Taleh ŞAHSUVARLI. BASDIRMA BARBEKÜ
Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 29 Kasım, 2008
(“Babəkin canlanması” romanının III fəsli)
Təkcə adı sakitiydi okeanın. Çılğın, ehtiraslı, gözəliydi. Azadıydı, çox azadıydı. Uzaqdan yelli gələn dalğaları üstündə çöməldiyim qayaya şapılldayır, heysiz-heysiz geri qayıdaraq xışıldayırdı. Xışıldadıqca xısınlaşmaq istəyirdim Sakit okeanla. Ona deyiləsi çox sözüm-sovum vardı, hər nə qədər çox olsa da, açıb-ağarda bilmirdim ürəyimdən keçənləri. Qorxurdum, çox qorxurdum, o boyda okeanın qabağında kiçik düşməkdən, balaca görünməkdən çəkinirdim öz dərd-sərimlə. Gülərdi adama. Ləpələri ilə üstünə atılıb adamdan soruşardı, “evin yıxılsın, sən nə haydasan, mən hayandan-hayanayam?”
Okeanın təkcə adı sakitiydi. Qızanda qabağına durmaq olmazdı. Böyüyüydü, ən böyüyüydü. Mənim də gözlərimi böyütmüşdü, ürəyimi açmışdı, içimdəki havanı dəyişmişdi. Heç bilmirəm o anda ovuclanan suya dönüb okeana qarışmaq, böyümək, çoxalmaq, genişlənmək istəyirdim, yoxsa sahilindəki hələ üzünü görmədiyim bir sıldırım qayalıqda çoxdan, lap çoxdan tikilimiş fənər qülləsinin keşikçisi olmaq? Gecələr gəmilərin yoluna işıq tutmaq, gündüzlər okeana qarmaq sallayaraq skumbirya tutub yemək, ömür boyu o fənər qülləsinin yaxınlığında yerləşən meşəlikdə tikilmiş taxta komada yaşamaq nə deyəsən dəyərdi. Özüm ölüm, Azin, nəyə desən dəyərdi.
Azin Kürəçi yanındakı meksika ləhcəsində danışan amerikan yeniyetmələrdən birini tovlayaraq tilovunu əlindən almışdı, balıq tuturdu. Gözünü tilovun döyəcinə zilləmiş, xəyala dalmışdı. Kirimişcə arxadan yaxınlaşaraq keçmiş zabitə komanda verdim: “faragat!” Dik atıldı. Başını bulayaraq “dinc dur, balıqları hürkütmə”- dedi. Döyəc dartındı. Azin tilovu yığdı. Dombagözlü, bizim çəki balıqlarına bənzəyən əl boyda yaşımtıl balıq düşmüşdü tilova. Tilovunu verməklə qonaqsevərlik göstərən mulat balığı görəndə sevincindən yerə-göyə sığmadı. Əslində, tutulan balığa görə Sakit okeana təşəkkür etməliydi, lakin Azini təriflədi: “Sən çox mahir balıqçısan!” Elə dedi ki, sanki o dombagöz dünyanın ən hiyləgər, ən bic balığıymış, Yer üzünün bütün balıqçıları əlləşib-vuruşub onu tuta bilmirlərmiş, təkcə Azin bacarıbmış onu qarmağa salmağı.
Çox mahir balıqçı ilə birgə Sakit okeanı seyr edirdik. Dalğalar bizi qabağına qatıb gah xatirələrin başlanğıc yerinəcən, gah da xəyallarımızın sınırınacan qovurdu. Okeanın getdikcə tutqunlaşan maviliyi, üfüqin anbaan öləziyən parıltısı Bərdədən “Qapandar” Nəsibin qızları Çinarə ilə, Zənurəni gətirib saldı yadıma. Bizim vaxtımızda məktəbin ən gözəl qızlarıydılar, hər ikisinin gözləri mavi, mas-maviydi. ”Qapandar” Nəsibin böyük qızı Çinarə sarışındı, kiçiyi Zənurə azacıq, lap azacıq qarabəniz. Böyüyünü Azin gözaltı eləmişdi, kiçiyini də mən istədiyimdən hərdən “bacanaq” xitabını qullanmaqla o qızların üstündə gedən davada bir-birimizə mənəvi dəstək verərdik. Üstündən iyirmi sənə keçmiş Sakit okeanın sahilində yadıma düşdü o xitab, aradan keçən illərin sayı yüngülcə üşütdü məni, üstümə okeandan su sıçratdı elə bil.
- Bacanaq, – xitabım Azini öncə çaşdırsa da, sonra onu da iyirmi il əvvələ apardı- axı nə demişdim, bax, elə bu dilini dinməz yerinə qoyan okeanın sahilində, meşəlikdə, fənər qülləsinin lap yaxınlığında adama bir otaqlı taxta koma tikəydik, gecələr sirənlə gəmilərin yoluna işıq tutaydıq, gündüzlər okeandan skumbirya tutub bişirə, üstündən çox yox ha, hərəyə bircə parç qırmızı çaxır içəydik öz su pərilərimiz sağlığına.
Azin dinmədi. Onun yaşıla çalan gözlərindən heç nə başa düşmədim. Sakit idimi, okean idimi o anda, anışdırammadım. Bir az nostalji vardı, bir az xəyal. Bir az qırğınlıq vardı, bir az iddia. Bir az kədər vardı, bir az mutluluq. Bir az dinclik vardı, bir az narahatlıq. Ən çox, amma ən çox sevgi vardı gözlərində. O sevgini uşaqlıqdan, onun “Qapandar” Nəsibin qızını sevdiyi zamanlardan, bizim sinifin qabagına gəlib Çinarəyə baxdığı günlərdən bəri həp görmüşdüm gözlərində. Təbiətə baxanda, adamlarla söhbət edəndə, ölkənin gələcəyindən danışanda heç gözlərindən əskik olmazdı o sevgi. Əliylə okeanı göstərdi: “böyük işlər bizi gözləyir, qağa,- dedi. Mən okeanın o tayına, üfüqlərin indi qaranlıq olduğu yerə baxdım…
***
Qayalıqdan yuxarı çıxdıq. Sakit Okeanın sahilində, yam-yaşıl çəmənlikdə San Diaqo Vətəndaş Diplomatiyası Şurası Azərbaycandan gələn heyətin şərəfinə piknik təşkil eləmişdi. Elə ilk görüşdəncə “intermilli nənə” adlandırdığım qurumun sədri Kəs DeStafano hər şeyi yaxşı düşünmüşdü. ABŞ-a, Kaliforniya ştatına, Meksika ilə sərhəddəki San Diaqo şəhərinə ömründə ilk dəfə, özü də Azərbaycandan gələn adamları ovsunlamaq, onlarda ölkə haqqında müsbət rəy yaratmaq üçün Sakit okeanın sahilində, göy çəmənlikdə, açıq havada piknik düzənləməkdən daha yaxşı nə olar? San Diaqo Vətəndaş Diplomatiyası Şurasının proqram koordinatoru, əslən meksikalı olan Henriki Meza (ona “qardaş” sözünü Azərbaycanın bütün ləhcələrində öyrədəcəkdik) arxası yapışqanlı kağızlara adımızı yazıb bizə verdi, yaxamıza asdıq. Acmışdıq. Səbirsizliklə afrika mənşəli amerikan- onlara zənci demək olmaz- xalanın “qazanaçdı” eləməsini gözləyirdik. Gənclər və İdman Nazirliyinin şöbə rəisi Ziya müəllim əlində qazanaçdıya hazır pul tutmuşdu, hərdən mənə göstərərək mədəsinin sivrildiyinə işarə edirdi. Aclıq Sumqayıtdan olan QHT nümayəndəsi Akifin vecinə deyildi bircə. Onun fotomaniyası bütün aclıq hissini üstələmişdi. USAİD-in ayırdığı qrantla “Project Harmony” beynəlxalq təşkilatının ABŞ-da gənclər təşkilatları, həvəskar idman birlikləri və maraq qruplarının fəaliyyətini öyrənmək məqsədiylə təşkil etdiyi qrupun Bakıda “Kübar” otelində bir araya gəldiyi ilk toplantıdan başlayaraq fotoaparatını işə salmışdı. Bakıda və yolda çəkdiklərini demirəm, Henriki qardaşın minibusuna doluşub hava limanından piknikə gələnəcən çaq-çaq çaqqıldatmışdı kamerasını.
Yaxşı ki, qaygıkeş Kəs tanışlıq və dil-ağız mərhələsini tez kəsərək piknik iştirakçılarını yeməyə səslədi. İrəli durub stolların üstünə düzülmüş qazanlara baxdıq. Qızardılmış toyuq, sousda və soussuz balıq, yüngül salatlar, cürbəcür buterbrodlar vardı menyüdə. Koka-kola, mineral su və pivə içmək olardı. Meyli çəkən təamlardan boşqaba yığıb hərə bir tərəfə çəkildi. Mən, Azin, Ziya müəllim və ABŞ səfirliyinin məsul əməkdaşı Elşad boşqabları balıq və toyuq qızartması ilə təpələtmə doldurduq, tərcüməçi Məxmər xanımı əhatəyə alıb okeanın havasını tərifləyə-tərifləyə toqqanın altını bərkitdik. Məxmər xanım yerlimiydi, parlament seçkilərində Bərdənin Küyəbasanlar kəndinə exit-poll keçirməyə gələn amerikanla evlənmiş, San Diaqoya gəlin köçmüşdü.
Xanım Kəs qazanı taqqıldatdı. Danışıq, səs-küy kəsildi. Onun başına komalandıq. “İntermilli nənə”miz əlində tutduğu pivə butulkasını yuxarı qaldıraraq rəsmən “xoşgəldin” elədi. Qabağa hökumətimizin nümayəndəsi Ziya müəllim çıxdı. Ziya müəllim gənclərə yaratdığı gözəl fürsətlər üçün Azərbaycan və ABŞ hökumətlərinə, o cümlədən “Project Harmony” beynəlxalq təşkilatına və başda Kəs olmaqla San Diaqo Vətəndaş Diplomatiyası Şurasında hər kəsə təşəkkür etdi. Azərbaycan hökuməti proqrama dəstək verməsə də, “gənclərə ABŞ-ı görmək fürsəti yaratdığına görə” Ziya müəllimdən müftə təşəkkür almasının üstünü vurmadıq. Hər sözün başına ip salmayasan, gərək.
Qaş qaralanda piknik başa çatdı və xanım Kəs bayaqdan dönə-dönə anlatdığı müvəqqəti problem barədə bizə növbəti xəbərdarlığını etdi. İcma Əlaqələri Proqramının qaydalarına görə, iştirakçılar ABŞ-da evlərdə, ailələrdə qalırlar. Amerikan ailələri xarici qonaqları könüllü şəkildə öz evlərində saxlamağı vətənpərvərlik hesab edir, onların bütün xərcini və əziyyətini dövlətdən qarşılıq ummadan özləri çəkirlər. Ev yiyələrinin hamısı gəlmişdi, bizimkindən başqa; qalacağımız evin dul və tənha sahibəsi işdə olduğundan- verilən məlumata görə o, ordudan istefaya çıxmış zabitə idi və özəl təhlükəsizlik xidmətində işləyirdi- dörd saatlığa Elşadın düşdüyü evə gedəsiydik.
