Bakıda Misir və Rusiya Kino Həftəsi keçiriləcək
Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Aralık, 2008Dekabrın 15-19-da Bakıda Misir Kino Həftəsi keçiriləcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən verilən məlumata görə, tədbir nazirliklə Misir Mədəniyyət Mərkəzinin birgə təşkialtçılığı ilə keçiriləcək. Həftə çərçivəsində 5 gün müddətində son illər Misir kinematoqrafçılarının istehsal etdiyi filmlərin nümayişi nəzərdə tutulur.
Dekabrın 20-dən 26-dək isə Bakıda Rusiya kino həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək kino həftəsi çərçivəsində yeni filmlər nümayiş olunacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib ki, filmlərin nümayişi ittifaqın kino zalında baş tutacaq. Rusiya kino həftəsi çərçivəsində son illərdə istehsal olunmuş “Yarik” (ssenari müəllifi Andrey Şerbinin, rejissor Sesil Anri və Aleksandr Laslo), “Kazus Belli” (ssenari müəllifi İvan Kiasaşvili, rejissor İqor Uqolnikov), “Solğun yarpaqların blyuzu” (ssenari müəllifi Aleksandr Aqaşin, rejissoru Aleksandr Mixaylov və Eduard Redjepov), “Sən yuxarıda, mən aşağıda” (ssenari müəllifi Y. Yeqorov, rejissor N. Denisov), “Virtual roman” (ssenari müəllifi Valeriy Baykeeva, rejissor Roman Nesterenko), “Ata-babaların sandığı” (ssenari müəllifi Yekaterina Tirdatova, rejissoru Nurbek Yeqen) filmləri göstəriləcək. // APA





Yüklənir...