XATİRƏ SADIQOVA. Yeni Şeirlər.

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 01 Aralık, 2008

AZADLIQ SAATI

Üfüqlərə qoşulub
ulduzların evini arayan adam
gözlərin qaranlıqdı yenə
əllərin yuxulu

onu bil ki, sən
həyat qədər gözəlsən
ölüm qədər qorxulu

Bu da mən
Dənizlərdən uçub gəldim
traffik qəzalarından
metro keçidlərindən
şəhər adamlarının qələbəliyindən
qaçıb gəldim

və anladım ki, sevmək
qurtuluş qədər genişdir
azadlıq qədər məhdud

İndi də
əl-ələ üzürük fikir okeanında
sağda bahardır
solda qış
unutmuşuq bütün yalnışların acısını
ayrılıqların səbrini
bu günü yaşayırıq yalnız

Çünki qovuşmaq
darıxmaq qədər sonsuz deyil
təklik qədər zamansız…

13 HISSƏ

Günəşi 5 yerə böldüm
1-i sübhün
1-i zöhrün
1-i əsrin
1-i məğribin
1-i işanın

Savaşı 4 yerə böldüm
1-i şimalın
1-i cənubun
1-i qərbin
1-i barışın

Dünyanı 3 yerə böldüm
1-i hamının
1-i heç kəsin
1-i uşaqların

Bölünməyən
təkcə azadlıq oldu…

TANIŞLIQ DƏRSI

Gözlərindən tanımalı qadınları
səni görürsə
özünü görürsənsə
bir qadının gözlərində
demək, tanıyırsan o qadını
heç olmazsa gözlərini

Saçlarını dağıdan qadın
yolları ayaqdan salar
yolları ayağına alar
tapmaq üçün sevdiyinin ayaqqabısını

Bir də inadkar oluruq yaman
birini sevdikmi,
iki yol düşünürük sadəcə
ya məni sevməlidir o,
ya da yenə məni sevməlidir

Qadınları tanıdığını deyən adam
indi söylə
bilirsənmi susan qadının hansı dildə danışdığını
Məsələn, mənim.

www.antoloji.com/hatire_sadiqova

1 səs2 səs3 səs4 səs5 səs (3 səs, hardasa: 5,00 ilə 5 arası)
Loading ... Loading ...

20 Şərh var
Şərh yazın »

  1. Salam.
    Şerləriniz mənalıdır, təsirlidir. Alqışlayıram sizi. Bundan belə sizin daimi oxucunuzam. Davamını səbirsizliklə gözləyirəm.

    Bu da mən
    Dənizlərdən uçub gəldim
    traffik qəzalarından
    metro keçidlərindən
    şəhər adamlarının qələbəliyindən
    qaçıb gəldim

    və anladım ki, sevmək
    qurtuluş qədər genişdir
    azadlıq qədər məhdud

    Halaldır sizə.

  2. Mən də çox bəyəndim.
    Maraqlı və rahat oxunaqlı şeirlərdir. Bir içim su kimi yəni…

    Uğurlar sizə.

    Sevgiərlə…

  3. Fikirlerinizi bildirdiyiniz uchun chox teshekkur edirem. Ve soz verirem yazilarimi bundan sonra hele chox oxuyacaqsiz.Bir daha Teshekkurler!!!!

  4. Men sizin serlerinizi coxdandir axtarirdim. Sizin serleriniz menim cox, olduqca cox xosuma gelir. Size UQURLAR

  5. Cox hormetli titi.fikrinizi bildirdiyiniz ucun cox sag olun.Hormetlerimi bildirirem.

  6. Gözümüz aydın!!! Axır ki, gizli prenses ortaya çıxdı!!! Xoş gəldin aramıza! Bir də getmə ok mi? Şeirlərin haqda nəsə deməyə isə lüzum yoxdur-)))

  7. Ay seni aydinliq ichinde olasan chilgin gozel.Hele ki gedib-getmeyeceyimi bilmirem.Amma bir neche vaxt da olsa sheirlerimi oxumali olacaqsiz…

  8. Onda sen de menim bloguma gel bax, gor xowuna gelir. chilgin.azeriblog.com

  9. Cox pis sheirlerdir.

  10. Elnare, fikrinizioxudum.Amma sheirler o geder de pis deyil.Elbette hech kesi subyektiv fikrine gore gunahlandira bilmerem.