Elşadın ev sahibləri varlı-karlı adamıydılar. San Diaqonun ən bahalı rayonunda yaşayırdılar. Cənab Markus büllur qablar istehsal edən şirkətin səhmdarıydı. İki arvad almışdı, hərəsindən iki uşağı vardı. O, xanım Katelinanın ilk əri deyildi. Xanım Katalina cənab Markusla nigaha yanıbalalı gəlmişdi. Milyonlarla dollar qiyməti, hovuzu, çəmənliyi olan evləri sadə, geniş və yaraşıqlıydı. Həyətləri hasarsızydı. Süni, lazımsız əşya yoxdu otaqlarda. Biri “Lexus” olmaqla, qarajda dörd maşınları vardı. Heç nəyə təhkim və möhtac deyildilər bu dünyada.
Tanışlığımızı bərkitmək naminə çantalardan suvenir çıxardaraq onlara bağışladıq. Mən üzərində Azərbaycanın tarixi abidələri olan dörd ədəd taxta stəkan altlığı verdim, Azin xalçacıq hədiyyə etdi. Xanım Katalina stəkan altlıqlarını tərifləyə bildikcə təriflədi. Elə təriflədi ki, sanki bütün ömürləri boyu o stəkan altlığının olmamasından əziyyət çəkiblərmiş. Cənab Markus xalçacığı çox öydü. Eni-uzunu cəmi 44 santimetr olmayan o xalçacıq 44 il ömrünü uzadasıydı guya. Azərbaycandan, doğma ailələrimizdən danışdıq azca. İngiliscə az-çox qırıldadırdım, arabir ağzım divara dirənəndə Azinlə Elşad dadıma çatırdı. Elşad qılığına girmişdi ev yiyələrinin, arvada hər “mama” deyəndə, ağzından çullu dovşanlar qaçır, evdə o yana-bu yana tullanırdılar. Dörd saatın havaxt keçdiyini bilmədik, qapı döyüldü. Cənab Markus qapını açaraq bizim qalacağımız evin dul və tənha sahibəsini- Fiona Darrini içəri dəvət etdi. Hər ikimiz “mama” deyib üstünə yüyürdük. Elşad bizim iştahımızdan keçənlərdən hələ uçaqda olarkən xəbər tutduğundan replika atdı: “çirkin qadın olmur, az araq olur”.
Fiona maşınına otuzdurub bizi Portağal küçəsində yerləşən dördgözlü evinə gətirdi. Ümumi otaqda televizor, musiqi mərkəzi, nahar stolu, divan və kreslo vardı. Odalardan birini bizə ayırmışdı. Tualet və hamamdan onunla birgə istifadə edəcəkdik. Balaca gözə kompüter qoyulmuşdu, elə ilk gündən bilgisayarın nasaz olduğunu bəhanə edərək bizim ora girməyimizə razılıq vermədi. Fionanın dediyini səmimi qarşıladıq, hətta bilgisayara yeni proqram yazmaqda ona yardım edə biləcəyimizi söylədik. Nədənsə razı olmadı buna. İlk gecəni çox gözəl keçirdik. Gec olmasına baxmayaraq, ev sahibəsi həyətdə gözəl stol açdı. Bizi çolpaya və xüsusi reseptlə limon, şəkər, spirtdən düzəltdiyi kokteylə qonaq elədi. Yaxşıca kefləndik. Nə qədər keflənsək də, hər sözümüzün başında və axırında ona “mama” deməyi unutmadıq.
“Mama” alaqaranlıqda oyandı. Əyninə xalat geyindi, arvadlanıb çay dəmlədi, südlü aş bişirdi, suxarı qızartdı. Azərbaycandan, ABŞ-dan, demokratiyadan və kürəsəlləşmədən söz açdıq. Məlum oldu ki, Fiona demokratiyaya inanmır, kürəsəlləşmənin əleyhinədir, respublikaçıları sevmir, demokratlara güvənmir. Ha elədiksə dünyada Fionanı razı salan olay tapammadıq. Süfrəni köməkli yığışdırdıq. Ev sahibəsi bizi Vətəndaş Diplomatiyası Şurasının “Cənub Dairəsi” otelində yerləşən ofisinə apardı. Günortaya qədər təlimat dinlədik. Nahar fasiləsində Henriki qardaşın minibusuna doluşub meksika mətbəxinə getdik. Qarnımızı doyurub axşamacan San Diaqonun görməli yerlərini gəzdik. Gecə Fiona həyətdə yenə qəşəng qonaqlıq verdi. Elə dünənki qaydada bişirdiyi çolpayla dörd şüşə qırmızı çaxır boşaltdıq. Çaxırın keyfiyyətinə söz ola bilməzdi, bizi tutdu. Ha tutsa da, hər sözümüzün başında və axırında ona “mama” deməyi heç birimiz unutmadıq.
Cümə gününü də eyni minvalla yola verib, şənbəyə yetişdik. Səhər yeməyindən- menyüdə yenə çay, südlü aş, qızardılmış suxarı vardı- sonra Fiona evdarlıq elədi. Biz şkafdan vərəqləməyə kitab seçdik və ondan soyuducudan pivə götürməyə icazə istədik. Əslində, icazəyə ehtiyac olmamalıydı. Təlimata görə, Fiona evə çatan kimi bizə soyuducunun yerini göstərməli, ağzını tam ərklə açmağa ixtiyar verməliydi. Digər ailələr müsafirlərini soyuducunun yanına aparıb özlərini ac qoymamağı tapşırsalar da, Fiona bizi mətbəxlə yerli-dibli tanış etməmişdi. Əgər mətbəxlə tanışlıq qəsdən unudulmamışdısa, pivələri soyuducudan özümüz götürməyə təklif almalıydıq. “Elə bilin öz evinizdəsiniz”- gözlədiyimiz söz ev sahibəsinin ağzından çıxmadı, özünü o yerə qoymadı, soyuducudan iki şüşə pivə çıxardı və bakal gətirdi. Kor-peşman kitabları qaytarıb yerinə qoyduq, pivələri və bakalları götürüb həyətə çıxdıq. Mısmırığımızı sallayıb limon ağacının altında, göy çəmənlikdə oturduq, axşam diskoteyka gedərək eynimizi açmaq keçdi könlümüzdən…
Naharı restoranda elədik. Yemək zamanı o, adətən, şənbə axşamları diskotekaya getdiyini, yorğunluğunu rəqs edərək canından qovduğunu nəql elədi. Necə deyərlər, pişiyin könlü samanlığaydı, it də vurub ora saldı. Hesabı vermək istədik, əlimizi cibimizə atmağa qoymadı. 44 dollar ödəyərək bizi evə qaytardı. Evdə çantamdan çıxarıb qələm qoydum cibimə. Bu axşam ömrümüzə-günümüzə yazılmalıydı.
Ev sahibəsi ümumi otaqda yalandan aşağı əyilərək cins şalvarının altından çıxan tumuşunu nəzərə çarpdırdı, qarajda maşının açarını qəsdən yerə salaraq lifçiyini bizə göstərdi. Azinə eyham vurdum: “bu gecənin bir xətası çıxacaq, qağa”. Eyhamı ingiliscəyə Azin “beyjə çox gözəl keçəcək” şəklində tərcümə elədi, onun Qarabağ ləhcəsi ingiliscə danışanda da hiss olunurdu. Eşitdiyi söz Fionanı xoşhallandırdı, üzünü güldürdü, hırıldayanda seyrək, həvə dişləri çöldə qaldı. Əşi, rədd olsun onun dişi də, dişiliyi də, gedək, görək başımıza nə gəlir…
“Qaz lampası” San Diaqo şəhərində gecə həyatının mətəsidir. Sadəcə sıra sayı və hərflərlə fərqləndirilən onlarla küçə barlarla, restoranlarla, diskotekalarla doludur. Fiona bizi dörd küçənin kəsişməsində düşürdü, göstərdiyi yerdən tərpənməməyi tapşıraraq maşınına dayanacaq axtarmağa getdi.
Ulduzlu sentyabr axşamıydı. Məhəlləyə adını vermiş qaz fənərləri yanır, restoranların, gecə klublarının, diskotekaların lövhələrində, reklam şitlərində hərflər bərq vurur, sayrışır, yanımızdan ötən qızlar alışıb-yanırdılar. Minlərlə, bəli, minlərlə qız sinələri, ayaqları, belləri açıq, bal paltarlarında yanımızdan keçirdilər. Bu dünyanın elə bir irqi, milləti yoxuydu o qızların arasında olmayan. Hər cür gözəl vardı. Hamısı biri-birindən qəşəng, biri-birindən qaynar, biri-birindən səmimiydilər. Elələri vardı, sifətlərini boyamış, saçlarına lələk düzmüş, karnaval maskaları taxmışdılar. Yanımızdan keçəndə mahnı oxuyur, köşədə, səkinin qırağında dayanıb maddım-maddım onları seyr etməyimizi gözündən qaçırmayanlar söz atırdılar. Ayaqüstü tanış olurduq. Durduğumuz yerdəcə tanış olduğumuz qızlara ona görə dərindən meyl göstərmirdik ki, Fionanın bizi hansı diskotekaya götürəcəyini bilmirdik, gedəcəyimiz yerdə qız əlindən tərpənməyin mümkün olmayacağını gözümüzün qabağına gətirir, sərfəli planlar cızırdıq.
Fiona zabitə yerişiylə, tullana-tullana gəlirdi. Bunca gözəl qızları, qadınları olan San Diaqoda bəxtimizə onun qədər eybəcərin düşməsi taleyin ironiyası idi. Yanımıza çatanda çırtıq çaldı, əliylə gedəcəyimiz səmti göstərdi. Yol gedəndə bizdən təəssüratlarımızı soruşdu. Darıxmadığımızı, tam tərsinə, gördüklərimizdən çox etkiləndiyimizi söylədik. Fiona qabaqda, biz arxada xeyli getdik, küçələr dəyişdik, dalanlar burulduq, yollar adladıq. Axırı gəlib “Q” küçəsiylə “dördüncü keçid”in həndəvərində bir gecə klubunun qabağında dayandıq. Fiona saatına baxdı, bizi klubun qabağına tam vaxtında yetirdiyinə öyündü. Cəmi dördcə dəqiqə gec gəlsək adama dörd dollar giriş haqqı verəsiymişik. İçəri havayı keçdik.
Gecə klubu çox balacaydı. Girişdən solda bar yerləşirdi, yuxarı baş musiqiçilərə ayırılmışdı, musiqiçilərin düz önündəki rəqs meydançası darıydı, sağ divar boyunca uzanan süngürlü oturacağın qarşısına miz düzülmüşdü. İçəridə iki qoca ər-arvad, yaşı qırx dördü haqlamış iki afrika mənşəli amerikan- onlara zənci demək olmaz- kişi və adamların kluba hələ təzə gəlməsinə baxmayaraq, sərxoş vəziyyətdə ortalıqda təkbaşına dingildəyən kaftar fahişə vardı. Bayaq yanımızdan keçən minlərlə gənc qızın bircəciyi də bura uğramamışdı. Yegənə təsəllimiz kluba müştərilərin təzəcə ayaq açmasıydı. Fiona bizdən nə içəcəyimizi soruşdu. Tez-tez ayaqyoluna getməmək və potensiyamızı zəiflətməməkdən ötrü pivədən imtina etdik, qırmızı çaxır istədik.
