Rüstəm İbrahimbəyov. Dostumun qızına məktub
Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 27 Noyabr, 2008
Bir neçə verilişə baxmaq kifayətdir ki, xalqımızın həyatının çox aşağı keyfiyyətli, süni güllərdən olan çərçivə ilə primitiv, kəndistan zövqü ilə bəzədilmiş güzgüdə əks olunduğundan əmin olasan
Əzizim Cəmilə, artıq iki ildən çoxdur ki, atan və mənə qəlbən yəqin ki, ən yaxın dostum aramızda deyil. O sağ olanda, tənha bir yerdə görüşmək və onunla həyat, zaman, yaşam problemləri haqda təəssüratlarımızı bölüşmək imkanı var idi. Mənə elə gəlir ki, bizim görüşlərimiz onun üçün vacib idi.İnsan yaxınlarını itirməyə məhkumdur; zamanla tənhalığa doğru bu hərəkət sürətlənir. Amma səni başa düşə biləcək həmsöhbətə ehtiyac əvvəlki kimi qalır. Görünür, sənə bu məktubu yazmağa məni elə bu vadar edib.
Biz səninlə az ünsiyyətdə olmuşuq, Cəmilə, amma sənin nəşrlərin məndə hər şeyin kommersiya müstəvisinə keçməsini qəbul etməməkdə bizim oxşarlığımız olduğu hissi yaradır. Və bizi ayıran yaş fərqinə baxmayaraq, sənin məndəki coşqunluğu anlayacağına ümid verir.
Biz tez-tez mənasını heç də həmişə dəqiq ifadə edə bilmədiyimiz sözlərdən istifadə edirik, hətta onu kifayət qədər yaxşı duyduqda belə.
Elita. Sanki aydın, geniş istifadə olunan anlayışdır. Elitar klub, elitar şirkət, elitar təhsil müəssisələri, elitar fahişələr, siyasi elita, müxtəlif peşələrin elitası, cinayət aləminin elitası… Bu siyahını davam etdirmək olar, amma aydındır ki, elitarlıq seçilmişlik, insan fəaliyyətinin bu və ya digər sahəsində müəyyən «yüksək təbəqəyə» aidlik deməkdir.
Cəmilə, atan Azərbaycan kinematoqrafiya elitasının ən parlaq nümayəndəsi idi. Şəkidə anadan olmuş əyalət uşağı məktəbi bitirdikdən dərhal sonra Moskvaya getdi, ölkənin ən elitar ali məktəblərindən birini müvəffəqiyyətlə bitirdi və Bakıya qayıdıb, 70-80-ci illər Azərbaycan kinosuna daxili bütövlük bəxş edən «Ocaqov kinemotoqrafı»nı yaratdı. Ocaqovun filmləri olmasa bu dövrün kinematoqrafı müxtəlif dəyərli, gövdədən məhrum edilmiş ağac budaqları kimi dağınıq kino lentləri siyahısına parçalanır.
Sənətimizdə elitar səviyyəyə çatmış həyatdan köçmüş və hazırda yaşayan daha bir sıra kinematoqrafçıların adını çəkmək olar. Vaxt və peşəkar ictimai rəy digər fəaliyyət sahələrinin də elit nümayəndələrinin adlarını müəyyən edib.
Amma peşəkar elitanın hər bir nümayəndəsi xalqın gözündə növbəti və son dərəcəyə yüksələ bilər – milli elita səviyyəsinə; bunun üçün o, daha yüksək vətəndaş keyfiyyətləri və mənəvi keyfiyyətlərə malik olmalıdır.
Cəmilə, atan bu keyfiyyətlərə malik idi. O, heç vaxt yüksək vəzifəli insanların razılığını əldə etmək üçün onların uşaqlarını filmə çəkmirdi, ona dövlət mükafatları almağa kömək edə biləcək ssenarilərindən yapışmırdı, nə sovet vaxtında, nə sonrakı dövrlərdə hakimiyyəti mədh etmək üçün tribunaya çıxmırdı. O, təvazökar zəhmətkeş, tarladakı kəndli və ya mədəndəki fəhlə kimi hər gün əlləşib-vuruşurdu, xalqının həyatı, ənənələri, problemləri, sevinc və kədərləri haqda gerçəkləri danışırdı. Məhz öz əməyinə qarşı bu vicdanlı münasibət atanı – istənilən şəkildə özünüreklamdan qaçan qeyri-ictimai insanı xalqın ən yüksək səviyyədə qəbul və hörmət etdiyi insana çevirdi.
