İlə görə arxiv: Kasım 2008


Eldəniz SADIXLI (Qamçı MEZARUS). BİR ÇAL-ÇAĞIR ÖLKƏSINDƏ…

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 17 Kasım, 2008

(Qalib Toğrula Kopenhagendən birinci məktub)
… Cavanşir Yusiflini samballı polemikaya dəvət etdim, malisef qaçdı, təklif elədiyim mövzuya öz bloqundan səthi reaksiya bildirdi… Başdan- ayağa sosial problemlərə “dövrün ictimai-siyasi hadisələrinə münasibət bildirmək cəhdi” deməkdən irəli gedə bilmədi…
… Şərif Ağayarın hekayəsi haqda fikirlərimi dedim, digər yorumçulara cavab verdi, mənim qeydlərimə münasibət bildirməkdən çəkindi, “susmaq razılıq əlamətidir”, – bu, [...]



Vasıl Stus yaradıcılığı Azərbaycanda (Fotolar)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 17 Kasım, 2008

Noyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda görkəmli Ukrayna şairi, ötən əsrin 70-ci illərində repressiya olunmuş Vasıl Stusun Azərbaycan və rus dillərində olan «Kolımada kəklikotu qoxusu» («Na Kolıme zapaxlo çabretsom») adlı şeirlər toplusunun təqdimetmə mərasimi keçirildi. «Dünya ədəbiyyatı» dərgisinin qısa adı «DƏB» (Dünya Ədəbiyyatından Books) olan kitab seriyasının 11-ci kitabı [...]



“Moldova kirvələr ölkəsidir”

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 17 Kasım, 2008

YURİ ANDRÜŞENKO: “Bakıda yaşayıb, işləmək təklifinə məmnuniyyətlə razı olardım”
Anton Çexov adına Moldova Dövlət Rus Dram Teatrı yaxın keçmişdə Bakının qonağı oldu. Əliboş gəlməmişdilər. Yerli seyrçilərimizə üç tamaşa
- Çexovun məşhur «6-cı palata»sının motivləri əsasında «Strasti po Andreyu», Jan Batist Molyerin «Brak po nevole, ili şkola jon i mujey» və Voymil Rabadanın «Koldun «Ux-Tı» i malenkaya [...]



“Düyün” filmi İtaliyada festivala dəvət alıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 16 Kasım, 2008

Kultaz: Asif Rüstəmovun və Ramiz Fətəliyevin birgə ssenarisi əsasında kinorejissor Əlisa Cabbarovun çəkdiyi “Düyün” filmi İtaliyada qısametrajlı filmlərin beynəlxalq festivalında iştirak edəcək.
Mərkəzin direktoru Əlisa Cabbarov yaradıcı kollektivin noyabrın 24-dən 29-dək keçiriləcək tədbirdə 30 dəqiqəlik bu filmin uğur qazanacağına inandığını deyir.



Sabir Rüstəmxanlı. Yeni Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 16 Kasım, 2008

TONQAL BAŞINDA
Tonqal iyi verirsən!” – bir gözəlin sözüydü.
Tüstülü saçlarımı qarışdırıb gülürdü.
Bilmirdi tonqal iyi mənim saçımdan deyil,
Köksümdə tüstülənən ürəyimdən gəlirdi!
Gözlərimin önündə tüstülənən kitablar,
Nəsiminin, Sabirin ruhunda tonqal iyi!
Haqqımı istəyəndə dilimə damğa basan
Adımı yasaq edən qorxumda tonqal iyi!



Aliyə. Teatr və «Hamlet» barədə

Yazar: Admin | Bölmə: Teatr | Tarix: 15 Kasım, 2008

«Sənə qəsd edəcəklər, dostum…» (Z.Ə.)
İnsanı sarsıda biləcək hadisələrin siyahısında yəqin ki, ölüm və xəyanət başda dayanacaq. Bu ölüm və xəyanət saray divarları arasında xüsusi cazibə qazanır, biləsiniz. Kütlənin hakim elitaya xüsusi heyranlığı və ürəyinin dərinliyində gizlədiyi qisasçı sevgisini nəzərə alsaq, «Hamlet» əsərinin bu qədər məşhurluğu sirri-xuda olmayacaq. Paytaxtın əksər teatr adamlarını, hətta teatrdan qaçaq düşənləri [...]



