeler gozleyirsiz ki..? Ele en boyuk problem de budur, kimden ne umacagimizi bele bilmirik… Qoy Qarabag barede Hokumet dushunsun, Silahli Quvveler dushunsun, Ali Bash Komandan dushunsun, niye hansisa senetkarin son arzusu Qarabag olmalidi ki..? Shexsen men ondan – son arzum Qarabag’da, Cidir duzu’nde klarnet chalmaqdir, sozlerini eshitseydim daha suni oldugunu dushunerdim… Avropa’da, tutaq ki, Italiya’da yashayan hansisa ressam beyem son arzu kimi – birce bu Siciliyada qayda-qanunu berpa eleseydiler, deyermi hech..?
Nese, ne bilim…
Elbrus bey!
meqaleni oxuyanda yadima merhum xalq shairi Qabilin Shehidler Xiyabaninda Heyder Eliyevden elediyi xahish dushdu. O da yenice ona verilmish evin temir edilmesini isteyirdi. Yeni demek isteyirem ki bu temir ishi tek musiqi xadimlerimizin deyil ele qocaman shairlerimizin de en boyuk arzusu olub.
eziz sherhchiler, men ne demek istediyimi tezeden yazmaq istemirem. cunki bu yaziciya yarashmaz. yeni ne demek istemishemse demishem. qaldi ki, veliye, burada sohbet tekce veliden getmir. men bu elebaxanligin yaratdigi veziyyeti deyirem.
Qalib bey, size boyuk hormetim var, ancaq inanin ki, bizi bu gune qoyan ele bu senetcilerdir. biz ne iitirmishikse mehz ele onlarin eli ile itirmishik… ne ise tesekku ki, reyinizi yazibsinbiz.
belke meseleye ayri konteksden yanasaq.yasli qehremanlarimiza ferq etmez bu qehraman cebhenin yetirmesidir.ya tarlanin.ya da sen demis kiminse zuy tutani.gozel bir qocalarevi tikek hamisini dolduraq ora.devlet de nezaretin etsin.genc yazarlarimiz da son model evlerde oturub eserlerin yazsin. belke ondan sonra nobel arzusu cosa ureklerde.gencikse yasamaliyiq. tanri bize ne olsun ki doqulandan qocalmaq taleyi verir.
Elbrus, atam haqqinda maqala yazmaqdan-sa sanin Garabaq haqqinda dusummayin daha maqsada uyqun olardi! Ayib olsun sana va sanikimilara!