Yeni layihə: Roman və Roman haqqında hər şey

Yazar: Admin | Bölmə: Ədəbiyyat | Tarix: 02 Aralık, 2008

Kultaz: Portalımızın daimi müəlliflərindən biri- Cavidanla saytımızın daimi şərh yazarı Novarg yeni bir layihənin əsasını qoyublar. Layihə “Roman” adlanır. Belə ki, yeni yaradılan “roman.azeriblog.com” ünvanında məqsəd roman və roçançılıq haqqında bilgilər vermək, müzakirələr açmaqdır.
Blogun tanıtımında deyilir: “Klassik roman, müasir roman, postmodern roman, ailə romanı, küçə romanı, mətbəx romanı, ümumiyyətlə, bildiyiniz roman və roman adına bizə soxuşdurulan hər şey haqqında bu saytda fikirlərinizi yaza bilərsiz… Esse yazın, pritça yazın, hecada yazın, sərbəstdə yazın, tənqid yazın, təhlil yazın, tərif yazın, sevdiyiniz – sevmədiyiniz romanlardan, roman qəhrəmanlarından sitat gətirin, qısası, gəlin aktiv olaq, bu saytı çağdaş Azərbaycan ədəbiyyatının – mən roman yazıram haa – deyə üstümüzə lovğalanan bütün nümayəndələrinin kabusuna çevirək…”

1 səs2 səs3 səs4 səs5 səs (4 səs, hardasa: 2,00 ilə 5 arası)
Loading ... Loading ...

20 Şərh var
Şərh yazın »

  1. “roman adına bizə soxuşdurulan hər şey haqqında bu saytda fikirlərinizi yaza bilərsiz…”

    Qedemleriniz uqurlu olsun!!!

  2. Novarx,

    bunu bir az tez acaydin da, bileydik ne var ne yox… Men ta hekayeye kecmishem…

    GİZLƏNMİŞ DƏDƏ QORQUD

    (ƏDƏBİ VƏ ƏBƏDİ DOSTUM QAMÇI MEZARUSA)

    Qoltuğunun altı cırılmışdı. Çoxdan beləydi. Çuğullar azı yüz dəfə xəbər gətirmişdilər, qınından çıxıb qınını bəyənməməyinə eyham vurmuşdular, fikir verməmişdi; biri beş edib ovcuna qoymuşdular, malalamışdı; “işiniz yoxdur, ora-bura çox qaçır, macal tapmır dəyişməyə” deyərək özünü düzəltməyə vaxt vermişdi; adına yaraşanı etmişdi, səbr, təmkin göstərmişdi, söz gəzdirənlərin ağızlarından vurmuşdu. Qoltuğunun altının cırılmasının Yarıtmazlıq Fakültəsinin tələbələrinin dilinə düşdüyü qulağına çatanda dözməmişdi, səssiz-səmirsiz gəlib Vaqif Kamalın otağına girmişdi, portretinin qabağında durmuşdu. Qoltuğunun cırılmış altına baxırdı…

    Ardi ucun-

    http://pragma.azeriblog.com/

    tikla!

  3. Evvelce Zahir beye teshekkur etmek isteyirem, bu insan edebiyyat, soz adina kichik bir qigilcima bele umidle baxir, esl edebiyyat insani ele bele olmalidi…

    Natiq, sen de etiraf edersen ki, senin 18-19 yashda oxudugun eserlerle indi oxuduqlarin arasinda atla eşşək qeder seviyye ferqi var, bax, ele bu ferq “soxushdurmaq” meselesini gundeme getirib, sen darixma, biz chalishariq medeniyyetsizlik elemeyek… Amma sozsuz ki, professional edebiyyat adamlarinin fikirlerine ehtiyacimiz var, sayt ele onun uchun achilib…

    .aNıŞ, bir gun bir kishi ogluna heyetdeki camishi aparib rayon bazarinda satmagi tapshirir… Ushaq camishi salir qabagina, yolboyu bir mahnini ucadan oxuya-oxuya yol alir rayon merkezine… Ele chatmaga bir az qalmish birden yadina dushur ki, pahoo, aye, men bu mahnini oxudum, amma ortalarinda fishtiriq chalmadim axi… ne ise, qoyur camishi yolda, qayidir kende, tezeden yolda mahnini oxuya-oxuya, arada fishtiriqlarini chala-chala yeniden gelir rayon merkezine… Baxir ki, bay, camish qoydugu yerde yoxdu, ogurlayiblar… Kor-peshman donur eve, atasina hal-qeziyyeni basha salir… kishi de deyir ki:
    - ogul, sen ki, o mahninin fishtiriqlarini yerli-yerinde chalmisan, qurban olsun sene min camish, hech ozunu sixma…

