2008-ci ildə çəkilmiş 100 ən yaxşı filmin siyahısı açıqlanıb

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 01 Aralık, 2008

“Times” və “Sunday Times” nəşrləri 2008-ci ildə Böyük Britaniyada premyerası keçirilən 100 ən yaxşı filmin reytinqini açıqlayıb. Siyahıya Kristofer Nolanın “Tutqun cəngavər” filmi başçılıq edir.

Britaniya nəşrləri “Ən yaxşı xarici film” nominasiyasında “Oskar”a namizəd olan italyan rejissorların çəkdiyi “Qomorra” filmini ikinci yerə layiq görüblər. Film Neapolun “Kamorra” cinayətkar klanından bəhs edir və kino tənqidçiləri bu filmi “Xaç atası” filmi ilə eyniləşdirməkdən çəkinmirlər.

İlin ən yaxşı filmləri siyahısında növbəti yerləri Ceyms Marşalın “Teldən asılmış insan”, ABŞ istehsalı olan “Neft” filmləri tutur. “İlin 100 ən yaxşı filmi” siyahısında həmçinin “Oxuduqdan sonra yandırmaq”, “Dörd dəqiqə”, “Hellboy 2: Qızıl Ordu”, “Əla Müzikl 3: Buraxılış geçəsi”, “Dəmir adam” filmləri də yer alıb. // APA

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

Şərh yazın