  11. Xatire xanim, siirlerinizi tebrik edirem. Hemiseki kimi gozeldir.Ay Nur hardadir?

    sayqi ile qeshem

  12. “Qadınları tanıdığını deyən adam
    indi söylə
    bilirsənmi susan qadının hansı dildə danışdığını
    Məsələn, mənim.”

    -))
    Qadın yalnız susanda öz dilində danışır…
    Elə sən də,
    Elə mən də,
    Elə o da,
    o biri də…
    Və qadına
    hərdən-hərdən
    elə susmaq yaraşır-
    təbii ki,
    yeri gələndə…-))

    Uğurlar, Xatirə…

  13. Xatire,
    gəlin belə danışaq,
    “şeirlər o qədər də pis deyil”-
    deməli, pisdir amma o qədər də yox…

    Mən sizinlə razı… =)

  14. Qeshem muellim ve Ryabina her ikinize sherhlerinize gore Teshekkurlerimi bildirirem!!!

    Elnareye ise bildirirem ki, eslinde pis sheir yoxdur amma chox pis oxucu var ve eslinde sizin menim sheirlerim haqqinda bele dushunmeyiniz meni sevindirir.Bu qeder.

  15. Salam Xatire xanim. Kecen defe elave serh kimi yazmaq istedim. Nedense yazmadim. Qesem muellim menim sozumu qabaqladi Ay Nuru sorusacaqdim Hardadir Men sizleri uzaqdan da olsa izleyirem. Yaxindan tanimasam da. Cox xahis edirem bir de itib-batmayin. Cox semimi yazirsiniz. Meni maraqlandiran bir sual da var Kitabiniz cixib? Eger satisda varsa almaq isterdim (Qendab)

  16. Hormetli titi.Ay Nur hal-hazirda xarici dovletdedir-ishi ile elaqedar.O ki qaldi kitaba 2003-cu ilde chixib-Vektor neshr.”Goyerchin yuxusu”.Bir de http://www.antoloji.com/hatire_sadiqova-da diger sheirlerimi oxuya bilersiz.Diqqetinize gore sag olun.

  17. bunlar deyesen qeshem’in “balalari”-dir…

    aydindir =)

  18. Bunlar deyende kimi nezerde tutursunuz Elnare xanim7 Vallah menim umumiyyetle Qesem muellimin vaxti ile sedrlik etdiyi Pervane meclisinin usaqlari ile hec bir elaqem yoxdur. Sadece olaraq kimese xos soz soyleyende harasa yozmaq lazimdir? Bele munasibet insani ucuzlasdirir.

  19. Xatirənin yazılarında nədənsə bəziləri üçün çox dəbə düşmüz ədəbsizlik görmədim. Elə bunun özü çox yaxşıdır. Ədəbiyyatda İlk addımlarını atanlara biz də xeyir-dua verək. Heç olmasa zövqlü bir oxucu yetişərsə, o da uğurdur.
    Şeir isə, yəqin ki, qəlbinin duyğularını Sözə çevirə biləndə alınacaq.

  20. Canim, ciyerim! Chox darixdim.
    ” Dünyanı 3 yerə böldüm
    1-i hamının
    1-i heç kəsin
    1-i uşaqların…”

    “ya məni sevməlidir o,
    ya da yenə məni sevməlidir”

    Men de bele dushunurem. Ya meni sevmelidir o, ya da yene meni sevmelidir !

    Ugurlar!

    Ayrica chox minnetdaram meni xatirladiginiza gore, Titi! Bilseniz nece xoshdur!

Şərh yazın