Seymur Baycanın yeni kitabı çıxıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Kasım, 2008

BP, Mcdonalds, Coca-cola, Pepsi yazıçının tənqid hədəfində
Kultaz: Gənc yazar Seymur Baycanın (Seymur XXX) yeni kitabı çıxıb. “Körpüsalanlar” adlı yeni kitabı şəhərin kitab mağazalarından, o cümlədən “Kultaz”ın redaksiyasından əldə etmək mümkündür.



Bakıda Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresi keçirilir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 14 Kasım, 2008

Kultaz: Dünən Azərbaycan Dövlət Flarmonyasında Beynəlxalq Uşaq Ədəbiyyatı konqresinin açılış mərasimi oldu. Azərbaycan və Türkiyə dövlətlərinin dövlət himnləri səsləndirildikdən sonra konqresin təşkilatçısı Qafqaz Unversitetin rektoru professor Ahmet SANIÇ iştirakçıları salamladı və 3 gün davam edecək tədbirin məqsəd və vəzifələrini nəzərə çatdırdı.



«Azərbaycan yaltaqlığın intibah dövrünü yaşayır»

Yazar: Admin | Bölmə: Persona | Tarix: 14 Kasım, 2008

Çingiz Hüseynov: «Rüstəm İbrahimbəyovla bağlı mubahisələr tamaşalı oyundur, icazəli xarakter dasıyır»
Rusiyada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovla üz-üzə oturub söhbət etmək obyektiv səbəblərdən mümkün olmasa da, suallarımızı ona göndərmək imkanımız vardı.
Suallarımızı hörmətli Çingiz müəllimə göndərdik və cavabları çox gözləyəsi olmadıq. Təəssüf ki, bu lütfkarlığı Yazıçılar Birliyinə rəhbərlik edən bir çox yazıçı və şairlərdə görməkdən məhrumuq.



Bakıda ukraynalışairin kitabının təqdimatı oldu

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 12 Kasım, 2008

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Ukrayna şairi Vasil Stusun “Kolımada kəklikotu qoxusu” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan AYB sədri Anar bildirib ki, Ukrayna ilə Azərbaycan arasında güclü iqtisadi, siyasi və mədəni əlaqələr var: “Ukraynanın istedadlı şairlərindən biri olan Vasil Stusun kitabının çapı da bu əlaqələrin məntiqi davamıdır. “Kolımada kəklikotu [...]



Seymur Baycan. Lenin ziyalılar haqqında

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 12 Kasım, 2008

Diktafonu qoy Azərbaycan ziyalısının qarşısına. Nədən desən danışacaqlar. Yaralı Arazdan, Dəli Kürdən, statusa həsrət qalmış Xəzərdən, Cavad xandan, dastandan, xəngəldən, hindu qəbilələrindən, alternativ enerjilərdən, elmi tərəqqidən, yolxucu xəstəliklərdən. Siz onlara indiki zamandan sual versəniz, həmən susacaqlar.



Şəlalə Əbil. Qismətimə düşən adamın adının baş hərfi (Hekayə)

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 11 Kasım, 2008

Bacım Xatirə daş atıb başını tutmuşdu ki, bəs Aslana baxdırmasam, ürəyim partlayar. Mənim gülməyimi güclə saxladığımı görüncə hələ üstümə qızacaqdı da: ”Bax, Miri tutulanda gedib baxdırmışdım, qarşısında oturan kimi, dedi, ərin dörd divar arasındadı, darlıqdadı. Əgər uydurursa, hardan bildi ki, mənim ərim tutulub. De də, nəyə gülürsən, de də! E-e-ey.., sən də hər şeyə qulp [...]