Gecə klubu yavaş-yavaş adamla dolurdu. Bir kluba ayaq basan yeni adamların, bir Azinin üzünə baxırdım. Qapıdan içəri bircə gənc qız, tək qadın girmirdi. Məkan dolduqca bizim ümidlərimiz tükənirdi. Arada hava almaq bəhanəsiylə bayıra çıxdıq. Yanımızdan minlərlə gözəl qız adlayırdı. Yanımızdan adlayan minlərlə gözəl qızın bircəciyi o xaraba gecə klubuna girməyi ağlından belə keçirmirdi. Ovqatımız təlx olmuşdu. Fionanın hiyləsini yavaş-yavaş anlayırdıq, evə qayıdan baş paxırının üstü açılacaqdı. O, bizi maşından düşürərək dayanacaq axtarmağa getməmişdi; arabasına dərhal yer tapmış, yaşlı adamların toplandığı gecə klubu axtarmışdı. Bizi tapdığı məkana gətirərək əldən düşmüş qadınların arasında gözümüzə gözəl görünmək istəyirdi. Yanıb yaxıla-yaxıla içəri qayıtdıq. Fiona rəqsə nə zaman başlayacağımızı soruşdu. “Havanın sümüyümüzə düşmədiyini” bəhanə gətirib rəqs etmədik. Çöldən qayıdanda yaşı qırx dördü haqlamış afrika mənşəli amerikan- onlara “zənci” demək olmaz- kişilərdən birinin Fionaya girişdiyini görmüşdük. Oğraşlıqdan başqa çarəmiz yoxuydu, ya birimiz “düt” deyincə içməli, canını dişinə tutaraq gecə onunla yatmalı, ya da Fionanı afrika mənşəli amerikana- onlara “zənci” demək olmaz- sırıyıb özümüzə gözəlçə axtarmalıydıq. Azinin ağzını aradım, “qağa, çaxır az olmadı?” İmtina etdi. Kaş dərdimizin dərmanı elə çaxır olaydı… Sözünü ingiliscə gecə klubunda sıqaret çəkilməməsi ilə yozdu. Məkanda siqaret çəkilməsini qadağan edən elanı onlara göstərdim, hər ikisi çevrilib arxaya baxanda ani imkandan yararlanaraq, onsuz da hər hərəkətimizə diqqət yetirən bayaqkı afrika mənşəli amerikana- onlara “zənci” demək olmaz- göz vurdum: “bacarana baş qurban, qağa”. Qağam başıyla təzim edərək, razılıq bildirdi. Azini dartıb cölə apardım. Yanımızdan minlərlə gözəl qız adlayırdı. Yanımızdan adlayan minlərlə gözəl qızın bircəciyi o xaraba gecə klubuna girməyi ağlından belə keçirmirdi. Pəncərədən içəri baxdıq. Fiona afrika mənşəli amerikanla- onlara “zənci” demək olmaz- rəqs eləyirdi. Bir qədər ətrafı dolaşdıq, qızlarla tanış olduq. Marağımıza ən çox iki rəfiqə səbəb oldu. Əsl biz deyəniydilər. Rəfiqələri oturduğumuz kluba aparmaq istəsək də, məkanın adını eşidəndə gülümsündülər, tanışlarının dörd tin oyandakı diskotekada əyləndiklərini əsas gətirərək təklifimizlə razılaşmadılar. İsrarla bizim ora təşrif buyurmağımızı xahiş etdilər. Onları ötürüb geri qayıdanda gördük ki, afrika mənşəli amerikan- onlara “zənci” demək olmaz- Fionaya çaxır ismarlayıb və əlini belindən fırlayaraq döşünü tapmağa çalışır. Fionadan rəfiqələrin əyləndiyi diskotekaya getməyə icazə istədik. Bizi qırtlağımızdan sıxdı. Afrika mənşəli amerikan- onlara “zənci” demək olmaz- da onu xeyli dilə tutdu, qara oğlanın dərdi vardı, Fiona ingiliscə “Nuh dedi, peygəmdər demədi”. Rəfiqələrin əyləndiyi gecə klubuna gedə bilmədiyimizə heyfslənsək də, əlimizi üzmədik, gələn həftə məhz ora girməyi qərara aldıq. Qızlar həmişə eyni məkanda əyləndiklərini söyləmişdilər. Atalar belə yerdə deyib, sən saydığını say, gör fələk nə sayır. Fionaya yaxşı bələd deyildik hələ. Onu afrika mənşəli amerikana- onlara “zənci” demək olmaz- calamaqda nə qədər səhv etdiyimizi də anlamamışdıq. “Qağa”mıza özünü əllətmək həvəsiylə Fiona o xarabadan əl çəkməyəcəkdi daha.
Fiona klubu hirslə tərk elədi, bıçaq vursan, qanı çıxmazdı. Qanlı-bıçaq olmuşdu bizimlə, yol boyu heç hansımızı dindirmədi. Adətən, maşın sürəndə tək-tük nevrotik səslər çıxarardı, o gecə iniltisi kəsmədi. Mən “bu gecənin bir xətası da çıxacaq” dedim, Azin onu ingiliscəyə “gecəmiz çox maraqlı keçdi” şəklində çevirdi. Fiona sözümü təsdiq mənasında “hımm” elədi. Elə elədi ki, qəzəbi işıqforun qırmızı işığını yandırdı. Yaşıl işıq yananda Fiona artıq inildəmirdi, zingildəyirdi. Onu ulatmamaq xatirinə evə çatan təki yerimizə girib yatdıq. Ertəsi gün isti çay, südlü aş və qızardılmış suxarıdan ibarət səhər yeməyi stola gəlmədi. Ümumi otaqdakı stullardan birinin başından dünən gecə geydiyi tumuşu asmışdı Fiona. Səhərin gözü açılmamış bizim otağa gəldi, gecə lampasını əvəz edən zəif işığı daha yandırmamağı tələb etdi. Günortayacan ac qaldıq, saat dördə işləmiş bizi nahara apardı, elə bahalı yer tapdı ki, adama 44 dollar xərcləsək də, Fionaya tuman tikə bilmədik, evə alaqarın qayıtdıq. “Günorta bərk yediyimizdən” şam etmədik, əvvəlki günlər yatmazdan qabaq otağa gətirib içdiyimiz pivənin iznini itirdik. O gündən evdə eşitdiyimiz bütün cümlələr eyni cür bitdi: “in this country!” Fionanın “in this country”də, yəni “bu ölkədə” bizə tutmadığı irad qalmadı. Evdə etdiyimiz nadir naharların birində boşqabın altına saldığı balaca dəsmalların üstünə çörək qoymağı mənə qadağan etdi və əppəyin “in this country”də boşqabın qırağında saxlanmalı olduğunu başa saldı. Əgər o gün sulu xörək yeməsəydik və növbəti dəfə Elşadgilə gedəndə “burjuy” amerikanların eynən mənim kimi çörəyi boşqabın altındakı dəsmalın üstünə qoyduğunu görməsəydim, ömrüm boyu “in this country”də ədəbsizliyə yol verdiyimi düşünəcək, xəcalət çəkəcəkdim. Başqa gün getdiymiz meksika mətbəxində çuduya oxşayan kökə növünü “in this country” də düzgün yeməyin qaydasını izah elədi Azinə. Sən demə, o çuduya bənzəyən kökəni ağıza yaxınlaşdırıb yemək olmazmış, ağız kökəyə sarı əyilməliymiş. Əlqərəz, “in this country” də ürəyimiz istəyən, ürəyimizcə olacağı ehtimal edilən hər şey yasaqlandı. Bazarlıq edib evə gətirmək olmazdı, çimən zaman hamamın içindəki şüşəbənd parlanmamalıydı, vanna otağında üz qırxmağa icazə yoxuydu… Hələ bu harasıdır, həmişə eyni saatda yuxudan dursaq da, işə tez gedəcəyini axşamdan xəbər vermədən bir gün bizi gecikməkdə suçladı, maşınla aparmadı, evdə qoyub getdi. Başqa bir yol supermarketdən aldığmız kökələri maşında yeməyə qoymadı, yerə düşməyə razılıq vermədi, evə də aparmadı, acından öldüyümüzü bilə-bilə bizi maşında saatlarca gəzdirdi. “İn this country”də maşında kökə yeməyin qəbahət olub-olmadığını cənab Markusdan xəbər aldıq. Cənab Markus xeyli güldü. İngiliscə dedi ki, ay rəhmətliklərin oglu, nə qoyub, nə axtarırsınız, “in this country”də maşında kökə yemək nədi, heç sekslə məşğul olmaq da eyib deyil, arada Hollivud kinolarına baxın barı. Əlimdəki brelok- onu Məxmər xanım hədiyyə vermişdi- yerə düşdü. Dınqqq! Cənab Markus sarı simə vururdu.
Nə yaxşı ki, Portağal küçəsində Kambocadan siyasi mühacirlər məskunlaşmışdı və onlardan iki ailə Fionayla get-gəl edirdi. Kambocalı gəlinlərlə hərdən Fionanın həyətində söhbət edirdik. Mühacir gəlinlər Azərbaycan kulinariyası ilə Kamboca mətbəxini müqayisə etməyimiz üçün kömbə və xərçəng bişirmış, bizə pay gətirmişdilər. İçi ətlə dolu iri kömbəni iki, qızardılmış xərcəngi dörd günə yedik. Kambocalılar içi ətlə dolu o kömbəni və xərcəng qızartmasını havayı gətirməmişdilər, onlarla ilk dəfə tanış olanda, göy çəmənlikdə oturub Azərbaycandan, adət-ənənələrimizdən, yemək-içməyimizdən danışanda korluq çəkdiyimizi anlamışdılar.
Fiona Darrinin Juel adlı yəhudi rəfiqəsi vardı. O, yəhudilərin keçirdiyi ənənəvi həftəlik mərasimlərin birinə ev sahibəmizi qonaqlarıyla birlikdə dəvət etmişdi. Şənbə günü onlara getdik. Juelin iki mərtəbəli mənzili sadə, taxta və hasarsız amerikan evlərindən fərqlənmirdi. Arxasındakı balaca bağçada Juelin oğlu Kelvin dovşan saxlayırdı. Kelvinin iyirmi iki yaşı vardı, yaxşı gitara çalırdı. Juel, Kelvin, Kelvinin gözəlçəsi və ev sahibəsinin digər yəhudi rəfiqəsi- Mayra Kattonla laqqırtı vurduq. Mayranın bir ayağı gorda, bir ayağı məktəbdəydi, altmış dörd yaşında kollecə gedirdi. Əri Cozef mason idi.
Juel soyuducunun yanına gətirib bizə yemək-içmək sərbəstliyi verdi. Əlimizi də uzatmadıq soyuducuya, ABŞ-a qarın otarmağa gəlməmişdik. Süfrə açılmasını gözlədik, onlarla birgə çolpa yedik və ağ çaxır içdik. Süfrəni hamılıqla yığışdırdıq. Kelvin gitara çaldı, mahnını qızına ithaf etdi. Mahnı bitəndə Kelvin dodaqlarını qızın, Borçalı aşıqları demiş, püstə ləblərinə birləşdirdi, dəqiqələrcə çəkmədi. Öpüşənləri alqışladıq. Alqışlar kəsiləndə şalvarının qabağı dombalmış Kelvin qızı öz otağına qaldırdı, biz söhbətə davam etdik. Mayra qonaq otağında Azinə masonlardan danışır, Juel mətbəxdə mənə üzvü olduğu Kabala təriqəti haqqında bilgi verirdi.
