İlə görə arxiv: Dekabr 2008


Jalə İsmayıl. Satqınlar və tüpürülmüşlər (Hekayə)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 31 Dekabr, 2008

Onu kompüteri satdı. Daha doğrusu, kompüterdən yaxşı baş çıxarmamağı. Demə, bütün şəxsi məlumatları silməyibmiş. O, gedəndən sonra hamı bildi ki, (admin ağzıyırtıqlıq eləmişdi) Əli pornosayt ölüsüymüş. Hamı dalınca tüpürdü onun.



“Yazarda şəxsiyyət yoxdursa, istedadı tezliklə məhv olacaq”

Yazar: Admin | Bölmə: Persona | Tarix: 30 Dekabr, 2008

“O ancaq hamı satılandan, sındırılandan, onun kimi olandan sonra rahatlaşır”
Şair Vaqif Bayatlı Odərlə müsahibə
-Vaqif bəy, sizin üçün belə bir cəmiyyətdə, belə bir mühitdə yaşayaraq şair olmaq necə duyğudur?
-Bu suala şeirlərimdən birinin dörd bəndi daha dəqiq cavab verir:
Nədən burda xeyir də şər,
elə şər də bir təhərdi,
sinəmə dirənən güllə,
ya məni boğan qəhərdi?



Səməd Behrəngi. BALACA QARA BALIQ

Yazar: Admin | Bölmə: Güney Azərbaycan | Tarix: 29 Dekabr, 2008

Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb onlara nağıl danışırdı:
–Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama qədər [...]



“Şərif AYB-yə qayıtdı. Növbədə Aqşindir…”

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 27 Dekabr, 2008

Rəşad Məcid: “Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa, bütün istedadlı gəncləri Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”
Zahir Əzəmət: “Şərif Ağayar Azərbaycanın Türkmənistana çevrilməsinə səs vermiş oldu”
“Seymur Baycan, Qan Turalı və Elnur Aslanbəylidən başqa bütün istedadlı gəncləri Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edəcəyik”. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər üzrə katibi Rəşad Məcid bildirib. [...]



Sevinc Çılğın. ÇƏRƏNÇİNİN MƏKTUBLARI (Hekayə)

Yazar: Admin | Bölmə: Proza | Tarix: 26 Dekabr, 2008

“Çoxdandır ki, sənə yazıb hər şeyi demək istəyirəm. Sənə boşuna ümid verib özümü də, səni də aldadıram. Əslində təzədən başlayıb əvvəlki sözləri təkrar etməyin də mənası yoxdur. Özün də bilirsən ki, xətrini nə qədər istəyirəm. Amma sənə ərə gəlməyə bu bəs eləmir. Bu iş mərhəmətlə-filan olan şey deyil.
Dayın arvadı bizimkilərə bir-iki aya qayıdacağını deyib. Hamı [...]



Nobel ödüllü yazar vəfat etdi

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 26 Dekabr, 2008

Nobel ödüllü ingilis ədəbiyyatçısı, aktyor, insan haqları müdafiəçisi Herold Pinter həyatını dəyişib.
Pinter, ingilis teatrının 20-ci yüzilliyin ikinci yarısındakı təmsilçisi hesab edilirdi. 2005-ci il Nobel Ədəbiyyat Ödülünə layiq görülən ingilis yazıçısı, ssenarist, şair, teatr rejissoru, aktyor Herold Pinter qırtlaq xərçənginə məğlub olub. Uzun müddətdir xərçəngə qarşı müalicə alan, 78 yaşlı Pinterin vəfatı, ikinci həyat yoldaşı, roman [...]



Elxan Zal Qaraxanlı. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 26 Dekabr, 2008

yağma həvəsi
göy dağlardan köç gələndə,
burax məni yorğun şəhər,
arabamın yedəyində
yorğa günün tüstüsü var.
daş binalar kurqan kimi,
yolların sinəsi yağır,
supermarket vitrinindən
yal oynadan ayğır baxır.



Kamil Vəli haqqında

Yazar: Qan Turalı | Bölmə: Köşələr | Tarix: 26 Dekabr, 2008

Qan Turalı
Qənimət Zahidlə həbs olunandan bir neçə gün əvvəl Azneft beydanındakı beton bayrağın altında rastlaşdıq. Qənimət bəyə mənə yenidən “Azadlıq”a yazmağı təklif etdi. Amma öz şərtini də dedi: “Nədən yazırsan yaz, amma Kamil Vəlidən yazma”. Qənimət Zahid az sonra həbsə atıldı. Kamil Vəlidən isə heç bir səs çıxmadı.



Səttar Mahmudoğlu. Səhərəcən Muğanı atlar muğam oxuyar

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 24 Dekabr, 2008

(Qəşəm Nəcəfzadənin İranda cap olunmuş “Ölülər bizə gülür”kitabındakı şeirlər üzərinə)
Mən Qəşəm Nəcəfzadəni görməmişəm. Amma şeirləri ilə çoxdan tanışam.
Arada telefonda danşırıq. Ən maraqlısı odur ki, telefonda ön səsimizdən öncə (Qəşəm belə deyir)  uşaqlarımızın səsi eşidilir.  Bəli, bu, maraqlı faktdır. Təbrizdəki bir evlə Bakıda bir ev iç-içədir indi.
Qəşəm Muğan oğludur, yəni muğanlıdır. Bu torpağın böyük bir hissəsi [...]