Bununla yanaşı, Rasim Ocaqov göz önündə olan həqiqəti əsaslı şəkildə təsdiq edərək, ən parlaq bakılılardan biri oldu – Bakı sevimli paytaxt kimi də əyalətlərdən daimi insan axını olmadan böyüyə və inkişaf edə bilməz. Və «Bakı elitası»nın bir çox nümayəndələri – Azərbaycanın müxtəlif guşələrindən gəlmələrdir. Amma bu o demək deyil ki, Bakıya gələn, ali təhsil alan və yüksək vəzifə tutan hər kəs mükəmməl şəhərliyə çevrilib. Təəssüf, bu, kədərli həqiqətdir: nə vəzifə, nə təhsil insanı ziyalı etmir.
Ziyalılıq – mənəvi dəyərlərin maddi dəyərlərdən üstün olduğu dünyagörüşüdür, idealları (siyasi, mənəvi, mədəni) olmaq və onlara yalnız sözlərdə deyil, hər cür xidmət etmək bacarığıdır.
Ziyalını əsas məqsədi maddi rifahını artırmaq olan meşşandan (bəzən tamamilə təhsilli) fərqləndirən bir çox başqa keyfiyyətləri saymaq olar. Fəhlə, kəndli, həkim, mühəndis, yazıçı, musiqiçi, parlamentin deputatı, nazir ziyalı ola bilər. Amma rüşvət alan nazir və mövcud tariflə haqq ödəyib «xalq nümayəndələri» sırasına çıxan deputat ziyalı ola bilməz.
Milli Məclisin parlamentimizin peşəkar səviyyəsinin aşağı olduğuna dəlalət edən reaksiyasına səbəb olmuş müsahibəmdə həyatımızın bütün sahələrində elitanı formalaşdıran karyera mexanizmində pozuntular olduğundan şikayətlənmişəm. Bu iddiamda israr edərək, qeyd etməliyəm ki, bu pozuntular müxtəlif xüsusiyyətlər səbəbindən baş verir. Məsələn, kinematoqrafda peşəkar elitanın sayının az olmasına səbəb gənc kinematoqrafçıların keyfiyyətli hazırlanmasında 12 illik fasilədir. Əgər 70-80-ci illərdə biz müntəzəm olaraq VQİK və digər nüfuzlu kinematoqrafiya təhsil müəssisələrinə respublikamızın nümayəndələrini göndərirdiksə, bu gün kinematoqraf mükəmməl təhsilli mütəxəssislərlə stabil olaraq təmin edilməkdən məhrumdur. Peşədə elitar yüksəkliyə isə, nadir müstəsnalarla, yaxşı təhsil olmadan nail olmaq olmaz.
Məhz bu səbəbdən Azərbaycan prezidenti vəziyyəti yaxşılaşdırmaq ümidi verən fərmanlar verib, bu fərmanlarda Bakıda beynəlxalq kino məktəbinin yaradılması, dünya kinosunun böyük ustadlarının tədrisə cəlb edilməi, tələbələrin təhsil almaq üçün aparıcı kinematoqrafiyya ölkələrinə göndərilməsi, «Azərbaycanfilmin», Dövlət Film Fondunun texniki təchizatının yenilənməsi və s. nəzərdə tutulub.
Amma prezidentin konkret reallaşma müddətləri göstərilən fərmanlarının dərc edilməsindən sonra bir ildən çox vaxt keçib, təəssüf ki, təşkilati-maliyyə qərarlarının qəbulu uzanır. Nəticədə, milli kononun peşəkar elita ilə tamamlanmasında 12 illik fasilə daha 1-2 illik uzanır və kinomuzda bir neçə ildən sonra səviyyəcə Rasim Ocaqov sənətinə yaxın rejissor peyda olacağı ehtimalı əvvəlki kimi, çox kiçikdir.
Əziz Cəmilə, noyabrın 22-də atanın 70 yaşı olacaqdı. Mən mütləq həmin gün ailənizlə birgə olmaq üçün Bakıya gələcəyəm.
Amma bu gün sənə demək istəyirəm ki (və məktubumu ixtisarsız dərc etməyi xahiş edirəm), sən Rasim Ocaqovun mətnlərində həm jurnalistlik istedadı, həm vətənpərvərlik qeyrəti, həm vicdanlılığı birləşdirən layiqli qızısan. Bu, seçdiyin sənətdə elit yüksəkliklərə nail olmaq üçün zəruri keyfiyyətlərdir. Və bu, məni çox sevindirir, çünki bugünki jurnalistikamızın səviyyəsi daha yaxşısını arzu etməkdən başqa bir şey qoymur.