İbranicə “adət-ənənə” mənasını verən “kabala” saylardan istifadə etməklə Tövratın gizli mənalarını tapmağa çalışan mistik yəhudi təriqətinin adıdır. Kabalaçılar müqəddəs kitablarındakı gizli mənaları tapmaq üçün rəqəmlərlə ibrani əlifbasındakı hərfləri əlaqələndirirlər. Onların fikrincə, ibrani hərfləri “Həyat Ağacı”ndakı yolları əks etdirir. Bizim eranın I əsrindən etibarən formalaşan və VI yüzildən başlayaraq qələmə alınan təriqətin əsas hədəfi yəhudiləri İsanın dönüşünə hazırlamaqdır. Kabala təriqətinin bilgiləri ustaddan şagirdə ötürülərək yaşadılır və məxfi saxlanır. Yəhudi mistikləri insanın Tanrı ilə birbaşa kontakta girə və adını çəkməyi günah saydıqları ali varlıq- YHVH ilə bütünləşə biləcəyini vurğulayırlar. Kabalaçıların ənənəvi musəvilərdən fərqi bundadır. Ortodoksal yəhudilər Musa peyğəmbərin qaydalarına əməl etdikləri halda, kabalaçılar insanın özünün Yaradanın Hafizəmizdəki Varlıq Halı ilə birbaşa rabitəyə girməsini mümkün sayırlar. Kəhanət, tilsim və ovsunlama kabalaçıların dünyasında xüsusi yer tutur. 78 kartdan ibarət olan Tarot- boş vaxtlarımızda başımızı qatdığımız və ya qumar kağızı kimi qəbul etdiyimiz, bir para falçıların möhtəkirlik alətinə çevirdiyi oyun kartlarına bənzəyir- kabalaçıların okkultik vasitəsidir. Kartlar iki yerə- Böyük və Kiçik arkanalara bölünür. Böyük arkanadakı 22 kart sayca İbrani əlifbasındakı hərflərin cəminə bərabərdir. Tarotdakı 4 kral kartı Yaradanın Hafizəmizdəki Varlıq Halının baş hərfləri ilə eyni saydadır. Əsa və qılıncla işarələnmış kağızların 10 ədəd olması, yaxud Tərsinə Asılmış Adam kartı kabala inancına sıx bağlıdır. Juel öz arvad sezgisi, Tövrat bilgisi və Tarot kartları vasitəsiylə adamın “Həyat ağacı”na çıxa bilirdi. Bu fərasət ona anasından keçmişdi, anası çıxan ağacı balası budaq-budaq gəzirdi. Adının 4, soyadının 6 hərfdən ibarət olması, isminin ona skandinaviya vikinqlərinin ilahı Odini xatırlatması Jueldə Azinə qarşı maraq yaratmışdı. “Tələffüz edilməyən müqəddəs isim 4 hərfdir, təbiətdə 4 əsas ünsür mövcuddur, yaranışın 4 mərhələsi vardır. Heksaqram- Yəhudi Ulduzunda guşələrin sayı 6-dır. 4+6=10. Həyat Ağacı on rəqəmdən- sefirotdan ibarətdir. On- birdən dördə qədər olan ədədlərin cəmidir”- deyə Juel Azərbaycandan gəlmiş qonaqda mistik əlamətlər axtarırdı.
O, hər hansı kötü olacağı üzümə deməmək üçün falıma baxmaqdan imtina etsə də, aramızda qalmaq şərtiylə Azinə kart açmağa razılıq verdi. Juel soyuducunun üstündən Tarotu götürdü, işığı keçirdi, şam yandırdı. Görünür, bütün diqqətini kartlara cəmləmək istəyirdi. Kartları yaxşı-yaxşı qarışdırdı, masaya düzdü, birini əlinə götürdü. Verdiyi sualla məni çaşdırdı:
- Azin martın 14- də anadan olubmu?
- Tamamilə doğrudur!– dedim və maraqla onun daha nələr deyəcəyini gözlədim. Gözləməyim əbəs oldu. Əlinə aldığı ikinci kart- Tərsinə Asılmış Adam gözünü necə böyütdüsə, Juel Azinin qəzavü-qədərini mənə danışmaqdan vaz keçdi. Yalnız onu deməklə kifayətləndi ki, “adını dəyişdi, taleyini dəyişdi!”.
***
Evə qayıdanda dilim dinc durmadı. Anasının gözünün qabağında Kelvinin qızla öpüşməsinin, üstəlik, məqsədi kimsəyə örtülü qalmadan onu öz otağına aparmasının “in this country”də nə qədər normal sayıldığını soruşdum Fionadan. Seks qapalı, sevişmək eyib deyil. Axı nə ehtiyac var pərdə saxlamağa, palaza bürünməyə?- yana-yana dilləndi.
Juel yalan-gerçək məşuqu olduğunu demişdi mənə. Kelvin yaşda oğlu olan ananın öz məşuqu ilə harada görüşdüyünü soruşdum. Fiona Kelvinin yaşının, ümumiyyətlə, mövcudluğunun Juelə əngəl törətmədiyini bildirdi. “İn this country”də istənilən kişini Juel evinə sala, onunla yata bilər, belə hallarda Kelvin öz kompüterində uzaqbaşı “tetrus” oynamalıdır. Bəs sizin ölkənizdə necədir?- qadında seksə bir maraq vardı, gəl görəsən!
“Qeyrət” sözünün ingliscə sərrast qarşılığını tapmadım, Azin də bilmədi,- bu da mənim ingilicə yaxşı bilənim- yanımda gəzdirdiyim lüğətdə belə söz yerli-dibli yoxuydu. Nisbətən yaxın mənada işlənən “şərəf” sözündən yararlanaraq cavab verdim:
- “İn that country”də, yəni Azərbaycanda ana-bacı şərəfi çox prinsipial məsələdir. Şərəfli oğlan anasını yataqda yad kişiylə tutarsa, hər ikisini bıçaqlamalıdır.
Fiona qulaqlarını çəkdi. Dəqiqləşdirici suallarla fikrimi tərcümə edərkən xətaya yol vermədiyimə əmin oldu və hər ikimizdən qorxmağa başladı. Yataq otağının qapısını həmişə aralı qoyaraq mətbəxi konrtol altında saxlayan ev sahibəsi uzanmazdan qabaq cəftəni saldı o gündən. Bizi potensial qatil hesab edirdi…
***
Juel və Mayra Azərbaycan mətbəxinə qonaq olmaq istəyirdilər. Azin badımcan, bibər və pomidor dolması bişirməyə, mən kabab çəkməyə söz vermişdim. Üzümüzə gələn axırıncı bazarıydı, qarşıdakı həftənin dördüncü günü ABŞ-ı tərk edəcəkdik. Doğrusu, ortaya girən qonaqlıq söhbəti qanımızı qaraltmışdı. Bizim başqa planlarımız vardı. Amerikada sevgi yaşamadan Azərbaycana qayıtmaq istəmirdik. Qayıtsaq, hər şey cəhənnəmə, ömrümün axırınacan Azinin dilindən düşməzdim. İndidən məzələnirdi: “ay geridəqalmış, bəlkə qayıdıb “Bakir” təxəllüsü götürəsən, özüm ölüm, gedərsən qabağa…” Özü qalmışdı qabağının hayına.
Vətəndaş Diplomatiyası Şurasında Canessa adlı canı candan usandıran canan çalışırdı. Oğlanından təzəcə ayrılmışdı. Qrupumuzdakı bütün oğlanların eynindən keçirdi. İntəhası, qabağa durmağa ürək eləyən yoxuydu. Biri varmış, sən demə… Fionanın diskoteka seçimi ümidlərimizi puça çıxaranda Canessanın elektron poçtuna çiçək yollamışdı Azin. Aldığı karta cavab olaraq öz rəsmini göndərmişdi qız. Bal geyimində çəkilmiş şəkildə balıydı, şəkəriydi canıyanmış, uzun ayaqları, açıq sinəsi, belinə çatan sarışın saçları və mavi gözləriylə həyatın dadıydı. Gündəlik iş geyimində olduğundan çox-çox cazibədar görəsənirdi şəkildə. Diqqət cəlb etmədən onu bişirmişdi Azin. Qız tovlamaqda üzü ağıydı. Öz işini düzüb-qoşmuş, sağ olsun, mənim də qayğıma qalmışdı. Canessanın boynuna rəqs müəlliməsini mənə calamağı qoymuşdu. Oğlan dostu olsa da, girəvəsinə keçəndə vaxtını başqalarıyla şən keçirməkdən imtina etməyən Canessanın rəqs müəlliməsi sazıydı, deyilənə görə. Canessanın işi bizi tanış etməkdi, sazı sinəmə basmaq mənim fərasətimə qalırdı. İngiliscə şeir yazammasam da, çulumu sudan çıxardırdım, özümə “Bakir” təxəllüsü götürəcək qədər fərsiz olmazdım, ona bir şey qoşacaqdım…
Canessa Azinlə ilişgisinin Fionanın Kəsə xəbərləyəcəyindən qorxurdu. Durumumuzdan ucundan-qulağından haliydi. Gül kimi işi, maaşı vardı, işgüzar reputasıyasını korlamaq insafsızlıqdı. Canessa tədbirini tökmüşdü, dalımızca rəqs müəlliməsini göndərməklə eşqbazlığını palazın altında saxlayacaqdı. Balboa parkında gəzişəcək, axşam gecə klubuna gedəcəkdik. Dalına baxacaqdıq. Hansı üzünə çevirsən, beş abbası bir manatdır.
Cümə günü ofisdən evə dönəndə Fiona supermarketə girdi. Bizi düşməyə qoymadı, bazarlıq edib qayıtdı. Bizə qonaqların bazar günü gələcəyini məlumat verdi. Dostum “when” (haçan) sualındakı sait səsi uzadaraq Fionaya tarixi təkrarlatmaq istəyəndə, təsdqiləyici cavabı mən verdim: “bazar günü, Azin Şakir! – mənə “Bakir” təxəllüsü verən ovçuya əlindən çıxan şikara görə “Şakir” deyərlər, deməzlər?
Fionanın hər üzünü tanıyırdıq artıq. Bilirdik ki, banket bazara təyin olsa da, qonaqları bəhanə edib bizi şənbə günü də evdən çıxmağa, qızlarla görüşməyə qoymayacaq. Bununla belə, az-maz ümid vardı və o kiçik ehtimal hər ikimizi toxtadanda qara xəbərin biri də gəldi:
- Sabah cənab Mateo evində qonaqlıq edəcək…
Cənab Mateo şirkətdə çalışırdı, xanım Lorena hüquqşünasıydı. Hər ikisinin arabası vardı. Tez-tez zəngləşir, işdən macal tapanda mesajlaşırdılar. Evlənib xoşbəxt olmamışdılar, xoşbəxt olduqları üçün evlənmişdilər. Sözün gen mənasında həyatı paylaşmağa qərar vermişdilər. Vətəndaş nigahıyla birgə yaşamışdılar uzun sürə. İlkin emosiyaları, ehtirasları ərşə çəkiləndə aralarındakı bağın üzülməzliyini anlamışdılar.
