İlin 10 ən yaxşı kitabı

Yazar: Admin | Bölmə: Xəbərlər | Tarix: 05 Dekabr, 2008

Dünyanın ən nüfuzlu qəzetlərindən biri olan “The New York Times” 2008-ci ilin 10 ən yaxşı kitabının reytinq siyahısını hazırlayıb.
Ekspertlərin fikrincə, ilin ən yaxşı əsəri yazıçı və ssenariçi Stiven Millhauserin 13 hekayəsindən ibarət “Təhlükəli gülüş” (”Dangerous Laugther”) kitabıdır.
Nobel ədəbiyyat mükafatının laueratı, amerikalı yazıçı Toni Morrisonun “Şəfqət” (”A Marcy) romanı ikinci yeri tutub. Əsərdə XVII əsrdə anası tərəfindən atılmış qaradərili qul uşağın taleyindən bəhs olunur.
Ekspertlər üçüncü yeri Cozef O-Nilə və onun “Netherland” romanına veriblər.
Liderlərin onluğunda sonrakı yerləri çilili yazıçı Roberto Bolanyonun “2666″ roman, Hindistan əsilli amerikalı Cumpa Lairinin “Qeyri-adi Yer” (Unaccustomed Earth”), jurnalist Ceyn Mayerin “Qaranlıq yön” (”The Dark Side”), Dekster Filkinsin “Səyahət” və Harvad Universitetinin ilk qadın prezidenti Gillin Fautsun ABŞ-dakı Vətəndaş Müharibəsi barədə araşdırması da var.

1 səs2 səs3 səs4 səs5 səs (1 səs, hardasa: 5.00 ilə 5 arası)
Loading ... Loading ...

5 Şərh var
Şərh yazın »

  1. Uy da! Biabirciliq! Men bunlarin hec birini oxumamiwam-(((( Ayib olsun edebiyyata iddiali genc adama ki, dunyanin en yaxwi kitablarini oxuya bilmir!!! Ingilis dilini tecili wekilde pekiwdirmek lazimdir uwaqlar!!!

  2. Sevinc, dərd eləmə, amerikalılar da “Körpüsalanlar”ı oxumayıblar…-))

  3. Zarafatsiz, Jale, men utaniram(((

  4. Jurnalist Ceyn Mayerin “Qaranlıq yön” (”The Dark Side” romaninin en yaxsilardan secilmesi bir daha onu gosterir ki,nesre jurnalistikadan gelenler hemise oz sozunu deye bilirler… Bu cox gozel stimuldur!

  5. Səlamlar
    “Dangerous Laugther” yanlış olup, >>”Dangerous Laughter”.

Şərh yazın