Bununla əlaqədar olaraq, televiziya haqda da xatırlamağa məcburam – bir neçə verilişə baxmaq kifayətdir ki, xalqımızın həyatının çox aşağı keyfiyyətli, süni güllərdən olan çərçivə ilə primitiv, kəndistan zövqü ilə bəzədilmiş güzgüdə əks olunduğundan əmin olasan.
Parlamentarilərimiz ölkənin siyasi elitası kimi qəbul edilmək istəyirlərsə, buna diqqət yetirməlidirlər.
Mən ümumilikdə Milli Məclisi nəzərdə tuturam. Adbaad tərkibə gəlincə isə, Milli Məclisin üzvləri arasında ziyalı, istedadlı, vicdanlı insanlar da var və onların hər biri istənilən ölkənin parlamentini zinətləndirə bilər.
Yeri gəlmişkən, gözəl jurnalistlərimiz, alimlərimiz də var, dahi yazıçılarımız da var, məşhur rəssamlarımız da var, dünya şöhrətli musiqiçilərimiz, əməkdar mühəndislərimiz də var və bu siyahı çox uzundur. Və bu insanların hər biri, şübhəsiz, tamamilə ziyalıdır. Amma təəssüf ki, onlar, yəni biz hamımız ümumilikdə Azərbaycan ziyalıları adlı birlik yaratmırıq. Biz ölkəmizin həyatına, vətənimizin həyat keyfiyyətini müəyyən edən hadisələrin gedişatına təsir edən ictimai güc kimi mövcud deyilik. Xüsusi mühakimələrimiz və fikirlərimiz vahid İctimai Rəydə yığılmır, bunsuz heç bir demokratik ölkənin normal mövcudluğu mümkün deyil. Və hər şey ona görədir ki, biz vətəndaş mövqeyimizi ifadə etməkdə çox qorxağıq.
Mən heç də müxalifət xarakterli olmayan fəallığa çağırıram. Bu, hakimiyyət uğrunda mübarizə aparan peşəkar siyasətçilərin işidir (yeri gəlmişkən, onların arasında da elitar səviyyəli insanlar o qədər də çox deyil).
Bu yaxınlarda keçirilən seçkilər göstərdi ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti ölkə prezidentinin fəaliyyətinə dəstək ifadə edib. Mədəniyyət işçiləri, xüsusən kinematoqrfistlər İlham Əliyevin lehinə səs verənlər sırasındadır. (Düşünürəm ki, milli kinonun inkişafı haqda fərmanların ortaya çıxması ilə əlaqədar olaraq, kinematoqrafistlər arasında prezident Əliyevin «lehinə» səs verənlərin faizi ümummilli faizdən çoxdur).
Ümid edirəm ki, atanın yubileyi onun xatirəsinə layiqli şəkildə qeyd ediləcək. Mən təntənəlilik, şan-şöhrətliliyi nəzərdə tutmuram, - atan ömrü boyu bundan qaçırdı, - amma çox istərdim ki, bu günlərdə Azərbaycan sakinləri Rasim Ocaqov filmlərinin qəhrəmanları ilə televiziya ekranları və kinoteatrlarda görüşə bilsin və bu, onlara əsl insanların necə yaşadıqlarını və necə yaşamalı olduqlarını xatırladardı.




(3 səs, hardasa: 3.67 ilə 5 arası)


Yüklənir...
Yaxshi mektubdur. Amma heyf ki, cox pis tercume olunub.
Her cumleden tercumeci
nashiligi boylanir.
Allah Rasim Ocaqova rehmet elesin!
Əlavə şübhələri kənara atıb - insanlar düşünə bilər: nə üçün Rüstəm İbrahimbəyov məhz indi danışdı, nə umur, niyyəti nədi və sair… Bunlara əhəmiyyət vermədən - bu məktubdakı tezislər, motivlər haqda ciddi düşünmək gərəkir. Yeni Müsavatın bu günkü sayında dərc olunan müsahibənin də nə qədər maraqlı olduğunu vurğulmaq istərdim.