Bazarlığı birgə edir, yeməyi köməkli hazırlayardılar. Süfrəni yığışdırmaq və qabları yumaq ərin boynunaydı. Evin səliqə-səhmanı ilə xanım məşğul olurdu. Selena adlı qızları vardı. O madar qızın üstündə nanə yarpağı kimi əsir, hər nazını çəkir, bütün istəklərini həyata keçirirdilər. Bir dəfə Selena evlərinin qabağında oynamaq istədi, atasıyla birgə saatlarca onu gözlədik. Eyni cəhdi bizim uşaqlar etsəydi, qonağın yanında adamı biabır olmuş atası başına iki lak qapaz salmışdı. Mateo özünü biabır olmuş saymadı, qızının qulağını burmadı, üstünə acıqlanmadı, əksinə, cocuğun şıltaqlığından aldığı ləzzətə bizi də qoşdu. Qapaz nədi, danlaq nədi, hirs nədi bilmirdi o uşaq. Qulağı “səni görüm təpəndən vurul” qarğışı eşitməmişdi. Dörd yaşı təzəcə tamam olmuşdu. Həftədə dörd kərə üzgüçülük məşğələsinə gedirdi. Onu məşğələyə bir dəfə atası, bir dəfə anası aparırdı. Necə üzdüyünü, bacarıqlarını necə artırdığını həm ata, həm də ananın görməsi, tərifləməsi uşağın psixologiyasına müsbət təsir edirdi. Bir dəfə bizim hamımızı maşına yığıb qızlarının üzməyinə baxmağa aparmışdılar. Qızcığaz elə üzürdü ki, anası onu suya doğmuşdu sanki. Adını “durna balığı” qoydum. Durna balıqları hovuzda çoxuydu. Aralarında dörd aylıq uşaqlar da vardı. Dörd aylıq çağalar suda cabalayaraq üzməyi öyrənir, sağlam böyüyür, həyat bacarıqlarını inkişaf etdirirlər. Üstlərindən göz muncuğu-zad asmazlar onların. Bizim yekəldikcə həyat bacarığı olaraq yaltaqlıq öyrənən uşaqlar baxma, onlar gözə-nəzərə gəlmirlər…
Gözə-nəzərə gəlməyən o uşaqlar açdılar gözümüzü. Nəzərimizə çatdırdılar ki, Azərbaycanda Gənclər və İdman Nazirliyinə ehtiyac yoxdur. Belə bir qurumu saxlamaq dövlətin pulunu havaya sovurmaqdır. Qrupun bütün üzvləri bu qənaətə gələndə Azin Kürəçi Mateogildə qonaq qalan Ziya müəllimə zarafat elədi:
- Deyəsən, işinizi itərəcəksiniz. Obyektivlik naminə qayıdıb iş yerinizdə deməlisiniz ki, belə nazirliyə ehtiyac yoxdur, gəlin onu bağlayaq. Təklifinizi qəbul eləsələr, nazirlik bağlandığından işsiz qalacaqsınız; qəbul eləməsələr, nazirliyi bağlatmaq istədiyinizə görə!..
Ziya müəllim təmkinli adamıydı, tövrünü pozmadı:
- Niyə elə deyirəm ki? Deyəcəm, bizim ABŞ-a çatmağımıza hələ çox var!
- Bravo, Ziya müəllim- mən qışqırdım- “durna balığı”nın üzməyini görəndən bəri mən ABŞ-a heç zaman çatmayacağımızı düşünürəm. Görəcəskiniz, bu günə- sabaha bir qara prezident olacaq Amerikanın!
Qaradan artıq rəng yoxdu. Bizi qarabaqara izləyən mərdimazar peyda olmaqla yenidən “nə etməli” sualı yaratmışdı. Kəs DeStefano təlimatda belə qonaqlıqların verilə biləcəyini demiş, orada iştirakın məcburi olmadığını bildirmişdi. “İstəməyən gəlməz, şəhəri gəzər, evdə qalar, yatar, kəsəsi, özü bilər neyləyər…” Kəsin dediklərini xatırladaraq Azinə getməməyi təklif etdim. Dabbaqda gönünə bələdiydim, ölərdi, “Şakir” ləqəbini götürməzdi. Sözüm ağlına batdı. Şövqlə Kəsdən sitat gətirərək sabahkı tədbirə getmək niyyətimiz olmadığını və günü ayrı cür planlaşdırdığımızı dedi. Kəsdən gətirilən sitata Fiona etiraz edə bilmədi. Planlarımızla maraqlandı. Azin təzə tapdığı tanışının bizi restorana dəvət etdiyini bildirdi. Söz arası ev yiyəsinə birbaşa Kəsdən icazə ala biləcəyimizi də eşitdirdi. Kəsə ağız açmağa ehtiyac görmədi, təzə tapılan tanışı soruşdu. Azin o irəli supermarketdə tanış olduğu satıcı qızla görüşəcəyini dedi. Amerikada teşt, tiyan, qazan qalmadı, hamısına isti su doldurub arvadın başına əmdərdilər. Özündən çıxartmadığı qanun qalmadı. Yekun sözü o oldu ki, biz “in this country”də sabah qalacağıqsa, mütləq cənab Mateogilə gedəcəyik. Mübahisə etməyin mənası yoxuydu. Səhərin açılmasını gözləmək, Kəsə zəng etmək, onu işə qarışdırıb bazar günü tezdənə qədər aradan çıxmaq lazımıydı. Yeganə qorxulu cəhət buydu ki, Canessanin rəfiqəsini tanıyırdı Kəs, əgər Azinin tanışıyla özü söhbət etmək istəsə- buna tam ixtiyarı vardı- ya işin üstü açılacaqdı, ya da görüş pozulası. “Axşamın xeyirindən sabahın şəri yaxşıdır”- o boyda atalarımız varkən özümüzdən amerika kəşf edəsi deyildik, səbbini səhər almaq ümidi ilə Fionanın yerinə qor doldurmaq istəmədik daha.
Fiona aldığı ərzaqları stolun üstünə tökdü. Məlum oldu ki, Azinin bişirəcəyi dolmaya cəmi bir ədəd bibər, bir ədəd pomidor və bir ədəd də qartımış badımcan alıb. Ət, ümumiyyətlə, almayıb, onun yerinə pilinçdən istifadə etməyi məsləhət bilib. Mən də kababı elə pilinçdən bişərəcəkdim. Elə yerindəcə Fionaya badımcan, pomidor və istiot dolmasının reseptini dördmin dörd yüz qırx dördüncü dəfə başa saldıq, ev sahibəsi dediklərimizi yalnız özünə sərf edən anda başa düşdüyündən onu bişirəsi olmadıq. Hər addımımıza qəmiş olan, özünü ağıllı, işbilən göstərmək istəyən Fionadan fürsət düşmüşkən qisasımızı aldıq. Axı ona çox demişdik ki, bazarlığı birgə edək, pulunu isə özümüz verək…
Səhərin şəri şər olmadı, zırıltı, zıppıltı oldu. Fiona üz-gözünü elə turşutdu ki, ona “sabahın xeyir” deməyə cürət eləmədik. Ev sahibəsi vacib zəng gözlədiyini və telefonu məşgul edə bilməyəcəyimizi söylədiyindən Kəsi də araya bilmədik. Burnumuzdan ehtiras tökülə-tökülə cənab Mateogilə getdik. Sənə mələməmiş quzu kəsim Kəs!
Kəs əlindəki kəsmiyi yeməyə davam edərək Azinin xahişini yerə salmadı, kəsik-kəsik danışaraq Azinə Balboa parkına necə gedəcəyini izah elədi. Kəsin ürək-dirəyindən cuşa gəlib, ikimiz də kəskin nəzərlərlə Fionaya baxdıq. Fiona kəsilə-kəsilə qalmışdı. Azin böyük günahdan yaxa qurtarmışcasına sevinirdi, gözləri gülürdü. Elə şikarı əldən buraxmaq günahıydı, gerçəkdən günahıydı.
Dostum şənbə günü evə gəlmədi. Heç bazar günü də gəlmədi. Bazar ertəsi ofisdə görüşdük. Məcaralarından qısaca danışdı. Canessa onu Sakit Okeanın sahilindəki fənər qülləsinə baxmağa aparmış, orada öpüşmüşdülər. Axşam “Qaz Lampası”na gəlmiş, diskotekada əylənmişdilər. Gecə həm yatmışdılar, həm də yatmamışdılar. Bazar günü “vəhşi çimərliyə”- insanların anadangəlmə lüt çimdiyi plyaja getmişdilər.
Demə “yerin məlum”, qardaş, demə, dərdimi təzələmə, qaysağını qopartma yaramın, toxun acdan nə xəbəri, Canessa sənin qucağında qıvrılanda mən acından gəbərirdim. Mateonun evindən gələli dilimə daşdan yumşaq heç nə dəyməmişdi. Fiona səndən giley edir, mən ağzından vururdum. Elşadın qonaqlığa gəlmədiyini, fotomanyak Akifin məclisdən tez getdiyini xatırladaraq səndə günah görmürdüm. Ay balam, Amerika “özün bilərsən” cəmiyyəti deyilmi? Başqalarının mülkiyyətinə, həyatına, azadlığına toxunmayan aydan arı, sudan duru sayılmırmı? Mən evi yıxılmış, daha doğrusu, evi heç olmamış nə qoyub, nə axtarıram, elə bil Fionanı təzə tanıyıram, o qadın olmadı, qayda oldu, qayda olmadı, qada oldu canıma, qadan alım. Yır-yığış edir, paltar yuyurdu. Bir təhər toyuq ətini soyuducudan cıxartdırıb buzunu açdım, qolumu çırmayıb basdırma elədim, görüm onu dərin basdırsınlar… Kambocalı mühacirlərdən aldıği balaca şişlərə nə qədər ət çəkəcəyimi dəqiqləşdirdim, neçə şiş kabab çıxacağını hesabladım, manqalın üstündəki setkanı götürüb qırağa qoydum, içinin külünü təmizlədim. Kül başıma! Başını ağrıtmayım, uzatmayım, Fiona setkanı qaytarıb manqalın üstünə qoydu. Yanğın-filan bəhanədir, iradə yeridirdi, ürək sındırırdı, bel qırırdı, beli qırılmış, məni ələ salırdı. Bunu görürdüm, lap aydın görürdüm, gördükcə təpəmə cin çıxırdı, təpəmdən şişə çəkdiyim ətlərə baxanda ağzı sulanırdı. Sən onda Canessanın can ətini şişə çəkirdin, şişmə, qulaq as, məndən yumağa kirli pal-paltar istədi, yadıma iylənmiş corablarım düşdü. Görmüşdün, Bakıdan Çin malı olan yay ayaqqabısı almışdım, ilk dəfə ABŞ-a yola düşəndə geyinmişdim. Yolda yaxşı getdi, burada içi tərləməyə başladı, özümə başqa ayaqqabı aldım. Çin malını geyinəndə ayağımda olan corabları torbaya yığmış, şkafa tullamışdım. Yumağa onları verdim. Fiona torbanın ağzını açanda “oxxay” çəkəcəkdim. Oxxayı o çəkdi, üstəlik, mənim kəsafətli corablarıma mahnı qoşdu. Tülkülük edirdimi, verdiyi əzabın, acıq, aclıq işgəncəsinin qabağında onu alçaltmaq istədiyimi anlayır, zümzümə edərək özünü şux aparırdımı? Bəh-bəh, gör nə deyirdi, qardaş, nələr deyirdi:
Çoxdandır kişi corabları yumuram,
Mən corabını yumaq üçün kişi axtarıram,
Qoy onun corabının iyi lap pis olsun…
Təki burnuma kişi iyi gəlsin…
Kişi, mənim burnuma Fionanın maşında yeməyə qoymadığı kökələrin iyi gəlirdi, soyuducuda hələ dururdu. İstəyənin bir üzü qara, verməyinin iki. Belə duyğulu anları əldən buraxardımmı? Mahnısını oxuya-oxuya gedib kökənin birini, yalnız birini gətirdi. Onu loxmalayıb dərhal uddum, oğraşdı yalan deyən, belə iştahla Təpəgöz kündə yemir nağıllarda, Bamsı Beyrək midilənir Banu Çiçəyin toyunda. Qeyri-ixtiyari üzümə gələn təbəssümlə birini də istədim, narazı-narazı baxdı: “bəsdir, ağ eləmə, tezliklə qonaqlar gələcək”. Saat dörddə gəldi qonaqlar. Qapıdan birinci Juel və Mayra girdi. Juel mənə qələm, Mayra sənə medalyonunda “Ənx” simvolu-
olan gümüş boyunbağı gətirmişdi, ala, as boynundan. Boynum bükülmüşdü, təşəkkür yerinə üzlərinə gülsəm də, aclıq məni əldən salmışdı. Dişimi dişimə tutub Mayradan ABŞ-da üzərində dəmir tor olmadan manqal qalamağın qadağan olub-olmadığını soruşdum. Bilirsən,- dedi- ABŞ-da iki dövlət var, biri mərkəzi, biri federal, heç hansı belə qanun çıxartmayıb… Açdım sandığı, tökdüm pambığı, ABŞ yox ey, Fiona çıxardıb, Fiona… Əlində əlacı olsa, ABŞ-da bir avtoritar rejim qurar ki, bizimkilər şükürlü olar. Yəhudi qadınlar çox anlayışlıydılar, Fionanın şəxsi və milli qürurumu tapdaladığını başa düşürdülər. Ev sahibəsi stola yaxınlaşanda dəmir toru manqalın üstündən götürməyi xahiş etdilər. Fiona daş atdı, başını tutdu. “Bura mənim evimdir. Qərarları mən verirəm”- bu sən, bu sənin evin, bu manqalın, bu da şişin, sox gözünə! Qonaqlardan biri şişləri manqalda dəmir torun üstünə düzdü, orada barbeküfason bişirdi. Kabablıq doğranmış, şişə çəkilmiş ət dəmir torun üstündə yaxşı bişərmi heç? Yeyənlər təsəlli verdilər: “çox dadlıdır, çox dadlıdır!..” Yalan deyirdilər gözlərinin içinəcən, basdırma barbekü şit çıxmışdı. Əti duzlamamışdım, acığa düşüb kabab tikələrinə sonda duz səpildiyinin üstünü vurmamışdım. Amma yaxşıca vurdum, qardaş, hətta məclisdən razılıq alıb tost dedim, sağlığı belə qurtardım:
- Hamınızı Azərbaycana kabab yeməyə dəvət edirəm!