Ramiz Rövşən. QORUMAĞI ÖYRƏNƏK

Yazar: Admin | Bölmə: Mədəni İnqilab | Tarix: 08 Kasım, 2008

Rüstəmə qarşı bu qəfil hücumun məqsədi də onu əzməkdən daha çox (əslində bu mümkün olan iş deyil!) cəmiyyətin müqavimət gücünü yoxlamaqdır
Neçə gündür Azərbaycanda qəribə bir “hücum və müdafiə” kampaniyası yaşanır. Bu hücumun da, müdafiənin də hədəfi, ünvanı bir nəfərdir: mənim köhnə dostum, dünya şöhrətli sənətkar Rüstəm İbrahimbəyov.
Əslində Rüstəmin müdafiəyə ehtiyacı yoxdur. Əksinə, təkcə özünü yox, [...]



“Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının ilk toplantısı keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Kasım, 2008

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının ilk toplantısı keçirilib.
Toplantıda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev hazırda 4 nominasiya üzrə elan olunan ədəbi mükafatının gələcəkdə daha da genişlənəcəyi, mükafat üçün nəzərdə tutulan məbləğin və nominasiyaların sayının artırılmaq təkliflərinin dəyərləndirilicəyini deyib.



Yazıcılar Birliyinin sədri Fransaya gedəcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 07 Kasım, 2008

Yazıçılar Birliyinin sədri Anar sabah Fransanın paytaxtı Paris şəhərinə yola düşəcək. Bu barədə Yazıçılar Birliyindən bildirilib. Məlumata görə, səfərdə məqsəd tatınmış yazıçı-publisist, alim Mir Cəlal Paşayevin 100 illik yubileyində iştirak etməkdir.



ELNARƏ ŞƏMS. Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 07 Kasım, 2008

Tutalım ki… (Miniatür)
Tutalım ki, tab gətirə bilmədin haqsızlığa
və yaxud,
“Malışla” böyüdün deyə
Başın zərbələrdən başladı ağrımağa.
Böyrəyinin biri ayağına dolaşdı,
Ən yaxın sirdaşın “valerianka”oldu…



Aydın Canıyev. Evdən qovulmuş oğlanın yazıçılığı

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 06 Kasım, 2008

Həyatda daha çox özümü böyük şairimiz Bəxtiyar Vahabzadənin misralarında görürəm: “dərdin yoxluğu da mənim üçün dərddir”. Bəzən çəkə bildiyimdən də artığına çiyin verdiyimdən, uzun müddətə yuxum qaçır. Gah futbola baxıram, gah da təkrar-təkrar verilən qaydasız döyüşlərə. Arada yaxşı kinolar da olur. Ancaq bütün bunlar da yetərli olmur – kitab oxumaq istəyirəm.



Qəşəm Nəcəfzadə. MÜASİR UŞAQ ƏDƏBİYYATININ PROBLEMLƏRİ

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 06 Kasım, 2008

Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Poeziya zamanı bizə hiss elətdirən Allah möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss eləyirlər.
Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar. Məsələn, biz ağacdan pəncərə düzəltmək istəyirik, onlarsa ağacın budaqlarından yelləncək asmaq fikrindədirlər.



Rafiq Tağı. Hekayə.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 05 Kasım, 2008

İlK DÜŞMƏNİM. MEMUAR
Həsənağa 10 yaşında öldü. Öldü də yox, gəbərdi, gəbərdi də yox, xosunvay oldu. İndi mən öz həmyaşımdan, ilk düşmənimdən düz 45 il böyüyəm. “O, rəhmətə getdi”, “o, haq dünyaya qovuşdu”, – onun barəsində bu cür-bu sayaq şirin-şəkər cümlələrə də dilim gəlmir. Dəyməz. Üstəlik, onsuz elə yalançı-əttökən mədəni sözlərə məndə [...]



Cavanşir YUSİFLİ. ƏLİ KƏRİM HAQQINDA ESKİZLƏR

Yazar: Admin | Bölmə: Ədəbi tənqid | Tarix: 05 Kasım, 2008

(“Fraqmentlər” kitabından)
Ən yaxşı şeirlərində nə var – bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni [...]