Məsələ burasındadır, Azərbaycan ziyalıları səbəbindən asılı olmayaraq yoxa çıxmaq üzrədi; bir az daha uzağa getsək, ziyalı missiyası, ziyalı mövqeyi dəhşətli dərəcədə deqradasiyaya uğrayıb - indi həqiqəti söyləmək, yaxşını ifadə və müdafiə eləmək, ən əsası, etiraz duyüusunu yaşatmaq missiyası Seymur Baycanın (və başqlarının-adlarını bilirsiz) öhdəsinə və səviyyəsinə düşüb…
…bu, cox pisdi.
Vəziyyətin pisləşməsində Seymurun hec bir gunahı yoxdu - bunu da biləsiz.
Rustem Ibrahimbeyovun bu mektubu onun ne qeder dayaz, qorxaq, mensebperest ve ziyasiz oldugunu bir daha tesdiqledi. Bu adam yazar deyil, oyuncudur, somurgecidir!!! Onun proyektinin adi 2013-dur! Ayib olsun! MEN SENE INDIDEN YOX DEYIREM 2013!
Rüstəm İbrahimbəyovun həm bu, həm də “Lit.az” portalında verilən intervüsü (“Pəncərə” jurnalı) maraq doğurur, - hər şeydən öncə məsələyə aydın və prinsipial münasibəti ilə. Elə bu müsahibələr onun “mövzudan qətiyyən yayınmaq fikrində” olmadığını sübutlayır, qəsdən dolaşdırılan mətləbləri aydınca şərh edir, - həm də opponentlərini yamanlamadan! Həm də - elədiklərini minnətlə sadalamadan! Ancaq bütün hallarda, məncə, “elita” sözünün konteksti ifrat tendensiyalıdır, yaxud belə bir kontekst yoxdur – o mənada ki, konkret şərait və quruluş var, konkret təcrübə var – bu sadalananlar nəyi yetişdirə bilərdi, hər şey göz qabağındadır, bu alverdə vicdanını satanlar əksər hallarda özləri təşəbbüsdə bulunublar. Amma…
“Ən böyük şair zamana ən çox müqavimət göstərən şairdir” (Şekspir). Ən zəif müqavimət belə qiymətləndirilməlidir.
Bir az öncə Rütəm İbrahimbəyovu müdafiə məqsədi ilə məqalələr yazıldı, oxuduq, ancaq bunların da təsir dairəsi geniş olmadı, yaxşı olardı, bu adamlar da müstəqil şəkildə həmin mətləbləri yazaydılar – məsələnin bütün məğzi məhz bundadır – buna cəsarəti çatan adamlar yoxdu. İnsanlar bir qayda olaraq, sözü demək yerinə söz oyununa gedirlər.
Bu mübahisələrin açılması həm də indiyə kimi yaranmış mifləri (içi “elita” qarışıq) dağıtmaq mənasında xeyirlidir.
Bax budu bashlandi - birinci TaNıŞ geldi…
Murad, TaNıŞın o qədər Rustem kimi “tanışlar”ı olub ki… Onların dabbaqda gonune de beledem! Bu adamların dirisi de xalqa, xalqin etirazina mane olmaq ucundur, olusu de… Unutma ki, men bedii metn yazarligindan qabaq secki texnolquyam… Kime hansi konyukturanin serf elediyini gozel bilirem.
Əzizim, texnoloqsansa, özü də dediyinə görə, seçki üzrə - mən belə məsələlərdən nə qədər uzaq olsam da - nəzərinə çatdırım ki, bir seçkinin baş çatmasından bir ay sonra növbəti 5 ilin seçkisi üçün proqnoz verib onu 100 faiz baş verəsi həqiqət kimi emosianal ovqatda təqdim etmək, hökm çıxarmaq, özü də bir yazıçının mərhum dostunun qızına yazdığı məktub əsasında…
(hörmətli Tanış, mən burda dərindən nəfəs aldım)
bəli, bir məktub əsasında falçı kimi yox, məhz texnoloq kimi proqnoz vermək, icazə ver bu məqamda mən də öz sözümü deyim -gülüş doğurmayan zarafat sayılacaq.
İkincisi…
İkincisi, əzizim Tanış, əgər sən bir az mırt vurmaq, gap eləmək fikrinə düşmüsənsə, saytda buna imkan verən başqa yazılar var, az deyil…
Bir də bədii mətn nə deyən sözdü, Mezarud deyəsən hamının başını xarab edib - əvvəllər Şeyx Nəsrullahlar şərqdən gəlirdi, indi Qərbdən gəlib bu dəfə diriləri təkrar diriltməklə məşğul olurlar. Bədii mətn - elə bil, deyirsən, alnımdakı qaşım.. Lənət şeytana!