Sevinc Pərvanə. Yeni Şeirlər

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 24 Dekabr, 2008

Fantastik
nə qədər ki,
körpələr doğulacaq
Allah bu günün işini
sabaha qoyacaq…
mollaların, keşişlərin xəbər verdiyi
axirət günü gəlmək bilməyəcək



Bakıda Rusiya Kinosu Günləri keçirilir

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 23 Dekabr, 2008

Bakıda Rusiya Kinosu Günləri keçirilir. Kino Günlərinin açılışı Azərbaycan Kinematoqrafçılar İttifaqında baş tutub. Açılışda Rusiya kinosunun inkişafına yardım fondunun idarə heyətinin sədri Mixail Alekseyev də iştirak edib.



Seymur Baycan. Həyasızlığın qısa tərifi.

Yazar: Seymur Baycan | Bölmə: Köşələr | Tarix: 22 Dekabr, 2008

Xoşbəxtlik nə dünəndir, nə də sabah. Xoşbəxtlik, bu gündür. (B.S.)
Qərbin maşınında gəzib, Qərbin mobil telefonuyla danışıb, Qərbin televizoruna baxıb, Qərbin radiosunu dinləyib (Qərb dəyəndə qeyri-müsəlman dünyası nəzərdə tutulur), Qərbin kompüterində mətn yığıb, əyləncəli vaxt keçirib, Qərbin təyyarəsinə minib dünyanı gəzərək, Şərqin çox böyük bir mədəniyyətə sahib olduğunu demək, Quranda bütün elmi kəşflərə işarə vurulduğunu iddia [...]



Türk filmi beynәlxalq festivalda mükafat qazandı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 20 Dekabr, 2008

Rejisor Dәrviş Zaim’in “Nöqtə” adlı filmi, 32-ci Beyjnәlxalq Qahirә Film Festivalında Әn Yaxşı Digital Film mükafatına layiq görülüb.
Antalya Altun Film Festivalında 5 mükafata layiq görülәn film, Fransa film festivalında da Әn Yaxşı Musiqi nominasiyasında mükafat qazanıb.



Fərhad Amur. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 20 Dekabr, 2008

your beauties
heç nə sadəcə
bir qadının saxta miqdarı
onu canlandırarmı, onu
gözdən düşməyimi də gözə almıram
bir qadının saxta miqdarı…
(həyatla iş anlaşmasımı)



Pərviz. Orxan Fikrətoğlunun “VAXT”ı

Yazar: Admin | Bölmə: Publisistika | Tarix: 20 Dekabr, 2008

Orxan Fikrətoğlunun Vaxtı artıq mənim əlimdədi. Hər işdən bir az vaxt qınqırdıb Onun Vaxtına ayırıram. İllərdi ki, çoxumuz kimi onun da vaxtı yoxdu. Tanrının bizə ədəbiyyat üçün ayırdığı vaxtı o da güzəranla jurnalistikanın arasında böldü. Ama Orxan da dünyaya ədəbiyyat nəfəri kimi gəlib. Ədəbiyyat media deyil və onun bir gözəlliyi də elə bundadı – bu [...]



Qan Turalı. İki yabançı: Əkrəm Əylisli, Tahir Salahov

Yazar: Qan Turalı | Bölmə: Publisistika | Tarix: 19 Dekabr, 2008

Mən Əkrəm Əylisliyə rəğbətim olduğunu gizlətmirəm. Onun bir çox əsərlərini məmnuniyyətlə yenidən oxuyaram. Əkrəm müəllimin “Gilənar çiçəyinə dediklərim” əsərini oxumağı hamıya bir daha tövsiyə edirəm.
Açığı, Əkrəm Əylisli bizim ziyalı klişeləri ilə desək, qiymətini almış yazıçıdır. Xalq yazıçısı olub, Milli Məclisə deputat seçilib, əsərləri yüksək tirajlarla çap edilib və s. Kimsə deyə bilər ki, Əkrəm Əylisli [...]



Bakıda beynəlxalq tələbə filmləri festivalı keçiriləcək

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 18 Dekabr, 2008

Bakıda dekabrın 23- 25-də «Start» V Beynəlxalq Tələbə Filmləri festivalı keçiriləcək
Festivalın təşkilat komitəsindən verilən məlumata görə, Azərbaycan, Türkiyə, İran, Rusiya, Ukrayna, Belarus, Latviya, Qırğızıstan, Özbəkistan, Misir, Gürcüstan tələbələrinin qatıldığı festival «1-30 dəqiqəlik dünya» şüarı altında keçiriləcək.



Vüsal Nuru. Şeirlər.

Yazar: Admin | Bölmə: Poeziya | Tarix: 17 Dekabr, 2008

Bülvarda portretə dönür bu gün…
Sahildə adamlar üzür,
Gəzir dənizdə balıqlar.
Sahildə uçur
Özünü qağayılara bənzədən yarpaqlar.



Aliyə. İTV və Təhminə

Yazar: Admin | Bölmə: Televiziya | Tarix: 17 Dekabr, 2008

«Tələsmə Zaur, tələsmə…», arvad-uşaq baxır…
İTV-nin səyyar kameraları yorulub əldən düşəndə bu ailə kanalı (İroniya yersizdir. Son zamanlar idarəetmə pultumuz ANS-dənsə, ATV-dənsə, «Lider»dənsə, İTV-nin üzərində dayanır) milli kinofilmlərimizi nümayiş etdirir. Çox əcəb. Pis-yaxşı, azəri tamaşaçısı milli filmlərə laqeyd deyil və həmişə baxmaq istəyir. İTV-nin də hədəfi azəri tamaşaçısıdır. Bütün mənəvi-ictimai-mental dəyərləri ilə birgə. Amması isə odur [...]



Bakıda Misir kino həftəsinin açılışı keçirilib

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 15 Dekabr, 2008

Bu gün Bakıda Misir kino həftəsinə start verilib. Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən açılış mərasimində çıxış edən Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərvişi iki ölkə arasında daha da güclənən mədəni əməkdaşlığı yüksək qiymətləndirdiyini deyib.