“Sənət qəzeti”nin yeni sayı satışda
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 02 Aralık, 2008Kultaz: Azərbaycanda dərc olunan yeganə müstəqil ədəbiyyat-mədəniyyət qəzeti olan “Sənət qəzeti”nin növbəti sayı işıq üzü görüb.
“Kultaz”-ın verdiyi məlumata görə, qəzetin bu sayında da çoxlu maraqlı yazılar, əsərlər və tərcümələr dərc olunub.
Orxan Pamukdan, Yuri Polyakovdan, Revaz İnanişvili, Qaston Başlyar, Lao Çzı və Olivye Roləndən tərcümələr, professor Aydın Dadaşovun kino, Cavanşir Yusiflinin ədəbiyyat, Aliyənin teatr, Azad Yaşarın Dzen məktəbi haqqında yazıları, o cümlədən yerli müəlliflərin şeir və hekayələri qəzetin bu sayında yer alıb.
Rəngli tərtibatda – 24 səhifədə çıxan “Sənət qəzeti”ində bu dəfə həmçinin bir çox digər maraqlı yazı və məqalələrlə, Azərbaycanda və dünyada baş verən mədəni yeniliklərlə tanış ola bilərsiniz.
Qəzeti “Metroservis” və “Qaya” mətbuat yayımının köşklərindən əldə edə bilərsiniz. Qiyməti cəmi 40 qəpikdir.






Yüklənir...