Bizdə yazı sözü var, əzizim Tanış, alın yazısı, bədii yazı, müqəddəs yazı. Yaxud əsər, hekayə.
…Nə isə.
Söhbət heç Rüstəm İbrahimbəyovun özündən də getmir, söhbət problemdədi, problemin ağırlığında və ağrılarındadı.
Sən isə öz ifadənlə desək, dərhal mətnin, yazının arxasındakı insanın kimliyinin müzakirəsinə başlamısan…
P.S. Uzun şərhə görə üzr diləyirəm
Murad,
1) Ah-zad çəkmə, bu adam ölmüş dostunu ruhundan istifadə edib.
2) Özünün də etiraf etdiyinə görə, səninlə mənim aramda ən azı beş il qabağı görmək fərqi var, burnundan uzağı görməyən adam mənimlə mübahisə edə bilməz! İncimə!
3) Sən mənim muhattabim deyilsən, elaqen varsa Rustem İbrahimbeyova denen ki, bir əyalət uşaği səninlə debata çıxmağa və sənin tayfa təfəkkürünə malik olduğunu, qorxaq, yalançı, qərəzli, mənfəətpərəst və ictimai ziyankar olduğunu istənilən yerdə sənə sübut eləməyə, Azərbaycanda elita olmadığını, olanda da sənin o elitaya dəxlin olmayacağını sübut etməyə hazırdır.
4) Mən bədii mətndən qabaq bu rejimin əleyhinə Rüstəm İbrahimbəyov ağırlıqda məqalə, publisistik metn (ocerk, pamflet) və s. yazmışam. Amma onu da biləsiniz ki, əyalətdən SSRİ-nin rəhbərliyinəcən böyük ömür yolu keçmiş Heydər Əliyevi yüz dənə Rüstəmin ayağına vermərəm!
5)Rüstəmin bu yazısı da, YM-dəki müsahibəsi də mənasız cümlələrdən ibarətdir, mən orada intellekt və vicdan görmürəm!
6) Sənə daha cavab yazmayacam, nə yazmağından asılı olmayaraq. Oğuldursa, Rustəm özü dursun qabağıma! Onun masqasını yırtım, hamı da görsün!
ela yazib
“əvvəllər Şeyx Nəsrullahlar şərqdən gəlirdi, indi Qərbdən gəlib bu dəfə diriləri təkrar diriltməklə məşğul olurlar.” - bu da soz oyunudu.
Salam Rüstəm müəllim, bilirəm ki, mənim salamımı sizə tərcümə edən olmayacaq. Salam Allahın adıdır deyib, fikirlərimi yazıram. Sizin KULTAZ-dakı, eyni zamanda lit.az-dakı, həmçinin bir sıra qəzetlərin səhifəsində yer alan müsahibələrinizi diqqətlə oxuyuram. Etiraf edim ki, heç povestlərinizi belə diqqətlə oxumamışam. Bakılı – rayonlu söhbətini bir kənara qoymaqla cəmiyyətimizə, bizi əhatə edən mühitə verdiyiniz qiymətlə razılşmamaq mümkün deyil. Bu fikirlə də razılaşmamaq olmaz ki, «Ziyalılıq – mənəvi dəyərlərin maddi dəyərlərdən üstün olduğu dünyagörüşüdür». Tamailə haqlısınız ki, bizim ziyalılarda məqamı gələndə vətəndaş mövqeyi çatışmır. Azərbaycanda insan dəyərsizdir. Özünü qiymətləndirə bilmir. Yerində etiraf edirsiniz ki, ciddi müzakirəyə səbəb olan fikirlərinizi Rusiya yox, yerli mətbuatda bildirsəydiniz, onun belə effekti olmazdı.
İndi yerindənduranın Azərbaycan xalqını söyməsi, ələ salması, öz səviyyəsinə uyğun lağa qoyması bir növ adət halını alıb. Siz göstərdiniz ki, küçə söyüşlərindən istifadə etmədən millətin və cəmiyyətin çatışmamazlıq kompleksini göstərmək mümkündür. Yaşınız bu ahıl vaxtında özünüzdə təpər tapıb səsləndirdiyiniz fikirlərə görə sizə yalnız təşəkkürlər!
Bu mübahisəinin nəticələri artıq göz qabağındadır.
Mübahisə tərəflərinin aparıcı ictimai fikrə heç bir dəxli olmadığı bütün çılpaqlığı ilə göründü.