    Indi, ay .aNıŞ, sen ki, gecenin bir alemi ozune eziyyet verib sherh yazibsan, hech narahat olma, yazdigin ister roman olsun, ister hekaye, fishtiriqlarin ki yerindedi… Ishinde ol…

  4. Mən də ilk öncə Zahirə təşəkkür edirəm bu böyük imkanı bizə verdiyinə görə..
    Və kultaz sakinlərindən məsələyə daha ciddi yanaşmağı, Azərbaycanda romançılığın tarixi, inkişafı, gələcəyi, reallığı barədə söyləmək, hamıyla paylaşmaq istədiyiniz nə varsa, buyurun, yazın, yollayın ryabina06@list.ru ünvanına..
    Doğrudan da əsl söz sahiblərinin fikir mübadiləsinə, bu roman dərdini gündəmə gətirməkdə bizə yardımçı olmalarına ehtiyacımız var..
    Blogumuz kasıb evinə bənzəyib sizləri uzaq salmasın, çəkinməyin, gəlin də sözlərinizlə bəzəyin oranı..məmləkətin ən zəngin ədəbiyyat ocaqlarından biri edin…
    Roman saytı hamımızındır..İnanıram ki, birlikdə əməyimiz səmərəsiz olmayacaq, Azərbaycan romanını dünyaya oxutdurmaq istəyiriksə, mütləq bir araya gəlib roman ətrafında birləşməliyik.
    Bütün tənqidçilərimizi, yazarlarımızı dəvət edirəm, bu problemin çözülməsi yolunda SÖZünüzü əsirgəməyin…
    Mən ədəbiyyatımızda əsl romanın yazılmasını istəyirəm, bəs siz…?
    Psevdoromançıların nəhəng, 200-300 səhifəlik köşə yazılarına “HƏ”mi deyəcəksiniz..?
    Hər klaviatura ifrazatını roman deyibən bizlərə yedirtmək istəklərinə susacaqmısınız..?
    Di buyurun…

  5. Blog ünvanını da yazaq, tam olsun…
    http://roman.azeriblog.com/

  6. Həə, xeyirli-uğurlu olsun, Cavidan xanım)

    Mən bu “Roman” bloqundan gözləyirəm ki, hörmətli nəzəriyyəçilərimiz danışsın, görək roman nədir, necə olmalıdır, bəlkə biz də yazdıq, yanlış yola düşməyək)

  7. Ele yox, J, bele demeli idin:

    “…görək roman nədir, necə olmalıdır, bəlkə birini də biz yazdıq…” -))

  8. İşnallah!!! Jalə, yazarsan nöş yazmırsan. MƏn də başlamışam artıq, özü də olduqca, olduqca ciddi roman!!!
    Uşaqlar, sizə də uğurlar və inşallah biz də orda oloacağıq!!!

  9. Novarx,

    bu gun taninmish bir jurnalistle aramizda bele bir dialoq oldu:

    - Esitmisem roman yazmisan…
    - He, bir seyler qaralamisham…
    - Novarx ne deyir?
    - Ciddi iradi yoxdur hele ki..
    - Onda yaxsi romandir )))

  10. könüldən könülə yollar görünür…………….

  11. Romandan romana da qollar görünür, hə..?
    Plagiatlar, bənzətmələr, kserokopiyalar…
    Mənə bir məqam maraqlıdır…
    Zahir Əzəmət neçə gündür bu yazını kultazın baş tacı kimi saxlayıb səhifənin üstündə, oxucu-baxıcı sayı 300-ü vurub keçib, şərhlərə və münasibətlərə bax…
    Novarg, səndən soruşmuşdum axı, səncə..arxadaşlar niyə susurlar..?
    Bir daha soruşuram, səncə kultazda ayrı vaxt bir-birinin başından basıb itələyərək bir cıqqılı da olsa yer tapıb nəsə, heç olmasa bu da nəsə yazdı deyə nəsə yazmaq üçün az qala canından keçən o həmin aktiv arxadaşlar niyə bu qədər passivcəsinə susurlar…?-))
    Biz o romanlara qarşıyıq, hansı ki, nəsə, heç olmasa bu da nəsə yazdı deyə nəsə yazmaq üçün az qala canından keçən həmin o aktiv romançılar tərəfindən hasil olunur…!
    Deyirsən, bircə təklif atmışıq ortalığa, belə susublarsa, yəni bu təklifimizə həmfikir olanlar da qatılsa, bunlar doğrudan da susacaqlar…? Yazmayacaqlar daha elə boş-boş kitabları..? Kor olacaqlar yəni ayıblarına…?-))

  12. Cavidan, Orhan Pamuk’un butun yaradiciligina deyecek bir fikri var roman haqqinda, deyir ki, men Turkiye’de roman oxumayib roman tehlil edenler uchun yazmiram, men mes., Koreya’da dunya romaninin ne oldugu ile maraqlananlar uchun yaziram…