Yüklənir...
“Mayra sənə medalyonunda “Ənx” simvolu-
olan gümüş boyunbağı gətirmişdi”
Burada defisden sonra simvol olmalidir, amma gorunur texniki sebebden saytda getmeyib.
Bura qoymaq istedim, alinmadi.
Googleden Ankh yazaraq tapa bilersiniz.
Ve ya T herfinin uzerinde balaca O tesevvur edin..
-))
TaNıŞ
Novarx, menim kultaza gonderdiyim documente baxmagi da xahis ede bilersen Zahir beyden…
Ciddi islerle mesgul ol, zati-alilerinin ciddi reyi daha maraqlidir )))
Salam Taleh bey, romanin tam metnini nece elde bilerem? Ya da ki eser kitab formasinda cap olununubmu? Isteyirem romani tam oxuyandan sonra ona munasibet bildirem. Hercend ki, KULTAZ-daki bezi hisselerini oxumusham.
Uqurlar
Eziz dostum ve qardashim, icaze verirsense men deyim nece olacaq…
Novarx bu hekayenin ideyasini yerli dibli basa dusmeyecek, qeybete cevrilende filosofluga baslayacaq…
Cavansir Yusifli oxuyacaq, ideyani basa dusecek, xosuna da gelecek, amma metn horgusune nufuz ede bilmeyecek…
Qan Tural oxumayacaq ve hec ne deye bilmeyecek…
Ryabina belke tesirlenib seir yazacaq… Siz de Novarxin bir defe dediyi menada “ideya ogurlugu” var ya… Telepatiya…
Sevinc Cilgin- Fionanin muellif tyerefinden ezilmish huquqlarini destekleyecek, cunki son vaxtlar bir az feministlik edir…
Raset Pirisoyu axira qeder oxuyacaq, butun yerli ve dunya edebi simalarini tokecek bura… metnin ozune hec ne demeyecek….
Qesem Necefzade oxusa deyecek ki, kas men de bele yaza bileydim )))
Qalib Togrul- bilmirem…
Natiq- oxumayacaq, cunki komputerde uzun metnleri oxuya bilmir…
Serif Agayarin ne deyeceyi mene de maraqlidir…
Sen esas Bahardan qorx!
Qamchi MEZARUS, duz deyirsen eziz dost. Komputerde uzun metinleri oxumaq mene cetindir. Nezere al ki, gozumdeki eynek artiq 4 yarim olub. Ona gore de Taleh beyden xahish elemishem ki, romanin butov metnini tapmaqda mene komek elesin.
Men soz vermiwem ki, Talehin romanini kitab halinda oxuyacagam ve and da ice bilerem ki, kitabi birinci ozum alacagam)))
Sevinc,
men sene soz verirem ki, kitabin ilk 10 sayindan birini sene hediyye edecem, amma evezinde senden oxumagi ve dusuncelerini yazmagi xahis edecem…
Natiq,
Cemil Ehmedli menim muellimim olub… Amma men onun telebesi olmamisam… Malisef!!!
Cemil muellim bir gun meni cagirdi,
gun o gun idi ki men her kese usyan edirdim… )))
ve mene bir pritca danisdi…
o prtica meshur bir pritcadir…
amma bu deqiqe men onun adini oldugu kimi xatirlaya bilmirem…
qisa mezmunu beledir:
- qedim yunanlarda (belke de Romada) bir igid korpunun ustunde carpayi qoyur…
Korpunun her iki basindan gelenleri o carpayiya uzadir…
Kimin ayagi godekdir, UZADIR…
Kimin ayagi uzundur KESIR…
Cemil Ehmedli mene bunu deyenden sonra men HEC NE DEMEDIM!
indi sene deyirem qardas,
Azerbaycanda bir carpayi qoyulub…
Kimin ayagi o carpayiya uygun gelirse DIZINDEN kesilir….
Kimin ayagi godekdirse… BUDUNDAN KESILIR
Babekin dizleri haqqi!
Ve men qanimi qasiga qoyub yazmisham bu romani!!!
Bu romanin birce iddiasi var- Cemil muellime subut elemek ki…
O korpunun ustundeki xiyari yenen qehremanlari xalq mutleq yaradacaq!
Cunki Cemil muellim onu demisdi mene ki..
YENE BILENE QEDER OZUNU QORU!
Men qoruya bilmedim…
Amma QALIB GELMEK iddiamdan vaz kecmedim!
Sene kitabi ozum catdiracam!
Inwallah, qardaw!
Demek, mesele beledi… Dunen vaxtim chox az idi, gozucu nezer saldim yaziya amma etiraf edim ki, Azin’in baliq tutma sehnesini oxuduqdan sonra vaxtin azligina baxmayaraq tam oxumaq qerari aldim… Tam oxuduqdan sonra -)) mimikasini qoydum sherh kimi, niye, chunki, heqiqeten de xeyli gulmushdum yazini oxuya-oxuya, hetta ureyimde – .aNıŞ, Allah seni guldursun dedim…
Indi gelirem tam ciddi fikrime… Tekrar qeyd eleyirem ki, kitab chixmadan “Babekin Canlanmasi” romani haqda fikir soylemek olmaz, cemi 3 feslini oxumushuq bu romanin… “Tenqidchi”ler helelik ozlerine el qatmasinlar, kitab chixandan sonra mudafie etmek lazim olacaq onu, indi yox… Konkret bu fesle geldikde ise, hech bir fikrim yoxdu, gulmeli yazi idi, vessalam…
Kederli ve demeye soz tapmayanlar klubunun uzvlerine!
Men cenab Shahsuvarlinin bu yazisinin Karl Yunqdan sonra yayinlanmasina cox sevindim. Onun feslin psixologiyasini acmaga yardim edeceyini gozleyirdim. Gorunur bir sira adamlar bu metni Karl Yunqu indi ve tercumeden oxumaqla da basa dusmediler…
Bu fesilde Sherq insaninin davranishinin instinktlerden asililigi ve onu metafizikaya surukleyen amil aciqlanib…
Metnde cox ince bir meqam var. O meqam Fionanin hamamda susenin parlanmasina, qonaqlara uz qirxmasina ve s. imkan vermemesidir. Cimen zaman hamamda susenin parlanmamasi fiziki qanunlarin otesine cixmaqdir… Saqqal saxlamaq dine tapinmani simvolize edir.
Babekden sonraki sherq ACliq ve SEKSUAL telebatlari odenmeyen, qapali cemiyyetlerdir.
Fesilde onu deyirler ki, Amerikada da diktatorlar var, amma o diktatorlarin meydana cixmasina serait yoxdur…
Sherqde shexsiyyet- yaxsi ya pis yoxdur, amma shexsiyyete perestish var! Kuceler, heykeller…
Qerbde shexsiyyete perestish yoxdur, amma shexsiyyet var- yaxsi ya pis… Fiona, kucelerin bitki adlari ve herflerle isarelenmesi…
Final cox gozeldir- setkanin goturulmemesi… O setka- demir barmaqliqlardir ve Amerika onu bizim uzerimizden goturmur… O setka Amerikada ancaq barbeku, Azerbaycanda ise kabab bisirilmesini zeruri edir. Halbuki medeniyyetler arasi dialoq aciq cemiyyetler arasinda getse Amerikada kabab Azerbaycanda ise barbeku bisirmek olar…
Ve fikir verirsinizse Amerikada yegane setka manqalin ustindedir, Azerbaycanda yegane setkasiz yer manqaldir!!!
ENX- seksual balansi, beraberliyi simvolize edir. Xatirlayirsinizsa bir onceki fesilde sirf kisi cemiyyeti, ordudan behs edirdi. Bu hissede ise qadin zabitesinden… Muellif catdirmaq isteyir ki, onemli olan sistemdir!
Muellif sherq sistemini cox ustaliqla dagidir!!!
Sherq ailesi- qerb ailesine uduzur!- Mateo ve xanimin timsalinda…
Sherqin geleceyi Qerbin geleceyine uduzur…
Goz muncugu- qorxunun yasadilmasi qerb komlekssizliyine- heyat bacariqlarina uduzur…
Ve biz ona gore qerbe catmayacagiq ki DOVLETI deyismek istemirik, GIN qalmalidir ve Pekine budereyen at aparmalidir ki, o orada yixilsin, men de ozume “Qamci” texellusu goturum…
En esas meqam- kambocalilar! Amerikianin seadet olkesi oldugunu aciqlayir!
Ve… Sherqin heteredoks ve ezetorik cereyanlari hemise mum sondu iddalariyla ele salinib… Cenab Shahsuvarli ise QAZ LAMPALARI eylence rayonun timsalinda onu mehv edir…
SHerq kederlidir, cunki acliq ve seksual istekleri temin olunmayib…
Qerb guleruzdur… Cunki Canessanin is, ash ve bakirelik problemi yoxdur…
Qerb ucun IMIC onemlidir (post modernist edebiyyatin fikrince)- Canessa isguzar reputasiyasini qoruyur…
Serq ucun icine cekilmek xasdir, IMIC HEC NEDIR!
Qerb konulludur!
Sherq-mecburidir!
Qerb- aktyordur!
Sherq telxekdir!
KVN- sherq telxekliyini perdelemek cehdidir!
Cenab Cavanshir Yusifli, cenab SHahsuvarlinin bu metnini basha dusmemisinizse, Karl Yunqu oxuyun… Karl Yunqu basha dushmemisinizse Talehi…
Indi cox kederli ve mati-qutu qurumush olsaniz da…
P.S- bir meqami unutdum,
Qerbde EV toxunulmazdir, SHERQde DOVLET!