Azərbaycanın canlı, diri və həm də yeni ictimai fikri mübahisəyə istehza ilə yanaşdı və tərəflərdən heç birini dəstəkləmədi.
Bu, uzun illər boyu ictimai fikri nəzərat altından saxlayan, yönləndirən, qənaətlərini ictimai fikrə asanldıqla qəbul etdirən bütöv bir nəslin tamamilə iflasa uğradağından xəbər verir.
Azərbaycanda yeni sitiusiya mövcuddur.
Bu situsiyada iki tərəf üz - üzədir.
Bir tərəfədə, bu mübahisə də daxil olmaqla, şou biznes, xarici teleseriallar, meyxanalar… və s. dayanıb,
O biri tərəfdə isə bu mühitdə yaşamağı bacaramayan, həm də artıq yaşamaq istəməyən, öz dəyərlərinü yaratamağa başlayan tərəf dayanıb.
Birinci tərəf özünün güclü olduğunu sübut etməyə çalışır,
İkinci tərəf isə haqlı…
Ortada kim kimi məsələsi var
Alnından öpərəm Rasət bəy!
Rüsətmin qarın ağrısı Azərbaycanda Rus işqalına son qoyulmasıdır. O, düşünürki bir gün Azərbaycandan Rus dili aradan gederese ona ne olar. Mənə görə Rüstəm Rus qoşunlarının Azərbaycanı yenidən işqal etməsinə şərayit yaratmağa çalışır.Onu dəstəkliyən manqurdların sayı bir azda çoxalarsa demək Ruslar hazırlıq görə bilərlər.Yaşasın Əli Hedər Qarayevlər…
Azizim Murad siz Seymur Baycani na haqla ashagilamaga calishirsiniz? Sizin xabariniz varmi ki, bizim titullu “ziyali”larimiziin illardir ya bay tarifina bashlari qarishib ya da ki, oz manfatlarinin davasini surdurduklari bu mamlakatda na yaxshi ki, Seymur kimi besh alti gancimiz var. Gorasan onlar da olmasaydi biz neynardik?
Bizim ucun maraqlidir ki, SSRI-nin suqutundan sonra bu “ziyali”lar ozlarini biza disident kimi gostarirdilar. 37-ci ilin represiyalarindan, SSRI-nin antidemokratik olka olmasindan, 1918-ci ilda movcud olan ADR-a sevgilarindan qalaq qalaq kiktablar yazmaga bashladilar va ela ki, 1993-il dan sonra ela bil ki, qurbaga goluna dash atdilar. Bu “ziyali”lar ya bay tarifina bashladilar ya da ki susmaga bashladilar. Gorasan illardir haqiqati deyan kimlardir? Elmar Huseynov mahkamaya veranlarmi? Yoxsa Seymur, Elmar, Shahvald, Zamin Hacidir. Balka biz bilmirik Akram Aylisdir, Nizami Cafarovdur, Rustam Ibrahimbayovdur?
Azizim Teymur, sizin fikir bildirmek haqqinizi taniyir ve alqislayiram. Amma siz de bashqasinin fikrini, sherhini oxuyarken diqqetli olun. Men S.B-ni ashagilmamisham, basqa bir sherhimde hetta onun publistikasini yuksek deyerlendirmishem. Ashagilamaq menlik deyil, mehz sizin kumirinizin uslubudu.
Bir de sizin siyahida adlar lap qarishdirilib. Misal ucun, Sahveled Cobanoglu hara, Seymur hara? Sahveled oz ampluasinda normal ve vicdanli movqeyile secilen publisistdi.
Yeri gelmishken, boyuk yazicilardan biri Celil Memmequluzade Xalq Cumhuriyyeti donmeinde… muhacireti ustun tutdu, ozu de hara-hara, Irana getdi, yalniz N.Nerimanovun devetile Bakiya qayitdi.
Yani ziyalinin, yazicinin dunyagorushu murekkeb fenomendi, onun butun hereketlerini hemishe beyenmek, teqdir etmek olmur; amma ilk evvel o, yazici ve ziyali oldugunu tesdiqlemedlidi.
Neise, mence kifayet eder
beli. rustem muellim! hara gedirsen, ancaq bunu esidirsen: nas zaqnali v uqol! qacqin surusu bu gun intelligensiyanin nefesini kesib. bakili ve bakili tebietliler artiq eyaletlelere kocurler. bir azdan ise onlari yeqin turkmenistana qovacaqlar. butun umudler sizedir. sizin de axiriniza cixmasalar…