    Bize dostu-tanishi oxusun deye roman yazanlar lazim deyil, ele achigimiz saytin meqsedi de bu kimi metnleri bize roman adina siriyanlari ifsha etmekdi… Bize romani hetta Cibuti’de bele maraqla oxunacaq yazar lazimdi, lenet Sheytan’a, yazacaqsiz, yazmalisiz, yazdiracagiq…

  13. “Roman”da Sima Ənnağıdan və Cavanşir Yusiflidən yazıları oxumuşdunuz yəqin..Artıq sorğumuzda da iştirak edə bilərsiniz, bloqun “Kimin romanını oxuyursunuz?” sualına da cavablarınızı yaza bilərsiniz…
    İndicə isə kultazın daimi şərh yazarlarından biri – Samuel Vanyandan Seymur Baycanın “Körpüsalanlar”ı haqqında yazısını yerləşdirdik…
    Buyurun, fikirlərinizi, təkliflərinizi, tənqidlərinizi gözləyirik…
    http://roman.azeriblog.com/2008/12/05/samuel-vanyan-roman-yaman-aman-hey

  14. hormetli cavidan,
    size ve edebiyyat ehtirası ilə meydana atılmış hər kəsə yardımda bulunmaq istərdim.
    nə tələb olunur?
    yaxşı roman lazımdırsa,aydın talıbzadənin “azərbaycan” jurnalında çap olunmuş dəyərli bir romanının məndə mətni var,göndərə bilərəm.

  15. Hörmətli Tehran müəllim..
    Sizin və ədəbiyyat ehtirası ilə hələ də meydanda olan hər kəsin yardımına ehtiyacımız var..
    Tələb yox, xahiş olunur..
    Yaxşı roman lazımdır..
    Yaxşı romanlar lazımdır..
    Yaxşı roman necə olmalıdır kimi tənqidi mətnlər lazımdır..
    Yaxşı romançı nəyi və necə yazmalıdır kimi tənqidi mətnlər lazımdır..
    Yaxşı romançı nəyi və necə yazmamalıdır kimi tənqidi mətnlər lazımdır..
    Netin hansı küncünə-bucağına baxırsansa, gənclər “A” oxuyur, cavanlar “Körpüsalanlar”, bir vaxtlar mütaliəsiz bircə gün belə qala bilməyən orta nəsil həqiqi intellektuallar isə oxumağa heç nə tapmır…
    Biz sadəcə əsl romanın yazılmasını, bəlkə də doğulmasını istəyirik…onu ərsəyə gətirəcək nasirə çəkəcəyi ağrıda kömək etmək istəyirik. Kənardan gələn infeksiyalara , viruslara yoluxmasın deyə, immuniteti güclü olsun deyə..
    Ədəbiyyatımızın, xüsusilə də romanımızın ən ağrılı məqamlarıdır..
    Kultazda mövzumuza yetirdiyiniz diqqətə görə Sizə təşəkkürlərimi bildirmək istəyirəm…və xahiş edirəm, bu işdə bir tənqidçi kimi yardımınızı əsirgəməyin…

    Aydın Talıbzadənin dediyiniz romanını isə əgər özü də razılıq verərsə, məmnuniyyətlə bloqumuzun yeni açılacaq “Oxu zalı” qoluna yerləşdirəcəyik..

    Bir daha təşəkkür edirəm…

  16. Yaxşı romanlarımız var; mən oxuyanlardan: Sabir Əhmədlinin son romanları, K.Abdullanın “Yarımçıq əlyazma”sı…
    Tənqid də, öz sözünü deyir, məncə. Gücü çatan qədər. O sıradan Tənqid.net-in 5-ci sayında böyük bir bölmə nəsrdən söz açır.
    Gəncliyin narahatlığı, tez bir zamanda bütün suallarına cavab tapmaq ehtirası başa düşüləndir. Amma ədəbiyyat heç nədən, tez bir zamanda başa gəlmir.
    Ryabina xanım narahatdır ki, gənclər nə gəldi oxuyur; oxumağa nəsə tapırsa, bu artıq yaxşıdır. On il öncə gənclərin diqqətini Press-fakt qəzetində məhz roman yazmağın vaxtı çatdığına cəlb edəndə vəziyyət tamam başqa idi (yazı saytımda var: http://www.tenqid.net/contents.php?cid=370). İntəhası mən Floberin klassik düsturunun tərəfdarıyam ki, 100 kitab oxuyub, sonra 101-cini yazmalısan. İndi bəlkə 1000-nini oxuyub, birin yazmalısan. Əlbəttə, rəqəm şərtidir: 50-sin, 30-un oxuyub, hünər göstərmək istəyənlər də olur, heç birini oxumayıb da. Amma sonuncu halda roman alınacaqmı, yəni nə olduğundan xəbərin olmadığın bir işi görmək olarmı?
    Proyektinizi alqışlayıram; bunu daha çox oxucuların diqqətini romana toplamaq istiqamətində qavrayıram. Yoxsa təlimatlarla roman yazılmaz ki. Saytda oxucular nə qədər əsərlər haq. və konkret söz söyləsələr, məncə, daha səmərəli olar.
    “Körpüsalanlar”ı hələ oxumamışam; daha əvvəl Seymurun bundan qabaqkı romanını oxumaq istəyirəm, hələ əldə etməmişəm. Birinci əsəri haqqında tənqidi qeydlərimi isə saytımda oxumaq olar.
    a.talıbzadənin rəyini öyrənib, mətni mütləq göndərəcəm.
    Sayğılarımla
    tehran