SHerqde dovlet adami gormur,
Qerbde adam dovleti!
Men bu meseleye mutleq munasibet bildirmeliyem!
Cavansir muellim blogunda yazir:
(http://qayidish.azeriblog.com/2008/12/01/filoloqun-portreti)
“Rüstəm Kamal düşüncəsinə, təfəkkürünə, elmi dünyagörüşünün genişliyinə görə seçilən təklərdəndir. Rüstəm insan kimi əxlaqlı və son dərəcə humanist olduğuna görə, heç kəsə dərs keçmir, bilmirəm, burda kövrəlməyin yeridi, ya yox: Rüstəm mənim ədəbi və əbədi qardaşımdır…”
“Ona görə də bu böyük və məcburi bərpa işinə uğraşan filoloq istər-istəməz üzərinə başqa elm sahələrinin də funksiyalarını icra etməyi götürür: memar, yer ölçən, topoqraf, filosof, dilçi, mətnşünas, iş icraçısı və hətta daş daşıyan… ”
Rüstəmin çox sevdiyi filoloji portret janrının özümlü xüsusiyyəti ilə seçdiyi predmetin düzgün kəsişməsi (düz bucaq yaratması) oxucunu sual qarşısında qoyur: iki filoloqun mətnaltı bəhsləşməsi bir anlıq gərginlik yaradır; Rüstəm məntaltı bəhsləşməni bir an olsun belə unutmayaraq təhkiyə strurukturunda adi, heç kəsin diqqətini çəkməyən ştrixləri seçib-ayırır və müəyyən düşüncə məsafəsi qət edildikdən sonra bu ştrixlər “mətnaltı bəhsləşmənin” resurslarını möhkəmləndirir.
Nizami Ceferova menim boyuk hormetim var- onu qoyaq qiraga…
Men Raset Pirisoyunun Cavansir muellime son hucumuna haqq vermesem de, indi basa dusurem bezi sheyleri…
VE!
Cavansir Yusifliyle onun ebedi ve edebi qardashi Rustem Kamali (o cumleden onun butun yaradiciliq fakultesini) bu metnin muzakiresine devet edirem. Qoy kultazda mene memarliq meselesinde eks geden hormetli Cavansir bey ve onun ebedi ve edebi dostu, metnler alti metlebler uzmani Rustem Kamal hec ne demirem, bu metnin metnleshme texnikasini ve konflikt strukturunu tehlil etsinler. Sade bir dille…
Eger Cavansir muellim metn horgusune cox yox 5, Rustem Kamal da konflikt strukturuna aid 3 cumle yazsa… MEN SOZ VERIREM KAMAL ABDULLA HAQDA REKTORUN PORTRETI ADLI YAZI HESR EDECEM!
Hormetli Mezarus hezretleri, sizin Qerb-Serq movzusunda aforizmleriniz lap Ebulqasimin kitabina dushesi aforizmlerdi, yaqin siz Ebulqasimi tanimirsiz, tanimirsizsa dexi men de onu size tanitmaq halinda deyilem.
Movzuya xitab edib bildirim ki, beli, duz buyurursuz, Qerb Sherqin qadagan etdiyi zinadan da oyana – inseste, gey munasibetlerine sari gedir, cun AXIRADEK gedilmeyen yol yol deyil – Qerbin beyni bunu yaxshi hesablayib. Bir az qadaga varsa, boyuye biler, balaca bir muqeddes nesne ve anlam qalibsa, o, naragatliq menbeyeidi. Qadaga-ni qdagan elemek olmur, olmaz-a yox demek, ona sovqu-heves emele getirir. Qadagani yox elemek lazimdi – “do diba”.
Qerb daim, aramsiz shekilde, narahatliqla Sherqe teref boylanir, zira paradokslar bir-birini uzaqdan taniyir! Sherqe teref boylanir, cun onun dunyagirliyine ve dunyaviliyine tehlukenin unvani Sherdedi.
Qerbin yerustu ve muveqqeti (her bir kes bu cennetde yalniz bir orta insan omru qeder yashaya bilir) cennetine qarshi Sherqin ebedi cennet ideyasi var.
Qerbin gucu (beyin gucu, emek serf elemek gucu ve sair)var, Sherqin Allahi!
Qerb Sherqin eksidi, tekce cografi menada yox.
Sherq gunahlardan temizlenmek, Qerb gunah hissinin ozunden qurtulmaq isteyir – Qerbin ateiszm, insest, ana-baci, gey munasibetile bagli telimatinin arxasinda bu durur. Hercend Sherqin dini menbe ve metnleri analoji kosmik (yere-goye satashan) inqilab ve asiliyin aqibeti haqda xeberdaredci mesajlar oturub. Bunun ucun Lut peygemberle bagli pritcaya baxa bilersiz.
Qerb sivilzasiyasi ogurluqdu, tapintididi, axtarish ve qesblerin neticesidi – orta esr deniz seyyahlarini, Amerikanin kesshfini yada salin, Serqde ise her shey nazil olur.
Qerbin axtardigi xezine Sherqin ayagi altindadi (neft).
Qerb qelebe calir-rahatlashmir, guclenir-usanmir, sovqi-tebii, shuuralti anlayir, tecrubevi informasiyadan cixish etmekle sezir ki, nese olacaq. Sherqde deyilenlerin duz cixacagindan qorxur, ona gore sonuncu silahini ishe salir: Butun muqeddesliklere savash acir.
Ki belke Goyden hec bir shey enmeye; amma enir, hec olmasa meteorit dushur!
Qerb menivayyatin uzerine gedir, Sherqden exz eledikleri (misal ucun xristianliq) ona dogma deyil,girdirmedi, hesabla evvel-axir yag-ayrandan aralanmalidi.
…ve sizin temsil ve teblig elediyiniz edebiyyat ashagi enir, yerin altina girir.
Hormetli Mezarus, deyesen axirda ikimiz de Ebulqasimin kitabina dusheceyik… O unvani size gostererem.
Mohkem olun
Mehri, salam!
Senin dediyin kimi elitarliqla bagli mesele Turalin linkinde bitdiyine gore, sene buradan cavab vermek qerarina geldim. Cunki menim ucun hazirda en meraqli meqam qeyri-ciddi movzularda tost deyen ve ya soyush yazan adamlarin ciddi edebi ve sosial movzulardan qacmasidir. AYO-culara deyirdiler ki, Anari, Elcini tenqid edib ortaya ne qoymusunuz? ve haqliydilar! Ortaya ne ise qoyanda bax bele susurlar o elitarlar! Butun Azerbaycan yigishsin ve gostersin ki, elitar Rustem Ibrahimbeyov eyalet usagi Taleh Shahsuvarlidan yaxsi hansi metn yaradib? Ve nezere alanda ki, R.I tonlarla kagiz isledib… Taleh Shahsuvarli internetde cemi 3 hekaye yayinlayib…
Budur meydan…
Ingilterenin meshur Leeds Universitetinin qoyunlar arasinda apardigi tedqiqata gore, suru- 90 faiz qoyunun 5 faiz secilmemish terefinden idare olundugu qeyri-sosial qrupdur. Bilmeni isterdim ki, heyatda sosial heyvanlar da var (meselen qurdlar). Ziyali menim ucun surunun qabaginda geden KOZYOLLAR deyil…
Qan Tural elitarlardansa o kozyollarin siyahsini tertib etseydi daha maraqli olardi…
Niye men etmirem?
Men suru, kozyol, coban ve qurd psixolojisini “Babekin canlanmasi”nda acmisham! Leeds Universitetinin teqdiqatlarina esasen!- amma o tedqiqatin neticesini bediilesdirerek. Gozleyin kitab cixsin!
Ayrica sosiologiyada TESIR QRUPLARI deyilen anlayish da var, bezen bunu ziyaliliq ve elitarliqla qarisdirirlar…
KOZYOL PSIXOLOJISI
“Etiraz eləməyə, dağa çıxmağa qorx, çobansız hərəkət eləmə, sürüdən qırağa çıxma, qoyunların qabağında get, qabaqcıl qoyun ol, qılın olanda nə olar, sənə ev verək, eşik verək, orden verək, medal verək, deputat seçək, südündən qaymaq düzəldib camaata yedizdirək… Ay uşaq, əzbərlə, böyü, adam olma keçi ol, ziyalı olma, kozyol ol! Piyinə ehtiyac olanda, kozyolu günahkar çıxartmağa nə var? Səni elə qurd yesə, yaxşıdır! Hanı o qurd, nədən dadıma çatmır bir-birlərinə dal çevirməyən o gözəl canlılardan biri? Niyə gəlib çıxmır bu sürünün axırına? Nə demişəm özünü sala sürüyə, salamat qoyun buraxmaya, anaşına-əmliyinə, şişəyinə-şişliyinə, qoçuna-qıçına baxmaya, boğazlaya hamısını…”
T.Şahsuvarlı. “Babəkin canlanması” romanından…
SURU PSİXOLOJİSİ
“Boğazıma qayıdır kabab tikəsi, yeyəndə ürəyimə dammışdı dünəndən qaldığı, çeynəyəmmədim, diri-diri uddum. Öz aramızdır, yaman ət yeyənəm, görən doğrudanmı mən qurd olmuşam? Qurd olmuşamsa, niyə atılmıram bu qoyunların üstünə? Gör ey, necə rahat hiss edirlər özlərini kürkün arasında… Toyda oturmaqlarını görəydin, elə bil ağıldaydılar, oynamaqlarını görəydin, o yekəlikdə şadlıq sarayında küncə qısılırdılar… Demə belə deyir, qəşəng oynadın ha “Ləzginka”nı, oynamadın, uçdun, oynamaq deyildi o, uçmağıydı… Yox, nənəm, yox, mən qurd olmamışam, quzğun olmuşam, budur, dövrə vururam səmada, başım fırlanmır, qanad açıb süzürəm… Quu… Quu.. Bu səs hardan çıxdı? Yox, məndən çıxmadı, mən “qu” desəm, qusaram yediyimi, avtobusdan çıxdı, siqnal verdi “Doxsan” Məzahir. Bəs niyə mələmir, bu nənəsi mələr qalmışın siqnalı mələyə gərək… İmitasiya edir, doxsan yox, doxsan doqquz yox, lap yüz faiz imitasiya edir!
T.Şahsuvarlı. “Babəkin canlanması” romanından…
Salam,
Hormetli oxucular, tenqidchiler, modernistler, post-modernistler ve hemvetenler !
A Gardash mashaALLAH gor ne qeder ejdaha cavan sherhchi-tenqidchiler yatir bu setiralti internetde!
Achigi men tam oxumamisham bu romani, amma oxudugum hisselerin bedii tetibati, mentigi yanashmasi, chilpaq realliq fonunda mezmun chatdirma usulu mene lezzet etdi. Choxlu ozunemexsus ustunlukler vardir bu romanda. Halaldir!
Əziz Eldəniz!
Yazırsan ki, mən Talehin mətnlərinə müdaxilə etmirəm.
Bunu bir neçə səbəbi var.
Əvvala, mən Talehdə milli yazıçı damarı olduğunu hiss edəndə, döğrusu, buna bir o qədər inanmamışdım. Milli yazıçı kimi ortaya çıxmaq təkcə istedad məsələsi deyil. İndi Azərbaycanda xeyli istedadlı yazıçı var.