  17. Mən baxdım dediyiniz yazıya və izninizlə, həmin yazını tarixini də üstündə saxlamaqla yerləşdirdim bloqa..
    http://roman.azeriblog.com/2008/12/12/tehran-elishanoghlu-roman-yaz

    Amma 2000-ci ildən bəri Azərbaycan ədəbiyyatında yazılmış ən parlaq roman nümunəsini deyəcəkmi kimsə..?
    Bəlkə bir il sonra, bəlkə on il…bilmək olmaz, bizim də bu Roman layihəmiz tərpətməyəcək bəlkə bu dağdan ağır problemi…ya da mən növbəti dəfə Don Kixotluq etməkdəyəm…
    Gözləyirik hamınızı Roman-da…

  18. Yaxsi fikirdir. Lahiye müelliflerine ve teşkilatçılarına uğurlar arzulayıram.

  19. Ryabina xanım, yazıya görə təşəkkür.
    Roman mövsümü bizdə təzəcə aktivləşib. Məncə, parlaq roman axtarışından əvvəl, umumən müstəqillik illərində romanın yenidən, tədricən dirilməsinə diqqət yetirmək lazımdır. Yadıma düşən siyahını təqdim edirəm:
    Afaq Məsud, Azadlıq
    Sabir Əhmədlinin Qarabağ trilogiyası (Axirət sevdası; Kef; Ömür urası)
    Pərviz, Öləngi
    Həmid Herisçi, Nekroloq
    Səfər Alışarlı, Maestro
    Əkrəm Əylisli, Ətirşah Masan
    Kamal Abdulla, Yarımçıq əlyazma; Sehrbazlar dərəsi
    Aqil Abbas, Dolu
    Mövlud Süleymanlı, Erməni adındakı hərflər

    Kimsə əlavə, ya da etiraz edə bilər…

  20. Xoş gördük Sizi blogumuzda, Tehran müəllim..
    Sadaladığınız romanların hər birisinə ayrıca yer ayırmaq fikrimiz var təbii.
    Mən Afaq xanımın yalnız “Azadlıq” deyil, “İzdiham”,”Dəfn,”II İohann”,
    “Fatma”, “Suiti” və “Üzü işığa” romanlarının hamısı üçün yazmaq istərdim ..Bu xanım yazarımızın yaradıcılığı, hesab edirəm ki, hələ olduğu kimi öyrənilmir..Bəsti Əlibəylidən, Nərgiz Cabbarlıdan gözləmək lazım idi əslində bu romanlar haqqında ən səmimi yazılan rezümeləri, əfsuslar olsun ki, bizdə hətta qadın qadını anlamağa cəhd etmir, kişilərin qadın yazılarına baxışı da ki, öz rakusrlarından…-))
    Pərvizin “Öləngi”sini, H. Herisçinin “Nekroloq”unu, K.Abdullanın “Yarımçıq əlyazma”sını və “Sehrbazlar dərəsi”ni çıxmaqla, digər saydıqlarınızı təəssüf ki əldə edib oxumaq imkanım yoxdur..Aqil Abbasın “Dolu” romanını netdən yüklədim, ilk imkandaca oxuyacam…
    Belə…
    Siz haqlısınız, “Roman mövsümü bizdə təzəcə aktivləşib. Məncə, parlaq roman axtarışından əvvəl, umumən müstəqillik illərində romanın yenidən, tədricən dirilməsinə diqqət yetirmək lazımdır”…
    Parlaq roman istəmirəm, sadəcə bu “Biləcəri etalonu”nu sındıra biləcək romanlar istəyirəm..Niyə istəyirəm, heç bunu da bilmirəm…Elə-belə, dünya ədəbiyyatına acıq verməkçin bəlkə…-))
    Çox sağ olun, Tehran müəllim…Sizi hər zaman yanımızda görmək diləyilə…

Şərh yazın