Bu, həm də dünyagörüş, moderinə post baxış, hiss etdiklərinə dözmək, vicdan, ləyaqət, dözüm, axıtarış və s. və i. məsələsidir.
Taleh bütün bunları özündə birləşdirə biləcəkimi? Bilmirəm.
İndi biz təkcə irticanın deyil, həm də qaragüruhun diqqət mərkəzindəyik.
Bunun belə olduğu mənə tamamilə aydındır və mən bunu çox asanlıqla izah edə bilərəm.
Vaxtı ilə mənim bir yazım olub: «İrtica və qaragüruh» Həmin yazıda mən irticanı və qargüruhu özümə aydınlaşdırmaq istəmişəm və yazıda belə bir izah var:
Qaragüruh – hakimiyyətsiz irticadır.
İrtica – hakimiyyətdəki qaragüruhdur.
Şəxsən mənə Talehin yazıçı müstəqilliyi ilə bağlı fikirləri aydın deyil.
Bu da mənim Taleyin mətnlərinə müdaxilə etməyimi çətinləşdirir.
Amma mən Taleyin bu yazısına romandan parça kimi deyil, müstəqil bir yazı kimi münasibətimi açıqlaya bilərəm.
Əvvala bu mətn Azərbaycan ədəbəiyyatı üçün təzədir.
Əsər okeanın təsviri ilə başayır və bu obraz demək olar ki, bütün mətn böyu əsərin qəhrəmanlarını izəliyr – Azin Kürəçini və Məni. Onlar demək olar ki, hər şeyə «okean genişliyndən» baxmağa çalışırlar.
Əsərin dəyərli məqamlardan biri də – yazıçını özünə və obrazlarına fırıldaq gəlməməsidir, onları təbilliyini qoruyub saxlamsıdır və əgər belə demək mümkünsə, Azin Kürəçinin və Mənin okean genişliyi daha çox onların gənclik istəkləri ilə bağlanır və bu fonda təkcə milli dəyərlərin çuğlaşması prosesi deyil, həm də insan tənhalığı, insan kaprizi, insan çıxlmazlığı – Fiona – çox canlı görünür.
Ümumiyyyətlə, bu parçada bu günki Azərbaycan oxucusu üçün çox maraqlı informasiya var – bu informasiya «onlara zənci demək olmaz» təkririndən tutmuş, “In that country” cümləsinə qədər hər şeydə özünü göstərir.
Əsərdə şəxsən məni güldürən bir məqamın üstündən sükutla keçmək istəmirəm. Bu da Mədəniyyət və Turizm Nazirliyinin saxlanıb – saxlanmaması məsələsi ilə əlaqədar Ziya ilə Azin Kürəçinin arasında olan dialoqdur.
Mən bü söhbəti doğrudan da Taleyin tapıntısı hesab edirəm, onun bir yazıçı kimi nə qədər geniş olduğuna dəlalət edən məqam kimi qiymətləndirirəm.
Bu parçada bizim hər gün müşhahidə etdiymiz Azərbaycan, onun ziqzaqları, suallırı və bu suallara tapılan cavabları kifayət qədər təbii, azərbaycansayağı və dolğun təsvir olunub.
Bir sözlə bu «Basdırma barbekü» mənə maraqlı göründü.
Kabab məsələsi doğrudan da əsərdə simvol səviyyəsinə qaldırılıb, əsərin qəhrəmanı parçanın sonunda hamının Azərbaycana – kababa qonaqlığına çağırması – bədii məntiqdən doğur.
Özünü, öz mətbəx mədəniyyətini yad ölkədə ifadə edə bilməyən insanın bu çağırışı kifayət qədər təbii səsələnir.
Amma bu parça Əsərin ümumi təqdimatında hansı rolu oynayacaq, demək çətindir.
Bir məsəlyə də münasibət bildirməklə mən bu yazını qurtarmaq istəyirəm.
Birincisi, «Babək mövzusu» ilə əlaqədar məndə formalaşmış qənaət mövcuddur, hətta mənim bu barədə yazım da var, birbaşa «Babək» adlanır və çap olunub.
İkinci, orta əsrlərin Azərbaycanın bu günüə qaytaırlması üçün mən ortada təzə heç bir konsepsiya görmürəm. Bəlkə bu Talehdə var, bilmirəm.
Orta əsrləri Azərbaycana Füzuli poeziyası müsitəvisində bircə Ramiz Rövşən qaytara bilmişdi, özü də çox böyük istedadla, amma bu porsesdə təkcə Ramiz Rövşənin istedadı deyil, həm də keçmiş SSRİ yaxından iştirak etmişdi.
Keçmiş SSRİ şərq kimi nəhəg bir məkan idi, o, Şərqin Füzulini əzdiyi kimi Ramiz Rövşəni əzirdi.
İndi Azərbaycanda şərq çox az iştirak edir, Füzuli də o cümlədən.
İndi SSRİ yoxdur, «Ramiz Rövşən də o cümlədən»
İndi Azərbaycan başdan – ayağa Axundov ağrıları içindədir.
Axundovun ağrılarnıda isə Babək yoxdur.
Ümumiyyətlə, mən Spartakın, Babəkin, Robin Qudun, Atillanın… müasir insanın həyatanda yerini görmürəm.
Qədim dünya qədim dünayda qalıb, gözəl bir nağıl kimi. O müasir dünyamazıda, demək olar ki, az iştirak edir.
Bizi qədim dünyamızla heç nə edə bilməyəcəyik.
Demirehmedov, salam! Fikirleriniz mene maraqli oldu. Razilasdigim ve razilasmadigim meqamlar var. Amma size deyeceyim birce meqam var: “Babekin canlanmasi”nda GOYDEN DUSEN IKI METEROIT QARSILASDIRILIB! BIRI SERQE DUSEN, BIRI QERBE!
Kitabdan oxuya bilersiniz. Gelen hefte cixacagina eminem… Lap az qaldi )))
HER KESIN NEZERINE CATDIRMAQ ISTEYIREM KI,
QAMCI MEZARUS MEN DEYILEM!!!
BU NIK MENIM OLSAYDI, ONU SIRR KIMI QORUYARDIM, BIRUZE VERMEZDIM VE MENDEN BASQA HAMIDAN SUBHELENILDIYI HALDA, EYNI LITSEYDE OXUDUGUMUZU DEMEZDIM. Men partizan muharibesinin ne oldugunu bilen adamam!
Raset Pirisoylu,
size oz derin tesekkurumu bildirirem. Sizin cox gozel edebiyyat anlayishiniz var, istedadli ve fedekar insansiniz! Men size ona gore tesekkur etmirem ki, bir cox nuanslari aciqlamisiniz. MEN SIZE ONA GORE TESEKKUR EDIREM KI, AZERBAYCANA BABEK LAZIMDIRMI? -kimi KONSEPTUAL sual qoymusunuz!
Bu suali men iki neferden gozleyirdim- Cavansir Yusifliden ve Tehran Elisanoglundan! Tehran muellim aktivlik elemir kultazda, amma Cavansir muellim “Cerge”ni oxuyanda bu suali vermeliydi!!!
Men teessuf edirem ki, sizin Babekle bagli yazinizi oxumamisam.
Amma menim Babeke ferqli baxisim var. O baxisin qisa mezmunu budur ki, Babek GELECEK ORTA ESRLERE QARSI VURUSURDU!
Romanda- 2-ci Babek (malisef biz onun haqqinda danismamisiq hec zaman, sohbet Bizansa kecen ve imperator Fofilin heyatini qurtaran Feofobdan gedir) terefinden yaradilan konspirartiv “Qan ve Uz” Lojasindan behs edilir ve o lojanin Tiflisde Mirze Feteli Axundov terefinden yeniden quruldugundan soz acilir!
Basqa metlebler de var, onlari saxlayaq.
Sizin son sualiniz mence daha vacibdir. Ki, yazici bir kitab yazib, insanlarin umidini cucerdib, bir protestcinin, idealistin obrazini yaradib USTUNE DE OZ QIYMETINI QOYUB ONU SATMALIDIRMI?
Men romanda deyirem:
BU YOLUN UC BASI YOXDUR, IKI BASI VAR! YA SONDA GULECEKSEN, YA DA SONUNA GULECEKSEN!
Sonda gulmek- qalib gelmekdir, sonuna gulmek- Babek kimi edam kotuyunde qehqehe cekmek!
Menim qehqehemi haminiz esideceksiniz! Belke de olumumden sonra mene “boyuksen” deyenlere de )))
P.S: Deyirsiniz: “Axundovun agrilarinda Babek yoxdur!” Bes Axundov hansi dine, hansi qaranliga, hansi savadsizliga, hansi monarxiyaya, hansi edalitsiliye, hansi TEFEKKURE qarsi vurusurdu?
From: “Enrique Meza”
To: pragma_center@yahoo.com
Many congratulations my friend!!!
I feel honored to be a part of your story and wish you blessings in your literary endeavor!!!
Be well,
Enrique
Enrique Meza | Director of Programs
Phone: 619.291.8105 | Fax: 619.291.1909
Citizen Diplomacy Council of San Diego
1761 Hotel Circle South, Suite 360 | San Diego, CA 92108
http://www.SanDiegoDiplomacy.org
Olmaz eee, olmaz …
Çox hörmətli Elnarə xanım!
NƏ OLMAZ? NİYƏ OLMAZ? NƏDƏN OLMASIN?
Niyə azad rəqabətdən bunca qorxursunuz? Niyə yaradıcılığı- yaxşı ya pis, peşəkar ya diletant, zövqünüzə uyğun ya uyğunsuz- gətirib OLMAZa dirəyirsiniz?
Bu dünyada BAŞQASININ HƏYATİNA, MÜLKİYYƏTİNƏ VƏ AZADLIĞINA TƏHLÜKƏ TÖRƏTMİRSƏNSƏ HƏR ŞEY OLAR!
OLAR!
Bəs mən nədən ötəri yazmişam “Basdırma Barbekü”nü? Maariflənin də bə! )))
Tanish’ciyez,
hansi yaradiciliqdan danishirsiz?
bu cumleyle bashlayan bir yaziya nece OLAR deyim:
“Təkcə adı sakitiydi okeanın. Çılğın, ehtiraslı, gözəliydi. Azadıydı, çox azadıydı.”…
senin bu romanin dana basdirmasi kimi bir sheydir…
El-nare ciyezim!
Menim Senin OLARina telebatim yoxdur!
Denen niye?
Ona gore ki zovqsuzsen!
+ Savadsizsan!
Denen Niye?
Ona gore ki, sen mehz hemin cumleye
yeni
“Təkcə adı sakitiydi okeanın. Çılğın, ehtiraslı, gözəliydi. Azadıydı, çox azadıydı.”…
OLar deye bilmek ucun xaos nezeriyyesini,
+ YARADAN, QORUYAN ve YIXAN TANRILARIN ADINI
+ onlar arasinda qarsiliqli munasibetleri
+ Hayeki
+ Berdyayevi
+ AZADLIQ NEZERIYEESININ diger konsepsiylarani
BILMELISEN!
Esseklere menim ehtiyacim hec vaxt olmayib, telebatim esla olomayacaq!
arkadaşlar ben Türkiye’den yazıyorum aranızdaki konuyu çok anlamadım ama sanırım pek hoş şeyler yazmıyor
Benim sizden bir istegim var benimde soy adım ciyez bu soyadı ne anlama geliyor.soykütügümle ilgili bir araştırma yapıyorum acaba ciyezler azerbeycan’da yaşayan bir boy mu? bana bu konuda yardımcı olursanız sevinirim.slmlar
men bu saiti cox seviyorum